Təkrarsız mahnıların əbədiyaşar müəllifi /metodiki vəsait



Yüklə 23,56 Kb.
tarix28.06.2018
ölçüsü23,56 Kb.


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ


c:\users\user\desktop\elza_ibragimova.gif

Elza İbrahimovanın anadan

olmasının 80 illik yubleyi münasibətilə

Təkrarsız mahnıların əbədiyaşar müəllifi

/metodiki vəsait/


ŞİRVAN-2018
Elza İbrahimova – 80
Həyat və fəaliyati

Elza İmaməddin qızı İbrahimova 1938 – ci il yanvar ayının 10 –da Hacıqabulda ziyalı ailəsində anadan olmuşdur.1957 – ci ildə A. Zeynallı adına Musiqi Texnikumunu bitir- mişdir. 1958 –1964 – ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası- nın ( indiki Bakı Musiqi Akademiyası ) bəstəkarlıq sinfində, görkəmli bəstəkarlar C.Hacı- yev və Q.Qarayevdən dərs almışdır.

Tələbə ikən fortopiano üçün prelüdlər, variasiyalar, sonatina, skerso,4 hissəli trio və digər əsərlər yazmışdır.

1957 – ci ildə əmək fəaliyyətinə müxtəlif musiqi məktəblərində konsertmeyster kimi başlamışdır. 1966 – 1967 – ci illərdə Mahaçqalada bəstərkar kimi fəaliyyət göstərmiş, yenidən Bakıya qayıtmışdır. 1970 – 1972 –ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində redaktor işləmişdir.1972 – 1983 –cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutu , 1985 -1993 – cü illərdə A. Zeynallı adına Musiqi Kollecində dərs demişdir.

1962 –ci ildə R.Həmzətovun sözlərinə yazdığı “More” romansı ilk və uğurlu addım olmuşdur. İlk mahnıları Dağıstan şairlərinin sözlərinə yazılmış rus və ləzgi dilləridə “Lastoçka aula”, “Ya xoçu çtobı pesnya moya...”,”U rodnika”, “Pesnyami serdse moyo polno”, “Ya daqestanka””Gülşən”,”Dobroye utro”və başqalarını qeyd etmək olar. Azərbaycan dilində ilk mahnısı M. Rahimin sözlərinə bəstələdiyi”Yalan ha deyil” mahnısı olmuşdur. Mahnı janrında yazdığı “Bakının işıqları”, “Bulaq başında”, “Səslə məni”, “Gedək üzü küləyə”, “Qurban verərdim”, “Gəl barışaq”, “Unuda bilməzsən” və s. əksəriy- yəti estrada uslubunda yazılmışdır. Onlarda dövrünün müasir ritmləri: tanqo, vals kimi rəqs elementləri üstün yer tutur.

Bəstəkarın mahnılarını görkəmli müğənnilərimiz Ş.Ələkbərova, R. Behbudov, G. Məmmədov, O. Ağayev, L.İmanov,E.Rəhimova,M. Babayev,Y. Rzazadə,N.Şeyxova, E.Əhədzadə, F.Kərimova və b. Ifa etmişlər.

Bəstəkarın sağlığında onun iki mahnı məcmuəsi 1976- ci ildə”Sən bir nəğmə, mən bir nəğmə”,1988- ci ildə “Mahnılar” nəşr olunmuşdur.

E. İbrahimova H. Cavidin eyniadlı dramı əsasında “Afət” və R.Heydərin librettosu üzrə” Yanan beşiklər”,” Şeyx Şamil” operalarını yazmışdır. Eləcə də Milli Qəhrəmanlarımız Ş. Əsgərova və T.Xəlilbəyliyə həsr olunmuş rekviyemlərin də müəllifidir.

Bəstəkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirmiş, 1992 ildə “Azər- baycanın “Əməkdar incəsənət xadimi”, 2008 – ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. Elə həmin il Dağıstanın “Xalq artisti” adını da almışdır. Azərbaycan Respublikası Prezidenti təqaüdcüsü idi. Keçmiş SSRİ və Musiqi Fondunun, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,Dağıstanın birinci professional qadın bəstəkarı olmuşdur.

Elza İbrahimova 2012 –ci ilin fevral ayının 11-də Bakı şəhərində vəfat etmişdir.

Ölümündən sonra Azərbaycan musiqi mədəniyyətinə, Azərbaycanın və Dağıstanın qar- daş xalqları arasında dostluq münasibətlərinin və mehriban qonşuluq əlaqələrinin möh- kəmləndirilməsinə verdiyi əvəzsiz töhfələrə görə “Mehriban ana” qızıl medalına layiq görülmüşdür.
Elza İbrahimovanın həyat və fəaliyyətinin əsas tarixləri.

1938 – Elza İmaməddin qızı İbrahimova yanvar ayının 10- da Hacıqabulda ziyalı ailəsində anadan olmuşdur.

1957 – A.Zeynallı adına Musiqi Texnikumunu bitirmişdir.

1958 – 1964 Ü.Həcibəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ( indiki Bakı Musiqi Akademiyası ) bəstəkarlıq sinfində, görkəmli bəstəkarlar C.Hacıyev və Q.Qara- yevdən dərs almışdır.

1957 – Əmək fəaliyyətinə müxtəlif musiqi məktəblərində konsermeyster kimi başlamışdır.

1966 – 1967 – Mahaçqalada bəstəkar kimi fəaliyyət göstərmişdir.

1970 – 1972 - Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində redaktor işləmişdir.

1972 – 1983 – Azərbaycan Dövlət İncəsənət İnstitutunda dərs demişdir.

1985 – 1993 – A. Zeynallı adına Musiqi Kollecində dərs demişdir.

1962 – R. Həmzətovun sözlərinə yazdığı “More” romansı ilk və uğurlu addım olmuşdur.

1976 –“Sən bir nəğmə, mən bir nəğmə”.

1988 –“Mahnılar”adlı 2 mahnı məcmuəsi nəşr olunmuşdur.

1992 –Azərbaycanın”Əməkdar incəsənət xadimi”.

2008 –“Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.

2012 – fevral ayının 11- də Bakı şəhərində vəfat etmişdir.

Elza İbrahimova yaradıcılığının kitabxanalarda təbliği

Duyğulu və həzin mahnılar müəllifi bəstəkar Elza İbrahimovanın yanvar ayının 10 – da 80 illik yubileyi qeyd olunacaqdır.Prezident İlham Əliyevin 22 dekabr 2017 – ci il tarixli sərəncamına uyğun olaraq il ərzində E. İbrahimovanın 80 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək.

Elza İbrahimova Azərbaycan bəstəkarlıq məktəbinin parlaq ulduzlarından biridir.

Onun məhsuldar yaradıcılıq yolu olub. Bəstəkar Azərbaycan müsiqisi tarixində yerini əbədiləşdirən parlaq, ölməz və yaddaqalan əsərlər yaratmışdır. O, mahnı janrının inkişafında xüsusi xidmətlər göstərib. Bəstəkar 50 ildən artıq dövrü əhatə edən yaradıcılığı boyu müsiqinin müxtəlif janrlarında əsərlər yaratdı. Simfonik poema , oroto- riya, vokal instrumental və kamera əsərləri, Hüseyn Cavidin pyesi əsasında” Afət”,”Ya –nan laylalar”, “Şeyx Şamil” operalarını yazdı. Elza ibrahimova həmişəlik ömür verdiyi nəğmələrinə köçdü.

Bəşəriyyət tarixində elə sənətkarlar və şəxsiyyətlər var ki,”... onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümum insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cürə adamlar nəinki sağlığında,... öləndən sonra da camaata mənfəət veriblər.” Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dedeyi bu sözləri bəstəkar Elza İbrahimovaya da aid etmək olar.

Bəstəkarın 80 – illik yubileyi ilə əlaqədar olaraq bütün kitabxanalarda “Elza İbrahimova – 80” başlıqlı sərgilər hazırlanmalıdır. Bundan başqa oxucu konfransları, ədəbi – bədii gecə, diskusiya, sual – cavab gecəsi və s. keçirmək olar.

Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə etmək olar:

1.Mahnılar: fortepiano ilə oxumaq üçün / E.İ.İbrahimova, tərtibatçı Ç. İbrahimov;rəssam E.Avalov. – Bakı: [ Letterpress ], 2016. – 127,[ ı ] s.

2.Mahmudova, C. Elza İbrahimova / C. E. Mahmudova ; red. H. Babayeva ; [ baş red. S.Bektaşi; burax.məsul S. İsmayılova; dizayner K. Məhdəvi ] ; Azərb Resp.Mədəniyyət və Turizm Nazirliyi . – Bakı: Şərq – Qərb, 2015.- 31 [ ı ].

3. Təkrarsız mahnıların əbədiyaşar müəllifii // 525 – ci qəzet. – 2017. 12 yanvar. – s.7.

4. Mikeladze,Г. Гorящие выдающегося азербайджанского композитора посвящается Г. Микеладзе // Каспий. – 2014. Iı17 января. – с.19.




Tərtib edən Heydərova T.
: front -> files -> libraries -> 2474 -> documents
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi M. F. Axundzadənin anadan olmasi münasibətilə Mirzə Fətəli Axundzadə-205
documents -> Münasibətilə “ İstiqlarlın əbədiyyət rəmzi- azərbaycan bayrağı” /metodiki vəsait
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi Xocalı soyqırımının 25-ci ildönümü Xocalı soyqırımı /metodiki vəsait
documents -> Məmməd Rahimin 110 illik yubileyi münasibətilə Vətənpərvər şair
documents -> Tövsiyə biblioqrafiyası 2015 Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi
documents -> Metodiki vəsait/ Şİrvan-2018 Xocalı qisasa səsləyir bizi
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi Alik Rzayev
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi Cəmşid Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan ədəbiyyatında detektiv janrın banisi
documents -> Azərbaycan Respublikası Şirvan şəhər Mədəniyyət və Turizm Nazirliyi mks-nin metodika və biblioqrafiya şöbəsi
documents -> Azərbaycan Respublikası Şirvan şəhər Mədəniyyət və Turizm Nazirliyi mks-nin metodika və biblioqrafiya şöbəsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə