Təlai Cavanşir Mütəllib oğlu Əkinçilik et institutunun direktoru



Yüklə 6,65 Kb.
tarix21.06.2018
ölçüsü6,65 Kb.
#49842

c:\users\p.m\desktop\yeni sayt üçün\rəhbərlik\cavanşir təlai\img_03441.jpg

Təlai Cavanşir Mütəllib oğlu

Əkinçilik ET İnstitutunun direktoru

Təlai Cavanşir Mütəllib oğlu 14 may 1963-cü ildə Gəncə şəhərində anadan olmuşdur.1982-1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsində təhsil almışdır. 1987-ci ildə təyinatla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna gəlmiş və burada da ilk elmi fəaliyyətinə başlamışdır. 1990-1992-ci illərdə aspiranturada təhsilini başa vurduqdan sonra Əkinçilik ET İnstitunun “Bitki fiziologiyası” şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildə “Bitki fiziologiyası” ixtisası üzrə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adına layiq görülmüşdür. C.M.Təlai 2000-2009-cu illərdə Əkinçilik ET İntitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 2009-2015-ci illər aralığında direktor vəzifəsi ona həvalə edilmişdir. 2015-ci il 15 iyul tarixindən isə institutun direktoru vəzifəsində çalışır. Beynəlxalq əməkdaşlıq çərçivəsində 1996-2015-ci illərdə İCARDA, CİMMYT, İCBAvə FAO xəttilə müxtəlif beynəlxalq ixtisasartırma kurslarında təhsil almış və sertifikatlara layiq görülmüşdür. 2007-ci il tarixdən etibarən isə “Bitki fiziologiyası” ixtisası üzrə dosent elmi adı almışdır.

Əkinçilik İntitutunda işlədiyi müddətdə 24, o cümlədən 14 yumşaq buğda, 5 arpa, 2 qarğıdalı, 1 noxud, 2 mərci və 1 yerfındığı sortlarının həmmüəllifidir. Bunlardan 7 yumşaq buğda, 1 arpa, 1 noxud, 1 mərci və 1 yerfındığı sortları rayonlaşmış, seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmiş və patentləşmişdir. Hal-hazırda bu sortlar ölkədə geniş əkilir. Bu günə qədər 120-dən artıq elmi əsərin və 5 kitabça və kataloqun müəllifidir. 2009-cu ildən institutun nəzdində fəaliyyət göstərən Elmi Şuranın sədri, 2003-cü ildən isə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ixtisaslaşmış Dissertasiya Şurasının üzvüdür. Həmçinin, “Azərbaycan Aqrar Elmi” jurnalının redaksiya heyətinin üzvü, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Elmi əsərləri məcmuəsi”nin baş redaktorudur.

Əlaqə:


Xidməti tel.: (+99412) 551-61-30

E-mail:
Yüklə 6,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə