Tələb və təklif iqtisadçıların ən çox istifadə etdiyi iki sözdür. Tələb və təklif iqtisadçıların ən çox istifadə etdiyi iki sözdür. Tələb və təklif bazar iqtisadiyyatlarının işləməsini təmin edən güclərdir. Müasir mikroiqtisadiyyat tələb, təklif və bazar tarazlığından bəhs edir.
BAZARLAR VƏ RƏQABƏT Bazar müəyyən məhsul və xidmətin alıcı və satıcılarının məcmusudur. Təklif və tələb əhalinin davranışını əks etdirir... bazarlarda onların bir-biri ilə qarşılıqlı əlaqəsi kimi.
BAZARLAR VƏ RƏQABƏT Alıcılar tələbi müəyyən edir. Satıcılar təklifi müəyyən edir.
Rəqabətli bazarlar Rəqabətli bazar elə bazardır ki, burada hər hansı birinin bazar qiyməti üzərində əhəmiyyətli təsiri olmayan çoxlu sayda alıcı və satıcı mövcuddur.
Rəqabət: Mükəmməl olan və olmayan Mükəmməl rəqabət - Əmtəələr eynidir.
- Müəyyən sayda alıcı və satıcının hər birinin qiymət üzərində elə bir təsiri yoxdur.
- Alıcılar və Satıcılar qiymətlə razılaşanlardır.
İnhisar - Bir satıcı var və qiyməti satıcı müəyyən edir.
Rəqabət: Mükəmməl olan və olmayan Oliqapoliya - Bir neçə satıcı var.
- Heç də həmişə kəskin rəqabət yoxdur.
İnhisarçı Rəqabət - Çoxlu satıcılar var.
- Bir-birindən çox az fərqləndirilmiş əmtəələr var.
- Hər satıcı öz əmtəəsinin qiymətini formalaşdıra bilir.
TƏLƏB Tələb həcmi alıcıların arzu etdiyi və satın ala bildiyi əmtəə miqdarıdır. Tələb Qanunu - Tələb qanununa görə digər şərtlər sabit qaldıqda, bir əmtəənin qiyməti yüksəldiyi zaman o əmtəənin tələb həcmi aşağı düşür.
Tələb əyrisi: Qiymət və Tələb Həcmi arasında əlaqə Tələb Cədvəli - Tələb Cədvəli əmtəənin qiyməti ilə ona olan tələb həcmi arasındakı əlaqəni göstərir.
Türkanın Tələb Cədvəli
Tələb əyrisi: Qiymətlə Tələb Həcmi arasında əlaqə Tələb Əyrisi - Tələb Əyrisi əmtəənin qiyməti ilə onun tələb həcmi arasındakı əlaqəni əks etdirən qrafikdir.
Fərdi Tələbə qarşı Bazar Tələbi Bazar tələbi müəyyən əmtəə və xidmət üçün bütün fərdi tələblərin məcmusunu əks etdirir. Qrafiki olaraq, bazar tələbi əyrisini əldə etmək üçün fərdi tələb əyrilərini üfüqi toplamaq tələb olunur.
Tələb Əyrisində Sürüşmələr Tələb Həcmində Dəyişmə - Dəyişmə tələb əyrisi boyunca baş verir.
- Məhsulun qiymətindəki dəyişmə buna səbəb olur.
Tələb Həcmində Dəyişmələr
Tələb Əyrisində Sürüşmələr - İstehlakçı gəliri
- Əlaqəli əmtəələrin qiymətləri
- Zövqlər
- Gözləntilər
- Alıcıların sayı
Tələb Əyrisində Sürüşmələr Tələbdə Dəyişmə - Tələb əyrisində sürüşmə ya sağa, ya da sola doğru olur.
- Buna hər qiymət səviyyəsində tələb həcminə təsir göstərəcək hər hansı bir dəyişmə səbəb olur.
Qrafik 3. Tələb Əyrisində Sürüşmələr
Tələb Əyrisində Sürüşmələr İstehlakçı Gəliri - Gəlir artdıqda normal əmtəəyə olan tələb də artacaqdır.
- Gəlir artdıqda keyfiyyətsiz əmtəəyə olan tələb azalacaqdır.
İstehlakçı Gəliri Normal Əmtəə
İstehlakçı Gəliri Keyfiyyətsiz Əmtəə
Tələb Əyrisində Sürüşmələr Əlaqəli Əmtəələrin Qiymətləri - Bir əmtəənin qiymətinin düşməsi digər bir əmtəəyə tələbi azaldırsa, onda bu iki əmtəə əvəzedicilər adlandırılır.
- Bir əmtəənin qiymətinin düşməsi digər bir əmtəəyə tələbi artırırsa, onda bu iki əmtəə tamamlayıcılar adlandırılır.
Cədvəl 1. Alıcılara təsir edən dəyişənlər
TƏKLİF Təklif həcmi satıcıların satmaq istədikləri və sata bildikləri əmtəə miqdarıdır. Təklif Qanunu - Təklif qanuna görə digər şərtlər sabit qaldıqda, əmtəənin qiymətinin qalxması onun təklif həcmini artırır.
Təkli Əyrisi:Qiymət və Təklif Həcmi arasında Əlaqə Təklif Cədvəli - Təklif Cədvəli əmtəənin qiyməti ilə onun təklif həcmi arasındakı əlaqəni göstərir.
Türkelin Təklif Cədvəli
Təklif Əyrisi: Qiymətlə Təklif Həcmi arasındakı Əlaqə Təklif Əyrisi - Təklif əyrisi əmtəənin qiyməti ilə onun təklif həcmi arasındakı əlaqəni göstərən qrafikdir.
Qrafik 5 Türkelin Təklif Cədvəli və Təklif Əyrisi
Bazar təklifi müəyyən əmtəə və ya xidmətin bütün satıcılarının fərdi təkliflərinin məcmusunu əks etdirir. Qrafiki olaraq, bazar təklifi əyrisini əldə etmək üçün fərdi təklif əyrilərini üfüqi toplamaq tələb olunur.
Xammal qiymətləri Texnologiya Gözləntilər Satıcıların sayı
Təklif Əyrisində Sürüşmələr Təklif Həcmində Dəyişmə - Dəyişmə təklif əyrisi boyunca baş verir.
- Məhsulun qiymətindəki dəyişmə buna səbəb olur.
Təklif Həcmində Dəyişmə
Təklif Əyrisində Sürüşmələr Təklifdə Dəyişmə - Təklif əyrisində sürüşmə ya sağa, ya da sola doğru baş verir.
- Buna qiymətdən başqa hər hansı determinantda baş verən dəyişmə səbəb olur.
Qrafik 7. Təklif Əyrisində Sürüşmələr
Cədvəl 2. Satıcılara Təsir edən Dəyişənlər
TƏKLİF VƏ TƏLƏB BİRLİKDƏ Tarazlıq müəyyən bir qiymət səviyyəsinin tələb və təklif həcmini bərabərləşdirdiyi bir vəziyyətdir.
TƏKLİF VƏ TƏLƏB BİRLİKDƏ Tarazlıq qiyməti - Tələb və təklif həcmini bərabərləşdirən qiymətdir.
- Qrafikdə tələb və təklif əyrilərinin kəsişdiyi nöqtədəki qiymət səviyyəsidir.
Tarazlıq həcmi - Tarazlıq qiymətindəki tələb və təklif həcmidir.
- Qrafikdə tələb və təklif əyrilərinin kəsişdiyi nöqtədəki həcmdir.
TƏKLİF VƏ TƏLƏB BİRLİKDƏ
Qrafik 8: Tələb və Təklifin Tarazlığı
Qrafik 9: Bazarlar tarazlıqda deyil
Tarazlıq Artıqlıq - Nə vaxt qiymət > tarazlıq qiyməti, təklif həcmi > tələb həcmi.
- Tələb artıqlığı və ya artıq mövcuddur.
- Təklif edənlər (satıcılar) satışları artırmaq üçün qiyməti tarazlıq səviyyəsi əldə olunanadək aşağı salacaqlar.
Tarazlıq Qıtlıq - Nə vaxt qiymət < tarazlıq qiyməti, tələb həcmi > təklif həcmi.
- Artıq tələb və ya qıtlıq mövcuddur.
- Təklif edənlər qiymətləri hədsiz çox alıcının məhdud sayda əmtəəni almaq üçün mübarizə apardığı müəddətcə yüksəldəcəkdir ki, nəticədə də tarazlıq səviyyəsi əldə olunacaqdır.
Qrafik 9. Bazarlar tarazlıqda deyil
Tarazlıq Tələb və təklif qanunu - Əmtəənin qiymətinin özü-özünü tənzimləyərək tələb həcmi ilə təklif həcmini tarazlaşdıracağını nəzərədə tutan nəzəriyyə.
Tarazlıqdakı dəyişikliklərin təhlilində 3 addım Tələb və təklif əyrilərində (və ya hər ikisində) sürüşmələrə səbəb olan hadisələrin olub olmadığını müəyyən etmək. Əyri və ya əyrilərin sağa, yoxsa sola doğru sürüşüb sürüşmədiyini müəyyən etmək. Təklif və tələb diaqramlarından istifadə edərək sürüşmənin tarazlıq qiyməti və həcminə necə təsir göstərdiyini görmək.
Qrafik 10: Tələbdə artım tarazlığa necə təsir göstərir
Tarazlıqdakı dəyişikliklərin təhlilində 3 addım - Təklif əyrisində sürüşmə təklifdə dəyişmə deməkdir.
- Sabit təklif əyrisi boyunca dəyişmə təklif həcmində dəyişmə deməkdir.
- Tələb əyrisində sürüşmə tələbdə dəyişmə deməkdir.
- Tələb əyrisi boyunca dəyişmə tələb miqdarında dəyişmə deməkdir.
Qrafik 11: Təklifdə azalma tarazlığa necə təsir göstərir
Cədvəl 4: Təklif və Tələb dəyişdiyi zaman qiymət və miqdarda nə baş verir?
Xülasə İqtisadçılar tələb və təklif modelini rəqabətli bazarları təhlil etmək üçün istifadə edir. Rəqabətli bazarda çoxlu sayda alıcı və satıcı mövcuddur ki, onların da hər birinin bazar qiyməti üzərində ya heç bir, ya da çox az təsiri vardır.
Xülasə Tələb əyrisi əmtəə tələb miqdarının qiymətdən necə asılı olduğunu göstərir. - Tələb Qanununa görə əmtəətinin qiyməti aşağı düşdükdə tələb miqdarı artır. Beləliklə tələb əyrisi aşağıya doğru meyl edir.
- Qiymətə əlavə olaraq, istehlakçının satın almasına təsir göstərən faktorlar gəlir, əvəzedici və tamamlayıcı əmtəələrin qiyməti, zövqlər, gözləntilər və alıcı sayıdır.
- Əgər bu faktorların birində dəyişmə olarsa, tələb əyrisi sürüşəcəkdir.
Xülasə Təklif əyrisi əmtəənin təklif miqdarının qiymətdən necə asılı olduğunu göstərir. - Təklif Qanununa görə əmtəənin qiyməti yüksəldikdə təklif miqdarı da yüksələcəkdir. Beləliklə təklif əyrisi yuxarıya doğru meyl edəcəkdir.
- Qiymətə əlavə olaraq, istehsalçıların təklifinə təsir göstərən digər faktorlar xammal qiymətləri, texnologiya, gözləntilər və satıcı sayıdır.
- Əgər bu faktorların birində hər hansı bir dəyişmə olarsa, təklif əyrisi sürüşəcəkdir.
Xülasə Bazar tarazlığını tələb və təklif əyrilərinin kəsişməsi müəyyən edir. Tarzalıq qiymətində tələb həcmi təklif həcminə bərabər olur. Alıcı və satıcıların davranışı təbii olaraq bazarları öz tarazlığına doğru sürükləyir.
Xülasə Hər hansı bir hadisənin bazara necə təsir göstərdiyini təhlil etmək üçün biz təklif və tələb diaqramları yolu ilə bu hadisələrin tarazlıq qiyməti və həcminə necə təsir etdiyini öyrənirik. Bazar iqtisadiyyatlarında qiymətlər iqtisadi qərar alma və beləliklə də resurs bölgüsü üçün yol göstərici siqnallardır.
TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005 Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011 Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008 Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010 İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009 Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010
Dostları ilə paylaş: |