TəHSİl tariXİMİZDƏN



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   18
Orta əsrlər Azərbaycanında təhsil

Akbar Najaf
DOI: 
10.32906/AJES/683.2018.02.08
To cite this article:
Najaf A. (2018) 
The educational concept, its structure, methodology and teaching tools of medieval
Azerbaijan (X-XVI centuries).
Azerbaijan Journal of Educational Studies. Vol. 683, Issue II, pp. 107–123
Article history 
Received: 16.05.2018; Accepted: 13.07.2018


Təhsil sahələrinin müxtəlifliyi 
Orta əsrlərdə Azərbaycanın təhsil sistemi
Şərqi İslam coğrafiyası təhsil sisteminin bir
parçası idi. Bu təhsil sistemi, sadəcə, mədrə-
sələrlə məhdudlaşmırdı. Birincisi, Şərqi İslam
coğrafiyasında təhsil geniş bir sistem təşkil
edirdi və siyasi-sosial sahənin bütün qollarına
sirayət etmişdi. İkincisi, təhsil imkanları və
məkanları müxtəlifliyinə görə seçilirdi.
Üçüncüsü, təhsilli olmaq cəmiyyətdə xüsusi
bir status sayılırdı. Dördüncüsü isə orta əsr
dövlətlərinin kadr siyasəti təhsilli insanların
idari-inzibati mexanizmdə yer almasına
söykənirdi.
Tədqiqatçı alim Əli Məzahiri 1951-ci ildə
Parisdə fransızca nəşr etdirdiyi «Ortaçağda
müslümanların yaşayışları» adlı əsərində X
əsrdən etibarən təhsil sahəsində İslam
dünyasında bir inqilab olduğunu yazır: «O
vaxta qədər orta əsrlərin Orta Şərqində məktəb
olaraq, sadəcə, məscidlərdə uşaqlara verilən
əqaid (inanc) dərsləri və müsəlman filosoflar,
yaxud mötəzilə tərəfindən yaradılmış olan və
akademiya sayıla biləcək «Dar əl-Hikmət»lər
məlum idi. Bu ikisi arasında ikinci dərəcəli
bir təhsil anlayışı mövcud deyildi. Buna görə
də X əsrdən əvvəl təşkilatlanmış ümumi bir
təhsil anlayışının olmadığını qəbul etməliyik.
Xalq əqaidi (inancları), dinin praktik tərəflərini,
bəzi yazı və hesab qaydalarını öyrənməklə
kifayətlənərkən, sosial təbəqənin zirvəsində
yer alan, çoxu mötəzilə anlayışlı ilahiyyatçılar,
hökmdarlar və siyasətçilər fəlsəfə və dəqiq
elmlər oxuyurdular» [Mazaheri A. 1972, s.
159].
X əsrdə Orta Asiyada Qaraxanlılar (766-
1212) və Misirdə Fatimilərdən (909-1171)
başlayıb, Qacarların son dövrünə qədər təsirini
qoruyan mədrəsə təhsili yeganə təhsil sistemi
deyildi. Aparılan araşdırmalar orta əsrlərdə
Azərbaycan da daxil olmaqla İslam ölkələrində
başlıca təhsil mərkəzlərinin aşağıdakı kimi
olduğunu qeyd edirlər:
• məktəblər və küttablar;
• suffə;
• məscidlər;
• camilər;
• saraylar və divan məktəbləri;
• kitabxanalar və kitab dükanları;
• üləma evləri;
• ədəbi məkanlar;
• badiyə (çöl);
• hərəm məktəbləri (saray qadınları üçün);
• mədrəsələr;
• ribatlar və dərgahlar.
Adları qeyd olunanlar arasında əsas təhsil
müəssisələri kimi mədrəsələr, saraylar, məscid-
camilər ilk sırada gəlirdi [Çelebi A. 2013,
s. 23 və d.]. Bu təhsil ocaqlarının hamısı xalq
arasında ümumilikdə 
məktəb
adlanırdı. Dinin
mərkəzində 
kitab
olması səbəbindən, məktəb
anlayışı kitaba əsaslanan bir oxuma və öyrənmə
sistemi idi. Lakin zamanla məktəb insanlara
verilən ilk təhsil sistemini əhatə etməyə başladı.
George Makdisinin də qeyd etdiyi kimi,
«məktəb və ya küttab, sadəcə, ilk dərəcə təhsil
verən məkanı» ifadə etməyə başladı [Makdisi
G. 2007, s. 58].
O dövrün təhsil anlayışları arasında
«badiyə»nin adı xüsusilə zikr edilməlidir.
Badiyə
ərəbcə «çöl» mənasına gəlir. Bir dili
bütün incəlikləri və mükəmməlliyi ilə
öyrənmək üçün təhsilli insanlar çöldə yaşayan
qəbilələr arasında yaşayırdılar. Bu təhsilə
badiyə adı verilirdi. Məsələn, X əsrin məşhur
şairi Seyyiduk Bəsrədəki təhsilini və ədəbi
araşdırmalarını tamamladıqdan sonra klassik
ərəbcə təhsilini artırmaq məqsədilə badiyəyə
getmiş və fasiləsiz on il bədəvi qəbilələr
arasında qalmışdır. Onun müasiri olan Tənubi,
Seyyidukun çalışmalarından bəhs edərkən
«Vasıtın ən məşhur şairi, bir lüğət müəllifi və
dilçi alim» olaraq söz edir [Çelebi A. 2013,
s. 23 və d.]. Bu da badiyə təhsilinin bir növ
praktika və ali dərəcəni artırmaq olduğunu
deməyə imkan verir. Eyni anlayış türklər
arasında da mövcud idi. Mahmud Kaşqari
1072-1074-cü illərdə yazdığı «Divani Lüğəti-
t-Türk»də yer alan kəlmələrin çoxunu köçəri
həyat sürən türk tayfalarının dilindən
toplamışdı.
Əkbər N. Nəcəf

Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə