Təkərlər üzərində ölümün



Yüklə 76,03 Kb.
tarix05.02.2018
ölçüsü76,03 Kb.
növüXülasə




Təkərlər üzərində ölümün” qarşısının alınması
Avropa və Mərkəzi Asiyada yolların təhlükəsizliyinin artırılması
Sakit epidemiya ilə mübarizə üçün sahələrarası tərəfdaşlığın yaradılması



Xülasə


“Təkər üstündə ölüm” müsbət hisslər yaratmasa da, Dünya Bankının Avropa və Mərkəzi Asiya (AMA) regionunda çalışdığı ölkələrə üçün çox aktualdır.1 Yol təhlükəsizliyinin idarə edilməsi sahəsində zəif potensial, yolların pis vəziyyətdə olması, sürücülərin sərbəst davranışı, nəqliyyatın qeyri-qənaətbəxş texniki vəziyyəti və yol hərəkəti təhlükəsizliyi qanunvericiliyinin pərakəndə şəkildə tətbiq edilməsi, üstəgəl nəqliyyat vasitəsinin sayının həndəsi silsilə ilə artması yol hərəkəti nəticəsində yetirilən xəsarətlərin və bədbəxt hadisələrin sayının sürətlə artmasına böyük töhfə vermişdir.

Bu hesabatda AMA regionunda yol hərəkəti təhlükəsizliyi ilə əlaqəli məsələlərin həlli yolunda olan duran çətinliklərin və imkanların təhlili təqdim olunur. Burada problemlərin həcmi, xüsusiyyətləri və səbəbləri göstərilmiş; yol təhlükəsizliyinin təkmilləşdirilməsi sahəsində dünyanın müxtəlif ölkələrində görülən tədbirlərin effektivliyinə dair dəlillər gətirilmiş; hazırkı beynəlxalq yol hərəkəti təhlükəsizliyi siyasəti qısaca təsvir edilmiş və Dünya Bankı tərəfindən Dünya Səhiyyə Təşkilatı, çoxtərəfli inkişaf bankları, digər beynəlxalq təşkilatlar və donorlar, habelə özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları ilə birgə əlaqələndirmə və əməkdaşlıq şəkildə görülə biləcək tədbirlər və həyata keçirilə biləcək strategiyalar müzakirə edilmişdir.



Hesabat ilk növbədə daxili auditoriya — xüsusilə də Dünya Bankının nəqliyyat, səhiyyə, təhsil və idarəçilik sahəsində çalışan menecerləri və işçiləri, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində sektorlar-arası çətinliklər və onların həlli üçün effektiv variantlar barədə agahlığın artırılması üçün nəzərdə tutulmuşdur. Burada Dünya Bankının digər beynəlxalq agentliklər və donorlarla əməkdaşlıq şəraitində AMA regionu ölkələrində həmin məsələlərin həlli üçün daha yaxından necə işləyə biləcəyinə dair təkliflər irəli sürülür. İkinci auditoriyaya kənar oxucular aiddir siyasətçilər, analitiklər, dövlət rəsmiləri, proqram menecerləri və onların AMA ölkələrin hökumətlərində olan müşavirləri, özəl sektor nümayəndələri, vətəndaş cəmiyyəti və bu sahədə çalışan beynəlxalq təşkilatlar. Məqsəd yol hərəkəti təhlükəsizi gündəliyinin qısa və orta müddət baxımından ən prioritetli inkişaf məsələsi kimi irəliləməsində istifadə oluna biləcək münasib seçim və alətlərin müzakirə edilməsinin dəstəklənməsindən ibarətdir.

Yol hərəkəti zamanı baş verən xəsarət və ölüm halları probleminin həll edilməsinə başlanması üçün milli orqanlar, Dünya Bankı və beynəlxalq təşkilatlar aşağıdakıları həyata keçirilməlidir (Saghir 2009):



  • Aşağı və orta gəlir səviyyəsinə malik ölkələrdə (AOGÖ) yol hərəkəti nəticəsində ortaya çıxan ictimai səhiyyə böhranının miqyasının qəbul olunmaz olmasının tanınması.

  • Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə (a) uzun müddətli, davamlı və ardıcıllıq tələb edən; b) sektorlar-arası və sahələr-arası əlaqələrin yaradılmasını tələb edən kompleks və c) ölkənin inkişaf məqsədlərini nəzərə alan hərtərəfli və yoxsulların və yol hərəkəti qəzaları nəticəsində yoxsulluğa düçar olanların müdafiə olunma hüquqlarına malik olduğunun tanınmasını nəzərdə tutan tədbirləri həyata keçirmək öhdəliyinin götürülməsi:

  • İnkişaf üçün təhlükəsiz, təmiz və maddi baxımdan əl çatıla bilinən nəqliyyatın prioritet kimi götürülməsi

  • Biliklərin mənimsənilməsinin tezləşdirilməsi və yol təhlükəsizliyi fəaliyyətinin və investisiyalarının miqyasının genişləndirilməsi.

  • Hökumət tərəfindən yol hərəkəti təhlükəsizliyi məsələlərinin inkişaf prioriteti kimi siyasi əhəmiyyətinin qaldırılmasında və orta müddət ərzində yol hərəkəti təhlükəsizliyi sahəsində qarşıya qoyulan məqsədlərə nail olmağa kömək edən layihə və proqramların hazırlanmasında və icra edilməsində Dünya Bankının digər beynəlxalq institutlarla birlikdə əhəmiyyətli rol oynaya biləcəyinin qəbul edilməsi. Bu isə, nəticə etibarı ilə, yol hərəkəti təhlükəsizliyinin ölkədə əhəmiyyətinin artırılmasında və beynəlxalq təşkilatların və digər donor ictimaiyyətinin regional yardım gündəliklərinə cəlb edilməsinə kömək edəcəkdir.

Problemin təbiəti

Sərnişin və yük daşımalarının əksər hissəsi avtomobil yolları vasitəsilə həyata keçirilir (məsələn, Avropa Birliyində müvafiq olaraq 80% və 50%). Bir çox inkişaf etməkdə olan ölkələrdə gəlirlərin artması nəqliyyat vasitələrinin sayının və yol hərəkətinin sıxlığının əhəmiyyətli dərəcədə artmasına gətirmişdir, lakin yol hərəkəti təhlükəsizliyinin idarə edilməsi potensialı, yol infrastrukturu və yol hərəkəti təhlükəsizliyi qaydalarının tətbiq edilməsi həmin sürətlə inkişaf etməmişdir. Nəticə etibarı ilə, AMA regionu daxil olmaqla aşağı və orta gəlirli ölkələrdə (AOGÖ) yol qəzaları nəticəsində xəsarətlər (YQX) ictimai səhiyyə baxımından əsas problemlərdən birinə çevrilmişdir. Bütün dünyada baş verən 1,3 milyon ölüm və yol qəzaları nəticəsində baş verən 50 milyon bədən xəsarəti hallarının təxminən 90 %-i AOGÖ ölkələrində baş verir, baxmayaraq ki, bütün dünyada qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin yalnız 48%-i həmin ölkələrin payına düşür (ÜST 2009). AOGÖ-ların mühərrikləşmə və urbanizasiya səviyyəsinin artması sürəti bu göstəricilərin 2030-cu ildə iki dəfə artmasına gətirə bilər. Aşağı və orta gəlirli ölkələrlə yolda ölüm halları baş verən inkişaf etmiş ölkələr arasında olan fərq sarsıdıcıdır.

AMA ölkələrində yollarda sərnişin nəqliyyat vasitələrinin sayı son iyirmi il ərzində sürətlə atmışdır. Müstəqil Dövlətlər Birliyində (MDB) belə artım 120% təşkil etmişdir: hər min nəfərə 1990-cu ildəki 64 nəqliyyat vasitəsindən 2003-cü ildə 141 sərnişin nəqliyyat vasitəsinə qədər (UNECE və ÜST Avro EURO 2009). Eyni meyllər Cənub-Şərqi Avropa ölkələrində müşahidə olunur: sərnişin nəqliyyat vasitələrinin sayı Albaniyada 1994-cü ildəki 1000 nəfərə 18-dən, 2002-ci ildə 48-dək, Xorvatiyada isə 143-dən 276-dək artmışdır. Buna baxmayaraq, əksər AMA ölkələrində orta hesabla hər 1000 nəfərə 400-600 nəqliyyat vasitəsi olan Qərbi Avropa ölkələri ilə müqayisədə bu göstərici aşağıdır (UNECE və ÜST Avro, 2009). AMA regionunda özəl nəqliyyat vasitələrindən istifadə səviyyəsinin yüksəlməsi avtobusların sayının azalması ilə müşayiət olunmuşdur (Eurostat 2007). Nəqliyyat vasitələri bir çox AMA ölkələrində, xüsusilə MDB-də adətən köhnədir və təhlükəsizlik baxımından standartlara cavab vermir. Qərbi Avropada olduqca təhlükəli, köhnə və çirkləndirici nəqliyyat vasitələri ilə sərhədlərarası ticarəti bu problemi daha da qabardır. Yolların (1000 km-lə) və sürtəli trasların (km-lə) olan uzunluğu 1990-cu illərlə müqayisədə artmışdır: müvafiq olaraq 18% və 157% MDB-də, 21% və 75% AB -10 ölkələrində2, və 46% və 144% Cənub-Şərqi Avropada. 1990-cu illərdən yol infrastrukturasına küllü miqdarda investisiyaların qoyulmasına baxmayaraq, bəzi MDB ölkələrində yol istismarı, təmiri və investisiya qoyuluşu hələ də zəifdir. MDB ölkələrinin əhalisi nəqliyyat vasitəsi ilə adam başına 800 km səyahət edir, Qərbi Avropada isə, müqayisə üçün, bu rəqəm 12,000 km-dən çoxdur.

Qərbi Avropa ölkələrində yollarda baş verən bədbəxt hadisələrin müntəzəm olaraq azalmasına (2006-cı ildə Hollandiyada, İsveçdə, Norveçdə və Birləşmiş Krallıqda hər 100 000 nəfərə 6 hadisə) baxmayaraq, əksər AMA ölkələrində nəqliyyat vasitələri parkının daha az olmasına və həmin vasitələrlə səyahət edilən məsafələrin daha az olmasına baxmayaraq həmin göstərici artmışdır. 2007-ci ildə AMA-da baş vermiş YQ ölüm halları bu göstəricinin 8%-dən 39%-dək artdığını göstərir. AMA ölkələrində YQX ölüm səbəbləri arasında ilk onluğuna daxildir və bu regionda 2007-ci ildə təxminən 80 000 yol qəzası nəticəsində ölüm halı baş vermişdir. Ölüm hallarından başqa, 2007-ci ildə AMA-da YQX nəticəsində cəmiyyətin üzərinə düşən yük 800 000–dən çox ölümlə nəticələnməyən xəsarət formasında olmuşdur,

YQX iqtisadi baxımdan məhsulda yaş qrupların mənfi təsir göstərir: AMA ölkələrində baş verən ölüm hallarının 55%-i 15-44 yaş qrupuna təsadüf edir, əsasən 15–29 yaş qrupuna; bunlardan 80%-dan çoxu kişilərdir. Spirtli içkilərin istifadəsi yollarda ölüm hallarının artması, və kişi və qadınlar arasında fərqin əmələ gəlməsinə gətirmişdir. Uşaqlar və yaşlılar da, xüsusilə piyadalar qismində, zəif qrupa aiddir və yol hadisəsi zamanı digər sərnişinlərlə müqayisədə 7-9 dəfə daha çox ölüm təhlükəsi ilə qarşılaşırlar.

Yol istifadəçiləri arasında ölüm hallarının nisbəti ölkədən ölkəyə fərqlənir və yollarda belə qəzalara məruz qalmanı və təhlükəsizliyi əks etdirir. Əksər yol bədbəxt hadisələri AMA-da dörd təkərli nəqliyyat vasitələri sərnişinləri arasında baş verir. Lakin bəzi AMA ölkələrində piyadalar arasında da bu rəqəm yüksəkdir – Albaniyada, Belarusda, Qırğızıstanda, Tacikistanda və Ukraynada yollarda ölüm hallarının 40% və ya daha çox.



Risk amilləri

YQX üçün əsas risk amillərinə aiddir:



  • Yolların layihələndirilməsinin xüsusiyyətləri, o cümlədən yol istifadəçilərinin yol hərəkəti ilə qarışdığı hallar (məsələn, yol keçidləri və ya səkilərin olmadığı hallar).

  • Nəqliyyat vasitələrinin sazlığı ilə bağlı tələblərin tətbiqinə, sürücülərin təlimləndirilməsinə dair və riskli davranışlara qarşı effektiv qaydaların və onların həyata keçirilməsinin zəif olması.

  • Sürücülərin davranışı: sürəti aşma; baş soyuqluq; içkili vəziyyətdə idarəetmə; kəmərlərdən, kaskadan və digər qoruyucu vasitələrdən istifadə etməmə və mobil telefonlardan, xüsusilə də mətn yazmadan istifadə.

YQX-ların iqtisadi dəyəri

YQX epidemiyası fərdi insanlara, cəmiyyətlərə və səhiyyə büdcələrinə mənfi təsirlər göstərir. Bütün dünyada, bədbəxt yol hadisələrinin və zədələrin dəyəri aşağı gəlirli ölkələrdə ümumi milli məhsulun 1%-i, orta gəlirli ölkələrdə 1,5%, yüksək gəlirli ölkələrdə isə 2%-i səviyyəsindədir. Hökumətlər hər il bunun üçün 500 milyard ABŞ dollarından çox vəsaitlər xərcləyir. AMA-da ən yüksək xərclər böyük əhaliyə malik ölkələrə təsadüf edir: Rusiya (ildə 34 milyard), Türkiyə (14 milyard), Polşa (10 milyard) və Ukrayna (5 milyard). Nəqliyyat qəzaları nəticəsində baş verən ölüm və əlilliyə əlavə olaraq, təhlükəli yol şəraiti vətəndaşların hərəkətini, sağlam, aktiv həyat tərzini məhdudlaşdırır, ürək-damar, diabet və artıq çəki kimi qeyri-yoluxucu xəstəliklərin yayılmasına gətirir.



Problemi necə həll etməli?

Effektiv yol hərəkəti təhlükəsizliyi strategiyası sektorlararası, “təhlükəsiz sistem” yanaşmasını tələb edir. Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı vəzifələr dövlət qurumları arasında pərakəndə şəkildə bölüşdürülmüşdur – nəqliyyat, daxili işlər, polis, səhiyyə və təhsil və s., orqanların fəaliyyətini əlaqələndirəcək aparıcı təşkilat tələb olunur. Məqsəd zədələnmələrin qarşısının alınmasından, yol hərəkəti hadisələri zamanı baş verən xəsarətlərin və onların nəticələrinin ağırlığının azaldılmasından ibarətdir.

Yol təhlükəsizliyi nəqliyyat planlarının və proqramlarının layihələrinə daxil edilməli və əhalinin nəqliyyat seçimlərinə və qərarlarına təsir göstərən geniş ictimai siyasət müzakirələrində nəzərdən keçirilməlidir. Yol təhlükəsizliyi nəqliyyat siyasətinin ayrılmaz hissəsinə çevriləndə səs-küyün və hava çirklənməsinin azalması, spirtli içkilərin istifadəsinə nəzarət, piyada gəzmənin və velosipedlərdən istifadənin təbliğ edilməsi daha çox gözə görünür. Məsələn, aşağı sürət rejiminin saxlanılması piyadalar və velosipedləri idarə edən şəxslər arasında zədələrin dəyərini və hava çirklənməsinin həcmini, istixana qazlarının emissiyasını, səs-küyü və qorxu əsaslı baryerləri azaldır.

AMA-da Yol Hərəkəti Zədələrinin profilaktikası sahəsində səylər

Bir çox AMA ölkələrndə YQX məsələlərinin həll edilməsi üçün aparıcı qurumlar tərəfindən milli tədbirlərin əlaqələndirilməsini, ölkə büdcəsi tərəfindən maliyyələşdirməni və ölçülə bilinən hədəflərlə milli yol hərəkəti təhlükəsizliyi strategiyalarını əks etdirən struktur və proseslər mövcuddur. Milli qanunvericilik sürət hədlərini müəyyən edir, spirtli içki təsiri altında nəqliyyatın idarə edilməsini tənzimləyir və təhlükəsizlik avadanlığının istifadəsini mütləq müəyyən edir. Bundan əlavə, biz çox AMA ölkələrində yol tikintisi layihələrin və mövcud yolların auditin aparılması tələb olunur — bu ölkələrin bir çoxunda yol şəbəkəsində bütün investisiyaların audit edilməsini mütləq şərt kimi müəyyən edən AB Direktivlərınə riayət edilir – və ictimai nəqliyyatı, piyada gəzməni və velosipedlərdən istifadəni təşviq edən siyasətlər həyata keçirilir. Rəsmi olaraq, hamı üçün acıq olan yol qəzaları nəticəsində xəsarət alanlara xidmət edən ilkin tibbi xidmət sistemi də, müxtəlif keyfiyyət səviyyəsində olmasına baxmayaraq, mövcuddur.

Qərbi Avropa ölkələri ilə müqayisədə AMA ölkələrində müşahidə edilən tərəqqiyə baxmayaraq, əhəmiyyətli dərəcədə zəif olan yol təhlükəsizliyi məsələsinin həll edilməsi məqsədilə əlaqə və geniş miqyaslı səylər və resurslar tələb olunur (hazırda AB üzvü olan ölkələr daxil olmaqla).

Yüksək gəlirli ölkələrin (YGÖ) və digər orta-gəlirli ölkələrin təcrübəsi göstərir ki, yol təhlükəsizliyinin təkmilləşdirilməsi üçün ətraflı, kompleks təhlükəsizlik sistemi proqramlarının hazırlanması və həyata keçirilməsinə yönəlmiş yaxşı struktura, kifayət qədər maliyyə, texniki və əməliyyat baxımdan səriştəli aparıcı qurumun rəhbərliyi altında ardıcıl və 20-30 ilə planlaşdırılan səylər tələb olunur. Uzun müddətli strategiyanın dəstəklənməsi üçün biznesin planlaşdırılması prosesi və iş keyfiyyətinin monitorinqi sistemləri işlənilməlidir və gücləndirilməlidir; strategiyanın birinci mərhələsi nümayiş etdirilən bilinən şəkildə müvəffəqiyyətli müdaxilələr əsasındakı uzunmüddətli tədbirlər planına dair iştirakçılar və dövlət sektoru təşkilatları arasındakı konsensusu gücləndirməlidir. Strategiyanın həyata keçirilməsinə dair maliyyələşdirmə planı da göstərilməlidir. Nümayiş dəhlizləri dəsti ilə yanaşı yol istifadəçilərinin maarifləndirilməsi, yol hərəkəti təhlükəsizliyinin tətbiqi və fövqəladə hallara hazırlıq proqramlarının hazırlanmasına dəstək verilməlidir. Əlbəttə korrupsiyanın qarşısının alınması tədbirləri, şəffaflığın zəif olması və yol polisinə ictimai etibarın az olması məsələləri də öz həllini tapmalıdır.

AMA regionunda ölüm və xəsarət alma hallarının həddindən artıq sayda olması həmin ölkələrdə qısa və orta müddət ərzində yol təhlükəsizliyi yanaşmalarına dair etibarlı sistemlərin yaradılması məqsədi ilə beynəlxalq yardımda ehtiyacın olmasına dəlalət edir.

Dünya Bankının 2004-cü il üzrə Yol Təhlükəsizliyinə dair Dünya Hesabatının tövsiyələrinin həyata keçirilməsinin genişləndirilməsi: AMA regionunda nə edilməlidir?

Bu əhəmiyyətli hesabatın (Peden və digərləri, 2004) nəticələri ölkənin yol hərəkəti təhlükəsizliyinin səviyyəsinin təkmilləşdirilməsi üçün altı bir-biri ilə əlaqəli tövsiyənin ərsəyə çıxması ilə nəticələnmişdir:



  • Hökumətdə yol hərəkəti təhlükəsizliyi tədbirlərində aparıcı rol oynayacaq təşkilatın müəyyən edilməsi.

  • Hər ölkə üzrə yol hərəkəti xəsarətlərinə dair problemlərin, siyasətlərin və institusional quruluşun və eləcə də onların profilaktikası potensialının qiymətləndirilməsi.

  • Milli yol hərəkəti təhlükəsizliyi strategiyasının və tədbirlər planının hazırlanması.

  • Problemin həllinə maliyyə və kadr resurslarının ayrılması.

  • Yol hərəkəti qəzaların qarşısının alınması, xəsarətlərin və onların nəticələrinin minimal səviyyə gətirilməsi üçün konkret tədbirlərin görülməsi və onların təsirinin qiymətləndirilməsi.

  • Milli potensialın və beynəlxalq əlaqələrin güclənməsinin dəstəklənməsi.

Bu tövsiyələrin ölkə səviyyəsində həyata keçirilməsi potensialın artırılmasını, yol hərəkəti zamanı ölüm və xəsarətalma hallarının sayını əhəmiyyətli səviyyədə və davamlı şəkildə azaltmağa qadir olacaq hədəf təşəbbüslərin həyata keçirilməsi məqsədilə resursların və alətlərin yarasılmasını tələb edir. Eyni zamanda, burada Dünya Bankının tövsiyələrini vahid şəkildə nəzərə alan və institusional gücləndirmə təşəbbüslərinin müvafiq ölkənin mənimsəmə və öyrənmə imkanlarına uyğunlaşdırılmasını və ardıcıl şəkildə icra olunmasını təmin edən bir çərçivə tələb olunur (Bliss and Breen, 2009).


Sistemli tədbirlərin görülməsi tələb olunur. Yol hərəkəti təhlükəsizliyi nəticələrinin ölkə səviyyəsində idarə edilməsi yol hərəkəti təhlükəsizliyi sisteminin üç əlaqəli elementini əhatə etməlidir: institusional idarəetmə funksiyalarını, müdaxilələri və nəticələri; və bu halda institusional idarəetmə funksiyalarına, daha dəqiq aparıcı təşkilatın roluna xüsusi və əsas diqqət yetirilməlidir. Müdaxilələr tək olaraq kifayət etməz.

İnstitusional idarəetmə funksiyalarının təşkili aşağıdakıları tələb edir:

  • YQX profilaktikası üçün təşkilatların və idarəetmə imkanlarının gücləndirilməsi, o cümlədən, aparıcı təşkilatın imkanlarını, dəlil əsaslı təlim proqramının yüksək vəzifəli siyasətçilərə, müxtəlif sektorların icraçı menecerlərinə, nazirliklərin (xüsusilə nəqliyyat, ədliyyə, yol polisi və səhiyyə) əlaqə şəxslərinə və praktik işçilərinə ünvanlandırılması. Vətəndaş cəmiyyəti və özəl sektorun iştirakı üçün imkanın yaradılması YQX-dan irəli gələn yükü üzərilərinə düşən icmaların sosial tələbləri ilə əsaslandırılmış siyasi dəstəyi gücləndirəcəkdir.

  • Səbəblərin, risklərin, miqyasının və nəticələrinin daha yaxşı xəritələnməsi; effektiv tədbirlər qarşısında duran risklərin hədəfə alınması və həmin tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədi ilə ölkə səviyyəsində yol hərəkəti qəzaları xəsarətlərinin izlənilməsi sistemlərinin təkmilləşdirilməsi.

  • Milli yol təhlükəsizliyi icmalları siyasətlərin və planların hazırlanması üçün əsaslı bazadır. Həmin icmallar prioritetlərin müəyyən edilməsi üçün risk qruplarını və təsir əhatəsini aşkar etməyə, real məqsədləri qarşıya qoymağa, büdcə vəsaitlərini ayırmağa, icra məsuliyyətlərini təyin etməyə və sərt qiymətləndirməni aparmağa yardım edir.

Nəticələrə diqqətin cəmləşdirilməsi aşağıdakıları tələb edir:

  • Yol hərəkətinin təhlükəsizliyi aspektlərinin yol infrastrukturasının planlaşdırılmasının, layihələndirilməsinin və istismarının bütün mərhələlərinə inteqrasiya edilməsi. Planlaşdırma mərhələsində, layihələrin təsdiqlənməsindən əvvəl, şəbəkənin təhlükəsizlik baxımından fəaliyyətinin yoxlanılması məqsədi ilə əhəmiyyətli dəyişikliklərin və yeni tikintilərin strateji müqayisəli təhlilini aparmaq lazımdır. Yol təhlükəsizliyinin auditləri və təhlükəsizlik effektlərinin təhlilləri yol infrastrukturu layihələrinin layihələndirmə xüsusiyyətlərinə diqqət yetirərək həmin qiymətləndirmələri tamamlayır. Bundan əlavə, ən çox qəza baş verən və/və ya yol qəzalarının profilaktikası baxımından ən yüksək potensiala malik müvafiq yol kəsiklərinə sərmayələrin yönəldilməsi məqsədilə yol hərəkəti qəzalarının ən çox baş verdiyi kəsiklərin nəzərdən keçirilməsi aparılmalıdır.

  • Sürət hədlərinin azaldılması, xüsusilə şəhər ərazilərində və dərhal təhlükəsizlik faydasından bəhrələnmək məqsədi ilə bu tədbirlərin yolların layihələndirilməsi, qaydaların tətbiqi, ictimai açıqlıq, sürət kameraları və müvafiq cərimələrlə gücləndirilməsi.

  • İçkili halda idarəetmə hallarının qarşısının alınması. AMA ölkələrində spirtli içkilərin istifadə edilməsinin nisbi əhəmiyyətini nəzərə alaraq, yol hərəkəti təhlükəsizliyinə dair tədbirlərin uzunmüddətli davamlılığının təmin edilməsi məqsədilə geniş alkoqol nəzarəti siyasətləri, maliyyə tədbirləri və müdaxilələri tələb olunur. Qanda spirtin səviyyəsi həddi beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı və müvafiq cərimələrlə müşayiət olunan ümumi preventiv sistematik siyasətə önəm verilməlidir.

  • Təhlükəsizlik kəmərindən istifadə səviyyəsinin artırılması: tələbetmə və ictimai təbliğ tədbirləri, (ən azı yeni nəqliyyat vasitələrində) spesifikasiyalara yenidən baxılması (təhlükəsizlik kəmərlərinin istifadəsini yada salan sistemlərin quraşdırılması, və ön və arxa oturacaqlarda kəmərlərin istifadəsi səviyyəsinin qiymətləndirilməsi üçün dövrü nəzarətin aparılması.

  • Gənc sürücülər riskinin azaldılması: geniş təlim proqramları və məzun lisenziyalaşdırılması sxemləri vasitəsi ilə.

  • Təcili tibbi yardım sistemlərinin təkmilləşdirilməsi: ölüm hallarının azaldılması və zədələrin nəticələrin aradan qaldırılması üçün səhiyyə sisteminin müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən daha geniş tədbirlər çərçivəsində.

  • Yol təhlükəsizliyi və nəqliyyat siyasətinin inteqrasiyası. Müasir tədqiqatlar göstərmişdir ki, nəqliyyat daşıma imkanlarının təkmilləşdirilməsi (məsələn, piyadala və velosiped sürənlər üçün şəraitin yaxşılaşdırılması və daha təkmil ictimai nəqliyyat xidmətləri) nəqliyyat arasında qəza hallarının tezliyini aşağı sala bilər.

Nümayiş layihələrinin layihələndirilməsi. Lazımı səviyyədə layihələndirilmiş nümayiş layihələri yol təhlükəsizliyi sahəsində ən yaxşı təcrübələrlə uyğunlaşmanın tezləşdirilməsinə yardım edə bilər və potensialın artırılması üçün böyük əhəmiyyətə malikdir. Onlar eyni zamanda müasir yol hərəkəti təhlükəsizliyi proqramlarının donorların və beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə bütün ölkə ərazisinə genişləndirilməsi mərhələlərini müəyyən edəcəkdir.

Dünya Bankının rolu

Yol hərəkəti təhlükəsizliyi gündəliyini ön plana çəkmək üçün Dünya Bankı 2006-cı ildə digər partnyorlarla yanaşı Qlobal Yol Təhlükəsizliyi Fondunun maliyyələşdirilməsində iştirak etmişdir. Fond AOGÖ-də səmərəli yol hərəkəti təhlükəsizliyi proqramlarının həyata keçirilməsinə dair potensialın artırılması məqsədilə beynəlxalq partnyorlarla birgə maliyyə və texniki yardımı təmin edir.

Yol hərəkəti təhlükəsizliyi artıq ümumi qaydada Dünya Bankının yol infrastrukturu layihələrinin əsas komponentinə çevrilmişdir. Məsələn, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, Polşa və Ukraynada təsdiqlənmiş layihələrə pilot tədbirlər (və monitorinq) daxil edilmişdir: yolların təhlükəsizliyinin icmalı, milli yol təhlükəsizliyi orqanlarının potensialının artırılması, yol infrastrukturunun təhlükəsizliyinin təkmilləşdirilməsi və nəqliyyatın təhlükəsiz idarə edilməsinə dair ictimai kampaniyalar. Vyetnamda beynəlxalq agentliklərlə dəstəklənən yol təhlükəsizliyinə və müvafiq tamamlayıcı tədbirlərə həsr olunmuş Dünya Bankı tərəfindən dəstəklənən layihə hökumətə yaxşı nəticələr əldə etməyə imkan verir (məsələn, təhlükəsizlik kaskalarının motosiklet sürücüləri tərəfindən mütləq qaydada istifadə edilməsini tələb edən qanun presedentsiz şəkildə tətbiq edilməsi yol hərəkəti təhlükəsizliyinin artırılmasına böyük töhfə vermişdir). Belə sektorlar-arası yanaşma misalına təşkilatların və potensialın gücləndirilməsi, yolların fiziki təkmilləşdirilməsi, istifadəçilərin maarifləndirilməsi və monitorinq və qiymətləndirmə daxildir. Gürcünstandakı yeni yol layihələri belə nəticələri üstələməyə çalışır və bunu spesifik yol dəhlizlərinə tətbiq edir. Dünya Bankının Rusiyadakı və digər ölkələrdəki layihələri YQX qurbanlarına xidmətin təkmilləşdirilməsi məqsədi ilə təcili tibbi yardım xidmətinin yenidən təşkili və gücləndirilməsi üçün səhiyyə sektorunu cəlb etmişdir.

Dünya Bankı, beynəlxalq partnyorlarla birgə iş sayəsində yol qəzalarının profilaktikası üçün ən ehtimal olunan tədbirlərin müəyyən edilməsi, seçilməsi, layihələndirilməsi və həyata keçirilməsi variantlarının araşdırılması və yol qəzaları zamanı təcili və bərpa xidmətlərinin təkmilləşdirilməsi vasitəsi ilə 2010-16-cı illər ərzində yol qəzalarının azaldılması cədlərində AMA ölkələrinə dəstək göstərə bilər. Bəzi AMA ölkələri, AB üzvləri olaraq həmin üzvlük vasitəsi ilə YQX problemi ilə məşğul olmaq imkanına malikdirlər. Qeyri AB üzvü AMA ölkələri həmin imkana malik olmadıqlarına görə Dünya Bankının dəstəyi onlara uyğun yanaşmaları tətbiq etməyə imkan verəcəkdir.

2009-cu ili Bərpa və yenidən investisiya qoyuluşu qanununa əsasən ABŞ tərəfindən dəstəklənən cəhdlərdən göründüyü kimi iqtisadi artımı və məşğulluğu canlandırmaq məqsədi ilə müxtəlif ölkələrin maliyyələşdirdiyi proqramlar AMA ölkələrin yol təhlükəsizliyi tədbirlərinin genişləndirilməsinə və təkmilləşdirilməsinə “fürsət qapısını açır”. Başqa sözlə, bütün yol və magistral yol layihələrinə təhlükəsizlik xüsusiyyətləri daxil edilməli və mövcud yol layihələrində yol təhlükəsizliyi planlarının dəstəklənməsi ilə tamamlanmalıdır.

AMA ölkələrinin müəyyən etdiyi prioritetlər əsasında və hər ölkənin özünə məxsus xüsusiyyətlərinin nəzərə alınması ilə, Dünya Bankı, elmi əsaslı və səmərəli yanaşmaların və ən yaxşı beynəlxalq təcrübələrin, modelləşmənin nəticələrinin, müxtəlif tədbirlərin yol təhlükəsizliyinin təkmilləşdirilməsinə olan təsirlərinin ekstrapolyasiyasını və mövcud iqtisadi dəlillərin nəzərə alınması ilə müəyyən yol təhlükəsizliyi təşəbbüslərinə daha çox investisiyaların yönəldilməsini dəstəkləyən yardım proqramlarını təmin edə bilər.



Dünya Bankının 2004-cü ili Dünya Hesabatının (Bliss and Breen 2009) tövsiyələrinin icra edilməsi məqsədi ilə qəbul edilmiş təlimatlarına uyğun olaraq, proqramlar aşağıdakı sahələrə yönələ bilər:

Potensialın nəzərdən keçirilməsi. Təhlükəsizliyin idarə edilməsi potensialının nəzərdən keçirilməsinin aparılması ölkə tərəfindən Dünya Bankının dəstəyinin öz şəraitinə uyğunlaşdırılması prosesinin ilk addımıdır. Bu nəzərdən keçirmə ölkənin yol hərəkəti təhlükəsizliyi nəticələrinin təkmilləşdirilməsinə dair məhsulda və davamlı addımların artırılması öhdəliklərin üzərinə götürülməsinə hazır olmasının müəyyən edilməsinə yardım edə bilər. Bu eyni zamanda müvafiq institusional vəzifələri və məsuliyyətləri müəyyən edir və ölkənin potensialının zəif tərəflərinə dair rəsmi konsensus və onların həll edilməsi üçün ən yaxşı yolun müəyyən edilmə üçün platformanı müəyyən edir.

Aparıcı təşkilatın rolu. Dünya Hesabatında yol hərəkəti təhlükəsizliyinin idarə edilməsi sisteminin effektiv və səmərəli fəaliyyətində aparıcı təşkilatın fundamental rolu vurğulanmışdır. Ölkə, rayon, əyalət və şəhər səviyyələrində məsuliyyətli və cavabdeh yol təhlükəsizliyi rəhbərliyinin olması bu sahədə uğurun əldə edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Nəticələrə, təkmilləşmələrə (məsələn, proqramın əlaqələndirilməsi) yönəlmiş rəhbərliyin olmadığı təqdirdə qeyri-mərkəzləşdirilmə və təbliğat nəzərə çarpan və davamlı deyil. Eyni ilə, həyata keçirmə səlahiyyəti olmayan təşkilat və real və davamlı maliyyələşdirmə bazası olmadan hazırlanmış tədbirlər planları böyük ehtimallar sənəd üzərində qalacaq və heç bir müsbət nəticə verməyəcəkdir.

Mərhələli investisiya qoyuluşu. Yol hərəkətinin təhlükəsizliyinin təkmilləşdirilməsi istəyində olan ölkələr həmin məqsədə sistematik şəkildə nail olmalarına hazır olmalıdır. İnstitusional idarəetmə yol təhlükəsizliyi sisteminin əsasını təşkil edəcək ən yüksək prioritet kimi qəbul edilməlidir: onlar istənilən nəticələri əldə etməyə imkan verən tədbirləri hazırlayır. Əslində institusional gücləndirmə mərhələlərlə aparılmalıdır. Formalaşma mərhələlərində əsas diqqət nəticələrin və təşkilatlararası əlaqələndirilmənin təkmilləşdirilməsinə yönəldilməlidir. Sözü gedən institusional idarəetmə funksiyaları daha effektiv olunca, qalan funksiyalar da öz növbəsində güclənir.

İş əsasında öyrənmə. Uzunmüddətli sərmayə ölkənin yol təhlükəsizliyinin təkmilləşdirilməsinin əsas şərtidir. Bu aşkar edilmiş zəifliklərin həll edilməsi mərhələli sərmayə qoyuluşunu tələb edir, ən əvvəl ilkin nəzərdə tutulmuş təhlükəsizlik nəticələrinə nail olmaq üçün əsas potensialın qurulması, sonra isə potensialın gücləndirilməsi və təkmilləşdirilmiş nəticələrə nail olmaq üçün investisiyaların bütün yol şəbəkəsi üzrə tətbiq edilməsi. Ölkə potensialının icmalı nəticələri üzərində qurularaq, investisiyalar iş əsnasında öyrənməyə əsaslanmalıdır, zəif institusional potensial səbəbindən ortaya çıxan maneələrin aşmasına hədəflənmiş kifayət səviyyədə olan investisiyalarla tamamlanmalıdır.

Bu yanaşmanın işə salınması yollarının biri ölkə potensialının gücləndirilməsinə yönəlmiş tədbirləri sistemli, ölçülə bilinən və cavabdehli və hədəfə alınmış yüksək riskli dəhlizlərdə və ərazilərdə təhlükəsizlik təkmilləşmələrinə sürətlə nail olmaqla yanaşı idarəetmə potensialını yaradan investisiya proqramları şəklinə salmaq məqsədini daşıyacaq təhlükəsizlik sisteminin nümayiş etdirilməsi layihələrinin dəstəklənməsindən ibarət ola bilər.

Nümayiş layihələri coğrafi baxımdan ayrıca ərazi olan və müxtəlif təbiətli yol hərəkəti təhlükəsizliyi məsələlərlə qarşılaşan ərazilərdə həyata keçirilə bilər: (a) sıx əhalisi olan şəhər ərazisi, məsələn, Bakı, Kiyev, Moskva, St. Peterburq və Tbilisi və (b) həm yüksək hərəkət sürəti həm də yüksək hərəkət sıxlığı olan magistrallar, məsələn Moskva-St. Peterburq, və ya yol qəzalarının sayı çox olan hər hansı başqa yol. İstixana qazlarının havaya buraxılması vasitəsilə iqlim dəyişikliyi nəticələrinin aradan qaldırılmasına dair nəqliyyat siyasətləri ilə əlaqələrin və sinergizmin tapılmasına xüsusi diqqət yetirilməlidir – bu sürətlərin azaldılmasına, daha təmiz və təhlükəsiz nəqliyyat vasitələrinə keçid siyasətlərinə əlavə dəstək toplayacaqdır. Bundan əlavə, bu sahə digər səhiyyə siyasətləri və proqramları və eləcə də, digər beynəlxalq donorlar və təşkilatlarla sinergizmin yaradılması üçün mühüm sahədir.

Nümayiş layihələrinin məqsədi aşağıdakılardan ibarət olacaqdır: (a) şəhər sürət həddinin saatda 50 km qədər azaldılmasını nəzərdə tutan normativ və profilaktik yol mühəndisliyi tədbirlərinin birgə həyata keçirilməsini əks etdirən yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi strategiyasının yerlərdə sınaqdan keçirilməsi və (b) yerli hakimiyyət orqanlarını tərəfindən əhalinin sox olduğu ərazilərdə sürət həddinin saatda 30 km olmasının və yüksək intensivliyə malik ictimai maarifləndirmə kampaniyaları və gücləndirilmiş təcili tibbi xidmətlə dəstəklənən əsas təhlükəsizlik davranış vasitələrinin (sürət, təhlükəsizlik kəmərləri və spirtli içkilərin istifadəsi) tətbiq edilməsinə dəvət edilməsi.

Davamlı və ətraflı monitorinq və qiymətləndirmə sistemini çalışdıracaq aparıcı təşkilatın potensialının inkişaf etdirilməsi ilə birgə, nümayiş layihələri hədəf iş keyfiyyəti ölçülərini müəyyən edəcəkdir. Bu bütün müvəffəqiyyətli tədbirlərin bütün ölkə ərazisində münasib vaxt kəsiyində, məsələn, beş il ərzində, tətbiq etməyə imkan verəcəkdir. Bəzi ölkələrdə bu səylər, eyni zamanda, yerli, regional və ölkə səviyyəsində hansı tədbirlərin həyata keçirilməsinin mümkün olduğunu və onlara görə məsuliyyətləri, müvafiq siyasət variantlarını və müdaxilələri (xüsusilə Dünya Bankının tədbirləri sub-milli səviyyədən başladığını nəzərə alınsa) aydın şəkildə bir-birindən ayırd edilməsini tələb edir.



Nəyə görə indi?

AMA regionunda yolların daha təhlükəsiz edilməsi üçün cəmləşdirilmiş səylərin göstərilməsi zamanı yetişmişdir. Artan urbanizasiya, yolların keyfiyyətinin aşağı səviyyədə olması, nəqliyyat vasitələrinin sayının sürətlər artması, yol hərəkəti təhlükəsizliyi normativ sisteminin pərakəndəliyi və yol qəzası və ölüm hallarının sayının yüksək olması real təhlükə doğurur. Bu hesabatda təklif edildiyi kimi təhlükəsiz sistemlər yanaşması çərçivəsində effektiv müdaxilələrə investisiyaların yatırılması bədbəxt hadisələrin və əlillik səviyyəsini azaldacaqdır, bu isə Rusiya Federasiyası və Ukrayna kimi ölkələrdə demoqrafik tənəzzülün qarşısının alınmasına öz töhfəsini verəcəkdir. Bu, eyni zamanda, AMA regionunda və dünyanın hər bir yerində iqtisadi artımın əsas amili olan insan kapitalının inkişafına yardım edəcəkdir.



Tədbirlərin görülməsinə çağırış

Bu hesabat yol hərəkəti təhlükəsizliyinin AMA ölkələrində sağlamlığa, sosial və iqtisadi rifaha təsir göstərdiyinə dair dəlilləri təqdim edir. Yol hərəkəti xəsarətləri ölüm və əlillik hallarının əsas səbəblərindən biridir, xüsusilə bu, uşaqlara, yaşlılara, əmək qabiliyyətli yaşına olan insanlara və yeniyetmələrə aiddir. Hesabat göstərir ki, dünya ölkələrinin təcrübələrindən toplanılmış dəlillər AMA ölkələrində yol hərəkətinin təhlükəsizliyinin zəifləməsinin qarşının alınması, insan həyatlarının xilas edilməsi və xəsarətlərin profilaktikası məqsədilə institutların, qanunvericiliyin, siyasətlərin, qanunvericiliyin tətbiq edilməsi mexanizmlərinin və tibbi xidmətlərin göstərilməsi sistemlərinin gücləndirilməsinə dair ümidvericili tədbirləri təklif edir.



Təklif edilmiş yol hərəkəti təhlükəsizliyi tədbirləri tam olaraq Dünya Bankının “İnkişaf Naminə təhlükəsiz, təmiz və qiymət baxımdan münasib nəqliyyat” nəqliyyat strategiyasına (World Bank 2008a) və Dünya Hesabatı 2004-ün (Bliss and Breen 2009c) tövsiyələrinin həyata keçirilməsi məqsədi ilə qəbul edilmiş Dünya Bankının yeni təlimatlarına tam uyğundur və onun tərəfindən tam dəstəklənir. O, eyni zamanda səhiyyəni, qidalanmanı və əhali nəticələrini əhatə edən “Sağlam İnkişaf” strategiyasında (World Bank 2007a) göstərilmiş səhiyyənin təkmilləşdirilməsi və yoxsulluğun aradan qaldırılması məqsədlərini də dəstəkləyir, Bu tədbirlər, həmçinin, xüsusilə sərhədləri aşan regional və qlobal ictimai xidmətləri və xüsusi səriştəyə malik təşkilatlarla əməkdaşlığı dəstəkləyən tədbirlər daxil olmaqla, Dünya Bankının ümumi fəaliyyətini müəyyən edən yeni strateji istiqamətlərə də uyğundur.

1 Keçmiş Sovet İttifaqı, Baltikyanı, Şərqi və Mərkəzi Avropa ölkələr və Türkiyə.

2 2004-cü ildə AB-ə qoşulmuş ölkələr: Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya.




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə