Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin



Yüklə 290,69 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix02.01.2018
ölçüsü290,69 Kb.
#19075
1   2   3   4   5   6

31 may   2014-ъц ил

http://www.amu.edu.az

3

“Enactus”  -  Azərbaycan  Respubli-

kası  Gənclər  və  İdman  Nazirliyinin 

dəstəyi  ilə  həyata  keçirilən  sosial 

-iqtisadi  layihə  yarışmasıdır.  Hər 

il  ənənəvi  olaraq  universitet  ko-

mandaları  arasında  Milli  Yarış  ke-

çirilir.  Yarışmada  ölkənin  bir  çox 

universitetləri  öz  layihələrini  təqdim 

edir  və  qalib  gələn  komanda  ölkəni 

təmsil etmək üçün Dünya Kubokuna 

yollanır. 

Universitetimiz ilk komandası 2007-

ci  ildə  milli  seçimdə  qalib  gələrək 

ölkəmizi  Nyu-Yorkda,  Dünya  Kubo-

kunda təmsil etmişdi. 3 illik fasilədən 

sonra 2010-cu ildə yenidən qurulan 

komandamız, 2011-ci ildə Milli Yarış-

da 3-cü yeri qazandı. Növbəti il isə 

eyni komanda Milli Yarışda birincili-

yi  əldə  edərək  2012-ci  ilin  29  sent-

yabr - 2 oktyabr tarixlərində ölkəmizi 

ABŞ-ın Vaşinqton şəhərində Dünya 

Kubokunda təmsil etmişdi.

Qeyd  edək  ki,  2015-ci  ildə 

keçiriləcək Milli Yarışın qalibi Cənubi 

Afrika 

Respublikasında 



(CAR) 

Azərbaycanı təmsil edəcək.

Komandaya  üzv  olmaq  üçün 

şərtlər:


•  İngilis  dili  biliyi  (minimum 

intermediate səviyyəsi)

• MS office proqramlarında işləmək 

bacarıqları  (Word,  Power  Point, 

Excell)

Natiqlik, səlis danışıq qabiliyyəti

*Arzu  olunan  bacarıqlar:  sosial 

fəaliyyət və İT biliklər.

Komandaya  üzv  olmaq  istəyənlər 

8  iyun  tarixinə  qədər  CV  formaları-

nı və özləri haqqında qısa yazını (və 

ya motivasiya məktubunu) sarkhan.

shukur@gmail.com elektron ünvana 

göndərə bilərlər.

Daha ətraflı məlumat üçün Tələbə 

Həmkarlar İttifaqı Komitəsinin otağı-

na yaxınlaşa bilərsiniz. 



ATU-nun  rektoru,  millət  vəkili, 

akademik Əhliman Əmiraslanov 2014-

cü  ilin  bakalavr,  magistr  və  ali  tibb 

təhsilinin baza tibb təhsili üzrə dövlət 

attestasiya  komissiyasının  rəhbərliyi 

və üzvləri ilə görüşüb. 

Rektor  Ə.Əmiraslanovun  attestasiya 

komissiyasının  sədrləri  ilə  görüşündə 

ATU-nun 


prorektorları 

və 


tədris 

şöbəsinin  əməkdaşları  iştirak  ediblər. 

160-a  yaxın  komissiya  üzvlərinin  iş-

tirak  etdiyi  digər  görüşdə  attestasi-

ya  imtahanlarının  təşkili,  qaydaları, 

məzunların  hazırlıq  dərəcəsinin  təhsil 

standartının  tələblərinə  uyğunluğunun 

kompleks  şəkildə  qiymətləndirilməsinə 

dair  müzakirələr  aparıldı.  Akademik 

Əhliman  Əmiraslanov  dövlət  attestasi-

yası  nəticələrinə  görə  məzuna  müvafiq 

dərəcə  və  diplomun  verilməsi  haqqında 

qərar çıxarılmasının şəffaflığı, komissiya-

nın işinin nəticələri əsasında mütəxəssis 

hazırlığının 

təkmilləşdirilməsi 

üzrə 

tövsiyələrin  işlənilməsi  haqda  müvafiq 



göstərişlər verdi. 

ATU-nun  I  müalicə-profilaktika,  II 

müalicə-pro filaktika,  pediatriya  və  hərbi 

tibb  fakültələrinin  son  kurs  tələbələri 

arasında  attestasiya  imtahanları  adi 

üsulla  keçirilir.  Tibbi  profilaktika  və  tib-

bi  biologiya,  stomatologiya  və  əczaçılıq 

fakültələrinin  məzunları  isə  kredit  siste-

mi  ilə  təhsil  aldıqları  üçün  test  üsulu  ilə 

kompyuterlə imtahandan keçəcəklər. Bu 

zaman  Azərbaycan  Respublikası  Təhsil 

Nazirliyinin  1060  saylı  11.09.2008-  ci  il 

tarixili  əmri  ilə  təsdiqlənmiş  “Kredit  sis-

temi  ilə  təhsil  alan  tələbələrin  biliyinin 

qiymətləndirilməsinin 

çoxballı 

siste-

mi  haqqında  müvəqqəti  Əsasnamə”də 



göstərilən şərtlər əsas götürülür. 

Qeyd edək ki, “Təhsil haqqında” Qanuna 

uyğun  olaraq  ali  təhsil  müəssisələrində  

tələbələrin  ayrı-ayrı  əsas  ixtisas  fənləri 

üzrə yekun və buraxılış yekun dövlət at-

testasiyasından  keçirilməsi  məcburidir. 

Bu,  ali  təhsil  müəssisəsində  müvafiq 

baza təhsil proqramları üzrə təşkil olun-

muş  dövlət  attestasiya  komissiyaları 

tərəfindən həyata keçirilir.



Azərbaycan  Tibb  Universiteti 

(ATU) 

Türkiyədən 

növbəti 

qonaqları  qəbul  edib.  ATU-nun 

rektoru,  millət  vəkili,  akademik 

Əhliman 

Əmiraslanov 

tibb 

sahəsində  nüfuzlu  “Elsevier” 

və  Gemini  LTD  şirkətlərinin 

təmsilçiləri ilə görüşüb. 

Akademik 

Əhliman 

Əmiraslanov 

bu 

şirkətlərin  təqdim  etdiyi 



xidmətlərin  çox  faydalı 

olduğunu,  Azərbaycan 

Tibb 

Universitetinin 



səhiyyə 

sahəsindəki 

yeniliklərlə daim maraq-

landığını və modern tex-

nologiyaların  tətbiqinə 

çalışdığını  bildirib.  Rek-

torun  sözlərinə  görə, 

tibb  sahəsində  elm 

adamlarının tədqiqatlarını daha uğurla 

aparması üçün belə proqramların fay-

dası çoxdur. 

Gemini  Büro  sistemləri  və  Dona-

tım  LTD-nin  təmsilçisi  Özlem  Ta-

nırgan  təqdim  olunan  məhsulların 

Türkiyədə  çox  populyar  olduğunu, 

yerli universitetlərin tibb fakültələrində 

istifadə olunduğunu söyləyib. 

“Elsevier”  ClinicalKeyTM  şirkətinin 

meneceri  Atilla  İkinci  təqdim  olunan 

ClinicalKey  sağlamlıq  araşdırmala-

rına  yeni  bir  yanaşmanı  təklif  etdiyini 

bildirib.  Onun  sözlərinə  görə,  təqdim 

olunan  axtarış  sistemi  səhiyyənin  və 

cərrahiyyənin bütün bölmələrini əhatə 

edir.  Bu  proqram  həkimlərin  işinin 

sürətləndirməsi, elm adamlarının daha 

dolğun  araşdırma  aparmasına  imkan 

yaradır. 

ATU-nun 

beynəlxalq 

əlaqələr 

şöbəsinin  rəhbəri  Rəhimə  Qabulova 

Tibb Universitetinin klinikalarında artıq 

bu  cür  sistemlərin  tətbiq  olunduğunu 

bildirib. Onun fikrincə, belə proqramlar 

tibb işçilərinin, elm adamlarının elekt-

ron  qaynaqlara  çatmasını  daha  da 

asanlaşdırır.

Qeyd edək ki, qonaqlar Tədris Tera-

pevtik  Klinikada  “ClinicalKey  tibb  ba-

zası” mövzusunda təqdimat keçiriblər. 

Qeyd  olunub  ki,  “Elsevier”  elm  və 

səhiyyə  sahəsində  informasiya-tex-

nologiya həllərini təqdim edən ən bö-

yük  qurumlardan  biridir.  Bu  şirkətin 

təqdim etdiyi ClinicalKey axtarış siste-

mi  özündə  2200  jurnal,  25  min  adda 

kitab, sorğu kitabçalarını birləşdirir. 

Gemini  Büro  sistemləri  və  Dona-

tım  LTD  isə  universitetlər  də  daxil 

olmaqla  bir  çox  təhsil  və  səhiyyə 

müəssisələrində  elektron  kitabxana-

lar  quraşdırır.  Gemini  LTD  Türkiyədə 

UpToDate,  MD  Consult,  Brill  Online, 

British Standarts Online, Library Press 

Display, Beck Online, Duke University 

Press,  MyiLibrary  kimi  önəmli  yayım-

çıların  təmsilçisidir.  Bu  şirkət  16  ildir 

ki,  3M  firmasının  kitabxanalar  üçün 

nəzərdə  tutulmuş  məhsullarının  sa-

tışını  həyata  keçirir.  İndiyə  kimi  210-

dan  artıq  kitabxana  üçün  3M  kitab 

təhlükəsizliyi sistemini qurub.

Azərbaycan Milli Elmlər 

Akademiyasının (AMEA) biologiya 

tibb elmləri bölməsinin 

akademik katibi, akademik Əhliman 

Əmiraslanovun iştirakı ilə bu 

bölmənin ümumi geniş yığıncağı baş 

tutub. Toplantıda AMEA Rəyasət 

Heyəti üzvləri də iştirak ediblər.

Açılış  nitqi  ilə  çıxış  edən  ATU-

nun  rektoru,  akademik  Əhliman 

Əmiraslanov  iclasda  “Tibb”  ixtisası 

üzrə  AMEA-nın  müxbir  üzvlüyünə 

keçirilən  seçkilər  haqqında  məlumat 

verdi.  Ə.Əmiraslanov  bu  yerlərə  Tibb 

Universitetindən  olan  namizədlərin 

kimliyini  açıqlayaraq  bu  alimlərin 

ATU-nun 


Böyük 

Elmi 


Şurası 

tərəfindən  dəstəkləndiyini  bildir-

di.  Tibb  Universitetinin  rektorunun 

sözlərin  görə,  namizədlər  AMEA 

tərəfindən  yaradılmış  xüsusi  komissi-

ya tərəfindən qiymətləndiriləcək. 

Daha 

sonra 


AMEA 

müxbir 


üzvlüyünə Tibb Universitetindən olan 

namizədlər  çıxış  edib  özlərinin  elmi 

fəaliyyəti,  əldə  etdikləri  nailiyyətlərlə 

bağlı ətraflı məlumat verdilər. 

ATU tərəfindən AMEA biologiya və 

tibb elmləri bölməsinə namizədlikləri 

dəstəklənən  alimlər  sırasında  ATU-

nun 


oftalmologiya 

kafedrasının 

müdiri,  tibb  ü.e.d.  Paşa  Musayev 

(Qəlbinur) var. Onun kəşf etdiyi “Ak-

tipol” preparatı bu günə qədər dünya-

da istifadə olunan ən effektli antivirus 

dərmanlarından biridir.

Növbəti  çıxış  edən  namizədlər 

ATU-nun I cərrahi xəstəlikləri kafed-

rasının  müdiri,  qaraciyər  transplan-

tasiyası,  cərrahi  və  terapevtik  hepa-

tologiya,  laparoskopik  cərrahiyyə, 

ümuni  və  onkoloji  cərrahiyyə  üzrə 

mütəxəssis,  professor  Nuru  Bayra-

mov (Avropa Hepatoloqlar Cəmiyyəti, 

Beynəlxalq Qastroenteroloqlar və On-

koloji  Cərrahlar  Cəmiyyəti  və  digər 

qurumların  üzvü,  215  elmi  əsərin 

müəllifi),  ATU-nun  histologiya  və 

embriologiya  kafedrasının  professo-

ru Habil Muradov (243 elmi işin, 187 

elmi  məqalənin  müəllifi,  Elmin  İn-

kişaf  Fondunun  maliyyələşdirdiyi  3 

qrant müsabiqəsinin qalibi), ATU-nun 

əczaçılıq fakültəsinin dekanı, əczaçılıq 

ü.e.d. professor, Prezident yanında Ali 

Attestasiya  Komissiyasının  üzvü  Ta-

hir  Süleymanov  və  ATU-nun  ağız  və 

üz-çənə  kafedrasının  professoru  Çin-

giz Rəhimov oldular. Çingiz Rəhimov 

elmi-praktik 

fəaliyyətinin 

əsas 

istiqamətləri  həmçinin,  ağız  və  üz-



çənə  nahiyələrinin  şiş  xəstəliklərinin 

diaqnostika və müalicəsi haqqında da-

nışdı. 

Qeyd  edək  ki,  AMEA-nın  müxbir 



üzvlüyünə  olan  yerlərin  müəy yən-

ləşdirilməsi  üçün  seçkilərin  nəticəsi 

gələn ay bəlli olacaq.                

Tibb Universitetinin alimləri AMEA-

nın  müxbir üzvlüyünə namizəddir

Universitetimizin “Enactus” komandası 

üzvlərin qəbulunu elan edir

Attestasiya komissiyasının 

sədrləri və üzvləri ilə görüş

Rektor xarici texnologiya 

şirkətlərinin nümayəndələrini 

qəbul edib

ATU-nun mətbuat xidməti



Yüklə 290,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə