277
problemlərini açaraq, ortaya çıxan real problemləri göstərmiş
olur. Tənqidçi milli plakat janrının maarifçiliyə xas elmçilik və
dünyəviliyin tələbinə cavab vermədiyindən daha çox nəsihətçilik,
ritorika və populizmə yer verməsi üzündən effektini heçə endirdi
yini deyir və tədricən bu mərhələnin arxada qalaraq, maarifçiliyin
standartlarına uyğun proqramların yaranmasına imkan verən pro
sesin başladığını təsdiq edir. Lakin yeni düşüncəli telekanallarda
mədəni tərbiyə işi arxa plana keçdi, əyləncə və digər gəlir gətirən
proqramlar çoxluq təşkil etməyə başladı. Kommersiya kanalları
içərisində BMTİ, “Sara” və ABA yalnız əyləncəyə yer ayıraraq bu
yönlü kanal kimi teleməkanda qalmaq istəsələr də, tədricən televi
ziyanın ictimai mahiyyətini qiymətləndirərək mədənimaarif işinə
diqqət yetirməyə başladılar. Hazırda yayımlanmasalar da, “Sara”
və ABA kanalları fəaliyyətlərinin son il lərində maarifçilik proq
ramlarına yer ayırmağa başlamışdılar.
Bir çox hallarda özünün kommersiya maraqlarını güdən kanal
larda maarifçilik məsələləri arxa plana keçdiyindən, bu işdə dövlət
qurumlarının və ictimai təşkilatların nəzarəti olduqca böyük yer
alır. Azərbaycan gerçəkliyində bu məsələ bir o qədər də kəskinliklə
əksini tapmadı. İlk kommersiya kanalı ANS və ondan sonra qu
rulan digər teleşirkətlər öz yayımlarında maariflənmə işinə yer
ayırmaqla bunu ya ölkədə istehsal olunan filmlər, teart tamaşala
rı, yaxud öz istehsalları olan proqramlar, filmlər, ya da bilavasitə
maariflənməyə yönəlmiş sənədli filmlərin efirdə verilməsi ilə
həyata keçirirdilər. “Lider” və ATV kanallarının efirində “Dis
covery” kanalının istehsalı olan filmlərin yayımlanması deyilən
fikrin sübutudur. Tədricən kanalların yaradıcı siyasətində özünə
yer alan mədənimaarif işi özünün konseptual həllini tapmaqla
biçimlənmiş tərzdə əks olunmağa başladı. Doğrudur, bir çox hal
larda kanallar hələ də mədənimaarif işinin mahiyyətini düzgün
dəyərləndirməyərək yayımı sosial plakat formasında, şüar xa
rakterli çıxışlar, maarifçiliyə heç bir aidiyyatı olmayan “dərslər”
üzərində qurmaqla, tamaşaçının ekran qarşısından çəkilərək başqa
kanallara baş vurmasına imkan verməklə, əslində, maarifləndirmə
işini tamlıqla yerinə yetirə bilmirlər.
Maariflənmə proqramlarının özünün daşıdığı mənəvi, mədəni,
sosial yükü baxımından çatdırılması üçün onlar tamaşaçının
qavrayacağı forma, məzmun, ritm və dinamikada olmalıdır.
Azərbaycan Dövlət Televiziyası özünün çoxillik ənənələrindən
ayrılmayaraq, köhnəlmiş formaları saxlamaqla, müasir mətnləri
söyləməklə, əslində maarifçilik funksiyasına deyil, tamaşaçının
278
başqa kanal axtarışına çıxmasına xidmət etmiş olurdular. Dövlət
televiziyası kimi AzTVnin üzərinə bu mənada daha böyük
məsuliyyət düşdüyündən, məsələyə daha kamil yanaşılmasına
ehtiyac var idi. Kommersiya kanalları reytinq və kommersiya ma
raqlarını daha üstün tutduqlarından, bəzi hallarda mədənimaarif
işinin qurulması arxa plana keçməklə başlıca önəm daşımır ki, bu
da ziyanlı bir tendensiya idi.
Mədənimaarif funksiyası özünü müxtəlif janrlarda təzahür et
dirməklə, müxtəlif səpkili audiovizual əsərlər vasitəsilə yayılır.
Tanınmış teletənqidçi Q. Kuznetsov belə düşünür ki, “İstənilən
televiziya verilişi bu və ya digər formada tamaşaçını mədəniyyətə
yaxınlaşdırır. Hətta informasiya buraxılışlarında göstərilən adam
ların görünüşü, savadlılıq dərəcəsi tamaşaçıya təsir göstərir” (237,
səh. 43). Deməli, ekranda hər bir veriliş özünün xarakterindən asılı
olmayaraq, mədənimaarif işində iştirak edir. Bu, televiziya yara
dıcılığı ilə məşğul olan insanların üzərinə konkret tələb qoyaraq
onların məsuliyyətini artırır və tamaşaçının mədəni səviyyəsinə
xələl gətirən məqamların proqramlarda yer almamasını bir tələb
kimi qarşılarına qoyur.
Bütün televiziya verilişlərinin mədənimaarif yükü daşımağı ilə
bərabər, konkret elə audiovizual məhsullar var ki, birbaşa mədəni
maarif işi ilə məşğuldur və onun konsepsiyasında, məhz bu ide
ya yer alır. Formasından asılı olmayaraq, bu proqramların hansı
təbəqəyə, yaş həddinə ünvanlanmasını nəzərə almayaraq, kanalla
rın efirində yer almasını müzakirə edərək çağdaş teleməkanımızda
televiziyanın bu funksiyasının icrası mənzərəsini yaratmış olarıq.
Teatr tamaşaları televiziyada xüsusi yer tutmaqla, yayımın
tərkib hissəsi olaraq çıxış edirdi. Televiziya, təşəkkülünün ilk
dövrlərindən başlayaraq, teatrların tamaşalarını lentə alıb, onların
geniş yayımını özünün yaradıcı ənənəsinə çevirdi. Qərbi Avropa
ölkələrində, eləcə də Amerikada tədricən bu o qədər məşhurlaşdı
ki, kabel televiziyaları arasından yalnız teatr tamaşaları, operalar,
müzikllər yayımlanmağa başladı. Teatrın bədii təsir imkanları və
onun mənəvi tərbiyə işində böyük yeri televiziya vasitəsilə təbliğ
olunması ilə də əhəmiyyətli rol oynamaqda davam etdi. Televizi
yanın daha geniş auditoriyası teatr tamaşasının ekran versiyası
nın yayımını və onun təsir imkanlarını genişləndirdi. Cəmiyyətin
mənəvi tərbiyə işində teatrın bir sənət ocağı kimi göstərdiyi xidmət
və mədənimaariflənmə istiqamətində apardığı fəaliyyət ekrana
gəlməklə daha böyük miqyas almış oldu.
279
Sovet televiziya işində teatrın bu əhəmiyyətli təsir imkanlarını
nəzərə alaraq onun ekranlaşdırılması işi mütləq və vacib sayı
lırdısa, kapitalist cəmiyyətində tamaşanın özünün kommersiya
əhəmiyyəti kəsb etməsi onun ekrana gəlməsi işini ləngidirdi. O za
man kanallar analoji imkanlardan istifadə edib mədənimaarifçilik
işini maarifləndirici, həmçinin bədii gücə malik seriallar vasitəsilə
həyata keçirmək yolunu da qəbul etdilər. Bir sıra bədii ədəbiyyat
nümunələrinin ekranlaşdırılması və televiziya serialı kimi
göstərilməsi məhz bu ehtiyacı ödəməyə yönəlmişdi.
SSRİdə tamaşa müəssisələrinin işinin tənzimlənməsi dövlətin
əlində olduğundan və onun kommersiya marağından daha çox,
sovet teatrında təbliğ olunan ideyanın daha böyük tamaşaçı
kütləsini əhatə etməsi marağı teatr tamaşalarının ekrana yolunu
geniş şəkildə açdı. Tanınmış kinoşünas S. Freylix bu barədə olduq
ca maraqlı statistika gətirir: “Moskva Akademik Bədayə Teatrına
60 il ərzində 25 milyon adam gəlib, həmin teatrın “Zəngli saat
üçün solo” tamaşasına Mərkəzi Televiziya vasitəsilə eyni vaxtda
150 milyon adam baxır” (427, .səh. 15). Bu həm ideologiyanın bədii
təbliğatı, həm də tamaşaçıların mənəvi tərbiyə işinin qurulmasın
da bir vasitə kimi geniş istifadə olunmağa başladı.
Azərbaycan televiziyasının yarandığı 1956cı ildən başlayaraq
teatrla əlaqələr qurulsa da və televiziya tamaşaları çəkilsə də, te
atr tamaşalarının çəkilməsi lentin istifadəsindən sonra baş verdi.
Bakıda və Respublikanın digər yerlərində fəaliyyət göstərən teatr
ların tamaşaları televiziya vasitəsilə daha geniş yayılmağa başladı.
Akademik Milli Dram Teatrının “İblis” (H. Cavid), “Dəli yığınca
ğı” (C. Məmmədquluzadə), “Unuda bilmirəm”, “Natəvan”, “Xi
yabani”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ. Əfəndiyev), “Sizi
deyib gəlmişəm” (Anar), “Yayda qartopu oyunu” (V. Səmədoğlu),
Gənc Tamaşaçılar Teatrının “Danabaş kəndinin məktəbi” (C.
Məmmədquluzadə), “Yazığam, sevmə məni” (Ə. Əylisli), Akade
mik Opera və Balet Teatrının “Leyli və Məcnun”, “Əsli və Kərəm”,
“Koroğlu” (Ü. Hacıbəyov), “Vaqif” (R. Mustafayev) operaları,
“Yeddi gözəl”, “İldırımlı yollarla” (Q. Qarayev), “Min bir gecə”,
“Nizami” (F. Əmirov) baletləri, Musiqili Komediya Teatrının “Hic
ran” (S. Rəhman), “Qayınana” (M. Şamxalov), C. Cabbarlı adına
İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Əkssəda” (N. Xəz
ri), “Ömür gözləyir bizi” (N. Hacızadə), “Didərginlər” (Z. Ya
qub), “Məhəbbət yaşayır hələ” (Hidayət), C. Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının “Elektra” (So
fokl), “Anamın kitabı” (C. Məmmədquluzadə), H. Cavid adına
Dostları ilə paylaş: |