Telefon: 00994-12-4654127



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü0,63 Mb.
#65488


 

Ünvan: ISR Plaza, Nizami küç. 69 AZ 1005 Bakı 

Azərbaycan 

Poçt:P.O. Box 28/29 AZ 1005 Bakı Azərbaycan 

Telefon:00994-12-4654127 

Telefaks: 00994-12-4654125 

Email: visa@baku.diplo.de 

İnternet: www.baku.diplo.de 

Aktuallaşdırılmışdır: iyul 2018 

Almaniyada həkim kimi əmək fəaliyyətinə başlamağın 

mərhələləri 

Almaniyada həkim kimi  əmək fəaliyyətinə başlamaq üçün xarici vətəndaşların iki müxtəlif imkanı 

vardır.  Aşağıda  bu  imkanlar  haqqında  ətraflı  məlumat  tələb  olunan  viza  üçün  hüquqi  əsaslar 

göstərilməklə təqdim olunacaqdır. Bu məlumatlar səfirliyin gündəlik işindəki təcrübəyə əsaslanır və 

tam şəkildə olmaya bilər. Məlumatlar ayrı-ayrı hallarda rast gəlinən praktiki təcrübə əsasında tərtib 

edilmişdir. 

 

A.  Alman universitetində ali tibb təhsilinin bitirilməsi

 

I. 


Şərtlər:

 

-  Alman dili bilkləri təsdiq olunmaqla alman universitetinə qəbul məktubu (Zulassung)



 

II. 


Hüquqi əsaslar:

 

-  Universitetin  qəbul  məktubu  təqdim  edilərkən:  Yaşamaq  haqqında  qanunun  §16-cı 

maddəsinin 1-ci bəndinə əsasən ali təhsilə başlamaq üçün viza 

 

-  Ali  təhsil  məqsədinin  inandırıcı  olduğunu  sübut  edərkən:  Yaşamaq  haqqında  qanunun 

§16-cı maddəsinin 7-ci bəndinə əsasən abiturientlər üçün viza

 

-  Ali  təhsil  üçün  əvvəl  alman  dili  bilikləri  dil  hazırlığı  kurslarında  sənədlə  təsdiq 

edilməklə  əldə  olunmalıdırsa:  Yaşamaq  haqqında  qanunun  §16-cı  maddəsinin  1  S.2,3 

Nr.2 bəndində Nr. 2 əsasən viza



 

-  Xarici  orta  məktəb  təhsili  dərhal  ali  təhsilə  başlamaq  üçün  kifayət  etmirsə,  əvvəl 

kollecdə  (Studienkolleg)  təhsil  almaq  lazımdır.  Kollecə  qəbul  haqqında  məktub 

göstərilməklə Yaşamaq  haqqında  qanunun  §16-cı  maddəsinin  1  S.  2,  3  bəndində  Nr. 2 

əsasən viza verilə bilər. (Nordrhein-Westfalen istisna olunur:  Bu federal torpaqda kollec 

ləğv olunmuşdur və “Bilik səviyyəsinin təyin olunması imtahanı” (Feststellungsprüfung) 

ilə  əvəz  edilmişdir.  Bu  imtahana  abiturient  Köln  yerli  idarəetmə  orqanının  təlimatı  ilə 

müstəqil  şəkildə,  yaxud  lazım  gələrsə  özəl  qurumların  xidmətindən  istifadə  etməklə 

hazırlaşmaq olur.) 

B.  Avropadan kənar xarici dövlətdə tibb təhsilinin bitirilməsi 

Xarici  ölkədə  tibbi  təhsili  bitirdikdən  sonra  Almaniyada  tibb  sahəsində  peşə  fəaliyyətinə 

icazə yaxud aprobasiya  əldə etmək imkanı  vardır. Peşə fəaliyyətinə icazə və ya aprobasiya 

üçün əmək fəaliyyətinə başlayacağınız federal torpaqda müraciət etmək lazımdır. Aprobasiya 

bütün  federal  ərazidə  müddətsiz  və  məhdudiyyətsiz  həkim  fəaliyyətini  hyata  keçirmək 

hüququ verir. Xarici  ali təhsili olan şəxslər bunun üçün bir qayda olaraq bilik imtahanından 

keçməlidirlər.  Buna  rəğmən  xarici  ali  məktəb  məzunlarına  bilik  imtahanına  hazırlıq 

məqsədilə  həkim  kimi  fəaliyyət  göstərə  bilmək  üçün  müddətli,  geri  alına  bilən  habelə 

müəyyən  işlər  və  iş  yerləri  ilə  məhdudlaşan  peşə  fəaliyyəti  üçün  icazə  verilir.  Həkim-

mütəxəssis (Facharzt) kimi rezidentura təhsilinin həyata keçirilməsi üçün aprobasiyanın əldə 

edilməsi  zəruridir.  Əlavə  məlumatları  federal  torpaqların  məlumat  bazalarından  əldə 

etməyiniz xahiş olunur. 



Peşə  fəaliyyəti  üçün  icazə  və  ya Aprobasiya  olmadan  tibbi  fəaliyyət  göstərmək  Tibbi 

müalicə haqqında qanunun §5-ci maddəsinə əsasən cəzalandırılır. 


I. 

hazırlıq tədbirləri 

Peşə  fəaliyyətinə  dair  icazə  yaxud  aprobasiyanın  verilməsi  üçün  xaricdə  bitirilmiş  ali  tibb 

təhsilinin Almaniyadakı tibb təhsili ilə müqayisədə eyni səviyyədə olması şərtdir.  

Xarici diplomun Almaniyada tanınması (formal) ilə yanaşı (ANABİN səhifəsində tanınma 

müəyyən edilir: 

http://anabin.kmk.org/anabin.html

) alman dili və  tələb olunduğu təqdirdə 

peşə bilikləri də təsdiq olunmalıdır. Bunun üçün  bir qayda olaraq hazırlıq məqsədilə 

dəfələrlə Almaniyada olmaq şərtdir. 

1)  Dil kurslarında iştirak 

Peşə fəaliyyətinə dair icazə yaxud aprobasiyanın verilməsi üçün ümumi alman dili bilikləri 

ən az B2 səviyyəsi habelə bundan başqa əksər federal torpaqlarda ixtisasyönümlü dil 

bilikləri C1 səviyyəsində tələb olunur. Bu  dil bilikləri rəsmi tanınan qurumun sertifikatı 

(məs., ümumi dil bilikləri üçün telc və ya Goethe-İnstitut; ixtisasyönümlü dil bilikləri üçün 

ixtisas üzrə dil imtahanı) ilə təsdiq oluna bilər. Bu imtahanlara hazırlıq Almaniyada 

(çoxaylıq) dil kurslarında iştirak etməklə baş tuta bilər. 

Bu halda viza rəsmiləşdirilməsi Yaşamaq haqqında qanunun §16 maddəsinin 1-ci bəndinə 

əsasən həyata keçirilir. Almaniyada bu viza yalnız məhdud vaxt kəsiyi üçün ən çox bir il 

müddətinə uzadıla bilər. Ərizəçi dil kursları bitdikdən sonra mütləq yenidən vətənə geri 

qayıtmalıdır. 

2)  Praktikada iştirak 

Nəzəri biliklərin və dil bacarıqlarının dərinləşdirilməsi məqsədilə bir alman xəstəxanasında 

praktika keçmək üçün viza rəsmiləşdirilməsi həyata keçirilə bilər. Burada söhbət əsasən 3 

ayadək qısa müddətli səfərdən söhbət gedir və bu məqsədlə Şengen vizası üçün müraciət 

edilməlidir. Bu vizanın Almaniyada uzadılması mümkün deyildir və vizanın sahibi vizanın 

etibarlılıq müddəti bitən kimi Şengen dövlətləri ərazisini mütləq tərk etməlidir. 



 

Nəzərə alınmalıdır: Passiv praktikanın həyata keçirilməsi heç bir praktiki fəaliyyət 

göstərmək hüququ vermir, praktikant yalnız müşahidə edə bilər və heç bir halda aktiv  

fəaliyyət göstərməməlidir. Bu qan analizlərinin götürlüməsi, yaraların tikilməsi, 

əməliyattlarda asistentlik və s. kimi işlərin görülməsini istisna edir. Bu qaydaların pozulması 

Tibbi müalicə haqqında qanunun §5-ci maddəsinə əsasən cəzalandırılır. 

3)  Xarici universitet diplomunun tanınması üçün uyğunlaşdırma tədbirləri 

Peşə fəaliyyəti üçün icazə və ya aprobasiyanın verilib-verilməməsinə dair imtahan 

çərçivəsində əlaqədar idarə müəyyən edə bilər ki, dil bilikləri yaxud praktiki biliklər xüsusi 

səviyyədə təsdiq olunmalıdır. Bu təsdiq sənədləri bir qayda olaraq müvafiq kurslarda iştirak 

etməklə və praktika keçməklə əldə oluna bilər. 

Bu  haqda məktubun əsasında və müvafiq uyğunlaşdırma tədbirlərinə qeydiyyatın təqdim 

olunması ilə Almaniyada yaşamaq üçün Yaşamaq haqqında qanunun §17-ci maddəsinə 

əsasən çoxaylıq viza rəsmiləşdirilməsi həyata keçirilə bilər. Bu viza ayrı-ayrı hallarda əmək 

fəaliyyəti ilə məşğul olmaq hüququ verə bilər. Uyğunlaşdırma tədbirlərini başa çatdırdıqdan 

sonra vətənə geri dönmək zərurəti yaranmadan Almaniyada vizanın dəyişilməsi (məs., işə 

başlamaq üçün) mümkündür.  

II. 


Əmək fəaliyyətinə başlamaq 

Əgər Siz pəşə fəaliyyəti üçün icazə və ya aprobasiya əldə etmək üçün kifayət qədər  alman 

dili bilkləri və praktiki təcrübəyə maliksinizsə, bu halda Sizin Almaniyada əmək fəaliyyətinə 

başlamaq imkanınız vardır. 



1)  Iş yeri axtarmaq üçün viza 

Əgər hələ dəqiqi iş yerindən təklif almamısınızsa Sizin üçün Yaşamaq haqqında qanunun 

§18c maddəsinə əsasən iş axtarmaq məqsədilə 6 ayadək etibarlı olan  viza rəsmiləşdirlməsi 

həyata keçirilə bilər. Bu müddət ərzində Siz bütün federal dövlətin ərazisində müsahibələrdə 




iştirak edə bilərsiniz. Qısa müddətıi dil kurslarında iştirak etmək və ya passiv praktika 

keçmək  əsasən mümkün olsa belə bu işlər səfərin əsas məqsədi olmamalıdır. Səfərin əsas 

məqsədi iş yerinin axtarılması olmalıdır. 

 

Bu viza əmək fəaliyyətinə başlamaq və ya praktika keçmək hüququ vermir. Praktika üçün 



yuxarıda qeyd olunan şərtlər qüvvədədir. 

Əgər Siz Almaniyada qaldığınız bu müddət ərzində iş yeri tapa bildinizsə, o zaman Siz 

yaşadığınız yerin səlahiyyətli Miqrasiya idarəsində əmək fəaliyyətinə başlamaq məqsədilə 

viza üçün müraciət edə bilərsiniz. 



2)  dəqiq iş yerindən təklif vardır 

Artıq konkret iş təklifi vardırsa, Siz Səfirliyə Yaşamaq haqqında qanunun §18-ci maddənin 

4-cü  bəndi  və  ya  §19a  maddəsinə  (Mavi  kart  Aİ)  əsasən  iş  vizası  üçün  müraciət  edə 

bilərsiniz. Viza rəsmiləşdirilməsi üçün əsas Sizin gələcək aylıq məvacibinizin məbləğindən 

asılı olacaqdır. 

 

Peşə  fəaliyyəti  haqqında  icazənin  və  ya  aprobasiyanın  yaxud  onun  veriləcəyi  haqqında 



təminat  arayışının  (Zusicherung)  təqdim  olunması    zəruri  şərtdir.  Səlahiyyətli  alman 

idarələrində  müvafiq  ərizələrin  işlənməsi  mütəmadi  olaraq  bir  neçə  həftə  və  ya  ay  davam 

edir.  Sənədlərin  işlənmə  müddətini  ərizəçi  öz  vətənində  gözləməlidir.  Bu  gözləmə 

müddətində bir çox hallarda əmək müqavilələrində razılaşdırılmış praktika keçmək yaşamaq 

haqqında qanun müddəalarına görə mümkün deyildir. Viza rəsmiləşdirilməsi yalnız təminat 

arayışının (Zusicherung) təqdim olunduğu təqdirdə həyata keçirlə bilər. 

 

Viza  proseduru,  xüsusilə  təqdim  olunması  zəruri  olan  və  səfərin  məqsədindən  asılı  olaraq 



fərqlənən  sənədlər  haqqında  məlumatları  Səfirliyin  rəsmi  internet  səhifəsindən  əldə  edə 

bilərsiniz.  Xüsusilə  yuxarıda  sözü  gedən  səfər  məqsədləri  üçün  tərtib  olunmuş  məlumat 



vərəqələirinə diqqət yetirməyiniz tövsiyyə olunur. 

 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə