Təlimdə 25-30 hüquqşünasın iştirakı nəzərdə tutulub. Kursu uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunacaq



Yüklə 4,97 Kb.
tarix25.06.2018
ölçüsü4,97 Kb.

Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Cinayət Hüququ Proqramı vəkillər və digər praktik hüquqşünaslar üçün “İnsan alveri” mövzusunda 2 günlük təlim təşkil edəcək.

Təlim 10-11 Mart 2012-ci il tarixdə saat 10:00-dan 17:00-dək ABA CEELİ-nin Bakı ofisində keçiriləcək. (ünvan: Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 113, SAT Plaza, 4-cü mərtəbə)

Tədbiri “Təmiz Dünya” İctimai Birliyin sədri Mehriban Zeynalova və “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyin sədri Əlövsət Əliyev aparacaqlar.

Təlimdə 25-30 hüquqşünasın iştirakı nəzərdə tutulub. Kursu uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunacaq.

Təlimdə iştirak üçün CV-nizi 6 Mart 2012-ci il saat 18:00-dək elektron poçtla (əlaqə; Vəfa Rövşənova, e-mail: vafa.rovshanova@aba-az.org) ABA CEELİ-nin Bakı ofisinə göndərə bilərsiniz. (AR Vəkillər Kollegiyası üzvlərinin CV təqdim etmələrinə ehtiyac yoxdur)

Təlimə seçilən iştirakçıların siyahısı martın 7-də e-mail vasitəsilə açıqlanacaq.

Qeyd: Təlimdə iştirak pulsuzdur

Ətraflı məlumat almaq üçün ABA CEELİ-nin Bakı ofisi ilə əlaqə saxlaya bilərsiniz:

(Tel: 447 38 18; 497 87 69)



Əlaqələndirici şəxs: Vəfa Rövşənova


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə