Təhsil xərcləri: şəffaflıq və səmərəliliyin gücləndirilməsi



Yüklə 295,9 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix01.04.2018
ölçüsü295,9 Kb.
#35703
1   2   3   4   5   6   7   8   9

Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 10 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



mexanizminin  tətbiq  edilməsi  barədə”  Azərbaycan  Respublikası  Prezidentinin  2010-cu  il  10 

fevral  tarixli  Fərmanınıntələblərinin  2014-cü  ildə  yerinə  yetirilməsi  məqsədi  ilə  130.4  milyon 

manat vəsait ayrılıb. Bunlarla yanaşı, 2014-cü ilin dövlət büdcəsinin təhsil xərcləri bölümünə ilk 

dəfə olaraq xarici ölkələrin təhsil və elmi tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər 

regionu  ilə  bağlı  elmi  araşdırmaların  stimullaşdırılması  məqsədi  ilə  2.5  milyon  manatlıq  xərc 

maddəsi əlavə edilib. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ötən 10 il ərzində təhsil sahəsində 

orta aylıq əməkhaqqı təxminən 6 dəfə artıb. Xatırladaq ki, bu müddət ərzində ölkə üzrə orta aylıq 

əməkhaqqı 3 dəfə artıb yəni, təhsil sahəsində olduğundan 2 dəfə az. Məhz bu fakt onu deməyə 

əsas verir ki, təhsil sektorunda keyfiyyətin artırılması və bu sahədə çalışanların həyat şəraitinin 

yaxşılaşdırılması  istiqamətində  ciddi  addımlar  atılıb.Lakin,  bu  sahədə  daha  ciddi  islahatlara 

ehtiyac  var.  Faktiki  olaraq  təhsil  sektorunda  çalışanların  böyük  bir  qisminin  digər  iqtisadi 

fəaliyyət  sahələrində  aktiv  fəaliyyət  imkanlarının  olmaması  onların  əlavə  gəlirlər  əldə  etmək 

imkanlarını azaldır və nəticədə bu sahədə çalışan insanların  maliyyə təminatı zəif hesab edilir. 

Çünki,  müəllimlərin  təxminən  300  manat  məvaciblə  ailə  büdcələrini  formalaşdırdığı  halda 

onların  fəaliyyətindən  keyfiyyət  tələb  etmək  mümkün  deyil.  Hazırda  bu  istiqamətdə  müəyyən 

addımların  atılacağı  gözlənilir.  Belə  ki,  təhsil  strategiyasında  yaxın  illərdə  bu  sektorda  əmək 

haqqlarının  təxminən  iki  dəfə  artırılması  nəzərdə  tutulub.  Digər  tərəfdən  ədalətlilik  prinsipinin 

təmin  edilməsi  məqsədi  ilə  müəllimlərin  fəaliyyət  performansının  onların  əmək  haqqlarında 

əksini tapması istiqamətində də addımlar atılacaq.  

Dövlət  büdcəsinin  təhsil  xərclərinin  bir  hissəsi  birbaşa  olaraq  Təhsil  Nazirliyinin  sərəncamına 

verilir.  Yəni  təhsil  üzrə  ayrılan  vəsaitlərin  xərclənməsi  həm  müxtəlif  dövlət  proqramları 

çərçivəsində  və  həm  də  birabaşa  Təhsil  Nazirliyinin  vasitəsi  ilə  paylaşdırılır.  Təhsil  xərclərinin 

artımı ötən illər ərzində təbii ki, Təhsil Nazirliyinə ayrılan vəsaitlərin də artırılmasına səbəb olub. 

Təhsil  Nazirliyinə  ayrılan  vəsaitlərin  illər  üzrə  dinamikası  və  bu  vəsaitlərin  xərclənmə 

istiqamətləri aşağıdakı cədvəldə öz əksini tapıb. 

Cədvəl  4:  Təhsil  Nazirliyinə  ayrılan  vəsaitlər  və  bu  vəsaitlərin  ayrı-ayrı  xərc  maddələri  üzrə 

istifadəsinin illər üzrə dinamikası 

İllər 

2008 

2009 

 

2010 

 

2011 

      2012 

Təhsil 

Nazirliyinə 

ayrılan vəsait 

328.7 


 

419.3 


 

402.0 


 

426.7 


396.0 

Əməkhaqları  və 

digər ödənişləri 

239.1 


64.9%  306.7 

73.1%  258.5 

64.3%  271.1 

63.5%  208.8 

52.7



Təqaüd 



və 

müavinətlərin 

ödənişləri 

26.1 


7.8% 



29.5 

7.3% 


20.5 

4.8% 


21.7 

5.5% 


Komunal 

xərclər 

11.6 


3.1% 

17.8 


4.3% 

17.8 


4.5% 

13.9 


3.3% 

12.7 


3.2% 

Sair xərclər 

7.2 


2.1% 



21.4 



5.0% 



Maddi 

texniki 

bazanın 

genişləndirilməsi 

43.0 


12.8%  47.5 

11.3%  45.9 

11.4%  56 

13.1%  103.8 

26.2



Digər xərclər 



20.9 

5.7% 


47.3 

11.3%  25.5 

6.3% 

38.9 


9.1% 

10.3 


2.6% 

Mənbə: Azərbaycan Respublikası Təhsil Nazirliyinin illik hesabatları 


Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 11 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



Təhsil  nazirliyinə  ayrılan  vəsaitlər  əməkhaqqı  və  ona  üstəlik  xərclərin  ödənilməsi,  idarənin 

saxlanılması  xərclərinin  ödənilməsi,  ezamiyyə  xərclərinin  ödənilməsi,  nəqliyyat  xidmətləri 

haqqlarının  ödənilməsi,  kommunal  və  kommunikasiya  xidmətlərinin  ödənilməsi,inventar  və 

avadanlığın  alınması,  əsas  vəsaitlərin  alınması,təqaüdlər,  müavinətlər  və  digər  xərclərin 

ödənilməsi  istiqamətləri  üzrə  xərclənir.  Nazirliyin  xətti  ilə  xərcləmələrin  60%-dən  çoxu  əmək 

haqqlarının  və  ona  əlavələrin,  təqaüdlərin,  müavinətlərin  ödənilməsinə  sərf  edilir.  Son  illər  

Təhsil  Nazirliyinə  təmir-bərpa  məqsədi  ilə  müəyyən  qədər  vəsait  ayrılsa  da,  infrastrukturun 

yenilənməsi üçün ayrılan vəsaitlər digər icra strukturlarının xərc maddələrində öz əksini tapır. 



Cədvəl 3: 

2004-2013-cü illərdə dövlət büdcəsin 

dən təhsilə ayrılan investisiya xərcləri 

Ölkə 


sosial 

infrastrukturun 

bərpası 

istiqamətində 

aparılan 

işlər 


təhsil 

infrastrukturunun 

da 

yenilənməsi 



və 

bərpasına  səbəb  olub.  Bu  sahəyə  ayrılan 

vəsaitlərin 

önəmli 


bir 

qismi 


məhz 

infrastruktur  xərclərinə  aid  edilib.  Ölkənin 

şəhər  və  kəndlərində  2500-ə  yaxın  məktəb 

tikilib  istifadəyə  verilib.  Məktəbəqədər 

təhsil 

müəssisələrinin 



tikilməsi 

və 


yenilənməsi  istiqamətindədə  işlər  görülüb. 

Yeni  təhsil  müəssisələrinin  tikintisi zamanı 

daha  çox  müasir  təhsil  standartlarına 

uyğunluq  nəzərə  alınıb.  Əgər  2004-cü  ildə 

təhsildə  dövlət  investisiya  xərcləri  5.8 

milyon 


manat 

idisə, 


2013-cü 

ildə 


Mənbə:

http://edu.gov.az/view.php?lang=az&menu=147&id=7031

müvafiq  göstəricinin  513.3  milyon  manat  və 

yaxud on il əvvəllə müqayisədə təxminən 90 dəfə çox olacağı proqnozlaşdırılıb. Təhsilə ayrılan  

dövlət investisiyalarının dinamikasına diqqət 

etsək,  bu  sahəyə  ayrılan  vəsaitlər  2008-ci 

ilədək  sürətlə  artıb.  Lakin,  qlobal  maliyyə 

böhranının  təsiri  və  dövlət  xərclərində 

kəmərsıxma bu istiqamətdə  ayrılan xərclərin 

kəskin azalmasına səbəb olub. Beləki, 2008-

ci  ildə  dövlətin  təhsil  investisiyaları  220 

milyon  manat  olub,  2009-cu  ildə  isə  bu 

göstərici  71%  azalaraq  63.7  miyon  manata 

düşüb.  Sonrakı  illərdə  isə  artım  tempi 

yenidən  bərpa  edilib.  2012-ci  ildə  bu 

istiqamətdə 

ayrılan  vəsait  müstəqillik 

dönəminin  ən  yüksək  həddinə  605  milyon 

manata  çatıb.  Ümumilikdə  isə  ötən  10  il 

ərzində  dövlət  büdcəsindən  bu  istiqamətdə 

1.9  milyard  manata  yaxın  vəsait  xərclənib.  Atılan  addımlar  təhsil  infrastrukturunun 

 

İllər 

Məbləğ(milyon 

manatla) 

Ötən illə 

müqayisədə 

dəyişmə 

dinmikası 

2004 

5.8 

-48.2% 

2005 

8.5 

46.6% 

2006 

50.7 

6 dəfə 

2007 

113.4 

2.2 dəfə 

2008 

220 

94% 

2009 

63.7 

-71% 

2010 

80.4 

26.2% 

2011 

203.7 

2.5 dəfə 

2012 

604.9 

3 dəfə 

2013* 

513.3 

-15.1% 



Yüklə 295,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə