TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə5/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   2   3   4   5   6   7   8   9   ...   171

11

Televiziyanın  qanunları  onun  nəzəri  əsaslarını  və  təhlil  meto­

dologiyasını biçimləndirməyə kömək etməklə əsas istiqamətlərin 

müəyyən  olunmasına  da  imkan  yaradacaqdır.  Elmi  araşdırma­

nın yeniliyi, onun fundamentallığı məhz bu qanunlara söykənən 

dəqiq  elmi  yanaşmadadır.  İndiyədək  mövcud  olmuş  sistemsiz 

təhlilin  əvəzinə  televiziyanın  mahiyyətinə,  qanunauyğunluqları­

na  və  müxtəlif  elmi  araşdırmaların  qovuşuğunda  sistemli  təhlili 

verən elmi araşdırma aktual, sənətşünaslıqda, televiziyaşünaslıq­

da yeni yanaşmadır. 

Televiziyanın bütöv bir anlamda çözülməsi, onun tərkib his sə­

lərinin  ayrıca  öyrənilməsi  deyil,  yaradıcı­sosial­ictimai  ma hiy­

yətinin,  axtarışlarının  ümumi  şəkildə  çözülməsi  sənətşünaslığın 

qarşısında  duran  və  öz  elmi  həllini  tapmayan  başlıca  vəzifə  idi. 

Te leviziyanın əlçatarlığı, hər kəsin onun haqqında rəy bildirməsi, 

ictimai nəzarət mövcud olsa da, bütün bunlara aydınlıq gətirəcək 

təhlilin meydana çıxması üçün model, təhlil metodologiyası möv­

cud deyildi. Azərbaycanda 1956­cı ilin 14 fevralından yayımlanan 

televiziya artıq XXI əsrdə hər bir azərbaycanlının məişətində, ic­

timai  həyatında,  mədəniyyətdə  mühüm  yer  tutur.  Ümummilli 

regional və kabel televiziyalarının pərvəriş tapdığı dönəmdə on­

ların fəaliyyətini tənzimləmək üçün mükəmməl elmi təhlil, araş­

dırma sənətşünaslığın vacib, mühüm vəzifəsidir. Etiraf etməliyik 

ki, Azərbaycan sənətşünaslığında bu mövzu çox az təhlil olunub, 

televiziyanın nəzəri əsasları, demək olar ki, diqqətdən kənarda qa­

lıb. Bu baxımdan televiziyanın təhlil metodologiyasını yaratmaq, 

onun  mükəmməl  formasını,  sxemini  tərtib  edərək  mənbələrə, 

araşdırmalara söykənmiş halda təqdim etmək, müxtəlif tərəflərini 

vahid  təhlilə  cəlb  edərək  mükəmməl  modeli  təklif  etmək  elmi 

tədqiqatın  başlıca  məqsədidir.  Televiziyanın  bədii­kulturoloji, 

estetik mahiyyəti ilə bərabər sosial, ictimai fəaliyyətini, məhz bu 

elmlərin metodologiyasının iştirakı ilə televiziyaşünaslığın meto­

dologiyasının  prizması  ilə  çözülməsi  üçün  zəmin  yaratmaq,  bu 

təhlili aparmaq da elmi işin əsas məqsədlərindəndir. 

Elmi araşdırmada, televiziyanın insan şüuruna, onun davranışı­

na, sosial həyata təsiri, bədii­estetik görüşlərin formalaşdırılması 

işində fəaliyyəti, təsir mexanizmləri, manipulyasiya gücü, yaradıcı 

yanaşma, yozum, təfsir, dramaturji janr, forma problemləri kimi 

olduqca  mühüm  mövzular  aktual,  həllini  gözləyən  olduğundan 

onu araşdırmaq, müəyyən bir sistem əsasında təhlil etmək, ölkə 

televiziyalarının misalında müqayisəli analizi təqdim etmək, yayı­

mın təşkili və yaradıcı işin elmi təhlilini vermək qarşıya qoyulub. 

İndiyədək dünyanın bir çox aparıcı elmi müəssisələrində televizi­

ya yaradıcılığı prosesini, onun sosial, ictimai, bədii məziyyətlərini, 

ümumi mənzərəsini çözən sənətşünas, kulturoloq, sosioloq və fi­

losoflar  yayım  işinin  bədii­estetik  təzahürlərini,  televiziyanın  in­

kişaf mərhələlərini, ictimai­sosial, fəlsəfi və mədəni əhəmiyyətini 



12

mükəmməl elmi tədqiqata cəlb edərək nəzəri əsasların, təhlil mo­

delinin  hazırlanması  üçün  zəngin  ola  biləcək  fundamental  işlər 

görmüşlər. Lakin ölkə sənətşünaslığında televiziya ən az araşdı­

rılan mövzu olmuşdur. Televiziyaya sənət növü olaraq yanaşma, 

tədqiq olunaraq bitkin model, üzvi orqanizm kimi baxmaq ənənəsi 

olmamış, ayrı­ayrı sahələrin və ya yayım vahidlərinin elmi­nəzəri 

təhlilini vermək, qiymətləndirmək hallarına rast gəlinmişdir. 

Azərbaycanda  bir  sıra  alimlər  televiziyanın  bu  və  ya  digər 

problemlərini çözmüş, tutarlı elmi işlər meydana qoymuşlar. Bu 

baxımdan Elşad Quliyevin “Televiziya iki əsrin ayrıcında”, “Tele­

viziya: nəzəriyyə, inkişaf meyilləri” kitabları, Qulu Məhərrəmlinin, 

Zeynal Məmmədlinin, Aydın Dadaşovun, Cahangir Məmmədlinin 

dəyərli  araşdırmaları,  həm  nəzəri,  həm  də  praktik  əhəmiyyəti 

olan  kitabları  ölkəmizdə  televiziya  yayımının  mənzərəsini,  axta­

rışları,  yaradıcı  siyasəti,  peşəkarlıq  problemlərini  nəzərdən  ke­

çirməyə imkan vermişdir. Bu tədqiqatların əksəriyyətində filoloji 

yanaşma,  jurnalistikanın  baxış  bucağı  ilə  baxmaq  tendensiyala­

rı açıq görünür. Qulu Məhərrəmli və Zeynal Məmmədli öz elmi 

fəaliyyətlərində  televiziya  jurnalistikasının  problemlərini,  onu 

yaradıcı  tərəflərini,  ədəbi  materialın  təzahür  formatını  tədqiq 

etmişdirlər.  Cahangir  Məmmədlinin  “Jurnalistikaya  giriş”  kita­

bında həmçinin telejurnalistikanın yaradıcı istiqamətləri öz əksini 

tapmışdır. Lakin bütün bu müəlliflərin elmi fəaliyyətinə, araşdır­

malarına yüksək önəm verərək, onların zəhmətini dəyərləndirərək 

deməliyik ki, bu işlərin heç biri televiziyaya tam, bütöv baxışı for­

malaşdırmır. Adı çəkilən araşdırmalar fraqmental görünür, hansı­

sa tərkib elementinin təhlili ilə kifayətlənir. Bu da təbii və doğru­

dur. Çünki televiziyanın bütöv yaradıcı mənzərəsini, axtarışlarını 

çözmək  sənətşünaslığın  problemidir.  Jurnalistika,  dramaturgiya 

burada vacib komponent kimi çıxış etsə də, hələ televiziyanın özü 

deyil. Televiziya nədir, necə olmalıdır, onun verilişləri, yayımı necə 

təhlil  olunmalıdır,  təhlilin  istiqamətləri,  modeli  kimi  məsələlər 

sənətşünaslıqda  öz  elmi  həllini  tapmamışdır.  Məhz  bu  modelin 

mövcud olmaması sənətşünasları çətinə salaraq televiziya təhlilini 

diqqətdə  saxlamağa  imkan  verməmişdir.  Mətbuat  səhifələrində 

təhlil xarakterli yazılar, araşdırmalar mövcud olsa da, bu daha çox 

resenziya formasında olmuş, fundamental təhlil kimi yox, seyrçi 

baxışının təzahürü kimi görünmüşdür. 

Televiziya və onun təsir etdiyi elmi sahələrə aid indiyədək çap 

olunmuş  kitabları  toplamaqla  istər  Rusiya,  Türkiyə,  istər sə  də 

ABŞ, Böyük Britaniya, Belçika, Fransa, Finlandiya, İtaliya və başqa 

ölkələrin teleyayım təcrübəsi toplanaraq, bu ba rə də yazılmış elmi 

məqalələr,  elmi  araşdırmalar,  hazırda  xarici  öl kə lərdə  yayımla­

nan kanalların fəaliyyəti izlənməklə, dünya təc rübəsi öyrənilərək 

yerli yayımçıların fəaliyyəti ilə müqayisəli şəkildə paralellər apa­

rılıb.  Həmçinin  ölkədə  yayımlanan  kanalların  müxtəlif  mövzulu 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə