TəHSİl tariXİMİZDƏN



Yüklə 282,17 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix21.05.2022
ölçüsü282,17 Kb.
#87608
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
Orta əsrlər Azərbaycanında təhsil

TƏHSİL TARİXİMİZDƏN
114
AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2
...............................................................................................
3
Mədrəsələrdə müzakirələr aparanlar,
müdərrislərin köməkçiləri səviyyəsində olanlara
verilən ad. Bəzi mədrəsələrdə xüsusi bir sinfə
nəzarət edənlərə, tam olaraq dərs demək vəzifəsi
olmayanlara bu ad verilirdi. Muid, bir növ
müdərris ilə tələbə arasında vasitəçi rolunu
oynayırdı. Bu vəzifə günümüzdə «assistent»
dərəcəsinə uyğun gəlir.
4
Əsasən, XV-XVI əsrlərdə işlədilməyə başlanılan
bu termin muiddən bir dərəcə yüksək,
müdərrisdən bir dərəcə aşağıda yer alan,
günümüzdə «dosent» dərəcəsində olan
müəllimləri ifadə edirdi. Müfidlər mədrəsələrdə
oxudulan dərslərdə müdərrisin ərz etdiyi, ancaq
tələbənin tam vaqif olmadığı məsələləri təhlil edib
açıqlayırdılar.
5
Müdərris və ya dərsiam mədrəsələrdə dərs
demək hüququ olan müəllimi ifadə edirdi.
Müdərrislər tam elm sahibi olub, təhsil sistemində
ən üst səviyyədə yer alan alimlik dərəcəsinə sahib
şəxslər idi.
6
Softa – mədrəsə tələbəsi mənasında olub, xalq
arasında istifadə edilən bir termin idi. Mədrəsə
müəllimlərinin sözlərinə görə, elm eşqi ilə alışıb-
yanan uşaqları xalq bir az da kinayə ilə «suxtə»
adlandırırdı. Həmin ad daha sonra dəyişərək 
softa
şəklini alıb.
7
Mədrəsə təhsili almış insanlar üçün istifadə
edilən bir sifətdir. Farsca bir termin olan
danişmənd Elxanilərdən sonrakı dövrlərdə sürətlə
yayılmağa başladı. Danişmənd adını alan tələbə
«elm sahibi» hesab olunurdu.
8
Mədrəsə təhsilini tamamlayıb icazət (diplom)
alan tələbəyə verilən ad.


vardı. Məsələn, Makdisi, Xələf əl-Əhmərin 40
min beyt əzbərlədiyini qeyd edir [Makdisi G.,
s. 241].
Hifz etmək təhsildə çox mühüm idi. Qəzali
bir səyahət sırasında kitablarının quldurlar
tərəfindən talan edilməsindən sonra artıq
oxuduğu bütün kitabları əzbərlədiyini qeyd
edir. XII-XIII əsrlərdə yaşamış Ziyaəddin İbn
əl-Əsir hafizənin əhəmiyyətini vurğulayaraq
əzbərləmənin müəyyən zaman və ya ehtiyac
halında lüzumundan bəhs edir [Makdisi G.,
s.243].
Hafizə orta əsrlər təhsil sistemində olduqca
mühüm idi. Fiqhi hökmlərin verilməsində,
hədislərin nəqlində, yazılı münasibətlərin az
olduğu dövrdə məlumatların ötürülməsində
əzbərin əhəmiyyəti ortaya çıxır. Dilçi və tarixçi
Qazı Vaki (918-ci ildə vəfat edib) təhsildə
hafizə və əzbərin əhəmiyyətinə diqqət çəkərək
yazır:
Tələbələr elm tələbi ilə erkəndən qalxar,
Bu bir gün kitablarda əbədiləşir,
Mən də irəliləyirəm şövq və ciddiyətlə
Dəftərdir qəlb, hoqqadır qulaqlar.
[Makdisi G., s. 244].
Təhsildə qavrama və müzakirə də hafizə
qədər əhəmiyyətli idi. Əslində, həm qavrama,
həm də müzakirə əzbər təhsil anlayışına
dəstək mənasına gəlirdi. Terminlərin,
kəlmələrin, mənaların qavranılması onların
yaddaşda tutulmasını asanlaşdırırdı. Müzakirə
üsulu tələbənin aldığı, müdərrisin isə verdiyi
dərsin öyrənilməsində istifadə edilən əsas
metod hesab olunurdu. Müdərris tələbələri
sorğu-suala çəkdiyi kimi, əksi də olurdu.
Həftənin bəzi günlərində müdərrislər xalqa
açıq dərslər təşkil edirdilər. Müəllim bir
məsələdə özünün gəldiyi qənaətləri açıqlarkən,
tələbə müzakirə sırasında, əsasən, əzbərlədiyi
alimlərdən istinadlar gətirərək fikrini ifadə
edirdi [Anameriç H., Rukancı F., s. 41].
Təhsil metodologiyasında müraciət edilən
bir digər vasitə qeydlər aparmaqdır. 
Dəftər
adı verilən bu vasitə biliklə dolan və bir növ
«bilik anbarı halına gələn yaddaşın» bərpasında
köməkçi rolunu icra edirdi [Makdisi G., s. 255
və d.]. Elmdə qeydlər aparmaq elmin açarı
sayılırdı. Lakin bəzi elmi dairələrdə kağıza
yazılan biliyə münasibət mənfi olmuşdur. Bunu
İbn əl-Əllaf (IX-X əsrlər) yazdığı bir mərsiyyədə
belə dilə gətirir:
Biliyi kağıza əmanət etdi və onu da itirdi,
Kağız onu mühafizə etmək üçün çox pis 
yerdir. 
[Makdisi G., s. 256].
Kağıza qarşı bu iddialara etibar etmək hər
zaman mümkün deyildir. Əks halda orta
əsrlərdə sayları milyonları aşan ədəbiyyatın
ortaya çıxması qeyri-mümkün olardı.
Orta əsrlərdə qeydaparmanın xüsusi bir
metodu da formalaşmışdı. 
Fihrist
adlanan bu
metod, bir növ, mənbə və ədəbiyyatın, orada
yer alan məlumatların qısa xülasəsini əks
edirdi. Ən-Nədimin məşhur «Fihrist» əsəri
belə sistemə ən yaxşı nümunədir [Ən-Nədim,
2017, s. 67 və d.].

Yüklə 282,17 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə