TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə7/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   2   3   4   5   6   7   8   9   10   ...   171

15

Mediatənqid və onun tərkib hissəsi olan 

televiziya  tənqidi  TV­nin  sosial­mədəni 

funksiyası  prosesini,  aktual  hadisələrin 

qiy mətləndirilməsi  və  analiz,  təhlil  üzə­

rin də  qurulmaqla  onun  yaradıcı  simala­

rının  fəaliyyətini,  axtarışlarını,  veriliş, 

proq  ramların  yaradıcı  mənzərəsini,  mə­

dəni  əhəmiyyətini,  kütləvi  kommunika­

si ya  prosesində,  kulturoloji  aspektdə  tut­

duğu  yeri  dəqiq  müəyyənləşdirməyə, 

bu   nunla  da  teleyayımçıların  və  yaradı­

cıların  fəaliyyətini  yönləndirməyə,  istiqa­

mətləndirməyə xidmət edən kütləvi kom­

munikasiya,  jurnalistika,  sənətşünaslığın 

ta rixi və nəzəriyyəsi üzərində qurulan xü­

susi  bir  sahədir.  Çox  istiqamətli  fə a liyyət 

televiziyanın təbiətindən irəli gə lən, onun 

kollektiv  sənət  olması,  bir  ne çə  funksiya­

nı  eyni  vaxtda  yerinə  yetirməsi  ilə  bağlı­

dır.  Televiziyaşünaslığın  təhlil  predmeti 

te  leyayımın  təşkili,  proqramlaşdırılma  sı, 

teleməhsulun yaradıcı­kulturoloji əhə miy ­

yəti,  dəyəri,  seyrçiyə  təsir  imkanla rı,  iq­

tisadi­marketinq əhəmiyyəti, reytin  qi dir. 

Televiziyaşünaslıq  sənətşünaslığın,  ek   ­

ranşünaslığın  bir  istiqaməti  olmaqla  öz 

əha  təsinə fəlsəfə, psixologiya, estetika, kul­

tu rologiya, sosiologiyanı daxil edir. Televi­

ziyanın  kütləviliyi,  informasiya  vasitə­

si  olması  onun  təhlilində  sosial­ictimai 

elm lərin  qənaətlərinin,  araşdırmalarının 

nəzərə  alın masını  tələb  edir.  Əks  halda 

Təhlil 


metodologiyası 

televiziya 

nəzəriyyəsi

I FƏSİL 

1.1 

Televiziya təhlil 

metodologiyasının 

əsasları



16

təhlil­analiz birtərəfli, əhatəsiz ola bilər. Teletənqid akademik ya­

naşmanı tə ləb etdiyindən onun metodologiyasının da mövcudluğu 

tələb kimi çağdaş sənətşünaslığın qarşısında durur. Bu elmi araş­

dırmada məhz təhlilin metodologiyasını, istiqamətlərini müəyyən 

etməyə  çalışacağıq.  Təhlilin  əsas  istiqamətlərini,  vacib  olan  tip­

lərini  göstərəcəyik.  Televiziya  təhlilinin  əsas  istiqaməti  kimi  bə­

dii­yaradıcı,  ictimai  və  sosial­kulturoloji  çözüm  götürülməsi  da­

ha  əhatəli  və  elmi  yanaşmanı  təmin  edər.  Sosial  anlamda  həm 

də iqtisadi amillər, qiymətləndirmə, marketinq işinin prinsipləri, 

ölçmə  yolları  təhlil  olunmalıdır.  Televiziya  milyonlarla  insana 

təsir  edərək  onların  dünyagörüşünü  biçimləndirir,  sosial­siya­

si  və  mədəni  baxışları  təyin  edərək  yönəldir.  Televiziya  təkcə 

məlumatverən,  xəbəryetirən  deyil,  həm  də  ev  əyləncəsini  quran 

vasitədir. Bütün sosial qruplara, yaşlara ünvanlanan yayım evdə 

hər kəsi öz ətrafına toplamaq məqsədi daşıyır. Məhz bu da onun 

sosial, kulturoloji, bədii əhəmiyyətini artırır, qoyulan tələbləri, ya­

radıcı sosial yükünü çoxaldır. Televiziya yayım vahidləri öz yara­

nışından sosial­mədəni həyata hesablanıb; onu təsadüfi hal kimi 

dəyərləndirmək, tarixi­siyasi­mədəni prosesdən kənarda çözmək 

doğru olmayan yanaşmadır. 1942­ci ildə yayıma başlayan ilk kom­

mersiya kanalı olan ABŞ­ın “DuMont” kanalı əhalini müharibənin 

stresindən  çıxarmaq  üçün  əyləncəli  proqramlar  və  komediyalar 

yayımlamağa  başladı.  Erni  Kovaks,  Pol  Uinçell,  Cerri  Mahouni 

o  dövrdə  ekranlara  gələrək  insanlara  gülüş  bəxş  edən  xeyirxah­

lar  kimi  yadda  qaldılar.  İkinci  Dünya  müharibəsindən  sonrakı 

dönəmdə  istər  ABŞ­da,  istərsə  də  Avropada  yumoristik  proq­

ramlar,  əyləncəli  şoular  artmağa  başladı  ki,  bu  da  müharibənin 

yaratdığı  əhvalı  dəyişmək,  aqressiyadan  uzaq  nəsli  yetişdirmək 

məqsədi daşıyırdı. SSRİ­də və onun tərkibində olan Azərbaycanda 

TV ideoloji təbliğat, yüksək mədəni nümunələrin reproduksiyası 

vəzifəsini Sovet quruluşunun sonuna qədər qoruyub saxladı. 

1956­cı  ildə  videoplyonkanın  meydana  gəlməsi,  proqramın 

tək rar  yayım  imkanının  yaranması  teleyayımın  kommersiya 

mahiyyətini  gücləndirdi,  yayımçılar  öz  fəaliyyətlərini  kommer­

siya dairələrinin maraqları ilə tənzimləməyə başladılar.  İlk dəfə 

ABŞ­da Conaton Vinterin şousu videoplyonkaya alınaraq təkrar­

təkrar verilməsi ilə yadda qaldı. Sitkom (situasiyalar komediyası) 

formatı məhz bu şouların əsasında yarandı. 1951­ci ildə “I Love 

Lucy”  üç  kamera  ilə  çəkilən  ilk  sitkom  oldu  və  bununla  da  ailə 

şouları yarandı. 1956­cı ildə isə ilk dəfə 30 dəqiqə həcmində olan 

seriallar yayımlandı. 1960­cı ildə sinxronun mümkünlüyü, final və 




17

ön titrləri yerləşdirmək imkanları, gecikməklə çəkmək imkanları­

nın yaranması, bununla da idman yarışlarında ən əsas məqamları 

təkrar vermək hissəsi, portativ kameraların yaranışı televiziyanın 

imkanlarını  hədsiz  etdi.  O,  tədricən  hər  evdə  bütün  əyləncəni, 

informasiyanı  ötürən  əsas  vasitəyə  çevrildi.  Kanalların  və  proq­

ramların sayının artması, hamının marağına səbəb olması ictimai 

münasibəti, rəyi və tənqidi də qəzet səhifələrinə, kitablara gətirdi. 

Sistemsiz, bir qədər baxış təəssüratları ilə zəngin ilk tənqidi yazılar 

televiziyaşünaslığın təməli hesab oluna bilər. 1970­ci illərdən baş­

layaraq ABŞ və Avropada əxlaqa, dəyərlərə zidd, irqçiliklə zəngin 

mövzulu yayımların ekrana çıxması cəmiyyətdə birmənalı qarşı­

lanmırdı. Ciddi tənqidlər, “All in the family”, “Dallas” kimi seri­

alların ictimaiyyətdə yaratdığı qıcıq yeni mövzu­ideya axtarışını, 

formatın tətbiqini tələb edirdi. Saat 07.00 ­ 21.00 “ailə vaxtı” elan 

olunması, bu vaxt ərzində zorakılıq, erotik, irqçi və ayrı­seçkilik 

yaradan  istənilən  görüntü,  çıxış,  atmacanın  belə  qadağan  olun­

ması çox ciddi mövzu məhdudiyyətləri yaratdı. Məhz bu dövrü 

teleyayımda  yaş,  sosial  qruplara  görə  bölünmə  işinin  başlanğıcı 

və  yeni  nəsil  veriliş,  proqramların  tələb  olunan  məhdudiyyətlər 

çərçivəsində daha keyfiyyətli təcəssümü kimi dəyərləndirmək la­

zımdır. 


1970­ci ildə RCA şirkətinin yeni standartı ­ VHS­i təqdim etməsi, 

optik  kabellərin  istismara  buraxılması  televiziya  yayımında  gö­

rüntünün keyfiyyətini xeyli dərəcədə artırmış oldu. Artıq 1980­ci 

illərdən başlayaraq görüntü üzərində yaradıcı iş mərhələsi pərvəriş 

taparaq, yaradıcılığın qayəsinə çevrildi və montaj effektləri, şrift, 

yazıların ölçüləri, biçimləri ilə fərqlənmək o dövrün əsas yaradıcı 

axtarışlarının  ab­havası  oldu.  MTV­musiqi,  CNN­xəbər,  Bravo­

kino kanallarının yaranışı ixtisaslaşmış yayımın əsasını qoymaq­

la yeni kommersiya imkanları formalaşdırdı. Videoklip sənətinin 

yaranması  və  bununla  da  müğənnilərin  öz  mahnılarını  reklam 

etməsi  anlayışı  istər  şou­biznes,  istərsə  də  teleyayım  üçün  yeni 

üfüqlər açdı. 

1990­cı illərdən isə rəqəmsal­yayım çəkiliş anlayışının meydana 

gəlməsi yeni tip yayımlara və keyfiyyət sıçrayışına təkan verdi. Ar­

tıq kompyuterlə televiziya yayımının vəhdəti tapılmışdı və mon­

taj, qrafika işlərində məxsusi kompyuter proqramlarından istifadə 

olunurdu.  Bütün  bu  texniki  sıçrayışlar  teleyayımın  keyfiyyətini 

yüksəltməklə bərabər, onun yaradıcı imkanlarını, yeni yanaşmanı 

da meydana çıxardı. 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə