Tələbə: Nail Nuri
Fakultə: İqtisadiyyat və idarəetmə
İxtisas: Mühasibat (AZ)
Qrup: 2090A
Fənn: Mikroİqtisadiyyat
Müəllim: Samir Heydərov
Mövzu: Bazar Tarazlığı
Bazar və rəqabət
«Tələb» və «təklif» anlayışlarından bazarda bir-birinə qarşılıqlı təsir edən insanların davranışlarını təsvir etmək üçün istifadə edilir. Bazar – bu, müəyyən bir əmtəə və ya xidmətlərin alqı və satqısını həyata keçirən insanlar qrupudur. Burada alıcılar əmtəələrə olan tələbi, satıcılar isə təklifi müəyyən edirlər.
Alıcılar tələbi müəyyənləşdirir.
Satıcılar təklifi müəyyənləşdirir.
Tələb
Tələbin həcmi alıcıların almaq istədikləri və almağa qadir olduqları əmtəənin miqdarıdır.
Tələb qanununa görə, digər amillər dəyişmədikdə, bir əmtəənin qiyməti artarsa, ona olan tələbin həcmi azalır.
Tələb qrafiki əmtəənin qiyməti ilə ona olan tələbin həcmi arasındakı əlaqəni əks etdirən qrafikdir.
Bir əmtəə və xidmətə olan məcmu bazar tələbi həmin əmtəə və xidmətə olan fərdi tələblərin cəmindən ibarətdir.
Qrafik cəhətdən, bazar tələbini əks etdirən tələb əyrisi fərdi tələb əyrilərinin üfüqi formada bir-biri ilə cəmləşməsi nəticəsində əldə edilir.
Dostları ilə paylaş: |