Tələb və təklifin bazarın hərəkətverici qüuvvəsi kimi



Yüklə 12,81 Kb.
tarix06.05.2018
ölçüsü12,81 Kb.
#42707

Ad

Soyad



Fakültə Tələb və təklifin bazarın hərəkətverici qüuvvəsi kimi

Mövzu


Qrup

Kurs


Tələb və təklifin bazarın hərəkətverici qüuvvəsi kimi

Bazar iqtisadiyyatının ən əsas xüsusiyyətlərindən biri tələb və təklifin əsasında rəqabətin mövcud olmasıdır. rəqabət dedikdə, 2 və ya daha artıq satıcının bazara eyni adda və ya eyni növdə məhsullar çıxartması və bir-birinə üstün gəlməsi prosesi başa düşülür. əlbəttə, rəqabətin nəticəsində daha güclü olan, alıcıların daha sevdiyi istehsalçılar bazarda qalır, digərləri bazardan çəkilməli olur.

Bazarlarda qiyməti tələb və təklifin formalaşdırdığı, azad rəqabət mühitinin mövcud olduğu və inhisarların olmadığı iqtisadiyyat formasıdır.Beləliklə burdan da göründüyü kimi tələb və təklif bazarın əsas hərəkət verici qüvvəsidir.Tələb və Təklifi araşdırağın.

Tələb


Tələb istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhzulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir. Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı tələbin düşməsinə səbəb olur. Bu qanun istehlakçıların seçimi üzrə müşahidələrə və sağlam və rasional düşüncələrə uyğun gəlir. Doğrudan da, yüksək qiymət nə isə almağa niyyətini azaldır, və pərakəndə ticarətdə baş verən güzəştlər və satışlar müştəriləri cəlb etmək məqsədini daşıyırlar. Bundan başqa, hər bir yeni məhzul istehlakçıya azalan əlavə fayda gətirir. Misal üçün, ikinci yeyilən dönər daha az fayda gətirir, nəinki birinci. Ona görə əlavə məhzulu almağa daha aşağı qiymət səbəb ola bilər. Qiymətin dəyişməsi həm də sərvət və əvəz etmə effektlərinə yol verə bilər. Məsələn, qiymətin düşməsi istehlakçı üçün sərvətin alıcılıq qabiliyyətinin artımına bərabərdir. Bu sərvət effektidir. Əvəz etmə effekti isə bildirir ki, istehlakçı alternativlərindən daha ucuz məhzula keçəcək. Misal üçün bir birini əvəz edə bilən alma və portağal şirələri. Əgər alma şirəsinin qiyməti aşağı düşərsə, istehlakçi portağaldan daha çox alma şirəsini alacaq, yəni ki ona tələb artacaq. Mikroiqtisadi təhlildə sərvət və əvəz etmə effektləri riyazi şəkildə Slutski düsturu ilə ifadə olunur.

Təklif


Təklif istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhzulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir.

Tələb və təklifin tarazlıq vəziyyətinə gəlməsi kortəbii və dövlətin tənzimləyici təsiri altında baş verə bilir. Həmçinin bazar mexanizmi öz şəxsi məqsədlərini güdən sahibkarları son nəticədə istehlakçının xeyrinə hərəkət etməyə məcbur edən vadaretmə mexanizmi kimi fəaliyyət göstərir.



Tələb-ictimai təlabatların əmtəə-pul münasibətləri,bazar iqtisadiyyatı şəraitində təzahür edən spesifik forması kimi başa düşülür.Tələb dedikdə,alıcının müəyyən dövr ərzində hər hansı bir əmtəədən müəyyən qiymətdə,müəyyən kəmiyyətdə əldə etmək arzusu və imkanı başa düşülür.Tələbat geniş məfhumdur.Tələb onun yalnız ödəmə qabiliyyəti ilə yəni pulla təmin edilən hissəsinin təzahür formasıdır.Başqa sözlə tələb bazara çıxarılan tələbatdır.Tələb həmişə tələbatdan kəmiyyətcə azdır.Tələb əmtəə istehsalının iqtisadi kateqoriyası olub,bazara çıxarılmış tələbatı əks etdirir.Karl Marks göstərmişdir ki,”tələb yalnız öz sərəncamında mübadilə vasitələrinə malik olduqu şəraitdə gerçək olur.Tələbatla tələb arasında mürəkkəb qarşılıqlı əlaqə mövcuddur.Onlar vahid vəhdət təşkil edirlər,lakin bu birlikdə aparıcı mövqe tələbatın üzərinə düşür.Tələbat tələbi müəyyən edir və yaradır,onun əsas məzmununu ifadə edir.Tələb isə tələbatın mövcud olması üsulu sayılır.
Yüklə 12,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə