TəHSİl tariXİMİZDƏN



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   18
Orta əsrlər Azərbaycanında təhsil

TƏHSİL TARİXİMİZDƏN
110
AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2
...............................................................................................
1
«Kitab əz-zəhra», yəni «Çiçək kitabı» bir növ şeir
antologiyasıdır. Məhəmməd ibn Davud həmin
kitaba seçdiyi şeirləri nəsr şəklində toplamışdır.


verdiyi məlumatlardan anlayırıq. O, əsərində
55 nəfər azərbaycanlı alimin adını qeyd edərək
onların yetişdiyi elmi mühitin təhsil
imkanlarına da işıq tutur [Əliyeva N. 2014, s.
20]. Azərbaycan şəhərlərində yüksək təhsil
verən ocaqların hələ VII-VIII əsrlərdə
formalaşdığını təbrizli alim Vəliyuddin Əbu
Abdullah Məhəmməd ibn Abdullah əl-Əmri
ət-Təbrizinin Azərbaycan mütəfəkkirlərini də
əhatə edən VIII əsr alimlərinin qısa həyat
hekayəsini əks etdirən 
«əl-İkməl fi əsmə ər-
ricəl»
əsərindən anlayırıq.
2
Digər tərəfdən,
«Kitab əl-Müştərək» adlı əsərdə ümumilikdə
Azərbaycanın 21 məntəqəsi haqqında məlumat
verilib, həmin yerlərdəki təhsil məkanlarına
da toxunulmuşdur [Əliyeva N. s. 62].
Artıq XI əsrdən etibarən Səlcuqlar, sonra
isə Atabəylər dövründə Azərbaycanda bütün
Şərqi İslam coğrafiyasında tanınan məktəblər,
mədrəsələr, saray məktəbləri mövcud idi.
Tədqiqatçı Nərgiz Əliyeva bir əsərində həmin
dövrdəki Azərbaycanın ali məktəblərinin
siyahısını tərtib etməyə çalışıb. Həmin əsərdə
Gəncə, Şamaxı, Beyləqan, Marağa (Atabəylər,
Qazı, Əhmədağa), Zəncan, Naxçıvan, Mərənd
və Xoy mədrəsələrinin adları çəkilir [Əliyeva
N. 2015, s. 67-74, 78, 84, 85, 86].
Cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular
və Səfəvilər dövründə Azərbaycanda çox sayda
mədrəsələr fəaliyyət göstərirdi. Tacəddin şah
Əlişah mədrəsəsi, Rəşidəddinin oğlu
Qiyasəddin Məhəmmədin Qiyasiyyə mədrəsəsi,
Əmir Şeyx Həsən Cəlayiri mədrəsəsi, Şeyx
Üveys mədrəsəsi, Sultan Əhməd Cəlayiri
mədrəsəsi, Sahənşahın arvadı Xədicə Bəyimin
tikdirdiyi Müzəffəriyyə və Bəyim mədrəsələri
bunlara nümunədir. Bu mədrəsələrin hər biri
elmin müxtəlif sahəsində mütəxəssislər
yetişdirirdilər. Məsələn, Şamaxının Məlhəm
kəndində açılan və uzun illər fəaliyyət göstərən
«Mədrəseyi-tibb» həm yüksək səviyyəli tibbi
təhsil mərkəzi, həm də xəstəxana idi. Bu
mərkəz görkəmli şair Xaqaninin əmisi Qafiyəd-
din Ömər ibn Osman tərəfindən açılmışdır.
Məşhur həkim və filosof olan Qafiyəddinin
Şamaxı mədrəsəsi ilə olan əlaqələrini nəzərə
alsaq, həmin dövrdə mədrəsələr arasında
tələbə mübadiləsinin olduğunu düşünmək
olar. [Əliyeva N. 2015, s. 86].
Tədqiqatlardan belə məlum olur ki, oxumaq
arzusunda olanlara verilən ilkin təhsil müddəti
maksimum 10-11 il idi. Ancaq məktəbə
başlayan bütün şagirdlərin bu təhsil müddətini
tamamladıqları iddia edilə bilməz. Böyük
əksəriyyətin, Əli Məzaherinin qeyd etdiyi kimi,
təməl əqaid elmlərini əldə edərək məktəbləri
tərk etdiyinə inanmaq lazımdır. Məktəb və
küttabları tamamladıqdan sonra başlayan ali
təhsil isə minimum 10-11 illik olub, bu
müddətdən sonra icazət (diplom) alanlar
xəstəxanalarda, mədrəsələrdə, hüquq
sistemində işlə təmin olunurdular. Bu bizə
bir mütəxəssisin təhsil həyatının, orta hesabla,
20 ildən az olmadığını deməyə əsas verir. Belə
məlum olur ki, 4-5 yaşından məktəb həyatına
başlayan bir uşaq, 25 yaşında ali təhsil
ocaqlarının birindən məzun olmaq şansına
sahib idi. Ancaq təhsilini bu müddətlə
məhdudlaşdırmayıb, davam etdirənlər də
vardı. Məsələn, Beyhaki təhsil həyatını 37
yaşında tamamlamışdı. Bu onun, təqribən, 30
ildən çox təhsil aldığını deməyə əsas verir
[Makdisi G., s. 60].
Ali təhsilin müddətləri arasında fərq
məktəblərin dərəcə və əhəmiyyətinə görə də
yaranırdı. Məsələn, 
divan məktəbləri,
bir növ,
siyasi idarəetmə profilli universitetlərin
missiyasını icra edirdi. Bu məktəblərdə dövlət
işlərində katiblikdən vəzirliyə qədər xidmət
edən şəxslər təhsil alırdılar. Sultanlar 
qulam
olaraq işə götürdükləri hərbi, siyasi və
təhlükəsizlik xidmətlərindəki məmurlarını da
həmin məktəblərdə yetişdirirdilər. Qul kimi
alınıb dövlət məmuru dərəcəsinə qədər
yüksəldilən həmin qulamların 30 yaşından
tez rəsmi vəzifə tutmadıqlarını Nizamülmülk
«Siyasətnamə» əsərində qeyd edir [Niza-
mülmülk, Siyasətnamə, 1999, s. 74; Əkbər N.
2017, s. 160]. Bu məktəblərdə 
riyazi elmlərə
Əkbər N. Nəcəf

Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə