TəHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 33,76 Kb.
Pdf görüntüsü
səhifə2/25
tarix10.12.2017
ölçüsü33,76 Kb.
#14913
1   2   3   4   5   6   7   8   9   ...   25

 
 
 

 
    -Danışıq  dili, ədəbi dil və rəsmi dil anlayışları; 
    - Azərbaycan ədəbi dilinin fonetikası, səs quruluşu, fonetik hadisə  və  qanunları, heca, vurğu; 
    - Orfoqrafiya və orfoepiya anlayışları, onların bir-biri ilə qarşılıqlı əlaqəsi, ədəbi dilimizin orfoqrafik  və 
orfoepik  normaları;  
    - Yazı, əlifba, qrafika, durğu işarələri; 
     -  Azərbaycan  ədəbi  dilinin    lüğət  tərkibi,  sözlərin  mənasına    və  işlənmə  dairəsinə  görə  qrupları,  mənşəyi,  leksik    və  semantik 
xüsusiyyətləri;  
    - Onomastika, frazeologiya, leksikoqrafiya, derivatologiya və digər bölmələrə aid əsas anlayışlar; 
    -Sözlərdə  kök, əsas və şəkilçi anlayışları, nitq hissələri və onlara aid qrammatik kateqoriyalar; 
    -Sintaktik əlaqələr, söz birləşməsi, cümlə və mətnlə bağlı qrammatik xüsisiyyətlər;  
    -Ədəbi dil normalarının  mənimsədilməsi, şifahi  və yazılı nitq mədəniyyəti vərdişlərinin aşılanması və s. 
və s. 
 
2.
 
Kafedranın tarixi 
 
Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  aparıcı  kafedralarından  biri  “Müasir  Azərbaycan  dili”  kafedrasıdır.  Ölkəmizdə  analoqu 
olmayan  bu  kafedra  filologiya  elmləri  doktoru,  professor  Həsən  Mirzəyevin  təşəbbüsü  və  təklifi  ilə  1989-cu  ilin  iyun  ayında  universitetin 
“Azərbaycan dilçiliyi” kafedrasının bazası əsasında yaradılmışdır.  
Kafedranın formalaşdırılması, professor-müəllim heyətinin seçilməsi filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyevə 
həvalə  edilmişdir.  1989-cu  ilin  iyun  ayında  filologiya  elmləri  doktoru,  professor  Həsən  İbrahim  oğlu  Mirzəyev  “Müasir  Azərbaycan  dili” 


 
 
 

 
kafedrasına  kafedra  müdiri  seçilmişdir.  2015-ci  ilin  fevral  ayında  o,  vəfat  etmişdir.  Həmin  ilin  dekabr  ayından 
kafedraya filologiya üzrə fəlsəfə doktoru, dosent Mahirə Nağı qızı Hüseynova müdir təyin edilmişdir.  
 
 
3.
 
Kafedraya rəhbərlik 
 
1989-cu  ilin  iyun  ayında  filologiya  elmləri  doktoru,  professor  H.Mirzəyev  “Müasir  Azərbaycan  dili”  kafedrasına  kafedra  müdiri 
seçilmişdir. 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun əmri ilə filologiya üzrə fəlsəfə doktoru  Mahirə Nağı qızı Hüseynova   2015/2016-
cü tədris ilindən etibarən “Müasir Azərbaycan dili” kafedrasının müdiri təyin edilmişdir. 
 
 
4.
 
Kafedra haqında ümumi məlumat 
 “Müasir  Azərbaycan  dili”  kafedrası  ali  təhsilin  bakalavriat  və  magistratura  pillələrində  “Azərbaycan  dili”  istiqaməti  üzrə  əsas  aparıcı 
ixtisas kafedrasıdır. 
Kafedra, müasir təhsilimizim ehtiyacı olan yüksək ixtisaslı müəllimlərin hazırlanması üçün bir çox sahələri əhatə edən  bir  çox müxtəlif 
fənlərin tədrisini həyata keçirir. 
Tədris  olunan  fənlər  üzrə  tədrisin  keyfiyyətini  artırmaq,  tədris  prossesinin  səmərəliliyini  yüksəltmək,  o  cümlədən,  tələbələrimizin 
müxtəlif sahələr üzrə nəzəri biliklərlə yanaşı, həm də təcrübi vərdişlərini artırmaq məqsədi ilə mütəmadi olaraq elmi seminarlar keçirilərək onlara 
təhsil müddətində öyrənmiş olduqları biliklərin real həyatda istifadəsi öyrədilir. Bu mənada tədris metodikamızda nəzəriyyə və praktika arasında 
qurmağa çalışdığımız körpü və tarazlıq kafedramızın qeyd edilməyə dəyər ən önəmli özəlliyidir. 
 
 
 
 
 
 
Müasir  Azərbaycan  dili  kafedrası  olaraq  missiyamız 
tələbələrimizə dilçilik sahəsində ən yaxşı təhsili və ən 
müasir  bilikləri  verərək  məzunlarımızın  həm  ölkə 
daxilində, həm də beynəlxalq səviyyədə olan karyera 
imkanlarından  faydalanmaları  üçün  lazımi  bilik  və 
qabiliyyətlər əldə etmələrini təmin etmək  və rəqabətə 
Vizyonumuz 
Müasir  Azərbaycan  dili  kafedrasının  vizionu  ölkə  və  regional 
səviyyədə  tanınan  professional  və  yüksəkixtisaslı  kadrlar 
hazırlayaraq,  yüksək  təhsil  standartına  sahib  olan  kafedra 
olmaqdır. 
 


 
 
 

 
 
 
5.
 
KAFEDRANIN İSTİFADƏ ETDİYİ TƏDRİS MODELİ 
 
Müasir Azərbaycan dili kafedrasının təklif etdiyi tədris modeli aşağıdakı diaqramda öz əksini tapmışdır. Belə ki, birinci kursda tələbələr 
Müasir Azərbaycan dilinin fonetikasını mənimsəyir. Həmçinin, universitetin digər fakültələrində Azərbaycan dili və nitq mədəniyyəti fənni tədris 
olunur.  II  kursda  tələbələr  I  semesetrdə  Müasir  Azərbaycan  dilinin  leksikologiyası,  II  semestrdə  isə  Müasir  Azərbaycan  dilinin  morfologiyası 
fənlərini  öyrənir,  III  kursda  davam  olaraq    Müasir  Azərbaycan  dilinin  sintaksisi  fənnini  öyrənməklə  yanaşı  ixtisasları  üzrə  tədris  təcrübəsinə 
yiyələnir və IV kursda Türk dillərinin müqayisəsi Seçmə fənn (Azərbaycan dilində fel) fənləri öyrənilir.  


 
 
 

 
                                     
  
  
 
6.
 
Müəllim heyətinin tərkibi və ümumi dərs yükü 
 
 
 
Dördüncü kurs: Türk dillərinin müqayisəsi və Seçmə fənn (Azərbaycan dilində fel)  
 
Üçüncü kurs :  Müasir Azərbaycan dilinin sintaksisi   
İkinci kurs: Müasir Azərbaycan dilinin leksikologiyası  və Müasir Azərbaycan dilinin 
morfologiyası   
Birinci kurs: Müasir Azərbaycan dilinin fonetikası və Azərbaycan dili və nitq mədəniyyəti  


Yüklə 33,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə