Telefon : (012) 594-69-33 Mob: (070) 294-69-33



Yüklə 7,99 Kb.
tarix25.11.2017
ölçüsü7,99 Kb.
#12332





Telefon : (012) 594-69-33

Mob: (070) 294-69-33


www.piramida.az

info@piramida.az





Dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqəyə hazırlıq kursları.

Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı vaxtaşırı müsabiqə keçirilir.

 Müsabiqə test üsulu ilə aparılır. Test imtahanında hər namizədə 100 test tapşırığı (dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, dili, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə biliklərin yoxlanılması üçün 15, qanunvericilik üzrə biliklərin yoxlanılması üçün 40, informasiya texnologiyalarından istifadə üzrə biliklərin yoxlanılması üçün 15 və məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün 30 test tapşırığı) təqdim edilir. İmtahanda namizədə təqdim edilən test tapşırıqlarına verilmiş hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

İnzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələrə iddia edən namizədlər təqdim olunmuş 100 test tapşırığından ən azı 75 faizini düzgün cavablandırdıqda imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir və müsahibə mərhələsinə buraxılır.

İnzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrə iddia edən namizədlər təqdim olunmuş 100 test tapşırığından ən azı 70 faizini düzgün cavablandırdıqda imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir və müsahibə mərhələsinə buraxılır.



Piramida Təhsil Mərkəzi sizi dövlət organlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqəyə hazırlıq kurslarına dəvət edir.

Hazırlıq kursları Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təsdiq olunmuş 4 istiqamət üzrə aparılır.

Qanunvericilik

Məntiqi düşünmə qabiliyyəti



İnformasiya texnologiyaları
Dünyagörüşü

Kurslar intensiv şəkildə həyata keçirilir.

Yüklə 7,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə