Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə1/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
  1   2   3   4   5   6   7   8   9   ...   214


TELMAN HÜSEYNOV 

Azərbaycan Respublikasının əməkdar iqtisadçısı, 

iqtisad elmləri doktoru, professor, 

Азярбайжан Республикасынын ямякдар мцяллими 



 

 

 

 

 

 

 

 

 

F RMANIN 

QT SAD YYATI 

D ə r s l i k 



 

 

 

 

 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin 

982 saylı 10.08.2009-cu il tarixli əmrinə əsasən 

ali məktəblər üçün dərslik kimi təsdiq edilmişdir. 

 

 

 



 

 

 



 

 

Bakı-2009 



 


 

 

 

 

 

Rəyçilər: Azərbaycan Dövlət Neft Akademiyasının 

 «Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecmenti» 

 kafedrasının müdiri, i.e.d., prof. Müşfiq Atakişiyev 

  

Azərbaycan Dövlət  qtisad Universitetinin 

«Biznesin təşkili» kafedrasının müdiri, 

i.e.d., prof. Alıcan Abbasov 

 

 



Redaktor: i.e.n., dos. Bağış Əhmədov 

 

 

 Telman Əlihüseyn oğlu Hüseynov 

 Firmanın iqtisadiyyatı (dərslik). 

 Bakı, Azərnəşrin qrifi ilə çap olunub, 2009-cu il, 600 səhifə.  

 

 

Dərslikdə  sahibkarlığın  və  bazar  iqtisadiyyatının  əsas  və  ilkin  subyekti, 



ölkənin sosial-iqtisadi inkişafında həlledici rolu olan firmanın iqtisadi məsələləri 

şərh  olunmuşdur.  Bununla  bağlı  istehsal  firmasının  iqtisadiyyatına  aid  olan 

anlayış,  göstərici,  kateqoriya, qanunlar  və qanunauyğunluqların  vasitəsilə onun 

fəaliyyəti  öyrənilir  və  təhlil  olunur.  Firmanın  təşkilatı  formalarına  (hüquqi, 

iqtisadi) baxılır, kompleks şəkildə resurs təminatı, innovasiya və qiymət siyasəti, 

istehsalın  təşkili  və  ictimai  təşkili  formaları,  onun  idarəetmə  mexanizmi,  mar-

ketinq və investisiya fəaliyyəti, maliyyəsi və xarici iqtisadi əlaqələri şərh edilir.  

Mikroiqtisadiyyatın mühüm tərkib hissəsi olan firma ilə makroiqtisadiy-

yatın analoq təşkil edən məsələlərinə - zərurət yarandığı hallarda - birgə ba-

xılmış, müqayisələr aparılmış və ümumiləşdirmələr edilmişdir. 

Müəssisə  və  firmanın  iqtisadiyyatı  haqqında  biliklərin  tələbə  tərəfindən 

mənimsənilməsinin onların yüksək ixtisaslı iqtisadçı-mütəxəssis kimi forma-

laşmasında müstəsna əhəmiyyəti vardır.  



 

 

Dərslik iqtisad profilli ali məktəblərin bakalavriatura təhsil mərhələsinin 



tələbələri üçün yazılmışdır. Ondan aspirantlar, müəllimlər və habelə istehsal 

firmalarının və sənaye müəssisələrinin işçiləridə istifadə edə bilərlər. 





 

M Ü Q Ə D D   M Ə 

 

Dünyanın  qabaqcıl  ölkələrinin  sosial-iqtisadi  inkişafında  hər  bir 



elmin,  xüsusilə  təbiət  elmlərinin  rolu,  əvvəllər  olduğu  kimi,  indi  də 

və gələcəkdə də həlledici amil kimi öz rol və əhəmiyyətini saxlaya-

caqdır.  Təbiət  elmlərinin  cəmiyyətin  bazisində  etdiyi  keyfiyyət  dəyi-

şiklikləri başqa elm sahələrinin də – ictimai elmlərin də – o cümlədən, 

iqtisad elminin də ictimai-iqtisadi proseslərdə iştirakını zərurətə çevir-

mişdir. Baş verməkdə olan iqisadi və sosial proseslər haqqında bilik-

lərin  toplanması  və  onların  sistemləşdirilməsi  –  elmin  yaranması  – 

həmin proseslərin idarə edilməsində, onların – lazım gələrsə – səmtinin 

dəyişdirilməsində, sürətləndirilməsi və ya ləngidilməsində iqtisad el-

mi  müstəsna  rola  malikdir.  Bunlarsız  elmi-texniki  tərəqqinin  səbəb 

olduğu keyfiyyət və kəmiyyət dəyişiklikləri nəzarətdən çıxa, insanla-

rın onları idarəetmə imkanları məhdudlaşa bilər.  

Sovetlər  ttifaqı  kimi  nəhəng  bir  imperiyanın  süqutu  və  bununla 

əlaqədar olaraq, həmin məkandakı ölkələrin bir iqtisadi sistemdən – 

sosializmdən – digərinə, yəni bazar iqtisadi sisteminə keçməsi iqtisa-

di proseslərə  yenidən, başqa prizmadan baxmağı gündəmə gətirmiş-

dir.  Bu  gün  həmin  məkanda  siyasi  baxımdan  müstəqil,  iqtisadi  ba-

xımdan  isə  suveren  respublikalar  yaranmış  və  onlar  tədricən  dünya 

təsərrüfat  sisteminə  inteqrasiya  olunmaqdadırlar.  Bu  qəbildən  olan 

ölkələrdən biri də Azərbaycan Respublikasıdır.  

18 il öncə siyasi müstəqillik qazanan Azərbaycan ictimai həyatın 

bütün sahələrində – iqtisadi, siyasi, elm və təhsil, incəsənət, idman və 

s.-də  –  ciddi  naliyyətlər  əldə  etmişdir.  Ölkəmiz  üçün  xüsusilə  XXI 

əsrin  başlanğıc  illəri,  xüsusilə,  2003-ildən  bu  yana  olan  dövr  daha 

çox uğurlu olmuşdur. Azərbaycan, özünün iqtisadi inkişafı və sosial 

tərəqqisinə görə, dünyanın qabaqcıl ölkələri sırasına daxil olmuşdur.  



Bütün başqa amillərlə yanaşı Azərbaycanın iqtisadi artım sürə-

tinə görə dünyanın lider ölkəsinə çevrilməsinin bir səbəbi də ölkə-

mizin Ulu Öndər HeydəƏliyev tərəfindən işlənmiş sosial-iqtisadi 

inkişaf konsepsiyasıdır və həmin strateji proqram hal-hazırda da 

çox uğurla reallaşdırılmaqdadır. Bir tərəfdən uğurlu iqtisadi siyasət 

və  digər  tərəfdən  aparılan  bazar  yönümlü  islahatlar  Azərbaycan  Res-

publikasının iqtisadi inkişafının dönməzliyini təmin etmişdir.  



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə