Təhsil xərcləri: şəffaflıq və səmərəliliyin gücləndirilməsi



Yüklə 295,9 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix01.04.2018
ölçüsü295,9 Kb.
#35703
1   2   3   4   5   6   7   8   9

Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 12 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



müasirləşdirilməsi və bərpası istiqamətində müəyyən problemlərin həllinə səbəb olsa da sektorda 

bu istiqamətdə  hələ də ciddi çatışmazlıqlar qalmaqdadır. Xüsusi  ilə  ölkə  üzrə  75% regionlarda, 

kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdur. Bəzən isə bir neçə kənd bir natamam və tam 

orta təhsil müəsisəsindən istifadə edir.  

Digər tərəfdən təhsil sektorunda investisiya qoyuluşlarının şəffalığının artırılmasına ciddi ehtiyac 

hiss  edilir.  Məsələn  Milli  Büdcə  Qrupu  (MBQ)  tərəfindən  aparılan  araşdırmaya  görə  bir  çox 

hallarda təhsilə dövlət investisiyasının səmərəsiz istifadə edildiyi məlum olur. Belə ki, araşdırma 

nəticələrindən  aydın  olub  ki,  eyni  ildə  yəni,  bərabər  iqtisadi  mühitin  diqtəsində  ABŞ  səfirliyi 

tərəfindən  tikilib  istifadəyə  verilən  təhsil  müəssisələrində  bir  şagird  yeri  üçün  orta  hesabla  638 

manat vəsait xərcləndiyi halda Təhsil Nazirliyinin tikdirdiyi məktəblərdə anoloji xərc 3 dəfə çox 

və ya 1870 manat təşkil edib. Çıxarılan nəticə ondan ibarətdir ki, həqiqətən də hökumət son illər 

təhsil  istiqamətində  investisiya  xərclərini  artırsa  da,  bu  vəsaitlərin  xərclənməsi  prosesində  

səmərəlilik,  şəffaflıq  və  effektivlik  təmin  edilməyib.  Lakin  qeyd  etmək  lazımdır  ki,  ötən  illər 

ərzində həm ümumtəhsil müəssisələrinin və həm də məktəbəqədər təhsil müəssisələrinin tikilib 

istifadəyə  verilməsi  vəziyyəti    əvvəlki  illərlə  müqayisədə  müəyyən  qədər    yaxşılaşdırıb. 

Aşağıdakı cədvəldə son on il ərzində ölkə üzrə istifadəyə verilmiş təhsil müəssisələrinin sayı və 

şagird tutumuna aid məlumatlar əksini tapıb. 

Cədvəl  4:İstifadəyə  verilmişümumtəhsil  məktəblərinin  və  məktəbəqədər  təhsil 

müəssisələrinin illər üzrə sayı 

 

 

 

 

 

 

 

  

Ümumtəhsil  məktəbləri 

      Məktəbəqədər  təhsil  

    müəssisələri, yer 

 məktəblərin sayı, vahid 

şagird yeri 

     cəmi 

 o  cümlədən 

kənd 

yerlərində 

     cəmi 

 o  cümlədən 

kənd 

yerlərində 

     cəmi 

 o 

cümlədən 

kənd 

yerlərində 

2003 

56 

48 

15 451 

11 343 

96 

96 

2004 

54 

40 

20 961 

14 998 

306 

106 

2005 

194 

173 

44 668 

37 716 

53 



2006 

123 

76 

47 646 

21 916 

150 



2007 

124 

47 

83 686 

28 780 

1 145 



2008 

183 

150 

67 413 

40 958 

5 095 

120 

2009 

65 

47 

23 742 

16 318 

90 



2010 

52 

37 

19 183 

10 913 

1 010 

180 

2011 

75 

57 

23 488 

13 290 

720 

220 

2012 

173 

132 

61 974 

30 604 

1 722 

305 

 

 

 

 

 

 

 

Göründüyü  kimi  2003-2012-ci  illərdə  istifadəyə  verilən  1099  ədəd  ümumtəhsil  müəssisəsindən 

807-si  və  ya  73.4%-i  kənd  yerlərinin  payına  düşüb.  Bu  təhsil  müəssisələrinin  şagird  tutumu 

226800 nəfər olub. Yəni ölkə üzrə ümumi şagird kontingentinin təxminən 20%-i yeni və müasir 

texnologiya ilə təmin edilmiş məktəblərdə təhsil almaq şansı əldə ediblər. 



Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 13 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



Ali  təhsil  müəssisələrində  isə  daha  çox  təmir  bərpa  işlərinin  görülməsi,  yeni  ali  təhsil 

müəssisələrin  azlığı  və  onlarında  paytaxtda  tikilməsi  disproporsional  mühit  formalaşdırıb  və 

regionlar  üzrə  məqsədli  paylanma  həyata  keçirilməyib.  Bu  isə  təbii  ki,  urbanizasiya 

problemlərini  tətikləyən  amillərdən  başlıcası  hesab  edilir.  Ümumiyyətlə,  dövlət  büdcəsindən 

təhsilin  pilləri  üzrə  ən  az  xərc  ali  təhsilə  ayrılır.  Belə  ki,  2014-cü  ilin  dövlət  büdcəsində 

məktəbəqədər və ibtidai təhsilə 158.7 milyon manat, natamam və orta təhsilə 851 milyon manat, 

texniki-peşə  məktəblərinə  və  liseylərə  78.6  milyon  manat,  ali  təhsilə  isə  33  milyon  manat  və 

yaxud  ümumi  təhsil  xərclərinin  2%  həcmində  vəsaitin  ayrılması  nəzərdə  tutulub.    Təhsilin  bu 

pilləsinə ayrılan vəsaitin az olmasına  əsas səbəb isə ali təhsil alanların 85%-nin ödənişli  

Diqram 5:                 

əsaslarla  oxumasıdır.  Nəzərə  alsaq  ki,  ali 

təhsil  xərcləri  təhsilin  digər  pillələrinə 

nisbətən  daha  bahalı  hesab  edilir,  deyə 

bilərik  ki,  bu  sahəyə  dövlət  dəstəyinin 

artırılmasına 

ciddi 

ehtiyac 


hiss 

edilməkdədir.  Avropa  ölkələrində  ali 

təhsil  pilləsində  adambaşına  düşən  xərc 

ölkə  üzrə  adambaşına  düşən  ÜDM-in 

təxminən  23%-ni  təşkil  edir.  Ölkəmiz  isə 

bu  sahədə  xeyli  geri  qalır.  Aşağıdakı 

qrafikdə  bəhs  etdiyimiz  göstəricinin  illər 

üzrə dinamikası əks edilmişdir



.

GördüyümüzMənbə: Dünya Bankı 

 kimi  sadəcə  2009-cu  ildə  adambaşına  düşən  ali  təhsil  xərclərinin  adambaşına  ÜDM-ə  olan 

nisbəti  avropa  standartlarına  yaxın  olub  22.3%.  Lakin  sonrakı  illərədə  bu  göstəricidə  yenidən 

azalma  müşahidə  edilib.  Digər  tərəfdən  nəzərə  alsaq  ki,  avropa  ölkələrində  adambaşına  ÜDM 

ölkəmizdəkindən 4-5 dəfə artıqdır demək mümkündür ki, təhsilin ali pilləsinin maliyələşməsi və 

bu  istiqamətdə  dövlət  qayğısına  ciddi  ehtiyac  hiss  edilməkdədir.  Təhsil  sektorunda  ciddi 

islahatlara ehtiyacın olduğunu əvvəlcədən də qeyd etmişik. Bu istiqamətdə bu günədək müxtəlif 

proqramlar və layihələr çərçivəsində görülən işlərlə isə “Təhsil sektorunda islahatlar” bölümüdə 

daha təfsilatlı şəhr verilmişdir. 

 

Təhsil sektorunda islahatlar 



İkipilləli ali təhsilin tətbiqi  

İlk dəfə 1993-ci ildə ölkədə ikipilləli ali təhsilin tətbiqinə (bakalavr və magistratura) başlanılıb 

və həmin il universitetlərə bakalavar pilləsi üzrə  tələbə qəbulu həyata keçirilib. 2005-ci ildə ilk 

dəfə  magistratura  üzrə  tələbə  qəbulu  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası  tərəfindən  test 

üsulu  ilə  həyata  keçirilib.  Buna  qədər  isə  bu  pillə  üzrə  tələbə  qəbulunu  universitetlər  həyata 

keçirirdi.



 

15

13.5



11.5

9.6


13.5

22.3


19.6

18

0



5

10

15



20

25

2004 2005 2006 2007 2008 2009 2010 2011



Ali təhsil xərclərinin adambaşına ÜDM-ə 

nisbəti


Yüklə 295,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə