Təhsil xərcləri: şəffaflıq və səmərəliliyin gücləndirilməsi



Yüklə 295,9 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix01.04.2018
ölçüsü295,9 Kb.
#35703
1   2   3   4   5   6   7   8   9

Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 16 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



Aşağıdakı cədvəldə dövlət xətti ilə təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar 

əsasında xaricdə təhsilə ayrılmış və icra edilmiş xərclərin təsnifatı illər üzrə müqayisəli şəkildə 

verilmişdir: 

Cədvəl 5: Xaricdə təhsilin dövlət maliyyələşməsinin dinamikası 

Görünür  ki,  Dövlət  Proqramı 

çərçivəsində  ən  çox  vəsait 

2008-ci  ildə  ayrılıb,  lakin  ən 

az  tələbə  sayı  həmin  ildə 

xaricdə  təhsil  imkanı  əldə 

edib (188 nəfər, onlardan 114 

nəfəri  2008-ci  il  Dövlət 

Proqramı  çərçivəsində  təhsil 

almaq  üçün  xarici  ölkələrə 

göndərilmişdir). 

Dövlət 


proqramları ilə  yanaşı   2003-

cü 


ildən 

etibarən 

TəhsilNazirliyi Dünya Bankı Mənbə: Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2014 

ilə əməkdaşlıq çəriçivəsində Azərbaycan hökumətinin də maliyyələşdirdiyi tədrisin keyfiyyətinin 

və təlim  nəticələrinin  yaxşılaşdırılması  və  xərclərin  səmərəliliyinin artırılması  məqsədilə Təhsil 

Sektorunun İnkişafı üzrə İkinci Layihəni həyata keçirmişdir.  

Təhsil sektorunda həyata keçirilən dövlət proqramları və layihələr haqqında 

Təhsil  sektorunda  islahatların  icrası  prosesində  müxtəlif  dövlət  proqramları  və  layihələr  həyata 

keçirilir.  2005-ci  ildən  başlayaraq  Təhsil  Nazirliyi  vasitəsilə  aşağıdakı  dövlət  proqramlarının 

icrasına başlanıb. Bu istiqamətdə həyata keçirilən Dövlət Proqramlarına aşağıdakılar aiddir: 

 

2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət 



Proqramı; 

 



Azərbaycan  Respublikasında  dövlət  uşaq  müəssisələrindən  uşaqların  ailələrə  verilməsi 

(Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər); 

 

2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində 



pedoqoji kadr təminatı üzrə inkişaf proqramı; 

 



Azərbaycan  Respublikasında  ümumtəhsil  məktəblərinin  informasiya  və  kommunikasiya 

texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər); 

 

2008-2012-ci 



illərdə 

Azərbaycan 

Respublikasında 

təhsil 


sisteminin 

informasiyalaşdırılması üzrə dövlət proqramı; 

 

Azərbaycan  Respublikasında  məktəbəqədər  təhsilin  yeniləşdirilməsi  proqramı  (2007-



2010-cu illər); 

 



Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı (2007-

2012-ci illər); 




Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 17 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



 

2009-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  ali  təhsil  sistemində  islahatlar  üzrə 



Dövlət Proqram. 

Təhsil Nazirliyi beynəlxalq təşkilatlardan əsasən Dünya Bankı ilə 1998-ci ildən etibarən müxtəlif 

layihələr həyata keçirir. Həmin layihələr: 

 



Təhsil Sektorunun İnkişafı layihəsi

 



Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi (2009-2014). 

Təhsil sektorunda beynəlxalq və qeyri-dövlət mənbələri üzrə  maliyyə əməkdaşlığı 

Təhsil  Nazirliyi  1998-ci  ildən  etibarən  təhsil  sektorunun  inkişaf  proqramlarının  icrası  üçün 

Dünya  Bankı  ilə  əməkdaşlıq  edir.  O  cümlədən,  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin  İcma 

İnkişaf Fəaliyyəti proqramı çərçivəsində bir neçə regionda yeni məktəb tikintisi və bərpası kimi 

işlər  həyata  keçirilib.  Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  məktəblərin  bərpası,  yenidən 

tikintisi  kimi  işlərin  böyük  bir  qismi  Heydər  Əliyev  adına  Fond  və  Prezidentin  Ehtiyyat 

Fondundan ayrılan vəsaitlər hesabına həyata keçirilir. Lakin, Azərbaycanda məktəblərlərin qeyri-

hökümət  təşkilatları  (QHT)  ilə  əməkdaşlığı  aşağı  səviyyədədir.  Münasibətlərin  zəif  olmasının 

obyektiv və subyekti səbəbləri var. Belə ki, bəzən regionlarda  ya QHT mövcud deyil və  yaxud 

Ədliyyə  Nazirliyində  qeydiyyatının  olmasına  baxmayaraq  fəaliyyət  göstərməyən  QHT-lər  var. 

Başqa bir məsələ isə, bu cür  əməkdaşlıq prinsiplərinin mövcud olmamasıdır. Avropa  İttifaqına 

ən son qoşulan dövlətlərdən biri olan Bolqarıstan təhsil sahəsində islahatlar təcrübəsinə baxsaq, 

orada  QHT-lərlə  əməkdaşlığın  yaradılmasını  təmin  edən  layihələrin  icraı  olmuşdur.  Digər 

tərəfdən, QHt-lərlə əməkdaşlığı hətta məktəb rəhbərləri belə yüksək qiymətləndirmir. Halbuki bu 

əməkdaşlıq  uğurlu  ola  bilər.  Çünki  QHt-lər  məktəblərin  yerli  səviyyədə  problemlərin  həll 

edilməsində köməklik göstərə bilər.  

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası 

Təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası  Azərbaycan  Respublikası  prezidentinin  24  oktyabr 

2013-cü  il  Sərəncamı  ilə  təsdiq  edilib.  Strategiyanın  qəbul  edilməsində  əsas  məqsəd 

Azərbaycanda təhsil sahəsindəki mövcud problemlərin mərhələli şəkildə həll edilməsi və təhsilin 

hazırki  səviyyəsinin  beynəlxalq  standartlara  uyğunlaşdırılmasıdır.  Təhsil  sahəsindəki  bir  çox 

problemlər  və  disproporsiya  təhsil  strategiyasında  daha  önə  çəkilib.  Belə  ki,  qəbul  edilən 

strategiyada  bildirilir  ki,  hazırda  ölkənin  ali  təhsil  məktəblərində  oxuyan  tələbələrinin  yalnız 

1.2%-nin  kənd  təsərrüfatı  üzrə  ixtisasıları  seçib.  Halbuki,  ölkəmizdə  bu  sektorun  peşəkar 

kadrlara  ehtiyac  kifayət  qədərdir.  Digər  tərəfdən  25-34  yaş  arasında  olan  ali  təhsilli  gənclərin 

67%-i dövlət sektorunda çalışır (Mənbə. 

President.az 

saytı). Demək ki,  bu kateqoriya uzrə əmək 

qabiliyyətli kadrların ən yaxşı halda cəmi 33%-i özəl sektorda çalışır.  

Göründüyü kimi Azərbaycan təhsilinin insan kapitalının inkişafında aparıcı olması istiqamətində 

hərtərəfli  tədbirlərin  həyata  keçirilməsinə  və  təhsilin  keyfiyyətinin  Avropa  standartlarına 

uyğunlaşdırılmasına mütləq tələb var. Bu məqsədlə təhsildə idarəetmə sisteminin dəyişdirilməsi, 

bu  sahəyə  uyğun  kadr  potensialının  inkişaf  etdirilməsi  və  müəllim  nüfuzunun,  müəllimlərə 

ictimai inamın artırılması vacib amillərdəndir.  



Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 18 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



Sadalanan  problemlərin  həlli  məqsədi  ilə  Strategiya  Azərbaycanda  daim  inkişaf  edən,  peşəkar 

müəllim  və  təhsil  menecerlərinə  malik,müasir  infrastrukturla  təmin  edilmiş  rəqabət  qabiliyyətli 

təhsil sisteminin  yaradılmasına istiqamətlənmişbeş  əsas  istiqamətdə  hərtərəfli  tədbirləri nəzərdə 

tutur.  Bu  tədbirlər  həmçinin,  təhsil  sektorun  inkişaf  etdirilməsi  istiqaətində  Azərbaycan 

Respublkası  prezidentinin  29  dekabr  2012-ci  il  tarixli  fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 

2020:  Gələcəyə  Baxış”  İnkişaf  Konsepsiyasının  gərəyi  hesab  edilməlidir.  Təhsil  Strategiyası 

aşağıdakı inkişaf istiqamətləri əksini tapıb: 

1. Bacarıqlara əsaslanan təhsil məzmununun yaradılması; 



2.  İnnovativ  təlim  üsulları  və  texnologiyalarından  istifadə  yolu  ilətəhsilalanların  fərdi 

xüsusiyyətlərini  nəzərə  alan  təhsilin  məzmununun  effektiv  qavranılmasını  təmin  edəcək  yüksək 

səviyyəli kadrların formalaşdırılması; 

3. Dövlət və cəmiyyət və dövlət-biznes partnyorluğuna əsaslanan təhsil və onun yeni idarəetmə 

sisteminin formalaşdırılması. Cavabdehlik, şəffaflıq və səmərəlilik yeni idarəetmə sisteminin əsas 

kriteriyaları hesab edilməlidir

4. Ömür boyu təhsili əhatə edən təhsil infrastrukturunun yaradılması; 

5.  Təhsildə  dayanıqlı,  eyni  zamanda  şaxələndirilmiş  mənbələrə  söykənən  yeni  maliyyələşdirmə 

mexanizminin yaradılması. 

Strategiya    müəyyən  edilmiş  istiqamətlər  üzrə  aşağıdakı  tədbirləri  həyata  keçirilməsini  və 

hədəfləri nəzərdə tutur.  

1.

 

Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması. 

Strategiyanın  bu  bəndi  məktəbəqədər  yaş  dövrü  üçün  standartlara  cavab  verə  biləcək 

kurikulumların  hazırlanması,  uşaqların  fiziki  və  əqli  inkişafının  təmini,  onların  məxsusi 

qabiliyyətlərinin  üzə  çıxarılması,  davranış  qaydaları  təbliğ  edən  bilik  sisteminin 

formalaşdırılması,  bu  istiqamətdə  işlərin  aparılmasına  dəstək  ola  bilən  pedoğoji  heyətin 

yaradılması, yeni sistemə uyğun “Səriştəli valideyin” proqramının hazırlanması, 12 illik ümumi 

təhsil  sisteminə  keçidin  təmin  olunması  və  kurikulumların  o  cümlədən,  dərsliklərin  buna 

uyğunlaşdırılması,  istedadlı  uşaqlar  üçün  xüsusi  yanaşmanın  tətbiqi,  xüsusi  qayğıya  ehtiyacı 

olanlar  üçün  təlim  proqramlarının  hazırlanması,  cəmiyyətin  tələbatına  uyğun  peşə-ixtisas  təhsil 

proqramlarının tətbiqi, ali təhsil müəssisələrinin hərtərəfli inkişafı və təhsil-tədqiqat-innovasiya 

mərkəzlərinə  çevrilməsi  istiqamətində  işlərin  aparılması,  ixtisaslar  üzrə  müasir  standartların 

hazırlanması və bu zaman qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, ali təhsil məzmununun tətbiqi 

sahəsində müstəqilliyin təmini və s. kimi fəaliyyətlərin icrasını tələb edir. 

2.

 

Təhsilalanların  fərdi  xüsusiyyətlərini  nəzərə  alan  innovativ  təlim  metodları  və 

texnologiyaları  vasitəsilə  təhsilin  məzmununun  səmərəli  mənimsənilməsini  təmin  edən 

yüksək nüfuzlu təhsilverənin formalaşdırılması. 

İkinci  bənd  daha  çox  pedoqoji  fəaliyyətlə  məşğul  olanların  peşəkarlıq  və  həmdə  sosial 

vəziyyətinin inkişaf etdirilməsinə həsr edilib. Bu istiqamətdə tədbirlər təhsilverənlərin peşəkarlıq 



Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 19 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



səviyyəsində  inkişafın  daimiliyinin  təmin  edilməsi,təhsilin  bütün  pillərində  təhsilverənlər  üçün 

təhsilalanların fərdi inkişafına yönələn, innovativ təlim resursların hazırlanması,təhsil müəssiləri 

səviyyəsindəmüəllimlərin tədrisdən ayrılmadan peşəkarlığını artırılması üzrə sınaqdan keçirilmiş 

innovativ  modellərin  tətbiqi,pedaqoji  heyət  üçün  yeni  modul–kredit  və  rəqabətəsaslı  təlimlər 

sisteminin  formalaşdırılması,  yenilənmiş  proqramlara  və  informasiya-kommunikasiya 

texnologiyalarına  uyğun  metodiki  vəsaitlərin,  didaktik  materialların  və  təlim  vasitələrinin 

hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması,Müəllim nüfuzunun” artırılması 

və  onlara  ictimai  inamın  bərpası  istiqamətində    dövlət  siyasətinin  aparılması,nəticə  əsaslı 

diferensiallaşdırılmış, 

əmək 


bazarında 

rəqabətqabiliyyətli 

əmək 

haqqı 


sisteminin 

yaradılması,müəllim  fəaliyyətinin  stimullaşdırılması  üzrə  modelin  tətbiqi,müəllim  hazırlığı 

sistemində  internatura  modelinin  tətbiq  edilməsi,  kurikulumdan  kənar  məşğulliyyətin  təşkili 

mexanizmlərinin fərdi inkişafa uyğun hazırlanması kimi məqamlar üzərində dayanır.  



3.

 

Təhsilin  nəticələrə  görə  cavabdeh,  şəffaf  və  səmərəli  tənzimləmə  mexanizmlərinə  malik, 

dövlət–ictimai  xarakterli  və  dövlət–biznes  partnyorluğuna  əsaslanan  idarəetmə 

sisteminin formalaşdırılması. 

Növbəti  illərdə  dövlət  –cəmiyyət  və  dövlət-biznes  əməkdaşlığına  əsaslanan  və  12  illik  təhsil 

sisteminin formalaşdırılması əsas məqsədlərdən olacaq. Bir illik məktəbə hazırlıq artıq məcburi 

olacaq.  Digər  tərəfdən,  məktəbəqədər  təhsil  ölkə  üzrə  ümumi  uşaqların  90%-ni  əhatə  etməli,10 

illik  icbari  ümumi  orta  təhsil  və  2  illik  tam  orta  təhsil  modelinə  keçid  təmin  edilməlidir. 

Həmçinin  dövlətin təhsildəki  rolunun beynəlxalq  prinsiplərə  uyğunlaşdırılması,  tənzimləmə  və 

idarəetməni  icra  edən  dövlət  qurumlarının  səlahiyyət  və  məsuliyyət  dairəsinin  beynəlxalq 

təcrübəyə  uyğun  yenidən  müəyyənləşdirilməsi,  müasir  təhsil  akkreditasiya  sisteminin 

yaradılması,təhsil müəssisələrində şəffaf idarəetmə modelinin formalaşdırılması,xarici və daxili 

qiymətləndirmə mexanizmlərinin yaradılması  kimi bir sıra hədəflərə nail olmağı planlaşdırır. 

Sadaldığımız məsələlərlə yanaşı Strategiya ömür boyu təhsilin təmini məqsədi ilə infrastrukturun 

yaradılması,  təhsilə  ayrılan  maliyyənin  ÜDM-dəki  payının  5-6%-ə  çatdırılması,  təhsil 

müəssisələrinin  maliyyələşməsini  bir  təhsilalana  hesablanmış  xərc  üzrə  aparılması,təhsil 

müəssisələrində 

özünümaliyyələşdirmənin 

təşviqi 


və  ödənişli  təhsil  xidmətlərinin 

göstərilməsinin  dəstəklənməsini,büdcədənkənar  vəsaitlər  hesabına  formalaşdırılan  Təhsilin 

İnkişafı  Fondunun  yaradılmasını,    ali  təhsil  müəssisələrində  məqsədli  kapital  fondlarının 

yaradılmasını,  müəllimlərin  maddi  motivasiyası,  onların  illik  əmək  haqqının  adambaşına  düşən 

ÜDM-ə  nisbətinin  mərhələli  şəkildə  1,8–2  dəfəyədək  artırılması,tam  orta  təhsildə  bir  şagirdə 

düşən  illik  xərclərin  adambaşına  düşən  ÜDM-ə  nisbətinin  mərhələlərlə  2  dəfəyədək  artırılması  

kimi məqsədlər də müəyyən edir. 

Aparılan  qısa  təhlili  deməyə  əsas  verir  ki,  yaxın  10  ildə  sektorun  təməl  problemlərinin  həlli 

Təhsil  Strategiyasının  əsas  tələbidir.  Bu  zaman  problemlərin  həllinə  hərtərəfli  yanaşma  ortaya 

qoyulmalı  və  təhsilin  keyfiyyəti  və  təhsildə  şəffaflıq  əsas  qiymətləndirmə  indikatoruna 

çevrilməlidir. 

 



Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 20 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



Təhsilin keyfiyyəti və qiymətləndirmə 

Təbii ki, bu günə qədər təhsil sahəsində aparılan islahatlar  nəticəsi olaraq müəyyən nailiyyətlər 

əldə  edilib.  Belə  ki,  2010-cu  ildə  Birləşmiş  Millətlər  Təşkilatının    İnsan  İnkişafı  Hesabatında   

Azərbaycan  2005-ci  illə  müqayisədə  irəliləyərək  169  ölkə  arasında  101-ci  yerdən  67-ci  yerə 

yüksələrək “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna daxil olub.Müxtəlif 

istiqamətlərdə  islahatların  həyata  keçirilməsinə  baxmayaraq  ölkəmizdə  təhsilin  keyfiyyətində 

ciddi  problemlər  qalmaqdadır.  Məhz  bu  səbəbdən  dünya  üzrə  ali  təhsil  ocaqlarının  reytinq 

sıralamasında  ölkəmiz  zəif  şəkildə  təmsil  olunur.  Məsələn,  ABŞ-ın  QuacquarelliSymonds 

şirkətinin  hər  il  tərtib  etdiyi  dünyanın  3000  ali  təhsil  müəssisəsinin  reytin  siyahısında  

Azərbaycanın cəmi 3 univeristeti yer alıb. Xəzər Universiteti 651-ci, Qafqaz Universiteti 700-cü, 

Bakı Dövlət Unversiteti isə 701-ci  yerdə qərarlaşıb. Buradan çıxarılan digər nəticə isə odur ki, 

özəl  təhsil  müəsisələri  daha  rəqabət  qabiliyyətli  olur.  Demək  ki,  təhsilin  keyfiyyətinin 

artırılmasında özəl sektorun aktivliyini stimullaşdırmaq sektorun inkişafı üçün səmərəli ola bilər.  

Ümumiyyətlə  isə  təhsil  xərcləri  və  təhsilin  keyfiyyəti  arasında  mütənasibliyin  təmin  edilməsi 

əsas  problemlərdir.  Çünki,  aparılan  tədqiqatlar  göstərir  ki,  təhsil  xərclərinin  dəfələrlə 

artırılmasına  baxmayaraq  təhsilin  keyfiyyətində  ciddi  dəyişiklik  baş  verməyib.  Məhz  bu 

səbəbdəndir  ki,  yeni  strategiya  bu  sahədəki  çatışmamazlıqları  aradan  qaldırmaq  üçün  təhsil 

müəssisələrinin  maliyyələşdirilməsində  keyfiyyət  indikatorundan  istifadəni  də  tələb  olaraq  irəli 

sürür. 



Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 21 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



Xülasə 

 

Xülasədə təhsilin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyət bu araşdırmanın əsas istiqaməti 



olaraq  müəyyən  edilib.  İlk  öncə  elm  və  təhsilin  ölkənin  inkişafında  əhəmiyyəti  vurğulanıb  və 

ölkələr  üzrə  həyata  keçirilən  təhsil  siyasətinin  insan  kapitalının  formalaşdırılmasındakı 

əhəmiyyətinə  toxunulub.  Daha  sonra  isə  təhsil  iqtisadiyyatı,  onun  maliyyə  mənbələri,  təhsil 

xərcləri,  dövlət  büdcəsinin  təhsil  xərclərinin  strukturu  ayrı-ayrılıqda  gözdən  keçirilib.  Təhsil 

sistemi maliyyələşmə mənbələrinə uyğun olaraq bir neçə yerə ayrıldığı və bunların dövlət, özəl, 

beynəlxalq  və  qarışıq  maliyyələşmə  olaraq  klassifikasiyası  aparılıb.  Xüsusilə  bu  istiqamətdə 

dövlət  xərclərinə  diqqət  ayrılıb  ki,  buna  səbəb  dünyada,  o  cümlədən  Azərbaycanda  təhsil 

sektorunun  daha  çox  dövlət  tərəfindən  maliyyələşməsidir.  Beləki,  ölkəmizdə  təhsilin  bütün 

pillələrində  vətəndaşlara  ödənişsiz  təhsil  alma  imkanı  yaradılıb.  Təhsil  xərcləri  dövlət 

büdcəsində  nəzərəçarpacaq  həcmə  sahibdir  və  hər  yeni  ildə  bu  istiqamətdə  dövlət  xərcləri 

artırılır.  Buna  baxmayaraq  xərcləmələrin  böyük  bir  qismi  infrastrukturun  yenilənməsinə  sərf 

edildiyindən  bu  sektorda  digər  istiqamətlərdə  xüsusilə  əməkhaqqı  məsələsində  problemlər 

qalmaqda  və  təhsilin  keyfiyyətinin  müasir  standartlara  cavab  vermədiyi  hiss  edilməkdədir. 

Ümumiyyətlə  isə,  tədqiqat  zamanı  təhsil  sektorunda  dövlət  maliyyəsinin  illər  üzrə  dinamikası, 

büdcənin təhsil xərclərinin ÜDM-də xüsusi çəkisi, ümumi büdcə xərcləmələrində xüsusi çəkisi, 

illər  üzrə  təhsil  xərclərindəki  artım,  xərclərin  istiqamətləri,  bu  sektorda  əməkhaqqlarındakı 

artımın  illər  üzrə  dəyişməsi,  təhsil  pillələrinin  maliyyələşməsinə  ayrılan  xərclər,  ali  təhsil 

xərclərinin  adambaşına  ÜDM-ə  olan  nisbəti,  investisiya  xərcləri  və  s.  kimi  iqtisadi  parametrlər 

üzrə  təhlil  aparılıb.  Tədqiqat  zamanı  məlum  olub  ki,  son  10  ildə  büdcənin  təhsil  xərclərinin 

artırılmasına baxmayaraq bu artım tempi ümumi iqtisadi böyümənin tempi ilə uyğun olmayıb və 

nəticədə təhsil xərclərinin ÜDM-dəki xüsusi çəkisi 1999-cu ildə 4.2% olduğu halda 2011-ci ildə 

2.5%-dək  azalıb.  Hazırda  isə  bu  göstərici  2.8%-ə  bərabərdir.  Digər  tərəfdən  büdcənin  təhsil 

xərclərinin büdcənin ümumi xərclərindəki xüsusi çəkisi 2005-ci ildə 17.4% oduğu halda, 2013-

cü ildə 7.7%-dək azalıb. Lakin, qeyd etdiyimiz azalmalara baxmayaraq büdcədən təhsil məqsədi 

ilə  ayrılan  xərclər  2005-ci  illə  müqayisədə  2013-cü  ildə  təxminən  4  dəfə  artıb.  Həmçinin, 

tədqiqat  zamanı  o  da  müəyyən  edilib  ki,  son  illər  təhsil  xərclərinin  əhəmiyyətli  bir  qismi 

infrastrukturun yenilənməsinə yönəldilib. Beləki, baxmayaraq ki, son 9 il ərzində təhsilə ayrılan 

xərclər  4  dəfə  artıb,  bu  müddətdə  təhsilə  investisiyanın  həcmi  60  dəfədən  çox  artırılıb.  Bunun 

müqabilində  təhsil  işçilərinin  əməkhaqqı  isə  cəmi  4  dəfə  artıb.  Yeri  gəlmişkən  qeyd  edək  ki, 

təhsil işçilərinin orta aylıq əməkhaqqının həcminin digər sektorlara nisbətən daha az olması artıq 

tendensiya halını alıb. Bu hal isə ölkədə təhsilin keyfiyyətinin az olmasına səbəb olan əsas amil 

hesab  edilir.  Tədqiqat  zamanı  təhsil  sektorunda  həyata  keçirilən  bir  sıra  pilot  layihələr  gözdən 

keçirilib  və  bu  layihələrin  əhəmiyyəti  qısaca  olaraq  izah  edilib.  Həmçinin,  təhsil  sektorunda 

bundan  sonra  aparılacaq  islahatların  mənzərəsini  təsəvvür  etmək  məqsədi  ilə  yenicə  qəbul 

edilmiş Təhsil Strategiyası  təhlil  edilib.  Bu zaman strategiyanın  ortaya qoyduğu problemlər və 

bu problemlərin həlli məqsədi ilə növbəti illərdə həyata keçiriləcək təhsil islahatlarının konturları 

müəyyənləşdirilib.

 

 

 



Yüklə 295,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə