Tələbələrlə görüşmüşdür Oktyabr ayının 3-də



Yüklə 6,72 Kb.
Pdf görüntüsü
tarix25.05.2018
ölçüsü6,72 Kb.
#45857

background image
Nobel Mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində olmuş və 

tələbələrlə görüşmüşdür 

 

Oktyabr ayının 3-də IV Bakı Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel 

mükafatı  laureatı  professor  Kurt  Vütrix  Bakı  Ali  Neft  Məktəbində  tələbələrlə  görüş-

müşdür. 


Tədbiri açan rektor Elmar Qasımov IV Bakı Humanitar Forumunun keçirilməsinin 

və  onun  işində  dünyanın  nüfuzlu  siyasətçilərinin  və  elm  xadimlərinin  iştirak  etməsini 

ölkəmizin  beynəlxalq  aləmdə  nüfuzunun  artmasının  təzahürü  kimi  qiymətləndirmiş, 

məşhur  alim,  2002-ci  ildə  kimya  üzrə  Nobel  mükafatının  laureatı  olmuş  isveçrəli 

professor Kurt Vütrixin Bakı Ali Neft Məktəbinə təşrif buyurmasından kollektivin şərəf 

hissi  keçirdiyini  bildirmişdir.  Rektor  professor  Kurt  Vütrixin  həyat  yolu  və  elmi 

fəaliyyəti  haqqında  tələbələri  məlumatlandırmış,  qonağa  Bakı  Ali  Neft  Məktəbinin 

yaranma tarixi, fəaliyyətinin məqsədləri və son 3 ildə əldə etdiyi nailiyyətlər haqqında 

danışmışdır. 

Professor  Kurt  Vütrix  Azərbaycan  dünyanın  ən  dinamik  inkişaf  edən  ölkələrinin 

sırasında  layiqli  yer  tutduğunu  vurğulamış,  Azərbaycanda  və  ölkənin  müasir  tipli  ali 

təhsil müəssisəsində olmağından məmnunluq hissləri keçirdiyini, özünün eyni zamanda  

Sürix  Mühəndislik,  Elm,  Texnologiya,  Riyaziyyat  və  Menecment  Universitetində 

(İsveçrə)  və  Skripps  adına  Kaliforniya  Elmi-tədqiqat  İnstitutunda  (ABŞ)  çalışdığını 

bildirmiş,  tələbələrə  elmi  fəaliyyətinin  əsas  istiqamətləri  olan  biologiya,  biofizika, 

elektron  paramaqnit  rezonans  spektroskopiyası  üzrə  tədqiqatlar  haqqında  məlumat 

vermiş, onların çoxsaylı suallarını cavablandırmışdır. 

Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu təqdim 



edilmişdir.  

 

 

Yüklə 6,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə