Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin



Yüklə 290,69 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix02.01.2018
ölçüsü290,69 Kb.
#19075
1   2   3   4   5   6

31 may   2014-ъц ил

http://www.amu.edu.az

7

Bu gün tariximizə Respublika günü kimi daxil olub. Xalqımız hər 

il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün – 1918-ci 

il mayın 28-də – Gülüstan və Türkmənçay müqavilələrindən sonra 

müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, 

mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq 

Cümhuriyyəti  ölkəmizin  çoxəsirlik  sosial-iqtisadi,  ictimai-siyasi  və 

mədəni  inkişafının,  xalqımızın  milli  oyanışı  və  dirçəlişi  proseslərinin 

məntiqi nəticəsi kimi meydana gəlmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 

xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, 

yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də 

Azərbaycanın  istiqlaliyyətinin  elan  edilməsində,  Xalq  Cümhuriyyətinin 

təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik 

etmiş  şəxslərin  –  Əlimərdan  bəy  Topçubaşovun,  Məmmədəmin 

Rəsulzadənin,  Fətəli  xan  Xoyskinin,  Həsən  bəy  Ağayevin,  Nəsib 

bəy  Yusifbəylinin,  Səməd  bəy  Mehmandarovun,  Əliağa  Şıxlinski  və 

başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-

nin,  vətənpərvər  ziyalıların,  peşəkar  hərbçilərin  adları  xalqımızın 

yaddaşına əbədi həkk olunmuşdur. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  Avropanın  demokratik  dəyərləri  ilə 

Şərq  mədəniyyətinin  xüsusiyyətlərini  üzvi  şəkildə  birləşdirən  yeni 

dövlət  və  cəmiyyət  nümunəsi  idi.  Cəmi  23  ay  fəaliyyət  göstərməsinə 

baxmayaraq,  ilk  respublika  dövründə  həyata  keçirilən  tədbirlər 

müstəqil  dövlətçiliyimizin  əsaslarının  yaradılması  və  gələcək  inkişaf 

yolunun  müəyyənləşdirilməsi  baxımından  mühüm  əhəmiyyət  kəsb 

etdi.  Demokratik  hüquq  və  azadlıqların  bərqərar  olması,  etnik  və 

dini  mənsubiyyətdən  asılı  olmayaraq  bütün  vətəndaşların    bərabər 

hüquqlarının  tanınması,  hətta  bir  çox  Avropa  ölkəsindən  daha  əvvəl 

qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan 

edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, 

nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər 

Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət 

və mənasını əyani şəkildə səciyyələndirir. 

Xalqımız  yeni  tarixi  şəraitdə  öz  dövlət  müstəqilliyini  bərpa  etdikdən 

sonra  ümummilli  liderimiz  Heydər  Əliyevin  rəhbərliyi  altında  Xalq 

Cümhuriyyətinin  ənənələrini  əsas  tutaraq,  müstəqil  Azərbaycan 

dövlətini  yaratdı.  Lakin  Azərbaycan  Respublikası  Azərbaycan  Xalq 

Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini 

və  suverenliyini  qorumağı  və  möhkəmləndirməyi  bacardı,  dövlətçiliyin 

qorunması  üçün  qətiyyətli  tədbirlər  görüldü,  ölkədə  davamlı  ictimai-

siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham 

Əliyevin  rəhbərliyi  altında  Azərbaycan  Respublikasında  demokratik, 

hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla 

davam  etdirilir.  Bu  sahədə  qazanılmış  nailiyyətlər  qürur  doğurur. 

Respublikamızda  siyasi,  iqtisadi  və  sosial  islahatlar  uğurla  həyata 

keçirilir,  ölkə  iqtisadiyyatı  dönmədən  inkişaf  etdirilir,  əhalinin  sosial 

müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli 

şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, 

təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir 

ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də 

onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.



X

əstəxanadaxili (Nazokomiyal) 

infeksiyalar bu gün də aktual 

bir  problem  olaraq  qalmaq-

dadır.  Problemin  aktuallığı  onunla 

şərtlənir ki , müasir dövrdə  nə qədər 

dezinfeksiyaedici  məhsullarin  çeşid 

bolluğu  və  təsir  mexanizminin  tez, 

qısa müddətli olmasına baxmayaraq 

yenə də xəstəxanadaxili infeksiyala-

rın rast gəlmə tezliyi yüksəkdir. Bu 

da  hər  bir  tibb  işçisinə  bəllidir  ki, 

xəstəxanadaxili  infeksiyaların  yayıl-

ma səbəbi əsasən adi göstəricilərlə 

yanaşı havada Qram - mənfi bakteri-

yalarının miqdarı ilə hesablanır. 

Ona görə də xəstəxanadaxili infeksiya-

lara şubhə, eləcə də epidemioloji  göstəriş 

olarsa təcili havada olan patogen mikrob-

ların (salmonella, mikobakteriya, viruslar 

və s.) varlığı dəqiqləşdirilir.

Bu infeksiyaların yayılması üçün vacib 

olan  üç  faktorun  (mikroorqanizmin  (in-

feksiya) mənbəyi, həssas orqanizm və yo-

luxma yolu) varlığı hər hansı infeksiyanın 

hər an baş qaldırmasına  zəmin yaradır.

Mikroorqanizmin  mənbəyi  dedikdə 

xəstə  insan,  mikrob  daşıyıcısı,  infeksi-

yalaşmış  əşya,  infeksiyalaşmış  sahə  və. 

s nəzərə alınmalıdır ki, bunlar da hər an 

xəstəxanadaxili  infeksiyanın  baş  qaldır-

ması üçün real mənbədir. 

İkinci  faktor-həssas,  zəif  orqanizim 

deyildikdə  isə    bütün  kəskin  və  xroniki 

xəstələr,  əsasən    də    əməliyyatdan  son-

rakı  dövrdə  immun  sistemi,  reaktivliyi 

və müqaviməti aşaği olan xəstələr nəzərə  

alınmalıdır. 

Nəhayət,  yoluxma  yolu  dedikdə 

bəllidir  ki,  hər  hansı  infeksiyanın 

özunəməxsus  keçmə  mexanizmi  möv-

cuddur,  lakin  bütün  bu  yollar  içərisində  

ən  vacib  və  əhəmiyyətli  sayılan  kontak 

yoludur  ki,  bu  da  xəstəxanadaxili  infek-

siyaların  yayılmasında  böyük  rol  oyna-

yır. Bu yolla infeksiyanın ötürülməsində 

əsas  vasitə  tibbi  personalın  əlləridir.                                                                                                                                     

Ona  görə  də  xəstəxanadaxili  infeksiya-

ların  yayılmasının  qarşısının  alınması 

üçün  “Əl  gigiyenası”  təmin  edilməlid

ir.                                                                                                                                     

Tibb tarixində xəstəxanadaxili infeksi-

yaların  yayılmasının  qarşısının  alınması 

yolları  XIX  əsrə  qədər  dəqiq  məlum  ol-

masa  da,  əllərin  yuyulması  fiziki,  ruhi 

xəstəlik  və  günahlardan  təmizlənmənin 

bir  yolu  kimi  qəbul  edilmişdir.                                                                                                                                      

  İlk dəfə 1822-ci ildə fransız əczaçısı kal-

sium xlor məhlulu, yaxud camaşir sodası 

ilə insan cəsədlərindən gələn xoşagəlməz 

qoxulardan  qurtulmağın  mümkün  ol-

duğunu  və  bu  məhlulların  dezinfeksi-

yaedici  və  antiseptik  kimi  istifadə  edilə 

biləcəyini  göstərmiş  -1825-  ci  ildə  yolu-

xucu  xəstəliyi  olan  xəstələrlə  təmasda 

olan  həkimlərin  əllərini  maye  xlor 

məhlulu ilə islatmalarının faydası olaca-

ğını  qeyd  etmiştir.  Cərrahi  əl  antisepti-

kası cərrahi müdaxilədən əvvəl əllərdəki 

tranzitor  flora  ilə  yanaşı  obliqat  floranın 

da  minimum  səviyyəyə  endirilməsidir  .                                                                                                                                        

Belə ki, normada dəridəki aerob bakteri-

yaların sayı  10 ²- 10

2

 kv/sm²- də dəyişir.                                            



Normal  dəridə flora tranzitor və obliqat 

olmaqla iki qrupa bölünür.

Tranzitor  flora  əsasən  dərinin  şəthi 

təbəqəsində  kolonizasiya  edən  və  əl 

təması ilə daşınan mikroorqanizmlərdən 

ibarətdir. Bunlara  əsasən  Qram - mənfi 

–  E.koli,  Perferingis  aeroginaza  və  s. 

daxildir  ki,  bunlar  da  sanitar-gigiyenik 

normalara uyğun  yuyunduqda asanlıqla 

əllərdən kənarlaşdırılır, lakin onu da qeyd 

etmək  vacibdir ki, xəstəxanadaxili infek-

siyaların baş qaldırmasında əsasən tranzi-

tor floranı təşkil edən mikroorqanizmlər 

böyük  rol oynayır.

Obliqat 

floraya 


daxil 

olan 


mikroorqanizimlər  isə  dərinin  dərin 

qatlarında  olan  və  patoğenliyi  zəif  olan 

mikrooqanizmlərdir ki, onlar da 

dəri  tamlığı  pozulmadıqda  çox 

nadir  hallarda  xəstəxanadaxili 

infeksiyaların 

yayılmasina 

səbəb olur.

Onu  da  nəzərə  almaq  lazım-

dır  ki  ,  xəstəxanada  müalicə 

alan  xəstələrin  dərisində  sta-

sionar  şəraitdə  olan  və  infeksiya  törədə 

bilən  mikrooqanizmlər  (St.  ureus,  En-

terococcus,  Psendomanas,  Klebsiel-

la,  Acinetobakter  və  s.)  kalonizasiya 

edir.  Tibb  işçilərinin  əllərində  xəstə 

və  ətraf  mühitlə  təmas  nəticəsində    bu 

mikrooqanizmlərdən    ibarət  tranzi-

tor  flora  formalaşır.  Buna  görə  də  tibb 

işçilərinin  əlləri  cəmiyyətdəki  digər 

şəxslərin əllərindən fərqlənir. Bütün bun-

ları  nəzərə  alaraq    cərrahi  əl  antisepti-

kası  hər  an  nəzər-diqqətimizdə  olmalı 

və cərrahi müdaxilədən  əvvəl yuyunma 

sanitar gigiyenik qaydalara uyğun həyata 

kecirilməlidir. Onu da yaddan cıxarmaq 

lazım deyil ki, cərrahi əl antiseptikasında 

istifadə edilən antiseptik maddələr sürətli 

təsir  göstərməli,  təsiri  nisbətən  uzun 

müddətli    və  təkrarlanan,  istifadələrdən 

sonra kumulyativ xarakterli olmalıdır.

Sədrəddin ATAKİŞİzADƏ,

Tədris Cərrahiyyə Klinikasının 

İnfeksion Nəzarət Komitəsinin sədri, tibb 

üzrə fəlsəfə doktoru

Xəstəxanadaxili  infeksiyaların yayılmasında 

cərrahi əl antiseptikasının rolu

28 May – Respublika günü



http://www.amu.edu.az

31 may   2014-ъц ил

Doğulduğu  andan  1  ya-

şına qədər körpənin qida-

landırılması  ilə  bağlı  olan 

bütün  suallara  tam  ətraflı 

cavablar  “İlk  günündən  1 

yaşına  qədər  körpələrin 

qidalandırılması”  adlı  ki-

tabda:

- Ana südü ilə qidalandır-



manın əhəmiyyəti və onun 

düzgün 


tənzimlənməsi. 

Əmizdirmə 

mövqeləri. 

Ana  südünün  artırılma-

sı  üsulları.  Yarana  bilən 

problemlər  və  onların 

həlli yolları. Əmizdirmənin 

başa çatdırılması və s.

- Süni süd qarışıqları ilə 

qıdalandırmanın  əsasları. 

Süd  qarışığının  seçilməsi, 

düzgün 


hazırlanması, 

verilməsi texnikası və s.

Uşağın 


rasionuna 

əlavə  qidaların  (sıyıqlar, 

meyvə-tərəvəz,  ət  və  s.) 

düzgün daxil edilməsi sxe-

mi (nə vaxtdan, hansı miq-

darda və s.). Yarana bilən 

problemlər və onların həlli 

yolları.  Uşağın  menyusu-

nun tərtib edilməsi. Uşaq-

lar üçün yemək reseptləri.

Filippinin 

Sebu 


şəhərindəki 

hey-


vanxanaya 

gələn 


turistlərə  ilk  baxış-

da maraqlı görünən 

pulsuz  ilan  masa-

jı  təklif  olunur.  Bu 

vaxt masaj insanlar 

tərəfindən  deyil,  ümumi  çəkiləri  250  kiloqram 

olan  böyük  ilanlar  tərəfindən  edilir.  Əlbəttə  ki, 

bu  prosedurla  ziyarətçilərin  heç  də  hamısı  ra-

zılaşmır.

Heyvanxananın əməkdaşları ziyarətçilərə qur-

şağa  qədər  soyunmağı,  bərk  bambuk  çarpa-

yının  üzərinə  uzanmağı  və  özlərini  dörd  Birma 

pitonunun  ixtiyarına  verməyi  təklif  edirlər.  Bu 

pitonların  adı  Mişel,  Uolter,  İ-Ci  və  Danieldir. 

Müştəri  ilə  ünsiyyət  zamanı  gözlənilməz  aclıq 

tutmalarından qaçmaq üçün hər bir masaj sean-

sı ərəfəsində bu ilanların hər biri 10 cücə yeyir.

Heyvanxananın  əməkdaşlarının  bildirdiyinə 

görə,  bu  təhlükəli  canlıların  insan  bədəni 

üzərində  10-15  dəqiqə  hərəkəti  orqanizmə 

sakitləşdirici və sağlamlaşdırıcı təsir göstərir.

Belə masaj qəbul etmiş ziyarətçilərdən birinin 

bildirdiyinə  görə,  masaj  zamanı  nəfəsi  ilanlara 

tərəf  vermək  olmaz,  çünki  bu,  onlara  iynə  ba-

tırma və ya zərbə təsiri bağışlayır. İkincisi, əgər 

təhlükə hiss edirsinizsə, heç vaxt köməyə çağır-

maq olmaz. Bu zaman bədəndəki titrəyişi hiss 

edən ilanlar bunu onlara hücum kimi qəbul edə 

bilərlər.

Heyvanxananın əməkdaşının bildirdiyinə görə, 

bu prosedur çoxlarına qorxulu gəlsə də, sonda 

ondan çox razı qalırlar.

Tibbi biologiya fakültəsinin V kurs, 920

b

 qrup tələbəsi Musayeva 



Şəhla Rafiq  qızının adına verilmiş qiymət kitabçası itdiyi üçün eti-

barsız sayılır.

II müalicə profilaktika fakültəsinin  II kurs,  304

a

  qrup  tələbəsi 



İsgəndərli Elməddin Əliyəddin  oğlunun  adına verilmiş  tələbə bileti 

itdiyi üçün etibarsız sayılır.

Əczaçılıq fakültəsinin  IV kurs,  860

 a

  qrup  tələbəsi  Əkbərova 



Aysel Rasim qızının adına verilmiş qiymət kitabçası  itdiyi üçün eti-

barsız sayılır.

Əczaçılıq fakültəsinin  I kurs,  887

 qrup  tələbəsi Mohammed  



Ayad  Husseinin   adına verilmiş  tələbə bileti itdiyi üçün etibarsız 

sayılır.


Əczaçılıq fakültəsinin  IV kurs,  810-cu  qrup  tələbəsi  Qasımov  

Şahmar  Oqtay oğlunun adına verilmiş qiymət kitabçası  itdiyi üçün 

etibarsız sayılır.

II müalicə profilaktika fakültəsinin  V kurs,  209

b

  qrup  tələbəsi  



Firidunlı  Orxan Abil oğlunun  adına verilmiş qiymət kitabçası itdiyi 

üçün etibarsız sayılır.

Stomatologiya  fakültəsinin  V  kurs,  724

b

  qrup  tələbəsi  Cəfərova 



Könül Səfər qızının adına verilmiş qiymət kitabçası itdiyi üçün eti-

barsız sayılır.

Pediatriya fakültəsinin IV kurs, 566

a

 qrup tələbəsi  Bayramzadə  



Şölə  Azər  qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız 

sayılır.


Məmmədova Sevda Cəmil  qızına 2002-ci ildə Azərbaycan Tibb 

Universiteti  tərəfindən  terapevt    ixtisası  üzrə  verilmiş  internatura 

vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Áàø ðåäàêòîð

ÅËÄÀÐ ÈÑÌÀÉÛË

Ìüÿëëèôëÿðëÿ  ðåäàêñèéàíûí 

ìþâãåéè  üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.

ßëéàçìàëàð  ýåðè  ãàéòàðûëìûð.

Qəzet “Òÿáèá”  ãÿze òè íèí  

êîìïyuòåð ìÿð êÿ zèíäÿ éûğûëûð, 

ñÿùè ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ 

÷àï îëóíóð

.      

Ц Н В А Н Ы М Ы З:

Мярданов гардашлары - 100

2-ъи мяртябя,

тел.: 595-24-97

tabibqazeti@gmail.com

Ëèñåíçèéà Н - 022633

Èíäåêñ -0269

Ñàéû 4000

Ñèôàðèø: 149

B

raziliyanın  Kandido  Qodoi  şəhəri  doğ-



rudan  da  qeyri-adi  yerdir.  Yerli  əhalisinin 

əksəriyyəti  əkizlərdən  ibarət  olan  şəhərə 

“Əkizlər  torpağı”  adı  verilib.  Bu  şəhərdə  hər 

on nəfərdən biri əkiz doğulur və əkizlərin sayı 

burada  orta  dünya  statistikasından  1000  dəfə 

çoxdur.  Şəhərin  6600  əhalisindən  700  nəfəri 

əkizlərdən ibarətdir.

Çox maraqlıdır ki, əkizlərin çoxluq təşkil etdi-

yi bu şəhərdə rast gəlinən fenomen hadisənin 

yaranmasında  nasistlər  günahlandırılır.  İddia 

olunur ki, Adolf Hitlerin “Ölüm Mələyi” kimi ta-

nınan  qəddar  məmurlarından  biri  olan  həkim 

Cozef Menqele nasist Almaniyası devrildikdən 

sonra  Braziliyaya  qaçıb.  O,  Auşvitz  həbs 

düşərgəsinin həkimi olub və 400000 yəhudinin 

öldürülməsində  günahlandırılır.  Elə  zənn 

olunur  ki,  o,  Braziliyaya  gəldikdən  sonra  öz 

təcrübələrini burada davam etdirib.

 Ari irqini yaratmaq üçün o, ölüm düşərgəsində 

çalışarkən insanlar üzərində olmazın təcrübələr 

aparıb və onlardan biri də Ari irqinin süni artırıl-

ması üçün əkizlərin yaradılması olub.

 Onun bu təcrübəsi Braziliya şəhərinə gələnə 

qədər həyata keçirilmədi və tarixçilər iddia edir 

ki, onun zəhməti öz bəhrəsini məhz Braziliyada 

verdi.


Yerli  əhali  deyir  ki,  Menqele  1960-cı  illərdə 

dəfələrlə  Braziliyaya  gəlib  və  qadınlara  tibbi 

yardım göstərib. Onlar deyir ki, Menqele qadın-

lara əkiz doğuran həblər və hormonlar verib.

  Qeyd  edək  ki,  Kandido  Qodoi  şəhəri  alman 

dilli əhali tərəfindən məskunlaşıb.



ƏKİZLƏRİN ƏN ÇOX 

DÜNYAYA GƏLDİYİ YER

Filippindəki heyvanxanada 

ziyarətçilərə ilan masajı 

təklif olunur

Bu  dərs  vəsaiti  I  daxili  xəstəliklər  və 

reanimatologiya kafedrasının assistenti, tibb 

üzrə fəlsəfə doktoru Əhmədov Cəfər Həsən 

oğlu tərəfindən tərtib edilmişdir.

 

Rəyçisi  C.Abdullayev 

adına 

Elmi-Tədqiqat 



Kardiologiya  İnstitutu-

nun  direktoru,  profes-

sor  Adil  Baxşəliyev, 

redaktoru 

daxili 


xəstəliklər  və  reani-

motologiya  kafedrası-

nın  müdiri,  professor 

İsfəndiyar 

İsmayılov 

olan  dərs  vəsaiti  ürək-

damar  sisteminin  aktu-

al  sahələrindən  birinə-

aorta 

xəstəliklərinin 



problemlərinə 

həsr 


olunmuşdur.

Müasir 


diaqnosti-

ka  üsullarının  və  müalicə  metodlarının  mövcudlu-

ğu  ilə  aortanın  kəskin  və  xroniki  xəstəlikləri,  onun 

travma  nəticəsində  zədələnmələri  daha  tez  aş-

karlanır.  Aorta  anevrizmasının  proqressivləşmə 

sürətini,  həmçinin  onun  cırılmasını  yanaşı  gedən 

xəstəliklər  (arterial  hipertoniya  və  birləşdirici  toxu-

manın  xəstəlikləri)  sürətləndirə  bilir.  Anevrizmanın 

anatomik  yerləşməsindən  asılı  olmayaraq  onları 

vaxtında müalicə etmək lazımdır. Kəskin aortal sind-

rom  (yeni  termin  olub,  kəskin  laylanan  anevrizma, 

intramural  hematoma  və  aortanın  penetrasiyaedici 

xorasını özündə əks etdirir) aorta divarına mikroqan-

sızmalarla  başlaya  bilər.  Bu  isə  sonradan  aortanın 

genişlənməsinə,  intramural  qansızmalara,  laylan-

masına və aortanın cırılmasına səbəb olur. Güman 

edilir  ki,  uzun  müddət  mövcud  olan  arterial  hiper-

toniya    və  birləşdirici  toxuma  xəstəlikləri  yuxarıda 

sadalanan  dəyişikliklərin  yaranmasına  səbəb  ola 

bilər.  Eyni  zamanda  həm  qalxan  aortanın,  həm  də 

aorta  qövsünün  proksimal  hissəsinin  kəskin,  həm 

də  xroniki  xəstəliklərinin  müalicəsi  zamanı  hələ  də 

ümumi qəbul edilmiş cərrahi üsullara üstünlük veri-

lir. Enən aortanın və qarın aortasının xəstəliklərinin 

müalicəsində  isə  son  illər  yeni  damardaxili  üsul-

lar  təklif  edilmişdir.  Bundan  əlavə,  aorta  qövsünün 

xəstəliklərinin müalicəsində nəticələrin yüksək olma-

sı məqsədi ilə kompleks təklif edilmişdir, yəni stent-

qraftın implantasiyası ilə əsas damarın cərrahi ara-

lanması  nəzərdə  tutulmuşdur.  Həyat  üçün  təhlükə 

yaradan aortanın ağır zədələnmələri, xüsusilə, enən 

aortanın  zədələnməsi  damardaxili  strent-graftın 

yeridilməsinə göstəriş hesab edilir. 

Müəllif  hal-hazırda  aortanın  kliniki  patologiyasın-

da  yeni  bir  sahənin:  keyfiyyətli,  müştərək  olmaq-

la,  diaqnostik  və  müalicəvi  yanaşmaların  birgə 

tədqiqatlarının  aparılmasına  ehtiyac  duyulduğunu 

nəzərə alaraq bunun üçün xüsusi intensiv terapiya-

nın təşkil edilməsini məqsədəuyğun sayır və intensif 

terapiyanın nəticə etibarı ilə döş qəfəsindəki ağrıla-

rın  differensial  diaqnostikanın  dürüstləşdirilməsinə 

imkan yaratdığına ayrıca diqqət yönəldir. 

Aortanın  müxtəlif  xəstəliklərinin  etiopatogenezi, 

təsnifatı,  klinikası,  müalicə  üsulları  haqqında  ətraflı 

məlumat verilən dərs vəsaiti kardioloqlar, terapevtlər, 

ailə  həkimi  və  tibb  universitetinin  tələbələri  üçün 



nəzərdə tutulmuşdur.

Nağdəli zAMANOV,

I daxili xəstəliklər və reanimatlolgiya kafedrasının 

dosenti

“AORTANIN XƏSTƏLİKLƏRİ”

Yeni nəşrlər

İlk günündən 1 yaşına 

qədər körpələrin 

qidalandırılması

Yüklə 290,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə