Tələbə və magistrantların Respublika elmi-praktik konfransı 27 aprel 2018-ci ildə



Yüklə 42,5 Kb.
tarix11.11.2018
ölçüsü42,5 Kb.
#79685

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI SLAVYAN UNİVERSİTETİ

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda



tələbə və magistrantların Respublika elmi-praktik konfransı
27 aprel 2018-ci ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda tələbə və magistrantların Respublika elmi-praktik konfransı keçiriləcəkdir.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  • Azərbaycanın beynəlxalq münasibətlər tarixində AXC

  • Yeni dünya nizamı: XXI əsrin çağırışları

  • Heydər Əliyev və Azərbaycanın xarici siyasət konsepsiyası

  • Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi – Azərbaycan

  • Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri

  • Müstəqil Azərbaycanda filologiyanın müasir problemləri


Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis

İştirakla bağlı məlumat və tezis elektron formada 29 mart 2018-ci ildən gec olmayaraq BDU Filolgiya TEB-ə təqdim etsinlər.

Konfransın təqvimi:

Tezislərin göndərilməsi üçün son tarix

30 mart 2018-ci il

Qəbul edilən tezislər haqqında məlumatın verilməsi

5-10 aprel 2018-ci il

Konfransın plenar iclasının açılış mərasimi

27 aprel 2018-ci il


Bölmə iclasları

27 aprel 2018-ci il

Konfransın bağlanış mərasimi

27 aprel 2018-ci il


FORMA 1. Tezisin tərtibi qaydaları:

Həcm: 1-2 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.


Tezisin strukturu:

1. Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə

2. Tezisin adı böyük hərflərlə, qalın şriftlə

3. Təmsil etdiyi təhsil müəssisəsinin adı, elmi rəhbərin adı, soyadı, elmi dərəcəsi və ya elmi adı adi şriftlə



Qeyd: Tezis adları ilə bölmə adları eyni olmamalıdır. Konfransda çıxış etməyən iştirakçıların tezisləri topluda dərc olunmayacaq. Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən tezislər qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək.

FORMA 2. Konfransda iştirak üçün bildirişin nümunəsi


Soyadı, adı, atasının adı




Təmsil etdiyi təhsil müəssisəsi




Təhsil pilləsi




Telefon




E-mail ünvanı




Tezisin adı




Yüklə 42,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə