TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə4/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   2   3   4   5   6   7   8   9   ...   171

9

da  iştirak  edən  əsas  yaradıcı  peşələrin  hər  birinin  sənətkarlıq 

mənzərəsini yaratmağa çalışmışıq, onun elmi­metodoloji əsaslarını 

poetik müşahidə və mövcud nəzəri araşdırmalar bazasında qur­

muşuq. İlk dəfə yaradıcı peşələrin dəqiq təsnifatını apararaq on­

ların sərhədlərini, imkanlarını və daşıdıqları sosial əhəmiyyətinə 

görə əsas tələbləri, yerinə yetirməli olduqları əsas vəzifələri təyin 

etməyə çalışmış, bütöv nəzəri mənzərəni qurmağa cəhd etmişik. 

Bütün nəzəri biliklər inkişaf etmiş və ziddiyyəti olmayan termi­

noloji aparatla ifa olunurlar. Televiziyaşünaslığın da nəzəri termi­

nologiyasının  dəqiq  müəyyən  olunması  həm  akademik,  həm  də 

əməli­tətbiqi xüsusiyyətə malikdir, buna ehtiyac vardır. Televiziya 

bütün  elmlər  və  ictimai  nəzarət  üçün  açıqdır,  eyni  zamanda,  öz 

təbiətinə görə dəyişkən, yeniləşəndir. Bu mənada onun terminolo­

giyası da yeni ifadələr, sözlərlə zənginləşir, müxtəlif elm sahələri 

bu proseslərə öz terminoloji aparatı ilə ad verir. Etiraf edilməlidir 

ki,  terminoloji  məsələlər  ölkəmizdə  öz  həllini  tapmayıb  və  bu 

sahədə  müəyyən  boşluqlar  mövcuddur.  Tədqiqatçı  alim  Qulu 

Məhərrəmli “Kino, teatr, televiziya terminləri lüğəti”ni təqdim etsə 

də,  bu  əsər  tamlıqla  vahid  terminoloji  aparatı  yaratmağa  imkan 

vermədi.  Müxtəlif  tədqiqatçılar  əcnəbi  dillərdə,  digər  elmlərdən 

götürdükləri terminlərin hesabına fikirlərini izah etməklə, əslində, 

bu sahədə qarışıqlıq yaratmış oldular. 

Biz elmi işimizdə televiziyaya, onun yaradıcı prosesinə aid ifa­

dələri,  adları  dəqiqləşdirməklə    terminoloji  aparatın  yaradılma­

sına  çalışmışıq.  Bu  işdə  indiyədək  ümumi  elmi  terminlər  fondu 

və yuxarıda adı çəkilən lüğətin ehtiyatından istifadə olunubdur. 

Həmçinin bu sahədəki mövcud beynəlxalq sənədlər, Azərbaycan 

Respublikasının  qanunvericiliyi,  Azərbaycan  Respublikası  Milli 

Televiziya  və  Radio  Şurasının  normativ  sənədləri  və  beynəlxalq 

sazişlər, terminlər terminoloji aparatın yaranmasında fəal iştirak 

ediblər.  Burada  fiziki­texniki  xüsusiyyətlər  və  peşəkar­məzmun 

tərəfləri  nəzərə  alınmaqla  dəqiq  ifadələr,  prosesi  izah  edəcək 

terminlər təqdim olunur. 

İnformasiya  vasitələrinin  şəbəkəsinin  miqyassız  genişlənməsi, 

kommunikasiyanın  texniki­texnoloji  gücünün  artması,  informa­

siya  vasitələrinin  həcminin  növlərinin  çoxalması,  sosial  və  şəxsi 

həyatın virtuallaşması, insanın gerçəkdən uzaqlaşaraq kommuni­

kasiya dünyasına qoşulması danılmaz gerçəklik kimi qəbul olun­

malı və bu prosesdə televiziyanın böyük rolu qeyd edilməli, onun 

elmi­nəzəri  bazasının,  təhlilinin  vacibliyi,  zərurəti  şərtsiz  kimi 

dəyərləndirilməlidir. Televiziyanın öyrənilməsində onun əsas qa­

nunlarının  formalaşdırılması,  dəqiqləşdirilməsi  və  məhz  bunun 

əsasında tədqiqat metodologiyasının qurulması vacib iş hesab olu­

nur. Bu mənada televiziyanın əsas qanunlarına nəzər yetirək:

 Birinci qanun kimi onun sənədli əsası, görüntülü olması, pred­

metliliyi  və  bu  reallığı  təcəssüm  etdirməsi,  sosial  aləmin  bütün 



10

sahələrini əhatə etməsi əsasında yaranan həyata bənzərlik qanu­

nudur. Məhz onun bu cəhəti dəqiq sxemlərin ortaya qoyulması­

na mane olmuş, çərçivələri müəyyən etməyə imkan verməmişdir. 

Lakin  təməl  prinsip  özü  əsas  yanaşma  kimi  qəbul  olunmalıdır. 

Çünki  televiziyanın  bütün  sonrakı  qanunları  məhz  onun  həyata 

bənzərliyindən doğur. 

İkinci  qanun  çoxcəhətlilik  hesab  olunmalıdır.  Onun  mövcud­

luq formaları, sosial vəzifələri icra, çoxçeşidli yaradıcı üsullardan 

istifadə etməsi çoxcəhətliliyini izah edir. 

Üçüncü  qanun  inkişaf  qanunudur.  İnkişaf  qanunu  televiziya­

nın  dialektik  potensialını  ifadə  edərək  həm  həyata  bənzərliyi, 

həm  də  çoxçeşidliliyi  törədir.  Cəmiyyətin,  texnikanın  inkişafını 

nəzərə almadan, yeni texnologiyalar, yeni yaradıcı axtarışlar tətbiq 

etmədən televiziya mövcud ola bilməz, həmçinin inkişafdan geri 

qalan, durğunluq yaşayan televiziyanın heç bir mənası, məzmunu 

ola bilməz. 

Televiziyanın dördüncü qanunu onu əhatə edən sosial mühitə 

uyğunluq  qanunudur.  İnkişaf  qanunu  ilə  uzlaşan  sosial  mühitə 

uyğunluq  qanunu  dəyişən  cəmiyyətin  ümumi  istəklərinə,  sosial 

sifarişə  uyğun  fəaliyyətini  tənzimləməni,  sosial  mühitdə  möv­

cud  prosesləri  təcəssüm  etdirməni,  bədii­estetik,  kulturoloji  ab­

havada  olan  yenilənməni  çatdırmağı,  uyğunlaşmağı,  televizi ya­

nın təbiətini əks etdirir. Televiziya verilmiş bu tarixdə yerin həyat 

tərzini, mədəniyyətini, milli ənənələrini təcəssüm etdirir və ondan 

doğulur. Lakin bu heç də “televiziya cəmiyyətin diktəsi ilə fəaliyyət 

göstərir, mühitin, şəraitin çərçivəsində yekunlaşır” demək deyil­

dir. Demokratik cəmiyyətdə kütləvi informasiya vasitəsinin rolu, 

onun azadlığı əsas təməldir. Burada dialektik metod üsulu ilə sosi­

umun diktəsinə qarşı çıxa biləcək gerçəyin tapılması kimi peşəkar 

fəaliyyətin meydana çıxması əsas tələb olaraq qarşıya qoyulur. 

Televiziyanın beşinci  qanunu yuxarıda göstərilən tənzimləməni 

təmin edən obyektivliyin və subyektivliyin uyğunlaşması qanunu­

dur. Ziddiyyətli əsasların vəhdəti və mübarizəsini əks etdirən bu 

qanun ictimai bilgilənmədə vasitə rolunun dəyərini, digər tərəfdən 

onun insani, fərdi­şəxsiyyətli ifadəsini təmin edir. Bu ziddiyyətli 

vəhdət onun mənəvi, intellektual mahiyyətini təşkil edir. Obyek­

tivlik  dedikdə  çoxməzmunlu  inteqrasiya  anlayışı,  subyektivlik 

dedikdə şəxsiyyətin mövcudluğunun dəqiq, doğru təsvirinə təsiri 

nəzərdə tutulur. 

Mənəvi­praktik  təbiət  qanunu  televiziyanın  altıncı  qanunu­

dur.  Özündə  ideyalar,  emosiyalar,  biliklər  birləşdirən  televiziya 

həm  də  əməllər,  fəaliyyət,  davranış  aləminə  də  müdaxilə  edir, 

maarifçiliklə, mənəvi tərbiyə ilə məşğul olmaqla bərabər, təşkilati 

fəaliyyətə  də  yönəlir.  Televiziya  cəmiyyətdə  özünün  mənəvi  is­

tehsalını material şəklinə salaraq təqdim edir. Bu, teleyayımın əsl 

mahiyyəti, başlıca fəaliyyət prinsipidir. 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə