Müəllimlər və tələbələr
Orta əsr təhsil
sistemində müəllimlər və
tələbələr arasında dərəcələndirmə onların
aid olduqları mədərəsə, məktəb və küttablara
görə fərqlənirdi. Müəllimlər arasındakı
dərəcələndirmə bu şəkildə idi:
• Muid
3
;
• Müfid
4
;
• Müdərris və ya dərsiam
5
.
Şagirdlər və ya tələbələr arasında dərəcə-
ləndirmə isə belə aparılırdı:
• Tələbə-i ülum (suxtə, softa)
6
;
• Danişmənd
7
;
• Müləzim
8
.
Bu sıralama xaricində müəllimlər və tələ-
bələrin öz titulları var idi. Məsələn, müəllimlər
arasında
molla, əllamə, qare, mühəddis
və
fəqih
kimi titullar əsas qəbul edilirdi.
Mədrəsə
kadrlarının çoxalması və mədrəsə təhsil sis-
teminin təkmilləşdirilməsi
ilə müdərrislər
arasındakı dərəcələndirmə də dəyişmişdir.
Buna
görə hər mədrəsədə
ulə
(ilk),
saniyə
(ikinci) və
səlisə
(üçüncü) olmaqla üç müdərris
vəzifələndirilmişdir.
Yuxarıda da qeyd etdiyimiz kimi, tələbəlik
dövrü 14-15 yaşdan başlayırdı. Bu yaşa qədər
uşaqlar şagird sayılır və məktəb təhsili alırdılar.
14-15 yaşından
mədrəsə təhsilinə başlayan
tələbə 20-21 yaşlarında mübahisə etmək, bir
mövzunu sərbəst işləmək, tələbələr arasında
çalışmalar aparmaq səviyyəsində elmi bacarığa
sahib olurdu [Anameriç H., Rukancı F., 2008,
s. 40].
Təhsil metodologiyası
Mədrəsələrdəki təhsil
deduktiv
adlandırılan
metoda əsaslanırdı. Bu metodun əsasını
müəyyən mövzularda əsər yazmış və bir neçə
məsələdə fikir bəyan etmiş alimlərə bağlılıq
və onları dinləmək təşkil edirdi.
Bu təhsil
metodu əzbər
(hifz)
, təkrar, qavrama, müzakirə
və qeydlər aparmaq
(dəftər)
şəklində gerçək-
ləşirdi.
Hifz, yəni əzbər, təhsil metodologiyasının
əsasını təşkil edirdi. Hifz etmək, G.Makdisinin
açıqlamasına görə, «bol miqdarda materialların
əzbərlənməsinə, mənalandırılmasına və
müəyyən məsafələr buraxmaq şərti ilə təkrar-
lanmasına söykənirdi».
Xüsusilə də Quran,
lüğət, rəvayət,
fiqh və şeir dərsləri sözün
həqiqi mənasında
tələbənin hafizə gücünə
bağlı dərslər idi [Makdisi G., s. 241]. Lakin
belə hafizə gücünə sahib tələbələr nadir hal-
larda ortaya çıxırdı. Məhz bu səbəbdən Şabi
kimi bir alim «əgər biri, sadəcə, mənim
unutduqlarımı əzbərləmiş olsaydı alim olardı»
deməklə hifzin hər zaman mümkün olmadığını
dilə gətirmişdi. Amma Şabidən fərqli olaraq
güclü hafizəyə sahib tələbələr və alimlər də
Dostları ilə paylaş: