Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin



Yüklə 290,69 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix02.01.2018
ölçüsü290,69 Kb.
#19075
1   2   3   4   5   6

http://www.amu.edu.az

31 may  2014-ъц ил

6

Bu  gün  ölkəmizdə  uşaq  əhalisinə  ix-

tisaslaşmış tibbi xidmətin göstərilməsi 

məqsədilə mütəxəssislərin hazırlanma-

sında  Azərbaycan  Tibb  Universitetinin 

(ATU)  Müalicə-profilaktika  fakültəsinin 

Uşaq xəstəlikləri kafedrasının rolu da-

nılmazdır.  İlk  dəfə  1924-cü  ildə  Bakı 

Dövlət Universitetinin tibb fakültəsinin 

nəzdində yaradılan adı çəkilən kafedra 

ATU-nun  ən  qocaman  kafedralarından 

hesab  olunur.  Kafedranın  fəaliyyəti,  o 

cümlədən  bizi  maraqlandıran  bir  sıra 

məqamlarla bağlı  kafedraya rəhbərlik 

edən Səhiyyə Nazirliyinin baş pediatrı, 

əməkdar  elm  xadimi,  professor  Nəsib 

Quliyevə müraciət etdik. 

Qısa arayış

Nəsib Quliyev 1992-ci ildən kafedraya 

rəhbərlik  etməklə  yanaşı,  həmçinin  

1994-cü  ildən  K.Y.Fərəcova  adına 

Elmi-Tədqiqat Pediatriya İnstitutunun 

direktoru,  Türk  Dünyası  Pediatrlar 

Birliyinin prezidentidir. Eyni zamanda 

350-ə  qədər  elmi  məqalənin  müəllifi, 

25-dən  artıq  namizədlik,  2  doktorluq 

dissertasiyalarının  elmi  rəhbəri  və 

konsultantıdır. 

Avropanın bir hissəsi olaraq müasir 

dövrün tələblərindən kənar deyilik

- Rəhbərlik etdiyim Uşaq xəstəliləri kafed-

rası ilk dəfə 1924-cü ildə Bakı Dövlət Univer-

sitetinin tibb fakültəsinin nəzdində yaradılıb. 

O  vaxtdan  indiyədək  də  fəaliyyətini  davam 

etdirir.  Faktiki  olaraq  rəhbərlik  etdiyim  ka-

fedranın  bu  il  90  yaşı  tamam  olur.  Kafedra 

hazırda iki böyük bazada yerləşib. Onlardan 

biri – K.Y.Fərəcov adına  Elmi-Tədqiqat Pedi-

atriya İnstitutu, digəri isə ATU-nun Tədris Te-

rapevtik Klinikasıdır. 1992-ci ildən kafedraya 

rəhbərlik edirəm. Bilirsiniz ki, Tədris Terapev-

tik  Klinika  ölkə  prezidentinin  sərəncamı  ilə 

inşa olunub və müasir tələblərə cavab verən 

tibbi avadanlıqlarla təchiz edilibdir. 

Təbiidir ki, adı çəkilən institut və klinikanın 

burada    müalicə  olunan  xəstə  uşaqların  di-

aqnostikası,  müalicəsi  və  tədris  prosesinin 

təşkilində  böyük  rolu  vardır.  Kafedramızda 

bu gün məndən başqa 2 nəfər  elmlər dok-

toru,  professor  fəaliyyət  göstərir.  Kafedrada  

9 dosent fəaliyyət göstərir, 17 nəfərinin elmi 

dərəcəsi  var.  Bayaq  qeyd  etdiyim  kimi,  3 

nəfər tibb elmləri doktoru, professor, 14 nəfər 

isə elmlər namizədidir. 

Möhtərəm 

Prezident 

İlham 


Əliyev 

cənablarının  2010-cu  il  aprelin  10-da  imza-

ladığı  xüsusi  sərəcamla  kafedramızın  2-ci 

bazası olan K.Fərəcov adına  Elmi-Tədqiqat 

Pediatriya  İnstitutunun  yenidən  qurulması 

və maddi-texniki bazasının yaxşılaşdırılması 

məqsədilə  Prezidentin  Ehtiyat  Fondundan 

başlanğıc olaraq vəsait ayrılıb. Hazırda insti-

tutun əsaslı təmiri, yenidənqurulması və mü-

asir  avadanlıqla  təchiz  olunması  işi  davam 

etdirilir.  Nəzərdə  tutulub  ki,  bu  ilin  sonuna 

kimi institutda təmir işləri tamamilə başa çat-

dırılsın.

Təbiidir  ki,  bu    da  həm  burada  çalışan-

ların,  həm  kafedra  əməkdaşlarının  iş 

şəraitini,  həm  də  burada  müalicə  olunan 

pasiyentlərin  müalicə-diaqnostika  işlərinin 

keyfiyyətinin  və tədrisin səviyyəsinin daha 

da yüksəlməsinə səbəb olacaqdır. 

Bildiyiniz kimi, ATU-da pediatriya fakültəsi 

öz  fəaliyyətini  dayandırıbdır.    ATU-nun 

tələbələri klinik ixtisas  üzrə yalnız müalicə 

işi  fakültəsində  təhsil  aldığından  üzərimizə 

düşən  məsuliyyət  bir  az  da  artıbdır.  Buna 

görə  də  biz  ciddi-cəhdlə  çalışmalıyıq  ki, 

tələbələrimiz  uşaqların  anatomik-fizioloji 

xüsusiyyətləri,  sağlam  uşaqların  qidalan-

dırılması,  körpə  uşaqlara  qulluq,  uşaqlar 

arasında  rast  gəlinən  xəstəliklər,  onların 

diaqnostikası  və  müalicə  məsələləri,  uşaq-

larda  xəstəliklərin  qarşısının  alınması  ilə 

bağlı  həyata  keçirilən  peyvənd  işi  (immu-

nizasiya)    və  s.    ilə  bağlı  məlumatları  yaxşı 

mənimsəyə  bilsinlər.  Avropanın  bir  hissəsi 

olaraq  müasir  dövrün  tələblərindən  kənar 

deyilik.  Bu  səbəbdən  artıq  bizim  kafedrada 

da    bu  ildən  etibarən    müalicə  fakültəsinin 

tələbələri  kredit  sistemi  ilə  təhsil  almağa 

başlayıblar. Bu məsələ ilə bağlı qısa müddət 

ərzində fənnimizə aid bütün proqramı əhatə 

etməklə  1500-ə  yaxın  test    hazırlanaraq 

test  mərkəzinə  təqdim  olunubdur.  Mövqeyi-

miz  isə  ondan  ibarət  oldu  ki,  test  suallarını 

tələbələrdən  gizlətmək  məqsədəuyğun  de-

yil. Tələbələrin məlumatlı olması üçün hamı-

sı  internetə yerləşdirilməlidir. Bunu etməkdə 

məqsəd də ondan ibarətdir ki, tələbələrimiz 

testdə  nəzərdə  tutulmuş  biliklərə  sahib  ola 

bilsinlər.  Bəzi  insanlar  belə  düşünürlər  ki, 

test üsulu ilə tələbə, mütəxəssis hazırlamaq 

olmaz, burada əzbərçiliyə yol verilir. Əslində 

belə deyil, tələbələr universitetdə qiyabi oxu-

murlar.  Onlar  əyani  təhsil  alır,  gün  ərzində 

kurrasiya  məşğələlərində  olur,  kafedranın 

əməkdaşları  ilə  bilavasitə  ünsiyyətdədirlər. 

Həmçinin    dərs  keçdikləri  yerdə  xəstələri 

görürlər.  Bu  da  əzbərçiliyin  qarşısını  alır, 

tələbələrin  əhatəli  şəkildə  bilik  və  təcrübə 

əldə etməsinə şərait yaradır.  

Bir  sözlə,  bu  gün  kafedramızın  istər 

tədris  bazaları,  istərsə  də  müəllim  nöqteyi-

nəzərdən  elə bir ciddi problemi yoxdur. Dü-

şünürük  ki,    həm  tədrisin,  həm  müalicə  işi-

nin, həm əməkdaşlarımız tərəfindən aparılan 

elmi-tədqiqat  işlərinin  keyfiyyətinin  daha  da 

yüksəlməsinə  qısa  zaman  ərzində  nail  ola 

biləcəyik.  

Dərslik  hazırlamaqla  yanaşı, 

tərcümə işi də inkişaf etməlidir

- Hazırlanmış dərs vəsaitləri ilə  bağlı 

nə  deyərdiniz?  Keyfiyyət  və  səviyyə 

sizi qane edirmi?

- Dərslik hazırlamaq çox vacib və ağır işdir. 

Bunu  hazırlamaq    böyük  zəhmət,  təcrübə, 

bilik    və  bacarıq  tələb  edir.  Uzun  müddət 

klinik  və  pedaqoji  təcrübəsi  olmayan  adam 

dərslik yaza bilməz. Kafedramızda iki cilddən 

ibarət pediatriya dərsliyi hazırlanıb. Bu, uşaq 

xəstəlikləri,  uşaq  qastrentologiyası  ilə  bağ-

lıdır.  Uşaqlarda  kəskin  bronxial-ağ  ciyər 

xəstəlikləri  və s. Tədris-metodik materiallar 

da hazırlanaraq çap olunub. Amma çap olu-

nan dərsliklər mütəxəssis olaraq məni qane 

etmir.  Çünki  dərsliyi  hazırlayarkən  ən  müa-

sir elmi informasiya bu və ya digər formada 

orada öz əksini tapmalıdır. Hesab edirəm ki, 

dərslik  hazırlamaqla  yanaşı,  tərcümə  işi  də 

inkişaf etməlidir. 

Təəssüflər  olsun  ki,  bizdə  tərcümə  işinə 

bir  o  qədər  də  əhəmiyyət  verilmir.  Səbəbi 

hazırda  dünyada  ən  müasir  tibbi  ədəbiyyat 

və  dərsliklərin  ingilis  dilində  hazırlanması-

dır. Təbii ki, bu da dərslik hazırlanan ölkənin 

inkişaf səviyyəsi ilə bağlıdır. Baxmayaraq ki, 

ölkəmiz  böyük  sürətlə  inkişaf  edib,  amma 

qısa zaman çərçivəsində aydın məsələdir ki, 

hələ biz o səviyyəyə çata bilmərik. Türkiyənin  

yaxşı bir təcrübəsi var. O təcrübədən çalışıb 

yararlanmalıyıq.  Onlar  ingilis  dilində  yazıl-

mış  ən  son  dərslikləri  çox  qısa  zamanda, 

yəni  o  dərslik  buraxıldığı  ölkədə  bir  ili  ta-

mam olmamış tərcümə etdirir və yayılmasına 

şərait  yaradırlar.  Bu  da  tibbdə  olan  ən  son 

məlumat və yeniliklərin dərsliklərdə öz əksini 

tapmasına səbəb olur. Bizdə ingilis dilindən 

tərcümə Türkiyədəki səviyyəyə çatmamışdır, 

bu, həqiqətdir. Bunun da səbəbi, bizdə rus-

dilli mütəxəssislərimizin  kifayət  qədər olma-

sı və ingilisdilli mütəxəssislərimizin azlığıdır. 

Rusiyanın  özü  belə    dünyanın  inkişaf  etmiş 

ölkələrindən  bu məsələdə geridə qalır. Çün-

ki  ingilis  dilindən  rus  dilinə,  rus  dilindən  isə 

Azərbaycan dilinə tərcümə etdikdə bir neçə 

il  vaxt  keçir.  Bu  da  dərc  olunan  material 

və  məlumatların  köhnəlməsinə  səbəb  olur  

və  müasir  tələblərə  cavab  vermir.  Zaman 

keçdikcə yəqin bu problem də aradan qaldı-

rılmış olacaq. 

Biz ilk növbədə türkdilli xalqların 

dəstəyindən istifadə etməliyik

- Siz həm də Türk Dünyası Pediatrlar 

Birliyinə rəhbərlik edirsiniz. Necə oldu 

ki,  belə  bir  mötəbər  Birliyin  yüksək 

postuna seçilə bildiniz? 

- Birlik 1993-cü ilin oktyabrında türk xalqının 

böyük  oğlu  İhsan  Doğramacının  təşəbbüsü 

ilə yaradılıb. O zamandan 2007-ci ilədək Bir-

liyin  rəhbəri  İhsan  Doğramacı  olmuşdur.  O, 

Azərbaycanın  və o cümlədən ümummili lide-

rimizin  çox yaxın dostu idi.  2007-ci ildə onun 

əməkli  olması  ilə  əlaqədar  yeni  seçim  apa-

rıldı. Səsvermənin nəticələrinə görə 2007-ci 

ildən Birliyə mən rəhbər seçilmişəm. Həmin 

ildən  bu  günə  qədər  mənim  rəhbərliyim  ilə 

bu ölkədə növbə ilə 7 konqres keçirilmişdir. 

1993-cü  ildən  o  qurumun  hər  bir  tədbirində 

iştirak  etmişəm.  Bu  qurumun  Türk  dünya-

sının  pediatr  mütəxəssisləri  üçün  nə  qədər 

əhəmiyyətli olduğunun fərqindəyəm. Əlbəttə, 

biz kimlərin dəstəyindən istifadə etsək də, ilk 

növbədə  bizə  qardaş  olan  türkdilli  xalqların 

dəstəyindən istifadə etməliyik. Hesab edirəm 

ki, biz bir-birimizə nə qədər yaxınlaşsaq, bir 

o  qədər  irəli  getmiş  olarıq.  Heç  yadımdan 

çıxmaz.  Rəhmətlik  İhsan  bəy  Doğramacı 

həyatının  son  illərində  həmişə  arzulayardı 

ki,    7-ci  dil  olaraq  dünyada    türk  dili  qəbul 

edilsəydi,  bu  dünyadan  rahat  köçərdim. 

Problemlərimizdən  biri  də  ondan  ibarətdir 

ki, bu gün ortam türk dili yoxdur. Hazırda bu 

istiqamətdə dövlətlər arasında hazırlıq işləri 

gedir.    Düşünürəm  ki,  müəyyən  zamandan 

sonra biz bu məqsədə də nail olacağıq. 

Biz türk həmkarlarımız ilə birlikdə Türk Dün-

yası Pediatrlar Birliyi çərçivəsində Ankarada  

üç  min  sözdən  ibarət 

“İngiliscə-türkçə-

azərbaycanca-rusca”

 tibb terminləri lüğətini 

çap etdik. Kitabın müəllifləri Türkiyədən pro-

fessor  Murat  Yurdakök  və  mən  olmuşam. 

Kitabı  hazırlayanda  əsas  məqsədimiz  o 

olub ki, türk dünyasında istifadə olunan tibb 

terminlərini  bir-birinə  yaxınlaşdıraq.  Hər  bir 

türkdilli mütəxəssis yazılan terminləri anlaya 

bilsin. Rusca-azərbaycanca bölümünü mən, 

ingilis-türk dili bölümünü isə Murad Yurdakök 

hazırlayıb.

Problemin  qarşısını  körpələr 

dünyaya yeni gələn vaxt almalıyıq

-  Son  dövrdə  qazanılmış  nailiyyətlər 

barəsində nə deyərdiniz? 

- Bu yaxınlarda biz kafedra və K.Fərəcova 

adına  Elmi-Tədqiqat  Pediatriya  İnstitutunun 

iştirakı  ilə  ötən  il  “Elmin  İnkişaf  Fondundan 

32  min  manat  həcmində  bir  qrant  udduq. 

Layihə    yenidoğulanlarda  nekratik  interoko-

litin diaqnostikası, müalicəsi və profilaktikası 

məsələlərinə həsr olunmuşdur. Bu gün res-

publikamızda  bütün  sahələrdə  olduğu  kimi, 

tibb sahəsində də çox böyük işlər görülür. İlk 

növbədə bu ölkə başçısının adı ilə, onun  bu 

işə olan münasibəti ilə bağlıdır. Eyni zaman-

da Səhiyyə Nazirlyində bu tələbə və qayğı-

ya uyğun genişmiqyaslı iş aparılır. Uşaqlara 

göstərilən tibbi xidmətin daha da yaxşılaşdı-

rılması  üçün  bu  gün  hər  kəs  pediatr  olaraq 

yaxşı başa düşür ki, biz problemin qarşısını 

körpələr  dünyaya  yeni  gələn  vaxtdan  alma-

lıyıq.  Bu  yolla  biz  minilliyin  4-cü  məqsədi 

hesab olunan uşaq ölümünün  qat-qat azal-

masına nail olmalıyıq. Düzdür, bu məqsədə 

yaxınlaşmağa çox az bir məsafə qalıb .   

Dünyada  1990-cı  illə  müqayisədə  2015-ci 

ildə  uşaq  ölümünün  sayının  3  dəfə  azaldıl-

ması nəzərdə tutulub. Təsəvvür edin, 1990-

cı  illərin  əvvəllərində  Azərbaycanda  uşaq 

ölümü 1 yaşa qədər 1000 nəfərə 29.5 nəfər 

təşkil edirdisə, bu gün bu rəqəm 10.8-ə çatır. 

Artıq 3 dəfəyə yaxın azalmaya nail olmuşuq. 

Hazırda Səhiyyə Nazirliyində bu istiqamətdə 

məqsədyönlü  işlər  aparılır.  Bu  yaxınlarda 

nazirlikdə  neontoloji,  yəni  yenidoğulanla-

ra    xidmətin  yaxşılaşdırılması  məqsədilə 

cənab nazirin əmri ilə xüsusi komissiya  ya-

radılıb.  Xidməti  yaxşılaşdırmaq  məqsədilə  

2006-2010-cu  illərdə  Azərbaycanda  Dövlət 

Proqramı    qəbul  olunaraq  həyata  keçiril-

di.  Bu  proqram  çərçivəsində  ölkəmizin  7 

bölgəsində  perinatal  mərkəzlər  yaradıldı. 

Mərkəzlərin  yaradılmasının  özü  də  yeni-

doğulanlara,  hamilələrə,  zahılara  xidmətin 

yaxşılaşdırılması  və  dünyanın  inkişaf  et-

miş  ölkələrinə  çatdırılması  məqsədi  güdür. 

Yəni bu gün görməli işlər çoxdur, amma hər 

şeydən əvvəl biz optimist əhval-ruhiyədəyik. 

Çünki  ölkədə  sosial  sahədə  aparılan  dövlət 

siyasəti bizi sevindirir və ruhlandırır. Əminəm 

ki,  hər  sahədə  olduğu  kimi,  tibb  sahəsində 

də  ən  yaxın  zamanlarda  ölkəmizi  dünyanın 

inkişaf etmiş ölkələri  səviyyəsinə  çatdırma-

ğa nail olacağıq. 

 

Qabil ABDULLAYEV



Müsahibə

“2015-ci ildə uşaq ölümünün sayının 3 

dəfə azaldılması nəzərdə tutulub”

u  Hər  bir  valideyn  istəyər  ki,  onun  yeni  dünyaya  gələn 



övladı  sağlam  və  xoşbəxt  olsun.  Təbii  ki,  körpələrin  sağlam 

böyüməsində valideynlərin diqqət və qayğısı heç də kifayət etmir, 

balacalara həm də yüksək səviyyəli tibbi xidmətin göstərilməsi 

də zəruridir. Valideynlərin uşaqlarına sevgi və qayğısı ilə yanaşı, 

ixtisaslı tibbi xidmətin göstərilməsi gələcəyimiz olan uşaqların 

sağlam böyüməsinə təminat verə bilər.  


Yüklə 290,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə