Tələbə: Həsənova Gülçin Fakültə: İbtidai Təhsil İxtisas



Yüklə 207,53 Kb.
səhifə1/5
tarix11.05.2022
ölçüsü207,53 Kb.
#86696
  1   2   3   4   5
atmm




AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Tələbə: Həsənova Gülçin

Fakültə: İbtidai Təhsil

İxtisas: İbtidai sinif müəllimliyi

Qrup: 2110B

Kurs: I

Müəllim: Nuriyeva Minəxanım

Fənn: İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası

Mövzu: İsimlərdə kəmiyyət kateqoriyası və ifadə vasitələri (“ KDQ”-dan seçilmiş nümunələr əsasında)



Baku-2022

Qrammatik kateqoriyalar. Qrammatik kateqoriyaların mahiyyəti.

Hər bir dilin qrammatikasında özünəməxsus xarakterik qrammatik anlayışlar vardır. Qrammatik anlayışlar dilin qrammatikasına aid olan qayda-qanunlardan ibarətdir. Azərbaycan dilçiliyində qrammatik anlayış ifadəsi qrammatik məfhum kimi də adlandırılmışdır. Həm də qrammatik məfhumlar dedikdə “dildə obyektiv olaraq mövcud olan qrammatik qaydalar sisteminin ümumiləşmiş şəkildəki inikası” başa düşülür. Qrammatik anlayışa qrammatik məna, qrammatik kateqoriya, qrammatik forma, qrammatik üsul (ifadə vasitələri), qrammatik quruluş daxildir.

Kateqoriya yunan mənşəli söz olub, “əlamət”, “ittiham”, “söyləmə” mənasını ifadə edir. Böyük yunan filosofu Aristotel “Kateqoriyalar” adlı əsərində ona belə bir tərif vermişdir: “Kateqoriya obyektiv gerçəkliyin ən böyük ümumiləşməsi və inikasıdır”. Aristotel kateqoriyanın on növünü göstərmişdir: kəmiyyət, keyfiyyət, mahiyyət (substansiya), münasibət, məkan, zaman, vəziyyət, hal, hərəkət və iztirab. Bu kateqoriyaların bəziləri məntiqi, bəziləri qrammatik, bəziləri də məntiqi-qrammatik kateqoriyalardır.

Əvvəlki mövzularda nitq hissələrinin təsnifatı prinsipindən danışanda qeyd etmişdik ki, qrammatik kateqoriyaların maddi əsasını qrammatik formalar (morfoloji əlamətlər, sintaktik vasitələr) təşkil edir. Bu vasitələrə malik olan qrammatik kateqoriyalar sözlərin bir-birinə bağlanmasında, sözlər arasında əlaqə yaratmaqda çox mühüm rol oynayır. Konkret nümunə göstərək: Əsgər dağın ən uca zirvəsində dalğalanan bayrağını qürurla seyr edirdi. Nümunə kimi verilmiş bu cümlədə elə bir söz və söz birləşməsi yoxdur ki, aralarında məna və qrammatik əlaqə olmasın. Şəxs kateqoriyası uzlaşma əlaqəsinin (Əsgər seyr edirdi), hal və mənsubiyyət kateqoriyaları III növ təyini söz birləşməsinin (dağın zirvəsində: idarə, uzlaşma) formalaşmasında əsas vasitələrdir. Bilirik ki, söz birləşmələri leksik mənaya malik olan sözlərin məna və qrammatik cəhətdən birləşməsindən yaranır. Cümlələri əmələ gətirən də sözlər və söz birləşmələridir. Əgər onların arasında əlaqə qurulmasa, fikir ifadə edilməz. Qeyd etdiyimiz kimi, məhz bu əlaqələri yaradan qrammatik kateqoriyalardır.




Yüklə 207,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə