TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ


ATS-in kompleks alt sistemləri



Yüklə 331,42 Kb.
səhifə2/4
tarix20.09.2017
ölçüsü331,42 Kb.
#870
növüMühazirə
1   2   3   4

2.ATS-in kompleks alt sistemləri.

Avtomatlaşdırılmış Təhsil Sistemləri əsasən bir-birinə bağlanmış (ümumi interfeysə malik) 5 əsas kompleks alt sistemləri əhatə edir. Həmin alt sistemlərin birgə tətbiqi ATS-in tam funksional fəaliyyət göstərməsinə imkan yaradır. Kompleks alt sistemlərə (mühümlük dərəcəsinə görə sıralanmış) aşağıdakılar aid edilir:


2.1. Ümumi İnformasiya Bankı Sistemi (ÜİBS)


Bu alt sistem əsasən ATS-in digər alt sistemlərinin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub, aşağıdakı məlumatları özündə cəmləyir:

  • Dövlət və qeyri-dövlət informasiya mənbələrindən, təhsillə bağlı statik və dinamik informasiyaları, o cümlədən, qanunvericilik aktlarını, hüquqi sənədlərı, təhsil standartlarını və s.

  • Təhsillə bağlı beynəlxalq status daşıyan sənədləri;

  • Xarici ölkələrin təhsil sistemi ilə bağlı məlumatlari;

  • Təhsillə bağlı elektron kitabxana resurslarını(dərsliklər, metodik vəsaitlər, elmi əsərlər, analitik məqalələr və s.);

  • Yeni təhsil texnologiyaları haqqında informasiyaları;

Bu və digər məlumatlar toplanmış avtomatlaşdırılmış bazalar əsasən aşağıdakı funksional tələblərə cavab verməlidirlər:

  • Məlumatların saxlanılması, arxivləşdirilməsi, bərpası;

  • Çeşidləmə və axtarış;

  • Analiz və sintez;

  • Kommunikasiya xətləri vasitəsilə ötürülmə.

ÜİBS ATS-in digər kompleks alt sistemlərinin hazırlanmasında və gələcək inkişafında önəmli yer tutduğu üçün birinci növbədə yaradılmalı və istismara buraxılmalıdır. ÜİBS-in “İstismar” mərhələsinə cəlb olunmuş mütəxəssislər təhsil məsələlərilə bu və ya digər şəkildə əlaqəsi olan dövlət qurumlarına ekspert xidmətləri göstərməklə yanaşı, ATS-lə dövlət qurumları arasındakı münasibətlərin tənzimlənməsi, birgə işin təşkil olunması istiqamətində müəyyən biliklərə malik olmalıdırlar.

2.2. Təhsildə Yoxlama, qiymətləndirmə və keçid alt sistemi (TYQKS)

Bütün tip təhsil sistemlərində təhsil pillələri arasında keçid, öyrənənin (şagirdin, tələbənin və s.) biliklərinin yoxlanılması və qiymətləndirilməsi ilə həyata keçirilir. Bu baxımdan ATS-in həmin sahəyə tətbiqi prinsipial xarakter daşıyır və təhsilin avtomatlaşdırılması zamanı prioritet mövqe tutur. ATS-in əsas funksional kompleks alt sisteminə aid edilən TYQKS-nin əsas üstünlükləri aşağıdakılardır:



  1. Təhsil pillələrinin sayına məhdudiyyət götürülür. Bununla təhsilin kəsilməzliyi təmin olunur.

  2. Çoxballı sistemin tətbiqinə və beləliklə, biliklərin daha dəqiq qiymətləndirilməsi üçün yaxşı imkanlar açılır.

  3. Çoxcavablı, çox düzgün cavablı test tapşırıqlarının tətbiqinə imkan yaradır.

  4. Test tapşırıqlarının özlərinin qiymətləndirilməsi alqoritmləri bir çox problemlərin operativ həll olunmasına şərait yaradır. Məsələn, keyfiyyətsiz və ya təhsil standartlarına uyğun gəlməyən tədris elementlərinin operativ şəkildə təhsil sistemindən çıxarılması və ya redaktə olunması.

  5. TYQKS-nin tərkibində həm də, öyrənənlərin şəxsi qiymət kartlarının avtomatlaşdırılmış analizi alt-sisteminin olması, ATS-in digər kompleks alt sistemlərinin fəaliyyət göstərməsi üçün zəruri parametrləri müəyyən edir və aşağıdakı qlobal problemlərin həllinə yardım edir:

  • Təhsil standartları bazasının hazırlanması (TSS) və təhsil standartları minimumlarının operativ olaraq dəyişdirilməsi imkanlarının yaradılması:

Qeyd etmək lazımdır ki, “Əmək haqqlarının pedaqoji nəticələrə görə hesblanması”, “Təhsil müəssisələrinin  maliyələşdirilməsi”, “Pedaqoji kadrların attestasiyası”, “Təhsil strukturlarının  fəaliyyətlərinin analizi” və s. kimi funksiyaların avtomatlaşdırılması üçün nəzərdə tutulan bu alt-sistem tədrisin təşkilində və idarə olunmasında mühüm yer tutur.

  • Ənənəvi və Avtomatlaşdırılmış dərsliklərdəki mövzuların operativ şəkildə korrektəsi və ya yenilənməsi. (TTTS)

  • Dövlət və qeyri-dövlət strukturlarında kadr probleminin effektiv həlli(TAİS).

  • Təhsil sistemində şəffaflığın təminatı.

və s.

2.3. Təhsildə Təlim/Tədris Sistemi (TTTS)


Məlumdur ki, İKT təlim/tədris prosessinin tam kompüterləşdirilməsinə imkan verir. İKT-dən istifadə etməklə müxtəlif tip informasiyaların, o cümlədən, mətn, qrafik, audio, video məlumatların tam emal etmək, avtomatlaşdırılmış animasiya sistemləriyaratmaq, sürətli kommunikasiya xətlərindən istifadə etməklə təlim/tədris prosesinin effektivliyinin dəfələrlə artırılmasına nail olmaq olar. TTTS-in bünövrəsini təlim/tədris prosesini tam əhatə edə biləcək, Dərslik-Müəllim(DM) – elektron dərsliklər təşkil edir və onlar Ənənəvi TS-dəki dərsliklərdən aşağıdakı üstün imkanlarına görə fərqlənirlər:

  1. Dərsliklərin mövzuları tam emal oluna bilən mətn, qrafik, audio, video, animasiya elementləri vasitəsilə hazırlanır.

  2. DM elektron dərsliklərin istismarı həm fərdi kompüterdə (CD&DVD disklər), həm də şəbəkə vasitəsilə (lokal və qlobal) aparıla bilər.

  3. DM elektron dərsliklərin “kağız” variantı İKT vasitələri məhdud olan təhsi müəssisələrində işlədilə bilər.

  4. Belə dərsliklər TSS sistemindəki təhsil standartlarının minimal, orta, maksimum tələbləri nəzərə alınaraq hazırlanır.

  5. Eyni bir fənn üzrə alternativ dərsliklərin sayına məhdudiyyət qoyulmur. Öyrənən dərsliyin seçilməsində müstəqil olur. Bu isə öz növbəsində təcrübəli pedaqoqların aktiv pedoqoji fəaliyyətinə yardım edir (TAİS).

  6. Bu dərslikdən lokal, qlobal, korporativ şəbəkələr vasitəsilə istifadə etmək imkanı ənənəvi üsulla yanaşı, distant təhsilin inkişafına da yardım edir.

  7. ATS-TYQKS ilə bağlılıq dərsliyin ayrı-ayrı mövzularının vaxtında, effektiv şəkildə korrektəsinə imkan verir.

  8. ATS-TSS sisteminin tələbləri əsasında yaradılmış konkret fənn üzrə hər bir DM-in Dərslik Ssenarisi (DS) olur və DS alt-sistemi bütün təlim/tədris prosesi müddətində:

    1. öyrənənin mənimsəmə əmsalına avtomatik nəzarəti təmin edir.

    2. mənimsəmə qiymətindən asılı olaraq mövzular arasında keçidləri müəyyən edir.

    3. təhsil pillələri arasında keçid üçün nəzərdə tutulmuş vaxt limiti aradan götürülür. Öyrənənin dərs pillələri üzrə irəliləyişi fərdi xarakter alır.

  9. ATS-lərin çoxdilli interfeysə malik olması, DM elektron vəsaitlərinin ölkə xaricindən istismarına şərait yaradır və s.

Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə