Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin



Yüklə 290,69 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix02.01.2018
ölçüsü290,69 Kb.
#19075
1   2   3   4   5   6

http://www.amu.edu.az

31 may  2014-ъц ил

4

Mayın 2-də Azərbaycan xalqının ümummilli 

lideri Heydər Əliyevin anadan olmasının 91-

ci    ildönümünə  həsr  olunmuş  Azərbaycan 

Tibb  Universiteti  rezidentlərinin  2-ci  elmi-

təcrübi 

konfransı 

keçirilib. 

Konfrans 

iştirakçıları  əvvəlcə  ulu  öndər  Heydər 

Əliyevin universitetin foyesindəki büstünün 

önünə əklil qoyub  və gül dəstələri düzüblər.

Sonra  ATU-nun  böyük  akt  zalında  davam 

edən  tədbirdə  Azərbaycan  Respublikasının 

dövlət himni səsləndirilib.

 Konfrasın açılışı zamanı giriş nitqi söyləyən 

universitetin  rektoru,  millət  vəkili,  akademik 

Əhliman Əmiraslanov tədbir iştirakçılarını sa-

lamlayaraq  ulu  öndər  Heydər 

Əliyevin Azərbaycan elminin və 

təhsilinin himayədarı olduğunu, 

bu sahədə çalışanlara, xüsusilə 

səhiyyə 


işçilərinə 

həmişə 


diqqət  və  qayğı  göstərdiyini 

xatırladıb. 

Bildirib 

ki, 


Azərbaycanda səhiyyənin inki-

şafı, universitetin maddi-texniki 

bazasının  möhkəmləndirilməsi 

və  ölkəmizdə  tibb  kadrlarının 

hazırlanması məhz ulu öndərin 

adı ilə bağlıdır.

ATU-nun 

klinikalarının 

ümummilli  lider  Heydər  Əliyevin  böyük  qay-

ğısı  sayəsində  yaradıldığını  söyləyən  rek-

tor  onun  layiqli  davamçısı  Prezident  İlham 

Əliyevin  dəstəyi  ilə  inşa  olunmuş  universite-

tin  çoxprofilli  tədris-terapevtik  və  cərrahiyyə 

klinikalarının  ən  müasir  avadanlıqlarla  təchiz 

olunduğunu,  məhz  maddi-texniki  bazanın 

möhkəmləndiriməsi  nəticəsində  rezidentlərlə 

işləməyin asanlaşdığını diqqətə çatdırıb. 

Rezidentlərin 

elmi-praktiki 

konfransının 

əhəmiyyətindən danışan rektor bu sistemə ke-

çidin asan olmadığını vurğulayıb: “Əvvəllər re-

zidenturanın özü bizim üçün bir xəyal idi və ça-

lışırdıq ki, Azərbaycanda rezidentura sisteminə 

keçilsin.  Mane  olan  əsas  səbəblərdən  biri 

“Təhsil qanunu”nda rezidenturanın nəzərdə tu-

tulmaması idi. Yeni “Təhsil qanunu” qəbul olu-

nandan  sonra  rezidentura  sisteminə  keçdik. 

Ənənəvi internatura sistemi özünü doğrultma-

dı.  Şübhəsiz ki, bir il ərzində yaxşı mütəxəssis 

hazırlaya  bilməzdik.  Rezidentlərimizin  ilk  el-

mi-praktiki  konfransı  ulu  öndərimiz  Heydər 

Əliyevin 90 illiyinə həsr olundu. Çünki həmişə 

Azərbaycanda yüksək ixtisaslı həkim kadrları-

nın hazırlanmasına ciddi fikir verən ulu öndərin 

arzusu idi ki, rezidenturaya tez keçək. Bu, tibb 

sahəsində  yüksək  ixtisaslı  mütəxəssis  ha-

zırlamaq  üçün  bütün  dünyanın,  Amerikanın, 

Avropanın qəbul elədiyi bir yoldur. Ölkəmizdə 

2011-ci ildən etibarən ali tibb təhsili əsasında 

həkim  mütəxəssislərin  hazırlanması  məqsədi 

ilə  rezidenturaya  qəbul  Tələbə  Qəbulu  üzrə 

Dövlət  Komissiyası  tərəfindən  aparılır.  Hazır-

da ATU-da 38 ixtisas üzrə rezidenturada 390 

nəfər təhsil alır. Rezidentlərin elmi hazırlığına 

da  xüsusi  diqqət  yetirilir.  Klinikalarda  bütün 

laboratoriya  və  diaqnostik 

kabinetlər  elmi  araşdırma 

aparmaq istəyən rezidentlərin 

ixtiyarına verilib.

Hesab  edirik  ki,  rezidentlər 

yüksək  ixtisaslı  mütəxəssis, 

həkim  kimi  hazırlanmaqla 

yanaşı,  elmi  tədqiqat  işlərinə 

də cəlb olunmalıdır. Material-

lara baxdım. Beynəlxalq konf-

ransların  təlabatına  cavab 

verən səviyyədədir, çox yaxşı 

hazırlanıb.  Gələcəkdə  Azərbaycanın  başqa 

klinikalarının rezidentlərini də bu konfranslara 

cəlb etmək lazımdır”. 

Rezidentlərdə  elmi  vərdişlər  aşılamağın 

vacibliyinə  toxunan  Ə.Əmiraslanov  reziden-

tura  haqqında  əsasnamədə  də  elmi-tədqiqat 

işləri ilə məşğul olmağa heç bir məhdudiyyətin 

qoyulmadığını  deyib.  Başlıca  məqsədi  bu 

istiqamətdə  rezidentlərin  qabiliyyətini  üzə  çı-

xarmaq olan konfransın işinə uğurlar arzulayıb. 

Konfransa sədrlik edən universitetin elmi işlər 

üzrə prorektoru, professor İbrahim İsa-

yev də yüksək ixtisaslı mütəxəssis ol-

maq arzusu ilə universitetimizə qəbul 

olunmuş  rezidentlərin  elmi  tədqiqat 

işlərinə  cəlb  edilməsini  yüksək 

qiymətləndirib.  II  elmi-təcrübi  konf-

ransın  gündəliyində  duran  məsələləri 

diqqətə çatdıraraq bu gün çıxış edən 

hər  bir  rezidentin  gələcəkdə  aparıcı 

mütəxəssis,  alim  kimi  yetişəcəyinə 

inandiğinı söyləyib. 

Bundan  sonra  plenar  məruzələrin 

təqdimatına  başlanılıb.  Plenar  iclas-

da  rezidentlərin  tibbin  müxtəlif  sahələri  üzrə 

məruzələri dinlənilib və müzakirələr aparılıb.

Konfrans  işini  bölmə  iclaslarında  davam  et-

dirib.


İki gün davam edən konfransda  yekun  nitqi 

söyləyən universitetin elmi işlər üzrə prorekto-

ru, professor  İbrahim İsayev bu cür beynəlxalq  

konfransların universitetimizdə  keçirilməsinin 

artıq bir ənənə şəkli aldığını, gələcəkdə də da-

vam etdiriləcəyini bildirib.  

Konfransın  yekununda    münsiflər  heyəti 

tərəfindən    seçilmış  ən  maraqlı  tezislərin 

müəllifləri  xüsusi  hazırlanmış  diplom  və 

hədiyyələrlə mükafatlandırılıb, həmçinin konf-

ransın  bütün  iştirakçılarına  “İştirak  Sertfikatı”  

təqdim olunub. 

Sonda  rezidentlərin bir sıra kafedralarda və 

klinikalarda    öyrəndikləri  yeniliklər,    yaxından 

təmasda  olduqları  xəstələrlə  bağlı  videoçarx 

nümayiş olunub, tədbir iştirakçıları xatirə şəkli 

çəkdiriblər.

A.KAMRANOĞLU

Milli  Onkologiya  Mərkəzinin 

və 

Respublika 

Endokrinoloji 

Mərkəzinin birgə təşkilatçılığı ilə 

Bakıda Beynəlxalq Qalxanabənzər 

Vəzi Gününə həsr olunmuş elmi-

praktik konfrans keçirilib.

Konfransda  Səhiyyə  Nazirliyinin 

baş  endokrinoloqu,  Əməkdar  Elm 

Xadimi  Rafiq  Məmmədhəsənov 

ölkəmizdə  həyata  keçirilən  uğurlu 

səhiyyə  islahatlarından,  səhiyyə 

sisteminin  müasirləşdirilməsi  və 

yüksək  texnologiyalara  əsaslanan 

tibbi 

avadanlıqlarla 



təminatı 

istiqamətində görülən işlərdən danı-

şıb. Bildirib ki, son illər ərzində Pre-

zident İlham Əliyevin Sərəncam və 

tapşırıqlarına  uyğun  olaraq  ölkədə 

500-dən artıq yeni tibb müəssisəsi 

tikilmiş  və  ya  əsaslı  şəkildə  təmir 

olunaraq istifadəyə verilmişdir.

Baş 

endokrinoloq, 



həmçinin 

ayrı-ayrı  xəstəliklərin  müayinə, 

müalicə və profilaktikası sahəsində 

əldə  olunan  uğurlardan,  eləcə  də 

qalxanabənzər  vəzi  xəstəliklərinin 

müalicəsində 

tətbiq 

olunan 


yeniliklərdən söz açıb.

Qeyd olunub ki, bu xəstəlik bütün 

dünyada şəkərli diabetdən sonra ən 

geniş  yayılan  xəstəliklərdən  biridir. 

Respublikamızda 

qalxanabənzər 

vəzi  xəstəlikləri  əsasən  dağlıq 

ərazilərdə, xüsusən Balakən, Şəki, 

Zaqatala və digər bölgələrdə daha 

geniş yayılmışdır ki, bu da yod ça-

tışmazlığı ilə bağlıdır.

Sonra  Ukrayna  Endokrinologiya 

və  Maddələr  Mübadiləsi  İnstitutu-

nun  şöbə  rəhbəri  Valeri  Oleynik 

“Qalxanabənzər  vəzinin  xərçəngi” 

mövzusunda geniş məruzə ilə çıxış 

edib.

Konfransda  çıxış  edən  Respubli-



ka  Endokrinoloji  Mərkəzinin  direk-

toru  Rauf  Cabbarov  və  başqaları 

qalxanabənzər  vəzi  xəstəliklərinin 

müayinə və müalicəsi, profilaktikası 

istiqamətində  tətbiq  edilən  müasir 

metodlardan danışıblar.

Konfrans  işini  müzakirələrlə  da-

vam etdirib.



Azərbaycan  Tibb 

U n i v e r s i t e t i n i n 

Tədris 

Terapevtik 

Klinikasında  robot 

xəstələr  “yaşayır”. 

İnsanın  bütün  xü-

su siyyətlərini 

öz-

lə rində 

daşıyan 

“METİ” adlı robotları 

cansız 

məxluq 

da 

adlandırmaq 

olmur. Tələbələr bu 

robotların üzərində təcrübə keçir, 

onları «öldürüb-dirildirlər».

İnsanda olduğu kimi, bu qurğular-

da  da  qan  dövranı,  sinir,  tənəffüs 

və sidik sistemi var. Robotun hətta 

cinsini  də  dəyişmək  olur.  Bu  da 

cinsi  xəstəliklərin  öyrənilməsində 

tələbələrin işinə yarayır.

Klinikanın əməkdaşları “METİ”lərə 

əsil xəstə kimi qulluq edir, qayğısı-

na  qalır,  onları  sabit  temperaturda 

saxlayırlar.

Robotlara 

proqramlaşdır-

ma  vasitəsilə  200-dək  müxtəlif 

xəstəliklərin 

simptomlarını 

yükləmək  olur.  Bu  zaman  robot 

özünü  həmin  xəstə  kimi  aparmağa 

başlayır.  Onlar  xəstələnəndə  ağ-

layır,  zarıyır,  nəfəsləri  daralanda 

gözləri bərəlir, soyuqdəyməsi olan-

da tərləyir, ağız suyu tökülür və bur-

nu  axır.  Astma  zamanı  isə  “METİ” 

təngnəfəs olur, boğulmağa başlayır. 

Otaqdakı böyük monitorda xəstənin 

şikayətləri,  qanın  oksigenlə  doy-

ma  dərəcəsi,  qanda  fermentlərin 

səviyyəsi  və  s.  bu  kimi  göstəricilər 

yazılır.  Tələbə  də  bu  məlumatlara 

əsasən 


xəstənin 

durumunu 

müəyyənləşdirir və ona müalicə ya-

zır.  Reseptdəki  dərmanlar  xəstəyə 

veriləndən sonra “METİ” sağalırsa, 

deməli, tələbə düzgün diaqnoz qoy-

muşdur.

Bundan  başqa,  “METİ”də  200 



növ  xəstəliyin  klinikasını,  ağırlıq 

dərəcəsinin  modelini  yaratmaq 

olur.  Əsasən  də  intensiv  terapiya, 

xəstənin  ağır  vəziyyətə  salınması 

kimi  hallar  tətbiq  edilir.  Məsələn, 

robot xəstənin əsl kardioqramı çıxa-

rılır.  Tələbə  də  robotun  nəbzini  tu-

tur,  kardioqrama  əsasən  müəyyən 

preparat təyin edir. Əgər “METİ”-nin 

aritmiyası  artırsa,  deməli,  vəziyyət 

pisdir,  tələbə  əks-göstəriş  olan 

dərman yazıbmış.

Robotların 

venasına 

dərman 

yeritmək  imkanı  da  var.  Onlar 



öləndə  monitorda  ürək  döyüntüləri 

dayanır.


Robotların  tədris  prosesində  üs-

tünlüyü  odur  ki,  tələbələrin  öz 

səhvləri  üzərində  öyrənə  bilirlər. 

Həkim  kimi  işləyəndə  isə  onlara 

belə  şans  verilməyəcəkdir.  Hələlik 

“METİ”lərimizi öldürən tələbə olma-

mışdır.

“TƏBİB”

Azərbaycan Tibb Universiteti rezidentlərinin 

2-ci elmi-təcrübi konfransı

Bakıda Beynəlxalq Qalxanabənzər 

Vəzi Gününə həsr olunmuş elmi-

praktik konfrans keçirilib

Tələbələr robotlar 

üzərində təcrübə keçirlər



Yüklə 290,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə