TəHSİl tariXİMİZDƏN



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   18
Orta əsrlər Azərbaycanında təhsil

Müəllimlərin maaşları 
Hələ IX əsrin sonları ilə X əsrin əvvəllərində
məşhur tarixçi və fiqh alimi Əbu Cəfər ibn
Cərir ət-Təbərinin müəllimlikdən qazandığı
aylıq maaşın 10 dinar olduğu qeyd edilir
[Fayda Mustafa, 2010, c. 39, s. 315]. Səlcuqlu
və Elxanlılar dövründə böyük elmi vəsfi ol-
mayan sıravi müəllimin bu qədər maaş aldığı
məlumdur. Sultan Toğrul Bəy dövründə (1038-
1063) mədrəsədə müəllimlik edən Əli Tənuhi
(1055-ci ildə vəfat edib) aylıq 60 dinar maaş
alırdı. Əyyubilər dövründə mədrəsənin baş
müəllimləri 
(müdərris)
aylıq 30 dinar, digər
müəllimlər 
(molla)
isə 10 dinar məvacib alır-
dılar. Elxanilər dövründə Təbriz mədrəsə-
lərində müəllimlərin aylıq maaşı 150-360
dinar arasında dəyişirdi [Vəqifnamə, s. 166].
Hətta 500 dinar maaş alan müdərrislərdən
də bəhs edilir.
Rəbi-Rəşididə xidmət edən bəzi müəllim
və elm adamlarının maaşları belə idi:
• Əqli elmlər müdərrisi — 500 dinar;
• Təbib — 300 dinar;
• Hədis müdərrisi — 150 dinar;
• Kitabxanaçı — 150 dinar;
• Müəllim — 120 dinar;
• Cərrah — 100 dinar;
• Göz həkimi — 100 dinar;
• Muid (hədis təfsir edən müəllim) — 100
dinar;
• Atabək (yetim uşaqlara müəllimlik edən)
— 60 dinar;
• Tibb asistantı — 30 dinar;
• Kitabxana köməkçisi — 30 dinar. 
[Özgüdenli O.G., s. 217].
Əkbər N. Nəcəf
Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər)
119
http://journal.edu.az
...............................................................................................
15
Özgüdenliyə görə, yetimxanadan çıxan uşaq
mütləq bir sənət sahibi olmalı idi. Bax: 
Tebriz`de İki
Yetimhane,
s. 178.



Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə