TəHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 33,76 Kb.
Pdf görüntüsü
səhifə25/25
tarix10.12.2017
ölçüsü33,76 Kb.
#14913
1   ...   17   18   19   20   21   22   23   24   25

 
 
 
98 
 
1995-ci  ildə  N.Tusi  adına  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  filologiya  fakültəsinə  qəbul  olunmuş, 
1999-cu  ildə  həmin  universiteti  fərqlənmə  diplomu  ilə  bitirmişdir.  1999-2001-ci  illərdə  Azərbaycan  Dövlət  Pedaqoji 
Universitetinin filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının magistri olmuş və oranı da fərqlənmə diplomu 
ilə 
bitirmişdir.  2006-2010-cu  illərdə  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  Müasir  Azərbaycan  dili  kafedrasının 
Azərbaycan  dili  ixtisası  üzrə  dissertantı  olmuş,  “Dərələyəz  toponimlərinin  linqvistik  xüsusiyyətləri”  mövzusunda  filologiya  elmləri  üzrə  fəlsəfə 
doktoru  elmi  dərəcəsi  almaq  üçün  dissertasiyanı  işləyərək  vaxtından  əvvəl  tamamlamış  və  müdafiə  üçün  Bakı  Dövlət  Universitetinin  nəzdində 
fəaliyyət  göstərən  ixtisaslaşmış  Dissertasiya  Şurasına  təqdim  etmişdir.  Dissertant  olduğu  müddətdə  mövzusu  ilə  bağlı  15  məqalə  və  beynəlxalq 
konfranslarda 2 tezis çap etdirmişdir. S.Sadıqovanın məqalələrinin 3-ü xaricdə - Türkiyə, Özbəkistan və Qazaxıstanda nəşr olunmuşdur. 2011-ci ildə 
müdafiə etmiş, 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru diplomunu almışdır. 
S.Sadıqova əmək fəaliyyətinə 11 yanvar 2000-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu N.Rzayev adına 169 saylı orta məktəbdə Azərbaycan 
dili və ədəbiyyat müəllimi kimi başlamış, 2003-2007-ci illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2007-
ci ilin sentyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müəllimi vəzifəsində  işləyir. 2012-ci ildən 
Müasir  Azərbaycan  dili  kafedrasının  baş  müəllimi  seçilmişdir.  2013-cü  ildən  AMEA-nın  Nəsimi  adına  Dilçilik  İnstitutunun  filologiya  üzrə  elmlər 
doktoru proqramı üzrə doktorantıdır. 1 may 2015-ci ildə ADPU-nun Filologiya fakültəsinin Elmi Şurasında dosent vəzifəsinə seçilmişdir. 
O, 60-a yaxın məqalənin, bir dərs vəsaitinin, üç proqramın, bir kitabın (həmmüəllif) müəllifidir

 
 
 
11.
 MINAXANIM ATAXAN QIZI NƏZƏROVA 
 
Minaxanım Ataxan qızı Nəzərova 23 sentyabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı şəhəri 44 saylı orta məktəbin I 
(birinci)  sinfinə  qəbul  olunmuş,  1966-cı  ildə  həmin  məktəbin  X  (onuncu)  sinifini  bitirmişdir.  1973-cü  ildə  V.İ.Lenin  adına  APİ-nin  Filologiya 


 
 
 
99 
 
fakültəsinin I kursuna qəbul olunmuş, 1977-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 
1982-ci ildə V.İ.Lenin adına APİ-nin Orta məktəbin ixtisasartırma fakültəsinin nəzdində olan “Orta məktəbi idarəetmə” 
kafedrasında  baş  laborant kimi  başlamışdır. Həmin  fakültənin  bağlanması  ilə əlaqədar 1989-cu  ildə  institutun Müasir 
Azərbaycan dili kafedrasında baş laborant kimi fəaliyyətinə davam etmişdir.  
1993-cü  ildə  akademik  Ş.Şirəliyevin  elmi-yaradıcılığı  ilə  bağlı  tədqiqat  aparmışdır.  O,  ADPU-nun  dissertantı 
olmuş,  həmin  mövzu  ilə  bağlı  bir  sıra  məqalə  çap  etdirmişdir.  O  cümlədən,  1995-ci  ildə  “Türk  dillərinin  dialektoloji  atlasının  hazırlanması  işində 
M.Ş.Şirəliyevin rolu”adlı məqaləsi (Türk lehçeleri və edebiyyatı dergisi. Sayı 4, Ankara, 1995) Türkiyədə çap edilmişdir. 2004-cü il oktyabrın 26-da 
AMEA-da  “M.Ş.Şirəliyevin  Azərbaycan  dilinin  inkişafında  rolu”  mövzusunda  namizədlik  dissertasiyasını  müdafiə  edərək  filologiya  elmləri  üzrə 
fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2006-cı ildə Müasir Azərbaycan dili kafedrasına müəllim təyin edilmişdir. 2009-cu ildən həmin kafedranın 
baş müəllimidir. 1 tezis, 1 monoqrafiyanın, bakalavr üzrə 2 proqramın, 1 dərs vəsaiti və bir sıra məqalənin müəllifidir. 1993-cü ildən YAP-ın üzvüdür.  
Ailəlidir. 2 övladı, 4 nəvəsi var.  
 
12.
 ABIŞOV  ELŞAD  ŞƏRƏFXAN OĞLU 
1974-cü ildə Laçın rayonunun Vəlibəyli kəndində doğulub. 1996-cı ildə V.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1996-
2005-ci illərdə 31 N-li Laçın rayon orta məktəbində müəllim işləyib. 2000-2004-cü illərdə AMEA Nəsimi adına Dilçilik institutunun aspirantı olub. 
2007-ci ildə “Laçın rayonu onomastik vahidlərinin linqvistik təhlili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri 
namizədi alimlik dərəcəsi alıb.  
2006-2014-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitunda kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2014-
2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının dosenti olub. 2016-cı ildən Azərbaycan 
Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında dosent vəzifəsində çalışır. 
 
 
 


 
 
 
100 
 
 
 
13Təhməzov Zamiq İltifat oğlu. 
1980-ci il 6 sentyabrda Füzuli rayonunun Əhmədalılar kəndində müəllim ailəsində anadan olmuşdur. 1998-ci ildə orta məktəbi bitirmişdir. 1998-ci ildə 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olmuş, 2002-ci ildə həmin fakültəni bitirmişdir. 2002-2004-cü illərdə ADPU-
nun “Azərbaycan dili” ixtisası üzrə magistraturasını bitirmişəm. 2004-2007-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitunda əyani aspirant, 2008-ci 
ildə “Müasir Azərbaycan dilində köməkçi nitq hissələrinin təsnifi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elə həmin ildən AMEA-
nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitunda “Azərbaycan dili və onun 
tədrisi metodikası” kafedrasında, 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Müasir Azərbaycan dili” kafedrasında baş müəllim 
vəzifəsində çalışır. 
 
 
11.
 
KAFEDRANIN İLLİK İŞ PLANI (NÜMUNƏ) 
 
 
“Təsdiq edirəm” 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru 
 ______________ t.e.d., prof. C.M.Cəfərov 
“____”  ______________ 2016-cı il 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
“Müasir Azərbaycan dili” kafedrasının illik iş planı nümunəsi 
İŞ PLANI 
 


 
 
 
101 
 
№ 
Görüləcək işin məzmunu 
İcra müddəti 
İcraçı 

Yeni  tədris  ilində  kafedra  qarşısında  duran  əsas  vəzifələr,  keçən  tədris  ilinin 
nəticələrinin müzakirəsi 
Sentyabr 
M.Hüseynova 

Fənlər üzrə sillabusların hazırlanması, təkmilləşdirilməsi, onların kafedrada müzakirəsi 
və təsdiqi 
Sentyabr 
M.Hüseynova, 
kafedranın bütün 
müəllimləri 

2016/2017-ci tədris ili üçün müəllimlərin fərdi iş planlarının müzakirəsi 
Sentyabr 
M.Hüseynova, 
S.Sadıqova 

2016/2017-ci  tədris  ilində  yerinə  yetirilməsi  planlaşdırılan  elmi-tədqiqat  işlərinin 
müzakirəsi 
Oktyabr  
M.Hüseynova 

Əyani və qiyabi doktorantlarla, dissertantlarla iş: ilkin müzakirə, mövzu seçimi  
Oktyabr  
M.Hüseynova 

Kafedranın strukturunun və “Kafedra profaylının” elektron, PowerPoint və fayl (çap) 
versiyalarının hazırlanması 
Sentyabr-oktyabr 
M.Hüseynova 

Bakalavr buraxılış və kurs işi mövzularının, dövlət attestasiya imtahan suallarının 
müzakirəsi və təsdiqi 
Sentyabr -oktyabr,  
fevral – mart 
M.Hüseynova, fənn 
komissiyası 

Elmi-tədqiqat işlərinin kafedrada müzakirəsi, aktual problemlərin həlli yollarının 
axtarılması və onların elmi əsasları 
Oktyabr 
M.Hüseynova, kafedra 
əməkdaşları 

Seminarların keçirilməsi: 
Auditoriyada davranış tələblərinə münasibət 
Oktyabr-Aprel 
M.Hüseynova 
Müasir Azərbaycan dilinin problematik məsələləri 
Oktyabr 
M.Hüseynova, 
M.İsmayılova, 


 
 
 
102 
 
Y.Qəhrəmanova, 
İ.Bayramov 
Müstəqillik dövründə dilimizin saflığı uğrunda mübarizə 
Noyabr 
M.Hüseynova, 
K.Səmədova, 
Z.Təhməzov 
Müstəqillik dövründə dövlət dili ilə bağlı sərəncamlar 
Noyabr 
M.Hüseynova, 
C.Cəfərov, E.Abışov 
Kafedranın saytının rəsmi təqdimatı 
Dekabr 
M.Hüseynova, 
Z.Təhməzov 
Terminologiya sahəsindəki yeniliklər  
Mart 
M.Hüseynova, 
M.İsmayılova, 
Y.Qəhrəmanova 
Süni şəkildə dəyişdirilmiş onomastik vahidlər   
Aprel 
M.Hüseynova, 
İ.Bayramov, S.Sadıqova 
Fənlər üzrə dəyirmi masaların təşkili 
Azərbaycan dilçiliyində son onilliyin nailiyyətləri 
Sentyabr- Dekabr 
Y.Qəhrəmanova, 
S.Zeynalov 
Azərbaycan  dili  və  nitq  mədəniyyəti  fənninin  ayrı-ayrı  ixtisaslar  üzrə  tədrisinin 
spesifikası 
Noyabr-Dekabr 
M.İsmayılova, E.Abışov 
Müəllim-tələbə münasibətlərinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi 
Mart-İyun 
K.Səmədova, 
Z.Təhməzov 
Müəllimlərin elmi konfrans və simpoziumlarda iştirakının səmərəsi 
Mart-İyun 
K.Səmədova, E.Abışov 


 
 
 
103 
 
10 
İmtahanlara hazırlıq və imtahanların mütəşəkkil keçirilməsi üçün tədbirlərin keçirilməsi 
Dekabr- may 
M.Hüseynova, B.Xəlilov 
11 
İmtahan biletlərinin müzakirəsi 
Dekabr- may 
M.Hüseynova, 
C.Cəfərov 
12 
Müəllimlərin illik hesabatlarının təsdiq edilməsi və fərdi iş planlarının yerinə yetirilmə-
sinin müzakirəsi 
Dekabr- iyun 
M.Hüseynova, 
S.Sadıqova 
13 
Qış və yay imtahan sessiyalarının yekunlarının müzakirəsi 
Yanvar – iyun 
M.Hüseynova, B.Xəlilov 
14 
Tədris olunan fənlərin proqramlarının müzakirəsi 
Mütəmadi 
Fənni tədris edən 
müəllimlər 
15 
Növbəti tədris ilinə hazırlıq işləri 
İyul 
M.Hüseynova, kafedra 
əməkdaşları 
16 
Mühazirə mətnlərinin müzakirəsi 
Mütəmadi 
Fənni tədris edən 
müəllimlər  
17 
Açıq  dərslərin  müzakirəsi,  o  cümlədən  kafedranın  tədris  etdiyi  fənlərin 
mənimsənilməsinin mövcud vəziyyətinin müəyyən edilməsi 
Mütəmadi 
M.Hüseynova, dekan 
müavini 
18 
Dərs  prosesində  müasir  dövrün  tələblərinə  cavab  verən  daha  müasir  metodların,  o 
cümlədən  interaktiv  təlim  metodlarının,  habelə  informasiya-kommunikasiya 
texnologiyalarının tətbiqinin genişləndirilməsi tədbirləri. 
 
Mütəmadi 
M.Hüseynova 
19 
Kafedranın  professor-müəllim  heyətinin  ölkə  daxilində  və  qabaqcıl  xarici  ölkələrdə 
treninqlərə cəlb olnmasının təşkili. 
 
Mütəmadi 
M.Hüseynova 
20 
Ali  təhsildə  kredit  sisteminin  tətbiqi,  bu  sahədəki  yeniliklər  və    qabaqcıl  dünya 
ölkələrinin təcrübəsi barədə kafeda əməkdaşlarının mütəmadi məlumatlandırılması. 
 
Mütəmadi 
M.Hüseynova 
21 
Kafedranın  tədris  etdiyi  fənlər  üzrə  tələbələrin  biliyinin  qiymətləndirilməsinin  Avropa 
 
M.Hüseynova 


 
 
 
104 
 
Kredit  Transferi  Sistemi  tələblərinə  uyğun  olaraq  daha  müasir,  mütərəqqi  və  şəffaf 
mexanizminin qurulması. 
Mütəmadi 
 
İş planı kafedranın 07.09.2016-cı  il tarixli iclasında təsdiq olunmuşdur. 
 
 
 
“Müasir Azərbaycan dili” 
 
kafedrasının müdiri: 
 
 
 
 
 
 
dos.M.N.Hüseynova 
 
 
 
 
 
 
 
12.
 
KAFEDRANIN ƏSASNAMƏSİ 
Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  Elmi  Şurasının  “__” 
_______ 2016-cı il tarixli “___” saylı protokolu ilə təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrası haqqında 
 
ƏSASNAMƏ 
 


 
 
 
105 
 
1.
 
Müasir  Azərbaycan  dili  kafedrası  (bundan  sonra  kafedra)  ADPU-nun  “Filologiya”  fakultəsinin  əsas  tədris-elm 
struktur vahidlərindən biri olub, Azərbaycan dilinin qrammatikası və onunla əlaqəli fənlər üzrə tədris, metodiki 
və 
elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, təhsil alanlar arasında tərbiyə işlərini həyata keçirir. 
2.
 
Kafedra Azərbaycan Respublikası Qanunvericiliyinə, Təhsil Qanununa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarına, 
təlimat və metodiki göstərişlərinə, qüvvədə olan digər qanunvericilik aktlarına, “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnamə”sinə, ADPU-
nun Nizamnaməsinə, ali təhsil  müəssisəsinin professor-müəllim  heyətinin  vəzifələrə seçilməsi  və attestasiyası qaydalarına  və bu Əsasnaməyə 
uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir. 
3.
 
Kafedraya ümumi rəhbərlik,  bir qayda olaraq elmi dərəcəsi  və elmi rütbəsi olan kafedra  müdiri tərəfindən  həyata keçirilir.  Kafedra  müdirinin 
ayrı-ayrı sahələr üzrə müavinləri ola bilər. Kafedra müdirinin müavinləri kafedra müdirinin təqdimatı ilə rektor tərəfindən təyin edilir. 
4.
 
Kafedranın kollektiv idarəetmə orqanı  onun ayda bir dəfədən gec olmayaraq  çağırılan ümumi yığıncağıdır.  
5.
 
Kafedraya  -  kafedra  müdiri,  professorlar,  dosentlər,  məsləhətçilər,  baş  müəllim,  müəllim,  doktorantlar,  dissertantlar,  digər  kateqoriyadan  olan 
işçilər daxildirlər. 
6.
 
Kafedranın əsas vəzifələri:  
-
 
bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş məşğələlərin, mühazirələrin, praktiki seminar və digər dərslərin yüksək elmi-
nəzəri səviyyədə aparılmasını təmin etmək; 
-
 
kurs, yoxlama və buraxılış işlərinə (layihələrinə), tələbələrin fərdi işlərinə rəhbərlik etmək; 
-
 
cari imtahanların və aralıq yoxlamaların keçirilməsini təmin etmək; 
-
 
dövlət imtahanlarının təşkilində və keçirilməsində fəal iştirak etmək; 
-
 
təhsil alanlar arasında fəal vətəndaş mövqeyinin formalaşması işində iştirak etmək; 
-
 
kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanmasını, müvafiq qaydada təsdiq edilmək üçün təqdim olunmasını təşkil 
etmək, digər kafedraların hazırladığı tədris proqramlarına rəy vermək; 


 
 
 
106 
 
-
 
dərslik,  dərs  vəsaitləri,  metodiki  rəhbərlik,  təlimat,  göstəriş,  əyani  vəsait  və  b.  hazırlanmasını  təmin  etmək, 
rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy vermək; 
-
 
elmi-tədqiqat  işlərinin  aparılmasını  təşkil  etmək,  doktorantların,  dissertantların  və  tələbələrin  elmi-tədqiqat 
işlərinə rəhbərlik etmək; 
-
 
tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsini təşkil etmək, onların müvafiq elmi-pedaqoji sahədə tətbiq edilməsi və ya nəşr edilməsi üçün 
rəy vermək; 
-
 
kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının tərtib olunmasını və onların icrasını təmin etmək; 
-
 
universitetin,  respublikanın  və  xarici  ölkələrin  ali  məktəblərinin  pedaqoqlarının  qabaqcıl  iş  təcrübəsinin  öyrənilməsini  və  yayılmasını  təşkil 
etmək; 
-
 
tədris prosesində müasir texniki vasitələrdən, yeni metodikalardan  istifadə edilməsinə dair tədbirlər hazırlayıb həyata keçirmək; 
-
 
elmi-pedaqoji və elmi kadrların hazırlanması üçün tələbələrlə, doktorantlarla və dissertantlarla işi təşkil etmək; 
-
 
kafedra əməkdaşlarının dissertasiyasının yüksək səviyyədə hazırlanmasına kömək etmək, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən 
digər iddiaçıların dissertasiyalarını müzakirə edib rəy vermək; 
-
 
müasir texnologiyaların tətbiqi üzrə qabaqcıl təcrübənin öyrədilməsi  və  yeni  iş  metodlarının praktikaya tətbiq  edilməsi  məqsədi  ilə  müxtəlif 
müəssisə və təşkilatlarla əməkdaşlığı təmin etmək, qarşılıqlı faydalı əlaqələri genişləndirmək; 
-
 
ADPU-nun bakalavr, kafedranın magistr və doktorant məzunları ilə daim əlaqələri təmin etmək; 
-
 
təhsil  sektorunun  inkişafı,  gənc  nəslə  verilənbiliklərin  yüksək  səviyyədə  təşkil  edilməsi  məqsədi  ilə  kafedrada  tədris  edilən  fənlər  üzrə  elmi 
biliklərin təbliğinin təşkil edilməsi. 
7.
 
Kafedra ATİ Elmi Şurasının qərarı ilə, ən azı 5 professor – müəllim (o cümlədən 3 nəfər elmi dərəcəyə malik) olduqda yaradılır. Kafedranın illik 
tədris yükü 5,0 min saatdan çox olmalıdır.   
8.
 
Kafedra iclaslarına ADPU-nun əməkdaşları, digər ali məktəblərin, elmi-tədqiqat institutlarının, müəssisə və təşkilatların işçiləri də dəvət oluna 
bilərlər. 


 
 
 
107 
 
9.
 
Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə edilir: 
-
 
kafedra müdirliyinə seçimlə əlaqədar namizədlərin müzakirəsi; 
-
 
kafedranın  bütün  fəaliyyət  növləri  üzrə  gördüyü  işlər,  professor  -  müəllim  heyətinin,    doktorantların, 
dissertantların, magistr təhsili alan,  staj  keçən və ya fərdi planla təhsil alan tələbələrin tədris-tədqiqat planları və hesabatları;  
-
 
kafedrada tədris olunan kurslar üzrə tədris vəsaitləri, proqramları, mühazirə və imtahan  materialları; 
-
 
müəllimlərin tədris yükünün bölünməsi və tədris yükünün yerinə yetirilməsi vəziyyəti; 
-
 
kafedra tərəfindən təşkil edilən seminarların, konfransların, sərgilərin və s. tematikası, onların keçirilməsinin nəticələri; 
-
 
yoxlama, kurs və buraxılış işlərinin tematikası, rəhbərlərin və rəy  verənlərin təyin edilməsi, kurs və buraxılış işlərinin müdafiəyə hazırlanması 
vəziyyəti; 
-
 
elmi və metodiki işlərin nəşr olunmasına dair təqdimatların verilməsi; 
-
 
tədris olunan fənlər üzrə sərbəst proqramla təhsil alan tələbələrin işlərinin mövzularının müəyyənləşdirilməsi; 
-
 
sərbəst işlərin hazırlanması, təhvil verilməsi və qiymətləndirilməsi qaydalarının müəyyən edilməsi. 
10.
 
Kafedra  mövcud  normativ  hüquqi  aktlara  uyğun  olaraq  qarşısına  qoyulmuş  vəzifələri  yerinə  yetirmək  üçün  öz  səlahiyyətləri  daxilində  digər 
məsələləri də müzakirə edib müvafiq qərar qəbul edə bilər. 
-
 
Kafedra iclaslarında  qəbul olunan qərarlar haqqında fakültənin rəhbərliyinə, zərurət olduqda isə ADPU-nun rektorluğuna və ya Elmi Şurasına 
məlumat verilir. 
11.
 
Kafedra iclaslarında aşağıdakı məsələlər barədə təklif, tövsiyyə və ya təqdimatlar verilə bilər: 
-
 
öz səlahiyyətləri daxilində kafedra müəllimlərini xarici ölkələrə, stajkeçmə və ixtisasartırma kurslarına, yaradıcılıq və tədqiqat ezamiyyətlərinə 
göndərmək üçün, eləcə də doktoranturaya qəbulla bağlı təqdimat vermək; 
-
 
müəllim  və  elmi  işçilərin  kafedraya  işə  qəbulu  haqqında  işəgötürmə  komissiyasına  tövsiyə,  onlarla  müqavilə  bağlanması,  mövcud 
qanunvericiliyə uyğun olaraq onlara vəzifə maaşı və əlavələrin təyin edilməsi haqqında müraciət hazırlamaq; 
-
 
doktoranturaya qəbul və iddiaçıların kafedraya təhkim olunması ilə bağlı təkliflər vermək; 


 
 
 
108 
 
-
 
əməkdaşların həvəsləndirilməsi və ya cəzalandırılması ilə bağlı əsaslandırılmış təqdimat vermək; 
-
 
kafedranın müəllimlərinin, elmi işçilərinin və digər əməkdaşlarının vəzifədən kənarlaşdırılması haqda təqdimat 
vermək; 
-
 
digər təkliflər vermək. 
12.
 
Kafedra iclaslarında qərarlar açıq və ya gizli səsvermə yolu ilə, sadə səs çoxluğu ilə qəbul edilir.  
13.
 
Kafedra müdiri:  
-
 
kafedranın fəaliyyətinə rəhbərlik edir, onun işini planlaşdırır və təşkil edir; 
-
 
kafedra iclaslarını çağırır, onlara sədrlik edir; 
-
 
Elmi Şura qarşısında kafedranın fəaliyyəti barədə hesabat verir; 
-
 
kafedranı təmsil edir; 
-
 
kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təklif edir; 
-
 
kafedranın fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyır. 
14.
 
Kafedrada kargüzarlıq mövcud qanunvericiliyə və  ADPU-da qəbul edilmiş qaydalara uyğun olaraq aparılır. 
15.
 
Əsasnaməyə əlavələr və dəyişikliklər, onun qəbul olduğu qaydada həyata keçirilir.  
 
Əsasnamə kafedranın “07” “sentyabr” 2016-cı il tarixli iclasında qəbul edilmişdir. 
 
 
Kafedra müdiri:_____________    M.N.Hüseynova 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin  
Tədris-Metodiki Şurasının “____” “___________” 2016-cı il tarixli iclasında müzakirə edilərək bəyənilmiş, təsdiq edilməsi üçün Elmi Şuraya tövsiyə 


 
 
 
109 
 
olunmuşdur. 
 
 
Tədris Mərkəzinin müdiri: ___________  S.Ağayev 
 

Yüklə 33,76 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə