TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ



Yüklə 331,42 Kb.
səhifə1/4
tarix20.09.2017
ölçüsü331,42 Kb.
#870
növüMühazirə
  1   2   3   4

TƏHSİLDƏ İKT

(Mühazirələr)
GİRİŞ


       Müasir dünyada ölkələrin rəqabətədavamlılığı artıq ciddi bir  faktora  çev­rilmimişdir. Qloballaşma istiqaməti  götürən müasir  dünyada hər bir ölkənin dayanıqlı və davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik surətdə yiyələnmək tələb olunur.

         Bu gün informasiya cəmiyyətinin və rəqabətədavamlı yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir  sıra ölkələrin dövlət siyasətinin əsas istiqamətinə çevrilmişdir. Bu ölkələrdə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahə­si inkişafın ən önəmli amili kimi çıxış edir. Bu sahə dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək iqtisadiyyatın və ictimai münasibətlərin qloballaşmasını təmin edir. İnformasiya  cəmiyyətində təhsil sisteminin necə qu­rulması, təhsilin modernləşdirilməsi üçün hansı texnologiyalardan və necə istifadə edil­məsi hazırda  ən aktual məsələlərdən biridir.

Bu gün dünya  iqtisadiyyatı daha çox bilik yönümlü iqtisadiyyat oldu­ğundan ölkələrin  təhsil sistemlərindən də məhz bu tələblərə  cavab verən  sistemin qurulması tələb olunur. Bu amil inkişaf etmiş ölkə­lərdə  təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəkildə  bir  neçə mərhələ islahatlar keçirilməsinəsəbəb olmuşdur.

         İki mərhələdə – 2003-cü ildə Cenevrədə və 2005-ci ildə Tunisdə – keçirilmiş İnformasiya cəmiyyətinin qurulması problemlərinə həsr olunmuş dünya sammitində təhsilin modernləşdirilməsi  məsələlərinə önəmli yer verilmişdir. 2003-cü ildə qəbul edilmiş “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” sənədində hazırkı dövrdə Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Həmin strategiyanın müddəalarından irəli gələn vəzifələri uğurla həyata keçirmək məqsədilə ölkəmizdə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı qəbul olunmuş, bu proqram çərçivəsində boyük bir layihə olaraq “Xalq Kompüter” layihəsi həyata keçirilmiş və keçirilməkdə davam edir. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” sənədində də təhsil sisteminin təkmilləşdirilməsindә İKT-nin tәtbiq edilmәsi və İKT sahəsində ümumi maarifləndirmə üzrə xüsusi tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan biri kimi dünyanın İKT üzrə ən böyük kompaniyalarından sayılan MİCROSOFT şirkətinin dəstəyi ilə Respublika Təhsil Nazirliyinin pedaqoji kadrlar üçün təşkil etdiyi İNTEL-AZƏRBAYCAN kurslarını göstərmək olar. Bütün bunlar Azərbaycanda təhsilin modernləş­dirilməsi, təhsildə informasiya tex­no­logiyalarının tətbiqi istiqamətində ciddi addımlar atıldığını göstərir.

Təhsildə İKT kursunda öyrənəcəyimiz bir sıra məsələlər (idarəetmə, İKT infrastrukturu, kadr məsələləri, elektron sənəd dövriyyəsi və s.) ölkə təhsil sisteminin bütün mərhələləri üzrə xarakterizə olunacaqdır. 

Kursun əsas məqsədi təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı əsas məqsədlərin, vəzifələrin, prinsiplərin və onların inkişaf yollarının göstərılməsi və bu sahədə fəaliyyət istiqamətlərinin, tətbiq olunmalı metod və mexanizmlərin öyrənilməsidir.



İKT-nİn TƏHSİLƏ tətbİqİndə

əsas məqsəd və VƏZİFƏLƏR
Təhsil sisteminin informasiyalaşdırılmasının  əsas məqsədi müasir informasiya mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitini formalaşdırmaqdır. Bu mühit yeni informasiya texnologiya­larından istifadə etməklə aşağıdakıları təmin etməlidir:  

        Təhsilin keyfiyyətinin artırılması;

        Yeni informasiya mədəniyyətinin formalaşdırılması;

        Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi;

        Təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına  inteqrasiyasının təmin edilməsi.
Göstərilən məqsədlərə nail olmaq  üçün aşağıdakı mühüm vəzifələrin kompleks şəkildə həll olunması zəruri şərtlərdəndir:

        Vahid təhsil-informasiya sisteminin yaradılması. Bu sistem bütün səviyyəli təhsil və informasiya  sistemlərini, habelə təhsilin idarəetmə, servis, elmi-tədqiqat, metodiki-tədris və texnoloji mərkəzlərini birləşdirməlidir;

        İnformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edil­məsi. Milli elektron dərsliklərin hazırlanması və onların tədris prosesində tətbiqi, ənənəvi dərs vəsaitləri ilə inteqrasiyası, habelə köməkçi metodiki va­si­tələrin hazırlanması. Keyfiyyətin təmin edilməsi, tədris məqsədli informa­siya texnologiyaları vasitə­lərinin standartlaşdırılması və sertifikasiyası;

        Təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq sisteminin və resurs mərkəzinin yaradılması;

        Təhsil ocaqları üçün pedaqoji və İKT kadrlarının hazırlanması sisteminin yaradıl­ması. Onlara tədris prosesində ən yeni informasiya texnologiya­la­rından istifadə etmək bacarığının aşılanması. Tədris prosesinin bütün iştirakçıları üçün İKT bacarıqlarına  yiyələnmək imkanının yaradılması;

        Təhsil müəssisələrinin müasir İKT avadanlığı və İnternet/İntranet şəbəkəsi ilə təmin olunması;

        İKT sahəsi üzrə terminologiyanın işlənib hazırlanması və onun vahid stan­dart kimi tətbiq olunması;

        Təhsilin informasiyalaşdırılması prosesinin elmi təminatının və informasiya texnolo­giyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması;   

        Təhsil sahəsində dövlət idarəçiliyi və tənzimləmə sisteminin vahid infor­masiya infrastrukturunun yaradılması;

        İnformasiya təhlükəsizliyinin təmin olunması və təhlükə doğuran halların aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi. Yalnız lisenziyali proqramlardan istifadə olunmasına keçid. 




  1. İKT-nİn TƏHSİLƏ tətbİqİndə əsas İstİqamətlər

Təhsil sisteminin informasiyalaşdırılması prosesi əsasən aşağı­dakı istiqamətlər üzrə aparılır:


2.1. Təhsil sisteminin informasiya infrastrukturunun yaradılması

        Bu infrastruktur öz daxilində idarəetmə, monitorinq, akkreditasiya, attes­tasiya və biliyin qiymətləndirilməsi, servis, informasiya-texnoloji mərkəz­lər üzrə vahid dövlət informasiya sistemlərini birləşdirməlidir;

        elektron avadanlıqlara, elektron tədris vəsaitlərinə və kadrlara tələbatın öyrənilməsi üzrə monitorinq sisteminin yaradılması;

        vahid məlumat bazasının yaradılması. TİMS-in yaradılıb bütün ölkə məktəblərində istifadəsinin təmin edilməsi;

        təhsil müəssisələri arasında elektron sənəd dövriyyəsinin təmin olun­ması;

        təhsildə İKT layihələrinə nəzarət üzrə monitorinq və onun nəticələrinin təhlili sisteminin yaradılması;

        rayondaxili, rayonlararası və beynəlxalq informasiya mübadiləsinin təş­kili, dünyanın informasiya-məlumat mənbələrinə çıxış imkanlarının yaradılması;

        təhsil ocaqlarının idarəetmə və maliyyə fəaliyyətinin avtomatlaşdırılması;

        təhsil sahəsində qanunvericilik aktlarının informasiya sisteminin yaradıl­ması;

        bütün təhsil prosesi iştirakçıları arasında normal informasiya  mübadi­ləsinə şərait  yaradan telekommunikasiya sisteminin qurulması;

        məktəblərdə hər bir kompüterin İnternet bağlantısının yaradılması. İnter­net­dən səmərəli istifadə edilməsinin təşkili;

        mövcud olan təhsil-informasiya resursları və sistemlərinin qeydiyyatı, yox­lanması və modifikasiyası. Bu cür resursların reyestrinin yaradılması;

        təhsil sahəsi ilə əlaqəli elektron xidmətlərin göstərilməsi;

        məsafədən tədris sistemlərinin mərhələli şəkildə yaradılması və istifadəyə verilməsi.



2.2.   Təhsilin informasiyalaşdırılmasının tədris-metodiki bazasının yaradılması 

        Elektron tədris materiallarının və elektron metodiki vasitələrin yaradıl­ması. Milli elektron tədris vəsaitləri təhsil prosesinin iştirakçıla­rının tələ­batını ödəyəcək səviyyədə  yaradılmalıdır;

        elektron vəsaitlərə qoyulan tələblər, onların hazırlanması və dövlət satın­alınması ilə bağlı hüquqi-normativ bazanın formalaşdırılması. Bu zaman  yeni texnologiyalardan istifadə edilməli, bazis planları və təhsil səviyyə­ləri nəzərə alınmalıdır. Yeni tədris vasitələrinin aprobasiya mərkəzlərinin yaradılması. Bu mərkəzlərin maddi-texniki və kadr təminatı daha güclü olmalıdır;

        təhsildə İKT-nin tətbiqi üzrə beynəlxalq təcrübəni sistemli və  müntəzəm olaraq öyrənən və tətbiqolunma baxımından dəyərləndirən ekspertlər qrupunun yaradılması;

        elektron tədris  vəsaitlərinin Təhsil Nazirliyinə təqdim olunması və qey­diy­yatı Qaydalarının hazırlanması. Elektron tədris  vəsaitlərinə Təhsil Nazirliyinin qrifinin verilməsi mexanizminin yaradılması;

        elektron tədris resurslarının texniki, məzmun və dizayn-erqonomika istiqamətləri üzrə ekspertizasının qaydaları və onların keyfiyyətinin qiy­mətləndirilməsi meyarlarının hazırlanması;

        məlumat-sorğu yönümlü, biliyin qiymətləndirilməsinə, testləşdirilməyə yönələn elektron vəsaitlərin, elektron xəritələrin, müxtəlif fənlər üzrə elektron əyani  vəsaitlərin istehsalına xüsusi diqqət yetirilməsi;

        məktəblilər arasında müntəzəm olaraq informatika üzrə müsabiqə, yarış və olimpiadaların keçirilməsi;

        ali məktəblərə qəbul imtahanlarında bütün ixtisas qruplarında təqdim olunan testlərə informatika üzrə testlərin daxil edilməsi;

        məktəblərdə elektron kitabxanaların və mediatekaların formalaşdırılması;

        elektron vəsaitlərin hazırlanması istiqamətində potensial subyektlər üçün Təhsil Nazirliyi tərəfindən treninqlər keçirilməsi. Müəllimlərin, dizayner­lərin, psixoloqların bu prosesdə iştirakına nail olunmalıdır. Yalnız tam aprobasiyadan keçmiş elektron məhsulların çoxaldılmasına icazə verilməlidir;

        ən zəruri olan elektron dərsliklərin siyahılarının  hazırlanması və əsas  fənlər üzrə  multimedia dərsliklər sisteminin yaradılması;

        elektron vəsaitlərdən istifadə ilə bağlı metodiki tövsiyələrin hazırlanması;

        elektron metodiki-tədris materialları ilə təchizat sisteminin təşkili;

        tədris televiziya proqramlarının yaradılması;

        elektron kitabxanaların, media/video resurs bazasının və təhsildə İKT üzrə elektron bazanın yaradılması;

        təhsil portalının yaradılması. Təhsil portalında elektron formada olan  bütün hazırlanmış dərsliklər, elektron metodiki vəsaitlər,  məlumat-sorğu sistemləri, inkişafetdirici oyunlar, elektron testlər və s. yerləşdirilməlidir. Hər bir  fənn  üzrə metodiki dəstəklə  bağlı portalda bölmələr yaradıl­ma­lıdır. Portalın sistematik olaraq  yeniləşdirilməsi həyata keçirilməlidir;

        virtual laboratoriya stendlərinin yaradılması. 


2.3. İKT ehtiyacları üçün pedaqoji, inzibati və texniki kadrların hazırlanması və təkmilləşdirilməsi

İnformasiya proseslərinin təhsil strukturuna daxil olması, tədris  prosesinin informasiyalaşdırılması bütün təhsil işçilərindən yeni keyfiyyətlər  tələb edir. Bu isə, öz növbəsində, yeni bacarıq  və  vərdişlərə yiyələnməyi  nəzərdə tutur. Təhsil sistemi  işçilərinin İKT üzrə hazırlığı və təkmilləşdirilməsi aşağıdakıları özündə ehtiva edir:

        Orta məktəblər üçün pedaqoji kadrların hazırlanması sisteminin təhsilin informasi­ya­laşdırılması konsepsiyasının nəzərə alınması ilə yenidən qurulması;

        təhsil sistemi işçilərinin İKT sahəsində bilik və vərdişlərinin təkmil­ləş­dirilməsi  üçün  idarəetmə və metodiki təminat sisteminin yaradılması. Müxtə­lif  kateqoriyalı  təhsil işçilərinin (ibtidai sinif müəllimləri, fənn müəllimləri, məktəb rəhbərliyi) İKT savadının artırılması üçün müvafiq proqramların hazırlanması. Fənn müəllimlərinin təkmilləşdirilməsi yalnız İKT avadanlığından istifadə edilməsinin öyrədilməsi ilə məhdudlaş­ma­malı, mövcud resursların tədris  prosesinə inteqrasiyası üçün praktiki vərdişlərin də aşılanmasına diqqət  yetirilməlidir;

        lazımi hazırlıq səviyyəsinə malik informatika müəllimlərinin öz məktəblərində digər fənn müəllimləri üçün müvafiq  kompüter savadlılığı kursları keçirməsinin təşkil edilməsi;

        İKT-dən istifadə edən fənn  müəllimlərinin  və informatika müəllimlərinin əməyinin yetərincə qiymətləndirilməsi, onların fəaliyyətinin stimullaşdı­rıl­ması və motivasiyası sisteminin  hazırlanması;

        fənn müəllimləri arasında müxtəlif müsabiqə və yarışların keçirilərək nəticələrin stimullaşdırma və motivasiya tədbirlərində nəzərə alınması;

        informatika müəllimlərinin təkmilləşdirilməsi üçün  daha çevik proq­ram­ların hazır­lanması;

        təkmilləşdirmə prosesini sürətləndirmək üçün trenerlərin hazırlanması;

        regionlarda təhsil işçilərinin İKT üzrə hazırlanması və təkmilləşdirilməsi üçün müvafiq qurumların – informasiya-metodiki mərkəzlərinin yara­dılması;

        təhsil işçilərinin İKT sahəsində təkmilləşdirilməsi prosesində müntəzəm­liyin və sistemliliyin təmin olunması;

        ali, orta ixtisas və  texniki peşə təhsili  sistemində təhsilin informasiyalaş­dırılması ilə bağlı yeni ixtisasların daxil edilməsi. 



2.4. Təhsil müəssisələrinin İKT avadanlığı ilə təminatı

Təhsil müəssisəsinin İKT avadanlığı ilə təminatı bu avadanlığın tədris prosesinə inteqrasiyasına və  vahid təhsil-informasiya sisteminin yaradılmasına yönəlməlidir. 

Təhsil müəssisələrinin kompüter avadanlığı və telekommunikasiya vasi­tələri ilə təminatı müntəzəm olaraq  aparılmalıdır.

Təhsil müəssisələrinin İKT  avadanlığı ilə təmin olunması və onun istifa­dəsi prosesində aşağıdakı prinsiplər nəzərə alınmalıdır:

        İKT avadanlığından kompleks istifadənin daha effektiv olması;

        Avadanlığın parametrlərinin tez-tez  dəyişməsi və maksimum səmərəli istifadənin mümkünlüyü;

        Təhsil müəssisələrinin İKT-dən səmərəli istifadə imkanlarının müxtəlif səviyyədə olması.

        Təhsil müəssisələrinin İKT avadanlığı ilə təminolunma prosesi aşağı­dakıları nəzərdə tutur:

        təhsil müəssisəsinin İKT avadanlığını qəbul etməyə hazır olması;

        kompüter sinifləri (müəllim və şagird yerləri nəzərə alınmaqla);

        İKT avadanlığı (printer, skaner, rəqəmsal kamera, proyektor və s.) və effektivliyin artırılmasına  xidmət edən digər texniki vasitələr;

        təhsilin idarə edilməsi prosesinin avtomatlaşdırılması üçün avadanlıq, şəbəkə avadanlığı, resurs mərkəzlərinin komplektləşdirilməsi üçün lazım olan avadanlıq və proqram təminatı;

        İKT üçün nəzərdə tutulan mebel;

        təhsil sahəsinin bütün istiqamətləri üzrə proqram-metodiki təminat;

        rəqəmsal fənn  laboratoriyalarının yaradılması;

        müvafiq lisenziya və sertifikatları olan proqram məhsulları ilə təminat;

        mövcud avadanlığa proqram-texniki xidmət infrastrukturunun qurul­ması;

        təhsil müəssisəsindəki bütün kompüterlərin şəbəkəyə qoşulması (şəbə­kəyə qoşulmamış ayrıca kompüterlərin mövcudluğu məqsədəuyğun hesab olunmur);

        məktəblərdəki istifadə müddəti başa çatmış, fiziki olaraq yararsız olan     avadanlığın müntəzəm olaraq  yeniləşdirilməsi;

        kompüter siniflərinin sayca artırılması. 

Müxtəlif fənlərin tədrisinin gerçəkləşməsi üçün nəzərdə tutulan kompüter sinifləri məktəbin əsas informasiya özəyinə çevrilməlidir. Odur ki, müxtəlif fən­lərin tədrisində İKT-dən mütəmadi surətdə və səmərəli istifadə üçün məktəblər lazımi sayda kompüter sinifləri ilə  təchiz olunmalıdır. Kompüter siniflərindən bütün gün ərzində maksimum istifadə üçün şərait yaradılmalıdır. Dərsdənkənar  vaxtlarda kompüter sinfinin imkanlarından səmərəli istifadə  mexanizmi hazır­lan­malıdır. Effektivliyin yüksəldilməsi üçün məktəblərin İKT avadanlığı və orada yaradılmış infrastruktur yalnız şagirdlərin tədrisi üçün deyil, həm də məktəbin bütün müəllim və işçi heyətinin, valideynlərin, məktəbə yaxın sakin­lərin də İKT savadlılığının artırılması üçün istifadə oluna bilər.  
2.5. Servis infrastrukturunun yaradılması

Məktəblərə verilən İKT avadanlığına  servis  xidmətinin təşkili mühüm əhə­miyyət kəsb edir. Avadanlığın kütləvi şəkildə verilməsi və təhsil müəssi­sələ­ri­nin infrastrukturu çox ciddi servis xidmətinin qurulmasını zəruri edir.

Texniki  xidmət  işi  avadanlığın cari, əsaslı  təmirini  və  informasiya-meto­diki köməyin göstərilməsini əhatə etməlidir. Bu isə  aşağıdakıların gerçək­ləşməsi deməkdir:

        bütün ölkə üzrə servis xidmətinin təşkilati strukturunun formalaşdırılması;

        texniki dəstək üzrə texniki-normativ və metodiki  təminatın yaradılması;

        bütün səviyyələrdə servis  xidmətinin təşkili üçün kadrların hazırlanması; 

        servis  xidmətinin maddi-texniki  bazasının yaradılması;

        servis xidməti üçün “qaynar xətt” sisteminin yaradılması. 


2.6. İnternet resurslarının və təhsil müəssisələrinin genişzolaqlı İnternet  bağlantılarının yaradılması 

        təhsil portalının hazırlanması;

        məktəblərin və təhsil şöbələrinin internet resurslarının yaradılması;

        elektron tədris  vəsaitlərinin şəbəkə variantlarının yaradılması və açıq istifadə      üçün yerləşdirilməsi;

        genişzolaqli İnternet/İntranet  bağlantısının təşkili və s.
2.7. Təhsilin informasiyalaşdırılmasında informasiya  təhlükəsizliyinin təmin olunması

İKT-nin sürətli inkişafı yeni imkanlar açmaqla yanaşı, həm də  bir sıra prob­lemlər yaradır. Təhsil sistemində bu, daha çox uşaqların informasiya  təhlükəsiz­li­yinin təmin olunması ilə  bağlıdır. Yeni informasiya  mənbələrinə daxil olan uşaqlar daha çox  aşağıdakı təsirlərə məruz qalırlar:

        Psixiki-bioloji – uşaqlara mənfi psixoloji və fiziki təsir göstərən;

        Mədəni – uşaqların milli və mədəni özgürlüyünə təhdid yaradan;

        Sosial-iqtisadi – keyfiyyətli təhsil almaq imkanının bərabərsizliyini artıran.

Bundan əlavə, ziyanlı məzmuna malik müxtəlif informasiyadan nəzarətsiz istifadənin və başqasının intellektual mülkiyyətindən icazəsiz istifadənin təsirləri də nəzərə alınmalıdır.

Bütün bu təsirlərin aradan qaldırılması üçün aşağıdakılar gerçəkləş­diril­məlidir:

        informasiya təhlükəsizliyi məsələləri bütün elmi-texniki proqramlarda və təhsilin informasiyalaşdırılma layihələrində və proqramlarında  nəzərə alınmalıdır;

        informasiya təhlükəsizliyinin bütün istiqamətləri  üzrə (təşkilati, normativ və  texniki-texnoloji ) zəruri sənədlər hazırlanmalıdır;

        İKT-dən istifadə ilə bağlı təhlükəsizlik məsələləri müəllimlərə, məktəbli­lərə, valideynlərə, təhsil sisteminin rəhbərlərinə və ictimaiyyətə çatdırıl­malıdır;

        uşaqlarda müəllif hüququna və özgəsinin intellektual mülkiyyətinə hör­mət hissi aşılanmalıdır;

        informasiya texnologiyalarının uşaqlara təsirləri ilə  bağlı mövcud xarici təcrübə öyrənilməli və müvafiq tədqiqatlar aparılmalıdır.


2.8. Təhsildə informasiyalaşdırmanın elmi və tədris-metodiki təminatı

Təhsildə informasiya texnologiyalarının tətbiqinin inkişaf tendensiyası analiz olunmalı, dünya  təcrübəsi öyrənilməlidir. Bu sahədəki tədqiqatlar infor­masiya cəmiyyətinin formalaşma istiqamətlərini və sosial-iqtisadi proseslərin qanunauyğunluqlarını öyrənməyə və müasir İKT-dən daha effektiv istifadə edil­məsinin nəzəri və metodoloji aspektlərini həll etməyə imkan yaratmalıdır.

İKT-nin təhsilin müxtəlif sahələrində tətbiqinin nəzəri-metodoloji və tətbiqi aspektlərinin hazırlanması aşağıdakıları nəzərdə tutur:

       Kompüter siniflərinin, proqram təminatının, şəbəkələrin və idarəetmə sis­temlərinin ən optimal konfiqurasiyalarının hazırlanması;

        İKT-nin təhsildə tətbiqinin yeni, daha effektiv variantlarının hazırlanması;

       Müxtəlif  informasiya sistemlərinin, məsafədən təhsil və multimedia vasitə­lərinin tətbiqi ilə bağlı meydana çıxan yeni nəzəri məsələlərin öyrənilməsi;

       Kadrların yenidən hazırlanması sahəsində İKT nəzəriyyəsinin və istifadə metodologiyasının hazırlanması;

       Təhsilin müxtəlif sahələrində yerli və qlobal şəbəkələrin effektiv tətbiqinin elmi əsaslarının hazırlanması;

       Təhsildə İKT-nin tətbiqinin gedişi ilə bağlı elmi-praktik konfransların keçirilməsi;

       Təhsil sisteminin informasiyalaşdırılması problemləri ilə məşğul olan elmi-tədqiqat mərkəzinin yaradılması;

       Təhsil sisteminin informasiyalaşdırılması üzrə elmi-pedaqoji jurnalın təsis edilməsi;

       Təhsil sisteminin informasiyalaşdırılması üzrə xarici elmi-pedaqoji və metodiki ədəbiyyatın tərcümə və çap olunması.



2.9.  Təhsilin informasiyalaşdırılması sahəsində hüquqi normativ bazanın yaradılması

        Mövcud təhsil  qanunvericiliyinin təhsildə İKT-nin tətbiqi ilə  bağlı tədris  və təhsil prosesinin bütün sahələrində yaranan münasibətlərin tənzim­lənmə­sinə uyğunlaşdırılması;

        İKT-nin tətbiqi ilə  bağlı təhsil standartlarının təkmilləşdirilməsi, müxtəlif fən­lərin tədrisində İKT-nin tətbiqinə yönəlmiş müddəaların öz əksini tapması;

        Məktəblərə verilən avadanlığın və proqram texniki-təminatın standartla­rının hazırlanması;

        İKT avadanlığından və İnternetdən məktəbdə  istifadə üzrə sanitar-gigi­ye­nik qaydaların və normaların hazırlanması;

        Təhsilin informasiyalaşdırılmasının tədqiq edilməsi üçün Monitorinq Sisteminin və onun elmi-metodiki təminatının hazırlanması;

        Məktəblərə verilən kompüter siniflərinə və proqram təminatına qoyulan tələb­lərin hazırlanması.



  1. TƏHSILDƏ ISTIFADƏ OLUNAN İKT AVADANLIĞI

VƏ PROQRAM TƏMINATININ XÜSUSIYYƏTLƏRI


    1. Təhsildə istifadə olunan İKT vasitələri dedikdə həm bu məqsədə xidmət edən elektron aparat, həm də proqram təminatı başa düşülür.

Aydındır ki, İKT-ailəsinə aid edilən ən əsas aparat komputer ( system bloku) və ona əlavə edilən giriş çıxış qurğularıdır. Kompüterin giriş-çıxış qurğuları dedikdə system bloka əlavə edilən klaviatura, monitor və mouze kimi vacib qurğular dəsti başa düşülür. Kompüter dəsti İKT avadanlığının təhsilə tətbiqi üçün əsas rol oynayan vasitədir. Lakin, bununla yanaşı İKT-nin təhsilə tətbiqi məqsədilə təyinatından aslı olaraq aşağıdakı qurğuların da olması vacib şərtlərdəndir:

  • Skaner: Fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn, şəkil və digər bu tipli məlumatları kompüterə daxil etmək üçündür;

  • Printer: Kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər 2 qrupa bölünür. Simvollu və qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür.

Müasir çap qurğuları əsasən laser texnologiyası üzərində qurulan printerlərdir. Bu printerlərin keyfiyyət göstəriciləri çox yüksək olur.

Bundan əlavə şırnaqlı printerlər də geniş yayılmışlar. Bu printerlər əsasən rəngli təsvirlərin kagız üzərinə köçürülməsi üçün daha çox istifadə olunur.



  • Mikrofon: Səsin elektrik siqnallarına çevrilməsini təmin edən giriş qurgusudur. Mikrofonun köməyi ilə audio məlumat kompütə daxil edilir.

  • Veb kamera: video informasiyanı kompüterə daxil edən giriş qurgusudur.

  • Qrafiki planşet: Əllə çəkilən şəkilləri sxemləri, imzaları, xəritələri birbaşa kompüterə daxil edən giriş qurğusudur. Gurğu qrafiki planşetdən və qələmdən ibarətdir.

  • TV-tüner: müxtəlif formatlı (PAL, SEKAM və s.) televiziya siqnallarını qəbul edib monitorda göstərilməsini təmin edən giriş qurğusudur.

  • Səs kolonkası: Audio məlumatları dinləmək üçün istifadə olunur.

  • Qrafikçəkən qurğu: kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və təsvirləri kağız üzərinə köçürən qurğudur.

  • Strimmer: Məlumatı maqnit lenti üzərində saxlayan qaddaş qurğusudur.

  • Multimedia qurğuları: Kompüterə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğulardır. Bu qurğular özündə mikrofonu, veb kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audi-video informasiyanı ikili rəqəm koduna çevirmək və əksinə əməliyyatı yerinə yetirmək məqsədilə istifadə olunur. Bu qurğuların köməyi ilə computer şəbəkələri üzərində və avtonom olaraq audio-video konfransların təşkili problem aradan qaldırılır.

  • Modem (modulyator, demodulyator): Əlaqə kanallarının (telefon xətləri, radio kanalları və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər 2 formada olur: Daxili və xarici. Daxili modemlər kompüterin ana platası üzərində qurulur. Xarici modemlər isə ardıcıl COM və ya USB portlara goşulur. Modem qurğusunun köməyi ilə kompüterlər Beynəlxalq computer şəbəkəsinə - İNTERNETə qoşulur.

Təlim məqsədli proqram təminatı (TMPT) dedikdə, oyrənənlə munasibətdə pedaqoji təlim-tədris funksiyasını reallaşdırmaq ucun xususi hazırlanmış və ya uyğunlaşdırılmış dəfələrlə istifadə olunan komputer proqramı başa duşulur.

Bu terminin sinonimi kimi novbəti ifadələr istifadə oluna bilər: təlim məqsədli proqram

vasitələri, komputer təlim vasitələri, təlim məqsədli komputer proqramları, pedaqoji məqsədli komputer proqramları və s.

Bu qrup proqramlar hər hansı bir sahədə komputer vasitəsilə informasiya əldə etmə və biliklər formalaşdırma prosesinə, bacarıq, vərdişlərin inkişaf etdirilməsinə, nəzarət və ya testləşdirməyə dəqiq istiqamətləndirilmişdir. Bu onun təlim proqramlarının (instrumental sistem, muhit və paketlərin) ozunun yaradılmasını və istismarını asanlaşdıran proqramlardan əsas fərqidir.

Proqramlaşdırma texnologiyasının muasirləşdirilərək hazırlanması təcrubəsinin, əsasən də TMPT-nin real təlim prosesində istifadə edilməsi təcrubəsinin əldə edilməsi ilə onların istifadə olunma metodları ayrı-ayrı muəllim-entuziast tərəfindən deyil, real təlim prosesində muəllim kollektivləri tərəfindən həyata kecirilirdi. Nəticədə TMPT-nin xususiyyətlərinə baxışlar, onların təsnifatı, tətbiq sahələri, nəhayət komputer təlim texnologiyasının ənənəvi təlim texnologiyalarından prinsipial fərqi baxımından muəyyən istiqamətlərdə dəyişmişdir. Muasir dovrdə dağınıq təlim proqramlarının tam komputer təlim proqramlarına transformasiyası baş verir. Bəzi hallarda TMPT hazırlayanlar onu komputer təlim texnologiyası məsələlərinin reallaşdırılaması ucun - kurs ucun "naviqatorlar" əsasında birləşdirirlər. Muasir TMPT aşağıdakı novbəti xususiyyətlərə malik olmalıdırlar: təhsil standartlarına uyğun gəlməli;

komputerləşdirilən təlim metodikalarını dəstəkləməli; muasir instrumental vasitələr əsasında reallaşdırılmış olmalı; istifadəci ucun sənədləri olmalı; TMPT-nin təlim prosesində yeri və tətbiq usulu təyin olunmalıdır.

Təlim proqramları hazırlayanlar, həmcinin telekommunikasiyanın aktiv inkişafı ilə

əlaqədar məsələləri nəzərə almalı və telematik sistemlər ucun təlim və tədris əlavələrinin reallaşdırılmasına hazır olmaldırlar. Bununla yanaşı TMPT-yə daxil olan informasiyanın etibarlılığı və onun təhsil standartlarına uyğun təlim vasitəsi kimi faydalılığı məsələləri daha aktualdır. Lakin on planda yaradılan proqram təminatının qeydiyyatı onun sertifikasiyası, "ikinci muəllif" tərəfindən dəyişdirilə bilmə imkanı, muəllif huququ və digər huquqlarla əlaqədar məsələlər durur. Bundan başqa TMPT-nin istifadə usul və formalarını, həmcinin telekommunikasiyalarda yayılması qaydalarını təyin etmək və reallaşdırmaq lazımdır.

Komputer təlim vasitələri movzusunda ədəbiyyatlarda təlim (bəzi nəşrlərdə pedaqoji)

məqsədli proqram tiplərini səciyyələndirən cox sayda terminlərdən istifadə edilir. Bu zaman muxtəlif muəlliflər tez-tez eyni bir terminə əhəmiyyətli dərəcədə fərqli və ya əks məna verirlər.

Eyni tipli proqramlar muxtəlif terminlərlə səciyyələndirilir. Muasir dovrdə təlim prosesinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ucun hazırlanmış bir cox komputer proqramları movcuddur. Psixoloqların ayırdıqları iki əsas idrak fəaliyyətlərinə (təlim və tədris) uyğun olaraq təlim vasitələrini iki boyuk sinfə bolurlər: təlim muhutləri və təlim proqramları. Təlim muhitlərinin qlobal pedaqoji məqsədi - muvəffəqiyyətli muhitin yaradılması yolu ilə oyrənənin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsidir. Bu muhitdə oyrənən lazımı biliklər əldə edir.

Təlim proqramı novbəti pedaqoji məqsədlərin reallaşdırılmasını təmin etməlidir: təlim

materialının numayiş etdirilməsi; muəyyən sahədə təlim; təlim prosesi gedişinin idarə edilməsi ucun testləşdirmə və diaqnostika; xususi təlim.

Yerinə yetirilən metodik funksiya noqteyi-nəzərdən təlim muhiti və təlim proqramları

arasında dəqiq "cəkilmiş sərhədlər" yoxdur. Bu sinifdən olan təlim vasitələri arasındakı yeganə fərq təlim muhitlərindəki nəzarətci tipli nəzarətin olmaması, təlim proqramlarında isə bu nəzarətin olmasıdır. Perspektivdə isə bu komponent bu və ya digərində həmişə olur.




  1. KOMPUTER TƏLIM PROQRAMLARINDA

REALLAŞDIRILAN TƏLIM USLUBLARI
Muasir TMPT-lər novbəti təlim uslublarını və ya onların məcmusunu reallaşdırır:

uzlaşdırılmış fəaliyyət, muəllim və şagirdin musahibəsi, izahlı təlim, konsultativ (məsləhətci) təlim.



Uzlaşdırılmış fəaliyyət zamanı həlli bir necə şagirdin iştirak etdiyi qrupla reallaşdırılan

murəkkəb (umumi) məsələ qoyulur. Bu zaman hər bir şagird oz xususiləşdirilmiş rolunu alır.

Məsələnin həlli prosesində qarşıya qoyulmuş məqsədə tez və optimal catmağa yonəldilmiş şagirdlərin fəaliyyətlərinin uzlaşdırılmasının vacibliyi qoyulur. Bu yanaşma adətən layihəli təlim və işguzar oyunlarla reallaşdırılır.

Muəllim və şagirdin musahibəsi prosesində təşəbbusu novbə ilə həm (məqsədi şagirdin

biliklərindəki boşluğu muəyyənləşdirmək olan) muəllim, həm də (biliklərini dərinləşdirmək ucun sorğular formalaşdıran) şagird ələ alır. Musahibənin proqramlaşdırılması cox cətindir, ancaq bu mexaniki oyrənmədən fərqli olaraq şagirdin biliklərini dəqiq qiymətləndirməyə imkan verir. Bu cur təlim prosesində şagirdin bilikləri elə dialoqun gedişində analiz oluna bilər.



İzahedici təlimdə şagirdə məsələ həllinin coxsaylı numunələri təqdim olunur və son

nəticənin alınması prosesində biliklərin butun elementlərinin mənası izah edilir. Təlim prosesi biliklərin ardıcıl canlandırılması prosesi kimi təqdim olunur. Yeni biliklərin əldə edilməsinin vacibliyi şagird tərəfindən dərk edilməlidir və hər bir yeni bilik kvantı yeni imkanlarla muşaiyət olunmalıdır. Bu yanaşma fənn sahəsinə gorə daha sadə və ya artıq məlum olan anlayışları terminlərə gorə acmaq ucun əks fəaliyyəti də nəzərdə tutur.



Məsləhətci təlim şagirdin təlim muhitində daha fəal fəaliyyətini nəzərdə tutur. Bu təlim

muhitində şagirdə, oyrənilən fənn sahəsini acan məsələlər təqdim olunur və tədqiqat ucun imkan verilir. Şagirdin fəaliyyətinin (doğru və ya yanlış) nəticələrini alaraq sistem mənaca asılı olan anlayışlar verə bilər və ya intellektual komponentlərin olduğu halda şagirdi məsələnin həllinə yonəldə bilər. Bu rejim bir qayda olaraq, istifadəcinin ozu tərəfindən tələb olunur, sistem isə, istifadəcinin əsasəsən sistemin suallarına cavab verdiyi təlimatlı (muəllimli) təlimdə olduğundan fərqli olaraq daha passiv rol oynayır. Bununla da, sistem sorğu sistemində muraciətin təmin olunduğu "elektron ensiklopediya"ya oxşar bir şeyə cevrilir. Uyğun təlimatlı təlim yardımı təlim

muhitlərinin vacib komponenti olur, həm konseptual, həm də əməli biliklərdən istifadə etmək, həmcinin təlim materialını təqdim etmək oyrənmə rejimlərini (izah etmə, bilikləri mohkəmləndirmə, diaqnostika, təkrarlama, tədqiqat və s.) təşkil etmək ucun vasitələrdən ibarət olmalıdır.

Proqram-aparat vasitələrinin, komputerlərin təlim prosesində istifadə edilməsi təcrubəsinin və təlim prosesinin təşkilinin muasir mərhələsində TMPT-ləri aşağıdakı kimi sinifləndirmək olar: komputer dərslikləri; fənnə-yonəlmiş muhitlər (virtual reallıqlar, mikrodunyalar, modelləşdirici proqramlar, təlim paketləri); laboratoriya məşğələləri; trenajorlar; nəzarətci proqramlar; təlim məqsədli "soraq kitabları", məlumatllar bazası.




  1. MULTIMEDIYA TƏDRIS VASITƏLƏRI

ONLARDAN ISTIFADƏ QAYDALARI
Yuxarıda qeyd olunduğu kimi təhsil müəssisələrinin komputerləşdirilməsi təhsil sistemində cox ciddi dəyişikliklər yaradır. Təcrubə gostərir ki, informasiya texnologiyalarından bu gun nəinki təhsil müəssisələrinin idarəolunmasında, həm də müəssisədən kənar tədbirlərin həyata kecirilməsində də geniş istifadə olunur. Xususən də internetin yaranması, gənclər arasında onun cox populyar olması, təhsilin cox muxtəlif sahələrində yeni-yeni üfüqlər acir. Bu gunə qədər pedaqoqlar fərdi

komputer kimi güclü təlim vastəsinə tarixən hec vaxt malik olmamışlar. Təlimdə elə texniki vastə yoxdur ki, didaktik imkanlarına gorə muqayisə edilə bilsin.

İnformasiyaların surətli artımı şəraitində təhsilin məzmunu və təşkilinə verilən tələblər də dəyişir. Bu gunun təhsili şagirdlərə daha cox informasiya yadda saxlamaq yox, tənqidi və məhsuldar duşunməyi oyrənməyi, problem xarakterli məsələləri sərbəst həll etməyi oyrətməlidir. Bu baxımdan tədris prosesində şagirdlərin idrak fəallığının yuksəldilməsi problemlərinin elmi metodik tədqiqi bu gun daha aktualdır. Riyaziyyat fənnini spesifik xususiyyətləri tədris prosesində həm informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqini, həm də təlimdə idrak fəaliyyətini artıran metod və vastələrdən sistematik istifadəni diqqətdə saxlamagı tələb edir.

Multimediya vasitələrinin tədris prosesində tətbiqi muvafiq pedaqoji texnologiyanın

hazırlanmasını da tələb edir. Multimediya avadanlığı muhum didaktik vasitə olaraq ozundə uc muhum komponenti birləşdirir: tədris materialının məzmunu, onun şərh metodu və təlim texnologiyasını.

Bu komponentlər bir-biri ilə sıx əlaqədə olub, oyrədici sistem əmələ gətirir, şəxsiyyətin

ozunutəhsil prosesini reallaşdırmağa hərtərəfli imkan yaradır.


  1. ELEKTRON TƏDRIS VƏSAITLƏRININ (ETV) YARADILMA PRINSIPLƏRI

Informasiya tədris resursları iki qrupa bolunur: bilavasitə şagirdin komputerində olan informasiya (lokal komponent) və tədris mərkəzinin komputerlərində olan informasiya (şəbəkə komponenti). Informasiyanın yerləşdirilməsi usulundan asılı olaraq bu resursların yaradılması və istifadə texnologiyası muəyyən tələblərə cavab verməlidir. Lokal komponent cap məhsulundan, maqnit lentində olan audiovideoyazıdan

və komputer yonumlu informasiya daşıyıcılarından ibarətdir.

Tədrisdə istifadə edilən informasiya resurslarının irihəcmli olması muvafiq tutumlu

informasiya daşıyıcısından istifadəni tələb edir. Bu səbəbdən multimediya kursları ucun CDROM texnologiyalarından istifadə edilir. Interaktiv mulitimediya kursu informasiya təsvirinin muxtəlif muhitlərini (mətn, statik və dinamik qrafika, audio-videotəsvir) sintez etməyə imkan verir, şagirdi təlim prosesinin fəal iştirakcısına cevirir (şagirdə təqdim edilən hər yeni informasiya bloku onun əvvəlki fəaliyyətinə, mənimsəmə səviyyəsinə muvafiq olaraq komputer tərəfindən secilir və operativ təqdim edilir). Beləliklə ETV-nin yaradılmasında ucuncu prinsip tədris materialının multimediya formada təqdimatıdır.

Şəbəkə kurslarının texniki bazasını IKT təşkil edir. Telekommunikasiya texnologiyaları

əsasən tədris materiallarının oturulməsi məqsədilə istifadə olunur. Internet resursu formasında tədris materialının yaradılması ucun muxtəlif HTML –redaktorlardan istifadə edilir. Bu HTML sənədini interaktiv edir və informasiyanı serverə oturməyə imkan yaradır.

Tədris materialının Internet vasitəsilə təqdim edilməsində nəzərə almaq lazımdır ki, online rejimində serverlə əlaqə telekommunikasiya kanallarının keyfiyyətsizliyi ucbatından muəyyən texniki problemlər yarada bilər, təlimin səmərəsi azala bilər, nəticəsində şagirddə Internet təhsilə, elektron təhsilə, IKT-yə mənfi, qeyri-ciddi munasibət formalaşa bilər. Belə problemlərin yaranmaması ucun muəllim əvvəlcədən muəyyən qabaqlayıcı tədbirlər həyata kecirməlidir. Lokal komponent yaradılması ucun istifadə edilən proqramlaşdırma sistemləri, adətən multimediya kursda Internet resurslarına muraciət imkanları yaradır (muəyyən Internet unvanları qeyd edilməklə), nəticədə şəbəkə və lokal resurslar birləşir, vəhdət təşkil edir, muəyyən mənada vahid informasiya –təhsil muhiti (dar mənada) yaranır.

Tədris yonumlu ETV-nin təsnifatı. Istənilən nov tədris materiallarının məzmunu (istənilən təhsil texnologiyasının tətbiqi zamanı) kompleks halda şagirdin mənimsəməli olduğu bilik və bacarıqların zəruri və kafi səviyyəsini əks etdirir. Tədris yonumlu ETV-nin məzmunu dovlət standartlarna və muasir təlim texnologiyalarına tam uyğun formada tərtib edilməlidir. Tədris materialı elə strukturlaşmalıdır ki, oyrəncidə elmi-predmet yonumlu biliklərin şəxsi təzahuru formalaşsın, onların tətbiqi vərdişləri inkişaf etsin.


  1. TƏDRIS YÖNÜMLÜ ETV-NIN TƏSNIFI PRINSIPLƏRI

Tədris yonumlu ETV coxaspektli xarakter daşıyır. Bir tərəfdən yerinə yetirdiyi funksiyalara gorə o, tədris nəşridir, bu səbəbdən tədris kitablarının təsnifatı prinsiplərindən istifadə etmək olar. Digər tərəfdən onlar elektron nəşr kateqoriyasına aiddir və onlara elektron nəşrlərin təsnifatı prinsipini tətbiq etmək olar. Ucuncu

tərəfdən yaradılma texnologiyasına gorə onlar proqram məhsuludur və onlara proqram

məhsullarının təsnifatı prinsiplərini tətbiq etmək olar. Muasir ədəbiyyatda veriliən meyarlar nəzərə alınaraq tədris yonumlu ETV aşağıdakı əlamətlərə gorə təsnif edilə bilər:

- təlimdə yeri və rolunu muəyyən edən funksional əlamətə gorə;

- struktura gorə;

- mətnin təşkilinə (strukturuna) gorə;

- təqdim edilən informasiyanın xarakterinə gorə;

- şərh formasına gorə;

- məqsədli təyinata gorə;

- cap ekvivalentinin (analoqunun) movcudluğuna gorə;

- əsas informasiyanın təbiətinə gorə;

- yayım texnologiyasına gorə;

- istifadəci və elektron nəşrin qarşılıqlı əlaqə xarakterinə gorə;

Hal hazırda tədris nəşrləri sisteminin muəyyən tipaloji modeli yaranmışdır. Onlar tədris nəşrinin təlim prosesində yeri və əhəmiyyətini muəyyən edən funksional əlamət əsasında dord qrupa bolunurlər: proqram-metodik (tədris planı, tədris proqramı), tədris-metodik (metodik gostərişlər), oyrədici (dərslik, dərs vəsaiti, muhazirə konspektləri), koməkci (praktikumlar, muntəxabatlar və s.) tədris nəşrləri. Informasiya texnologiyaları bu təsnifata gorə beşinci qrup tədris nəşrini təşkil edə bilər: yoxlayıcı-nəzarətedici (testləşdirici proqramlar, verilənlər bazası).

Elektron nəşrlər strukturuna gorə bir tomlu, coxtomlu və elektron seriya kimi təsnif

edilir.

Mətnin təşkilinə gorə tədris eklektron nəşrlər mononəşrlər və məcmuə kimi iki qrupa



bolunur.

Verilən informasiyanın xarakterinə gorə tədris nəşrləri tədris planı, tədris proqramı,

metodik gostəriş, metodik rəhbərlik, təcrubə proqramı, muntəxəbat, dərslik, dərs vəsaiti və s. kimi təsnif olunur. Materialın şərhinə gorə tədris materialları aşağıdakı kimi təsnif olunur:

- konveksion tədris materialları (təlimin informativ funksiyasını həyata kecirir);

- proqramlaşdırılmış tədris nəşrləri (muasir anlamda elektron nəşrlər);

- problemli tədris nəşrləri (şagirdlərin məntiqi təfəkkurunun inkişafı məqsədi ilə tədris

materialı problemli təlim nəzəriyyəsi əsasında şərh olunur, belə nəşrlər şagirdlərin

idrak fəaliyyətini yuksəltməyə xidmət edir );

- kombinə edilmiş və ya universal tədris nəşri.

Elektron kursun yaradılma prosesi əsasən uc mərhələyə bolünür:

1.Kursun layihələndirilməsi.

2.Kurs materiallarının hazırlanması.

3.Materialların vahid proqram kompleksində birləşdirilməsi.

Mətnin hazırlaması. Hipermətn və multimediyalıq prinsipi əsasında elektron kursun

texnoloji ssenarisini yaratmağa başlayarkən nəzərə almaq lazımdır ki, multimediya kursdakı butun tədris informasiyası hipermətn prinsipinə gorə, məzmunca bir necə səviyyədə təqdim edilə bilər. Tədris materialının xətti strukturlaşmasının (proqramlaşdırılmış təlimin xətti oyrədici proqramlarına uyğun) hipermətn formasında təqdimatı zamanı geniş yayılmış variant belədir: Birinci səviyyə-əsas informasiya, ikinci səviyyə-izahat və əlavələr, ucuncu səviyyəillustrativ material, dorduncu səviyyə-məlumat –sorğu materialı olmalıdır. Tədris materialının xətti strukturlaşmasının idrak fəaliyyətinin muxtəlif formalarına yonəməsi təqdimatı daha səmərəli edir. Bu zaman birinci səviyyə - illustrativ-təsviri, ikinci səviyyə-reproduktiv, ucuncu səviyyə –yaradıcı-produktiv kimi təyin oluna bilər.


Statik illüstrasiyaların hazırlanması.
Statik illustrasiya mətn tipli materialı muşayət edən şəkil, sxem, xəritə, fotoqrafiya və s. ola bilər. Bunlar tədris informasiyasının qavrayışını asanlaşdırır. Tədris yonumlu elektron vasitələrə statistik illustrasiyaların daxil edilməsi zərurəti onların metodik əhəmiyyətini artırır. Təlim prosesində əyanilikdən istifadə materialın qavrayışını,

şagirdlərin yaradıcılığını yuksəltməyə, onların idrak fəallığını artırmağa şərait yaradır.


Materialların vahid proqram kompleksində birləşdirilməsi.
Muəllif tərəfindən secilmiş, elektron formaya cevrilmiş ilkin tədris informasiyası (mətn, qrafika, multimediya) muəllif ideyalarına uyğun olaraq interaktiv tədris kadrları formasında birləşməlidir. Belə tədris vəsaiti şagirdə oyrənmə tempini, materialların mənimsənilmə ardıcıllığını sərbəst muəyyən etməyə imkan verir. Kursun pedaqoji və texnoloji ssenarisinin hazırlanması ən muhum mərhələdir.



  1. DIDAKTIK XÜSUSIYYƏT VƏ FUNKSIYALAR ANLAYIŞI

Təhsil vasitələrinin didaktik xüsusiyyətləri dedikdə, həmin vasitələrin həm nəzəri, həm də praktik bilik və vərdişlərin öyrədilməsi üçün nəzərdə tutulan imkanları başa düşülür. Məsələn, kompüterin didaktik xüsusiyyəti dedikdə, onun özünü öyrətmək qabiliyyəti – yəni HELP (SPRAVOÇNİK/KÖMƏK) sisteminin imkanları başa düşülməlidir.

Təhsil vasitələrinin didaktik funksiyaları dedikdə, həmin vasitələrin tədrisdə təyinatı, onların təlim-tədris prosesində yeri və rolu başa düşülür. Didaktik funksiyalara daha çox tədris vasitələrinin periferik xüsusiyyətləri aid edilir. Kompüterin didaktik funksiyalarına onun HELP sistemini istifadəçiyə çatdırmaq üçün nəzərdə tutulan imkanları başa düşülür.



Qlobal internet şəbəkəsinin yaranması məlumatların yeni informasiya texnologiyalarının köməyi ilə toplanması, emal edilməsi, saxlanılması, ötürülməsi kimi funksiyaların daha da təkmilləşdirilməsinə səbəb olmaqla informasiya texnologiyalarının məsafədən qarşılıqlı əlaqə yaratmaq kimi aşağıda göstərilən böyük imkanlarının reallaşdırılmasına şərait yaratdı:

  • Təhsil prosesi iştirakçılarının (öyrənənlərin, elektron informasiya mənbələrinin və öyrədənlərin) qarşılıqlı əlaqələrinin yeni formalarda tətbiqinin.

  • Təhsil prosesi iştirakçılarının vaxt baxımından sərbəstləşməsinə və onların vaxtdan səmərəli istifadə imkanlarının genişlənməsinə (asinxron təhsil metodu)

Kompüter şəbəkələrində tədrisin təşkilinin didaktik xüsusiyyətlərinə aşağıda göstərilən informasiya texnologiyalarının didaktik xüsusiyyətləri də aid edilir:

  • Təhsil prosesində informasiya texnologiyalarından istifadə metodlarına əsaslanmaqla elektron təhsil materiallarının yaradılması;

  • Təhsil prosesi iştirakçıları arasında məsafədən informasiya mübadiləsinin yaradılması;

İnformasiya texnologiyalarının didaktik imkanları təhsil prosesində aşağıdakı təhsil alma imkanlarının yaranmasına kömək edir:

  • Təhsil prosesinin uzaq məsafədən reallaşdırılması: bu zaman öyrədənlə öyrənən və ya öyrənənlər qrupu arasında ya elektron yazışmalar, ya da audio/video bağlantıların köməyi ilə əlaqələr yaradıla bilər;

  • Öyrədənlə öyrənən və ya öyrənənlər qrupu eyni vaxtda və vaxtından aslı olmayaraq uzaq məsafədə yerləşən tədris vasitələrindən istifadə etmək imkanlarının yaranması.

Bu proseslərin həyata keçirilməsi vaxt baxımından 2 rejimdə həyata keçirilə bilər:

  1. Bütün tədris iştirakçıları məsafədən və yerindən aslı olmayaraq eyni vaxtda kompüter arxasında aktiv vəziyyətdə (onlayn rejim) olmalıdırlar. Belə təhsil prosesi sinxron təhsil prosesi adlanır.

  2. Tədris prosesi iştirakçılarının eyni vaxtda aktiv rejimdə olmaları tələb olunmur. Onlar tədris prosesini özləri üçün daha sərfəli vaxtda və səmərəli üsullarla həyata keçirirlər. Belə təhsil alma rejimi asinxron rejim adlanır.

Təhsildə istifadə olunan İKT avadanlığının

didaktik xüsusiyyətləri və funksiyaları.
IKT-nin sürətli inkişafı, onun cəmiyyətin bütün fəaliyyət sahələrinə və proseslərə güclü müdaxiləsini təmin edir. Buna görə də yeni şəraitdə cəmiyyətin hərtərəfli və dinamik inkişafının təmin olunması üçün ən yaxşı vasitə kimi İKT-ı çıxış edir. Aydındır ki, ölkələrin rəqabətədavamlı iqtisadiyyatlarının təminatı, həmin ölkələrin təhsil sistemlərinin işindən birbaşa aslıdır. Odur ki, təhsil sistemində də işlərin səmərəli təşkili üçün buraya yeni texnologiyaların, innovasiyaların tətbiqinə geniş yer ayrılmalıdır. Bu baxımdan İKT avadanlığının təhsilə tətbiqi mühüm rol oynayır və bu yöndə aşağıda göstərilən perspektivləri açır:

  1. Audio-video dərsliklərdən geniş istifadə etməklə tədris materiallarının uzaq məsafələrə ötürülməsi və qəbul edilməsi imkanları;

  2. Təhsilin bütün mərhələləri üçün kompüter texnologiyalarına əsaslanan kəsilməz və fasiləsiz tədris mühitinin formalaşdırılması;

  3. Öyrənənin şəxsi yaradıcılıq imkanlarına müvafiq təlim metodikasının, onun növünün seçilməsində sərbəstliyin artırılması;

  4. Təhsil sisteminin İKT-yə əsaslanan elmi metodik bazasının yaradılması;

  5. Açiq təhsil sisteminin reallaşdırılması üçün imkanların artması.

Göstərilənlərin həyata keçirilməsi məqsədi ilə təhsil sistemində telekommunikasiya sisteminin imkanlarından da geniş istifadə olunmalı, informasiya texnologiyaları təhsil sisteminə geniş tətbiqi təmin edilməlidir.

Tədrisdə qlobal internet şəbəkəsinin imkanlarından istifadə olunmalı, vahid təhsil informasiya mühiti formalaşdırılmalı, təhsil yönümlü vahid informasiya məlumat bazası yaradılmalı, açıq təhsil sisteminin imkanlarından geniş istifadə olunmalıdır.



  1. İNTERNET ŞƏBƏKƏNIN

ƏSAS DIDAKTIK XÜSUSIYYƏTLƏRI VƏ FUNKSIYALARI
İnternet şəbəkənin baza didaktik xüsusiyyətlərinə aid edilir:

  • Məlumatların yüksək sürətlə ötürülməsi imkanları;

  • İnteraktivliyi təmin edən telekomunikasiya sistemlərinin çoxtərəfli mübadilə imkanları (məsafədən aktiv/interaktiv);

  • Multimedia proqramları və hipermətnlərlə işləmə imkanlarının geniş olması;

  • Mürəkkəb strukturlu informasiya mənbələrindən istifadə etmək imkanlarının geniş olması.

İnternet şəbəkədə bu və digər didaktik imkanların reallaşdırılması məqsədilə yaradılmış xidmətlərlə tanış olaq:
Elektron poçt (E-mail ünvan)
Elektron poçt (E-mail ünvan) internet şəbəkəyə qoşulmuş istifadəçilər arasında məsafədən əlaqələrin yaradılması üçün ən populyar elektron xidmət növüdür. Elektron poçt virtual təhsil iştirakçılarına mətn, qrafik, multimedia tipli audio/video tipli məlumatların çatdırılması üçün mükəmməl mübadilə vasitəsidir. Elektron poçt xidmətindən istifadə edən tədris iştirakçılarının iş yeri əsasən aşağıda göstərilən İKT avadanlığı ilə təmin olunması məqsədəuyğundur:

  • Kompüter dəsti, Modem, Printer, Ckaner, Proyektor və müvafiq proqram təminatı.

Elektron poçt xidmətindən istifadə edən tədris iştirakçısının vaxt baxımından asılılığı olmur. Yəni Elektron poçt istifadəçisi ona göndərilmiş informasiyanın məzmununa istədiyi vaxt baxa bilər. Bundan sonra istifadəçinin informasiyanı yadda saxlamaq, başqa birisinə ötürmək və ya silmək imkanları olacaqdır. Elektron poçt xidmətinin bu xüsussiyyətləri tədris prosesinin asinxron təşkili üçün gözəl imkanlar açır. Elektron poçt

Xidmətindən istifadə zamanı, istifadəçilər arasında məsafə rol oynamır. Materialların ötürülməsinin sürəti və keyfiyyətlə çatdırılması daha çox materialın həcmindən və internet şəbəkənin sürətindən aslı olur. Elektron poçt xidməti internet şəbəkənin dəstəkləndiyi müxtəlif üsullarla – peyk antennaları, kabellər, radio-rele stansiyaları və s. bu tipli yayım vasitələrinin köməyi ilə həyata keçirilə bilər. Elektron poçt xidmətinin didaktik xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər:



  • Bilavasitə kompüterin özündə hazırlanmış və ya fayl şəklində kompüterin yaddaşında saxlanılan informasiyanın mübadilə imkanları;

  • Elektron poçt vasitəsilə qəbul olunmuş informasiyanını kompüterin yaddaşına yazılması, onun üzərində redaktə işlərinin aparılması imkanları və həmən onformasiyanın digər E-ünvanlara göndərilməsi imkanlarının olması;

  • Daxil olan informasiyanın kompüterin monitorunda birbaşa canlandırılması imkanlarının olması;

Elektron poçt xidməti didaktika baxımından virtual tədris qruplarının yaradılmasına və bu qrup üzvləri ilə asinxron informasiya mübadiləsinin aparılması mümkündür.

Elektron poçt vasitəsilə iri həçmli faylları, məlumatlar bazasını, elektron sənədləri ötürmək və qəbul etmək mümkündür. Kompüterdə işləmək üçün bir neçə sadə komandanı bilən hər kəs internetin bu ən populyar xidmətindən istifadə edə bilər. Həm öyrədənlər, həm də öyrənənlər üçün Elektron poçt xidməti dərslərə daha yaxşı hazırlaşmağa, bu məqsədlə digər tədris iştirakçıları ilə müzakirələr aparmağa və qərarlar verməyə, verilmiş qərarların icrasını nəzarətdə saxlamağa, eyni zamanda FTP serverlərdə saxlanılan informasiyanın axtarılıb tapılmasına yaxşı şərait yaradır. Elektron poçt xidmətininin köməyi ilə uzaq məsafədə yerləşən mühazirəçilərin mühazirə mətnlərini əldə etmək, bu mühazirələrdə canlı olaraq iştirak etmək, seminar və məğqələ dərslərinə qatılmaq və s. olar.



Elektron konferensiyalar

Çox vaxt kompüter konferensiaları adlandırılan elektron konferensiyalar məsafədən aslı olmayaraq müxtəlif iştirakçıların vahid mövzu ətrafında müzakirələr aparmasına, qərarlar qəbul etməsinə və qəbul olunmuş qərarların icrasına birgə nəzarət etməsinə imkan verən internet şəbəkəsinin xidmətlərindəndir. Bu zaman elektron konferensiya iştirakçılarının eyni vaxtda kompüter arxasında onlayn rejimdə olması tələb olunur. Konkerensiya iştirakçılarının iş yerinin aparat təminatı elektron poçt istifadəçilərinin iş yerinin aparat təminatı ilə əsasən üst-üstə düşür. Lakin proyektorların tətbiqi elektron konferensiaların daha səmərəli təşkilinə gözəl imkanlar açır. Konferensiyanın təşkilində istifadə olunan aparatların proqram təminatı isə bütün istifadəçilər üçün eyni olmalıdır. Elektron konferensiya rejimini dəstəkləyən ən populyar proqramlardan biri kimi Skayp (Skype) proqramını göstərmək olar. Bu proqram istifadəçilər arasında multimedia tipli əlaqələrin qurulması üçün çox mükəmməl imkanlar açır.

Elektron konferensiyaların işində iştirak edənlər vaxt baxımından bir-birindən asılı olurlar (sinxron təhsil forması). Elektron konferensiyaların əsas xüsusiyyəti ondan ibarətdir ki, iştirakçıların 1-i üçün nəzərdə tutulan audio, video və yazılı məlumat bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul olunur və onların verdiyi cavablar da bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul edilir. İnternetin bu xidməti virtual tədris qruplarının yaradılmasına və onların qabaqcadan bəlli olan dərs cədvəli əsasında mühazirələrdə, seminar və təcrübə məşqələlərində iştrakının təmin olunmasına yaxşı şərait yaradır. Elektron konferensiya iştirakçılarının elektron ünvanlarının olması, yəni elektron poçt xidmətinin imkanlarından tam istifadə etmək bacarıqlarının olması vacib şərtlərdəndir.

Elektron konferensiaların lokal kompüter şəbəkəsində təşkili üçün şəbəkənin mütləq FTP serverlə təchiz olunması vacibdir. Belə server bütün konfrans iştirakçıları üçün nəzərdə tutulan məlumatları özündə saxlayır və iştirakçıların həmin məlumatlardan yararlanması üçün geniş imkanlar açır. Elektron poçt rejimindən fərqli olaraq elektron konferensiya iştirakçıları üçün nəzərdə tutulan məlumatlar bütün konfrans iştirakçıları üçün açıq olur.

Elektron konferensiya iştirakçılarının mətn, qrafik, audio və video və s. məlumatlarla, eyni zamanda bu məlumatlardan yararlanmaq üçün nəzərdə tutulan təlimatların istifadəçiyə (virtual qrup iştirakçılarına) çatdırılması imkanları bu növ xidmətlərin didaktik xüsusiyyətlərini özündə əks etdirir.

Telekonferensiya və videotelefon xidmətləri

Bu vasitələr öyrədən və öyrənənlərlə ikitərəfli əlaqənin yaradılmasını təmin edir. Bu zaman iştirakçıların sayı çox olsa da, eyni vaxtda yalnız iki istifadəçi arasında qarşılıqlı informasiya mübadiləsi aparıla bilər. Digər iştirakçılar onlar üçün imkan yaradılana qədər yalnız müşahidəçi rolunda olurlar. Bu növ xidmətin təşkili üçün nəzərdə tutulan aparat və proqram təminatı özünəməxsusluğu ilə fərqlənsə də, əsasən elektron konferensiaların aparat və proqram təminatı ilə üst-üstə düşür. Telekonferensiya və videotelefon xidmətlərini digər internet xidmətlərindən fərqləndirən ən mühüm cəhət iştirakçılar tərəfindən ötürülən və qəbul edilən informasiyanın ölçüsünə məhdudiyyətlərin qoyulması və bu məhdudiyyətlərin də materialın keyfiyyətinə təsir etməsidir.

Bu tip şəbəkə xidmətlərinin didaktik xüsusiyyətlərinə tədris məqsədli proqramlarla paralel , təsvirlərin, səsin, qrafik informasiyanın vəs. real vaxt seans ərzində istifadəçilərə çatdırılması imkanlarının geniş olmasıdır. Bu xüsusiyyətlər mühazirələrin, seminarların, məsləhət saatlarının canlı dinlənilməsi, yoxlama və imtahanların ənənəvi üsullara yaxın üsullarla keçirilməsi üçün yaxşı imkanlar açır.

Elektron kitabxanalar.

Elektron kitabxana kitabların, müəssisə daxili əmr və sərəncamların, müxtəlif təlimat və göstərişlərin və s. çeşidlənmiş formada toplandığı, naviqasiya və axtarış sistemi ilə təmin olunmuş elektron sənədlərin saxlandığı məlumatlar bazasının idarəolunması sistemlərinə deyilir. Elektron kitabxana həm də özündə müxtəlif təyinatlı elektron məlumatları (ədəbi və s., kompüter proqramlarını, media və audio-video faylları) saxlayan veb səhifə kimi də hazırlana bilər. Bu növ elektron bazalar həm universal, həm də ayrı-ayrı ixtisaslaşmış bazalar şəklində də yaradıla bilər.

Elektron kitabxanaların yaradılması və onlardan geniş miqyaslı istifadənin təşkili əsasən təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən ənənəvi kitabxana resurslarının işinin yeni tələblər əsasında qurulmasına yönəlməlidir. İnternet şəbəkənin xidmətlərindən geniş istifadə imkanlarının yaranması da elektron kitabxanaların yaranmasında və tətbiqini zəruri edən amillərdəndir.

Elektron kitabxananın tətbiqi kitabxana resursları haqqında daha geniş, dəqiq və operativ məlunat alınması imkanlarını təmin edir. İstifadəçi elektron kitabxananın xidmətlərindən istifadə edərkən konkret sorğulara konkret cavablar alır və bu da ilk növbədə vaxt itkisinin qarşısının alınmasına kömək edir. Əgər elektron kitabxananın işi şəbəkədə və xüsusilə də qlobal şəbəkədə təşkil olunursa, onda bu səmərə dəfələrlə artmış olur.

Elektron kitabxanadan istifadə tədris prosesinin səmərəli təşkilinə birmənalı olaraq geniş imkanlar açır, kitabxana üzrə avtomatlaşdırılmış axtarış və naviqasiya sistemlərinin imkanlarından istifadə etmək həm öyrənənlər, həm öyrədənlər, həm də tədris prosesinin bütün digər iştirakçıları üçün prosesin təşkilinə yaxşı şərait yaradır.

Bu gün dünyanın ən böyük elektron kitabxanası Çin Xalq Respublikasında fəaliyyət göstəriri. Bu kitabxana 12 milyon müxtəlif elektron sənəddən ibarət məlumatlar bazasını özündə cəmləşdirir. Kitabxanaya müraciət internet şəbəkə vasitəsilə aparılır. Kitabxananın ən maraqlı cəhəti burada pirat (oğurluq) vasitələrdən istifadə olunmamasıdır. Daha dəqiq desək, kitabanada müəllif hüquqlarının qorunmasına ən önəmli yer verilir.



  1. DİSTANT TƏHSİL TEXNOLOGİYASI (DTT)

VƏ ONUN TƏTBİQ XÜSUSİYYƏTLƏRİ
Bu gün İKT-nin təhsilə tətbiqi sahəsində inkişaf əsasən 2 istiqamətdə davam edir:

  1. Ənənəvi təhsil formalarının formalarının təkmilləşdirilməsi, yeniləşdirilməsi vətədrisin keyfiyyətinin yüksəldilməsində İKT-dən istifadə.

  2. Təhsil prosesində yeni metodların yaradılması və yeni metodlardan istifadə etməklə distant (məsafədən) təhsil texnologiyasının tətbiqi.

Son illərdə distant təhsil forması təhsil və informasiya mədəniyyəti sahəsində qlobal (köklü) dəyişikliklərə səbəb olmuş, və hazırda inkişaf etmiş dövlətlərin əsas təhsil formasına çevrilməkdədir. Distant təhsil formasının inkişafı yeni təhsil müəssisələrinin, fakültələrin yaranmasına təkan verir və bu növ təhsil formasında təhsil almaq istəyənlərin sayının sürətlə artmasına və beləliklə də təhsilə yeni əlavə xərclərin cəlb olunmasına səbəb olur. Lakin, artıq distant təhsil sisteminə keçmiş dünya ali məktəblərinin təcrübəsi sübut edir ki, bu forma təhsil sisteminin təşkilinə xərclənən vəsait tezliklə özünü doğruldur və müəssisəyə əlavə böyük gəlirlərin daxil olmasına yaxşı zəmin yaradır.

Distant təhsil formasının inkişafı fərdi kompüterlərin və internet şəbəkənin yaranması ilə sürətlənmiş, və indi ən populyar təhsil formasına çevrilməkdədir.

Distant təhsilin baza xüsusiyyətlərinə əsasən aşağıda göstərilənlər aid edilir:


  1. Əhalinin təhsil alma imkanlarının artması: Məsələn, əgər vaxt amili ənənəvi formada təhsil iştirakçılarının müəyyən mənada fəaliyyətini məhdudlaşdırırdısa, distant təhsil zamanı bu məhdudiyyətlərin demək olar ki, bütünlüklə aradan qalxır.

  2. İnformasiyanın radikal olaraq tamamailə yeni forma və məzmunda çatdırılmasının təmin olunması: Məsələn, multimedia sistemlərinin tədris fəaliyyətində geniş tətbiqi, informasiyanın qeyri-standart üsullarla təqdimatı, iri həcmli avtomatlaşdırılmış sorğu sistemlərindən istifadə imkanlarının genişlənməsi (elektron kitabxana xidmətləri, elektron konferensiya və s.)

  3. Biliklərin daha təkmil qaydada qiymətləndirilməsi imkanlarının artması, test texnologiyasının tətbiqi və nəticələrin analitik sistemlərin köməyi ilə təhlili və s.

Distant təhsillə məşqul olan tədris müəssisələrini əsasən 3 koteqoriyaya ayırmaq olar:



  1. Yalnız distant təhsillə məşqul olan təhsil müəssisələri. Bu koteqoriyadan olan təhsil müəssisələrinin sayı çox deyildir və bu formada təhsil verən müəssisələr əsasən ABŞ-da daha geniş yayılmışlar.

  2. Mütəxəssislərin təkmilləşdirilməsi və yenidən hazırlanması üzrə fəaliyyət göstərən müəssisələr. Hazırda dünyada bu növ fəaliyyətlə məşqul olan çoxlu sayda təhsil müəssisələri mövcuddur və bu müəssisələr fəaliyyətlərini əsasən distant yolla həyata keçirməyə üstünlük verirlər. Dünyanın bir çox aparıcı ali məktəblərində mütəxəssislərin təkmilləşdirilməsi və yenidən hazırlanması fakültələri və ya kursları mövcuddur. Distant təhsil üsulu belə mobil qrupların çevik yaradılmasına, onlarla işin səmərəli təşkilinə yaxşı imkanlar yaradır və bu həm virtual qrup nümayəndəsinin həm də onun tədrisinin təşkili ilə məşqul olanların işinin təşkili üçün böyük imkanlar açır. Qeyd etmək lazımdır ki, əksər distant təhsil müəssisələri təkmilləşdirmə və yenidən hazırlanma təhsilinin təşkilində öyrənənlərin sifarişlərinə əsaslanır ki, bu da sonda yaxşı effektin alınmasına səbəb olur.

  3. Eyni zamanda həm ənənəvi təhsil, həm də distant təhsillə məşqul olan təhsil müəssisələri: Hazırda dünyanın demək olar ki, bütün aparıcı ali təhsil müəssisələri distant təhsil formasından çox geniş istifadə edirlər və bu növ təhsil forması ilə məşqul olan altqurumlar həmin müəssisələrin Açıq Təhsil Fakültələri adlanırlar. Açıq təhsil fakültələrində işin uğurlu təşkili hər şeydən əlavə müəssisəyə əlavə gəlirlərin və dividentlərin cəlb olunmasına gözəl imkanlar açır və s.


DİSTANT TƏHSİLİN XARAKTERİSTİKALARI
Distant təhsilin xarakteristikalarına əsasən aşağıdakılar aiddir:

  1. Kursun struktur quruluşunun özəllikləri: Distant təhsil zamanı öyrənənin mühazirə mətnlərini və digər elektron tədris materiallarını yazmasına ehtiyac qalmır. O, təklif olunan bütün materialları istifadə etdiyi yaddaş qurğusunda saxlamaqla arxivləşdirə bilir və istədiyi vaxt, istədiyi yerdə və şəraitdə həmin materialı monitora çıxararaq oxuyub öyrənmək imkanı əldə edir. Burada kursun materiallarını hazırlayanların işindən çox şeylər aslıdır. Mətn və materiallar elə hazırlanmalıdır ki, onlar yorucu olmasın və daha da cəlbedici olsun. Bu məqsədlə, xüsusi dizayn və prezentasiya proqramlarının imkanlarından istifadə etmək məsləhət görülür. Kursun mümkün qədər sadə və anlaşıqlı formada hazırlanması vacib şərtlərdən hesab olunur.

  2. Kommunikasiya imkanları və vasitələri: Distant təhsil texnologiyasının tətbiqi informasiyanı, məlumatları və digər tədris yönümlü materialları istifadəçilərə (öyrənənlərə) çatdırmaq və həmin növ materialları onlardan qəbul etmək üçün xüsusi aparat və proqram vasitələri ilə təminatı tələb edir. Bu vasitələrə kompüter dəsti, printer, skaner, proyektor, modem, telefon, televizor, faks və digər şəbəkə qurğuları və bu qurğuların normal iş regimini və internetin didaktik imkanlarından yararlanmanı təmin edə biləcək proqram vasitələri aid edilə bilər. Bundan əlavə rabitə mühitinin imkanları da təhsil mühitinin imkanlarına mütləq cavab verməlidir.

  3. Öyrənənlərlə əlaqələrin qurulması və əlaqələrin dəstəklənməsi məsələləri: Ənənəvi təhsil formasında olduğu kimi distant təhsil forması da özünəməxsus müxtəlif təlim metodları ilə zəngindir. Bu metodların əsas məqsədi və qarşıya qoyduqları vəzifələrdən ən başlıcası (demək olar ki, həm də ortada olan ən böyük problem) öyrənənlərin biri-biri ilə və öyrədənlərin bu virtual qrup üzvləri ilə qarşılıqlı əlaqələrinin sıx təşkilinə yönəlmişdir. Bu istiqamətdə müəyyən işlərin görülməsinə və vasitələrin işlənməsinə baxmayaraq (çat, elektron, audio və video konferensiya və digər) hələ də müəyyən işlərin görülməsinə ehtiyac vardır (məsələn, öyrənənin psixoloji durumuna əsaslanma və s).


DİSTANT TƏHSİLİN ƏSAS ATRİBUTLARI


  1. Öyrənənin fəaliyyətinin detallar üzrə dəqiq müəyyənləşdirilməsi (məsələlərin qoyuluşu, məqsəd və vəzifələrin izah olunması, tədris vasitələrinin istismara hazırlanması və s.)

  2. Öyrənən və öyrədən, öyrənən və tədris vəsaiti və tədris qrupları arasında interaktivliyin təmin olunması (məsafədən qarşılıqlı əlaqənin yaradılması)

  3. Müstəqil düşüncə tərzinin dəstəklənməsi və tədris yönümlü proqramlarda bu amilin yüksək səviyyədə təmin olunması (öyrədən öyrənəni başa düşür, amma maşın yox).

  4. Proqramların materialın öyrədilməsində ardıcıllığa istinad etməsi və bu ardıcıllığın pozulmamasına nəzarət edə bilməsi imkanları ilə təchizatı.


11. AVTOMATLAŞDIRILMIŞ TƏHSIL SISTEMLƏRI (ATS)

VƏ ONLARIN TƏTBIQ XÜSUSIYYƏTLƏRI
ATS-lər avtomatlaşdırılmış informasiya sistemi olaraq, virtual siniflərdə (auditoriyalarda) təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılır və öyrənən, öyrədən tədris-metodiki, didaktik və digər təhsil yönümlü materialları özündə birləşdirən avtomatlaşdırılmış informasiya sistemlərinə deyilir.

Avtomatlaşdırılmış Təhsil Sistemləri və bu məqsədlə yaradılmış köməkçi vasitələr müxtəlif iş rejimlərində fəaliyyət göstərən obyektlərin işini tənzimləyir və həmin obyektlərin müstəqil idarə olunmasının təmin edilməsində istifadəçiyə kömək edir.




Şəkil.1. Avtomatlaşdırılmış təlim sistemlərinin ümumiləşdirilmiş blok sxemi



ATS-nin bəzi əsas üstünlükləri:

  • Riyazi modellərlə adekvatlılığın olması;

  • İdarəetmə orqanlarının yaxşı təsəvvür olunması imkanlarının olması, modelləşdirilən obyektin indeksasiyalaşdırılması imkanları;

  • Elektron mühazirələrin virtual auditoriyalarda genişləndirilmiş istifadəçi heyəti üçün yararlılığı

  • Və.s.



Ümumiyyətlə, ATS-nin tətbiqi xüsusi yanaşma tələb edir. Bu tələblər əsasən aşağıda gösərilən mərhələləri əhatə edir:

    1. Ənənəvi Təhsil Sistemindən (ƏTS) Avtomatlaşdırılmış Təhsil Sisteminə keçid inqilabi xarakter daşımamalıdır. Yəni mövcud təhsil sistemini deklorativ qaydada dəyişdirmək yolverilməzdir və burada bütün islahatlar tədricən həyata keçirilməlidir.

    2. ATS-lər təhsilin müxtəlif sahələrini əhatə edən kompleks alt sistemlərdən ibarət olması məqsədəuyğundur və bu alt sistemlər hazırlanarkən müəyyən qanunauyğunluğa riayət olunması, bütün prosesin texnoloji mərhələlər və  tələblər əsasında aparılması diqqətdə saxlanılmalıdır.

    3. ATS-in tam həcmdə (bütün kompleks alt sistemlərilə) istismarının aşağıdakı mərhələlər üzrə həyata keçirilməsi məqsədəuyğundur:

  • ATS-lərin tətbiqinə minimum sayda pilot təhsil müəssisələrində tədricən başlanılır (ibtidai, natamam orta, orta-ixtisas, ali təhsil müəssisələrində) və bu zaman ortaya çıxan problemlər aradan qaldırıldıqca sistemin seçilmiş müəssisələrdə daha geniş miqyasda tətbiqi başlanılır. Sonrakı mərhələdə pilot təhsil müəssisələrinin sayı artırılması, ATS-in istismarı regional və mərkəzi təhsili idarəetmə  qurumları cəlb olunması ilə davam etdirilir. Bu  qurumların tərkibində ATS strukturlarının yaradılması həyata keçirilir.

Yalnız ATS-n pilot müəssisələrdə tətbiqindən gözlənilən nəticələr özünü doğrultduğu halda onun müəssisələrdə tam tətbiqinə başlanması məqsədəuyğun sayıla bilər.



Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə