Təhsil xərcləri: şəffaflıq və səmərəliliyin gücləndirilməsi



Yüklə 295,9 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix01.04.2018
ölçüsü295,9 Kb.
#35703
  1   2   3   4   5   6   7   8   9


 

 

 



 

Təhsil xərcləri:

 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 



istiqamətləri

 

 



 

28.01.2014 

İqtisadi və Sosial İnkişaf Mərkəzi 

Rəşad Həsənov, Nərmin İbrahimova 

 

Elmi Redaktor: Dr. Vüqar Bayramov 



Bu  tədqiqat  Avropa  Birliyinin  maliyyələşdirdiyi  “Məktəb  büdcələrinin  formalaşmasında  və  səmərəli 

istifadə edilməsində vətəndaş iştiraklılığının istiqamətləndirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır. 

 

 

 



Bu tədqiqatda əks olunan fikirlər layihə icraçısına məxsusdur və heç bir halda Avropa Birliyinin mövqeyini əks etdirmir.

 

TƏHSIL XƏRCLƏRI:



 

Rəşad Həsənov, Nərmin İbrahimova

 

 

 




Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 0 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



 

 

Mündəricat 

 

Giriş ........................................................................................................................................................... 1 



Mövzunu aktual edən səbəblər .................................................................................................................. 1 

Tədqiqatın istiqamətləri ............................................................................................................................. 2 

Təhsil xərclərin iqtisadi təsnifatı ................................................................................................................ 3 

Təhsil xərclərinin dəyişmə dinamikası ........................................................................................................ 7 

Təhsil sektorunda islahatlar .................................................................................................................... 13 

Təhsil sektorunda həyata keçirilən dövlət proqramları və layihələr haqqında ..................................... 16 

Təhsil sektorunda beynəlxalq və qeyri-dövlət mənbələri üzrə  maliyyəəməkdaşlığı ........................... 17 

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası ................................................................................................ 17 

Təhsilin keyfiyyəti və qiymətləndirmə ................................................................................................... 20 

Xülasə .......................................................................................................................................................... 21 

 

 

 



 

 

 




Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 1 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



 

Giriş 


Təhsil 

hər 


bir 

ölkənin 


cümlədən 

də 

Azərbaycanın 



sosial 

siyasətinin 

priaritetistiqamətlərindəndir.  Müasir  dövrdə    müharibələrin,    hərbi  müdaxilələrin,  gücün 

nümayişini  deyil  daha  çox  elmin,  təhsilin,  beyinlərin  mübarizəsinin  şahidi  olmaqdayıq.  Yəni 

həyatın mübarizə qaydaları belə bu gün təhsilin inkişafını tələb edən əsas faktorlardandır. Məhz 

bu prizmadan yanaşdıqda Azərbaycanda müasir təhsil sisteminin yaradılması hökumət qarşısında 

dayanan vacib məsələlərdəndir. Müasir təhsil sistemi isə özlüyündə bu sahəyə daha geniş spektrli 

yanaşma tələb edir. Yəni təhsil infrastrukturu, təhsil proqramı, təhsildə dövlət, xarici dövlətlərlə 

təhsil  mübadiləsi  kimi  amillər  bu  sahənin  inkişafını,  təkmilləşdirilməsini  təmin  edəcək  mühüm 

elementlərdir.  Nəzərə  alsaq  ki,  təhsilə  investisiya  çox  əhəmiyyətli  və  perspektivli  sahə  olsa  da, 

bir  çox  hallarda  ailələrin  büdcəsi  gələcək  haqqında  proqramlaşma  aparmağa  və  uzunmüddətli 

investisiya qoymağa imkan vermir. Bu səbəbdən də, sektorda əsas ağırlıq dövlətin üzərinə düşür. 

Hazırda  dünyanın  hər  bir  dövləti  öz  büdcəsində  təhsilə  xərclər  ayırır.  Bu  xərclərin  həcmi  və 

ümumiyyətlə dövlətin təhsil siyasəti əslində sosial siyasətin tərkib hissəsidir. Lakin bütün digər 

sahələrdə  olduğu  kimi,  təhsilə  qayğı  və  təhsilin  maliyyələşdirilməsinin  səviyyəsi  bu  sahədə 

tətbiq  edilən  mexanizmlər  fərqlidir.  Ölkəmizdə  də  müstəqilliyin  ilk  günlərindən  başlayaraq 

keçmiş  sovet  təhsil  sisteminin  dəyişdirilməsi,  yeni  və  daha  keyfiyyətli  müasir  maliyyə 

mexanizmləri  ilə  zənginləşdirilmiş    sistemin  formalaşdırılması  istiqamətində  addımlar 

atılmaqdadır.  Lakin  bu  sahənin  daim  yenilənməsi  və  qabaqcıl  təcrübələrdən  geri  qalmaq  kimi 

amillər dövlətin təhsil sektorunda daim islahatlar aparmasını gərəkdirir. Məhz bu səbəbdəndir ki, 

2013-cü  ilin  sonlarında  yeni  təhsil  strategiyası  qəbul  edilib.  Ümid  edirik  ki,  yeni  strategiya  bu 

sahədəki çatışmazlıqların aradan qaldırılmasında və dünya standartlarına uyğun təhsil modelinin 

formalaşmasında ölkəmiz üçün mühüm əlamətləri ilə yadda qalacaq. 

 

 

Mövzunu aktual edən səbəblər 



Dayanıqlı  inkişafın  təmin  edilməsi,  beynəlxalq  sferada  rəqabətliliyin  artırılması,  innovativ  və 

təşəbbüskar  iqtisadi  sistemin  yaradılması  XXI  əsrdə  daha  cox  insan  kapitalının  inkişafı  ilə 

əlaqəlidir. Bu sahənin özünəməxsusluğu onun uzunmüddətli passiv investisiya tələb etməsidir və 

bu bir çox hallarda təhsilin fərdi maliyyələşdirilməsini əngəlləyir. Xüsusi ilə də zəif inkişaf etmiş 

ölkələrdə  əhalinin  sosial  rifahı  valideynlərin  təhsil  məqsədi  ilə  vəsaitlər  ayırmasını  əngəlləyən 

əsas amildir. Məhz bu səbəbdəndir ki,  əksər ölkələrdə təhsilin  ibtidai və orta pilləsi,  bəzən isə 

hətta  ali  pilləsi  də  dövlət  tərəfindən  maliyyələşdirilir.  Təbii  ki,  Azərbaycanda  da  orta  təhsil 

məcburi və ödənişsizdir. Yəni bu sahənin xərcləri dövlət tərəfindən maliyyələşdirilir. Lakin həm 

ictimai  vəsaitlərin  xərclənməsindəki  şəffaflığın  təmin  edilməsi  və  həm  də  təhsil  sisteminin 

maliyyələşdirilməsində  daha  məqbul  və  qabaqcıl  təcrübənin  tətbiqi  baxımından  bu  istiqamətdə 

islahatların aparılmasına ehtiyac duyulurdu. Bu səbəbdəndir ki, 2014-cü ildən etibarən təhsilinin 

maliyyələşdirilməsi  yeni qaydalar əsasında həyata keçiriləcək. Yeni maliyələşmə mexanizminin 

əsas  prinsipi  adambaşına  maliyələşmənin  təmin  edilməsidir.  Beləliklə  2014-cü  ildən  etibarən 

təhsil  sahəsində  yeni  bir  dövrün  başladığını  demək  olar.  Təbii  olaraq  yeni  maliyyələşmə 




Yüklə 295,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə