Təlai Cavanşir Mütəllib oğlu Əkinçilik et institutunun direktoru



Yüklə 8,94 Kb.

tarix21.06.2018
ölçüsü8,94 Kb.

background image
 

Təlai Cavanşir Mütəllib oğlu 

Əkinçilik ET İnstitutunun direktoru 

 

Təlai Cavanşir  Mütəllib  oğlu 14 may 1963-cü  ildə  Gəncə şəhərində anadan 



olmuşdur.1982-1987-ci  illərdə  Azərbaycan  Dövlət  Universitetinin  biologiya 

fakultəsində  təhsil  almışdır.  1987-ci  ildə  təyinatla  Azərbaycan Respublikası  Kənd 

Təsərrüfatı  Nazirliyinin  Əkinçilik  Elmi-Tədqiqat  İnstitutuna  gəlmiş  və  burada  da 

ilk  elmi fəaliyyətinə başlamışdır. 1990-1992-ci illərdə aspiranturada təhsilini başa 

vurduqdan sonra Əkinçilik ET İnstitunun “Bitki fiziologiyası” şöbəsində kiçik elmi 

işçi,  elmi  işçi,  böyük  elmi  işçi  və  laboratoriya  müdiri  vəzifələrində  çalışmışdır. 

1996-cı  ildə  “Bitki  fiziologiyası”  ixtisası  üzrə  dissertasiya  işini  müvəffəqiyyətlə 

müdafiə edərək biologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adına layiq 

görülmüşdür. C.M.Təlai 2000-2009-cu illərdə Əkinçilik ET  İntitutunun elmi işlər 

üzrə  direktor  müavini  vəzifəsində  işləmiş,  2009-2015-ci  illər  aralığında  direktor 

vəzifəsi ona həvalə edilmişdir. 2015-ci il 15 iyul tarixindən isə institutun direktoru 

vəzifəsində  çalışır.  Beynəlxalq  əməkdaşlıq  çərçivəsində  1996-2015-ci  illərdə 

İCARDA,  CİMMYT,  İCBAvə  FAO  xəttilə  müxtəlif  beynəlxalq  ixtisasartırma 

kurslarında  təhsil  almış  və  sertifikatlara  layiq  görülmüşdür.  2007-ci  il  tarixdən 

etibarən isə “Bitki fiziologiyası” ixtisası üzrə dosent elmi adı almışdır. 

Əkinçilik İntitutunda işlədiyi müddətdə 24, o cümlədən 14 yumşaq buğda, 5 

arpa,  2  qarğıdalı,  1  noxud,  2  mərci  və  1  yerfındığı  sortlarının  həmmüəllifidir. 

Bunlardan  7  yumşaq  buğda,  1  arpa,  1  noxud,  1  mərci    və  1  yerfındığı  sortları 

rayonlaşmış,  seleksiya  nailiyyətlərinin  Dövlət  reyestrinə  daxil  edilmiş  və 

patentləşmişdir. Hal-hazırda bu sortlar ölkədə geniş əkilir. Bu günə qədər 120-dən 

artıq  elmi  əsərin  və  5  kitabça  və  kataloqun  müəllifidir.  2009-cu  ildən  institutun 

nəzdində fəaliyyət göstərən Elmi Şuranın sədri, 2003-cü ildən isə aqrar elmlər üzrə 

fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  ixtisaslaşmış  Dissertasiya  Şurasının 

üzvüdür. Həmçinin, “Azərbaycan Aqrar Elmi” jurnalının redaksiya heyətinin üzvü, 

Əkinçilik  Elmi-Tədqiqat  İnstitutunun  “Elmi  əsərləri  məcmuəsi”nin  baş 

redaktorudur.  



Email: 

talai_akinchi@mail.ru

 

 



Xidməti tel.: (+99412) 551-61-30 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə