Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə14/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   10   11   12   13   14   15   16   17   ...   214

Telman Huseynov 

 

34



Kiçik  firmaların  iri  firmalarla  əməkdaşlığı  nəinki  mümkündür, 

hətta – düzgün koordinasiya olunduqda – hər 2 tərəf üçün faydalıdır. 

ri firmalar üçün hissə, bağlama, tərtibat, alət və s. üzrə ixtisaslaşmış 

kiçik  firmlar  öz  müstəqilliklərini  saxlamaqla  iqtisadi  inkişaflarında 

onlardan geri qalmırlar. 

Müxtəlif ölkələrin müxtəlif maddi istehsal sahələrində iri, orta və 

kiçik  firmaların  işləyənlərin  sayına  görə  müəyyənolunma  meyarı 

fərqlənirlər.  Kiçik,  orta  və  iri  müəssisələrin  müəyyən  edilməsində 

işçilərin  say  həddi  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

aşağıdakı kimi təsbit olunmuşdur (cədvəl 2.1). 

Cədvəl 2.1 

Müəssisələrin işçilərin sayına görə qruplaşdırılması 

Cədvəldən göründüyü kimi, işçilərin say hədləri müxtəlif sahələ-

rin müəssisələri üçün müxtəlifdir. Məsələn, sənayedə bu interval 50; 

51-300 və 300-dən çox kimidirsə, ticarətdə 10; 11-50 və 50-dən çox 

həddində müəyyən edilmişdir. 

Azərbaycan  Respublikasında  kiçik  və  orta  firmaların  sayı  ilbəil 

artmaqdadır.  Bunun  nəticəsidirki  hal-hazırda  sənayenin  hər  10 

müəssisəsindən 9-u kiçik və orta, yanız 1-i iri müəssisələrdir. 

Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  özünün  « qtisadi 

fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdi-

rilməsi  meyarlarının  hədləri»  haqqında  20.04.2004-cü  il  tarixli  57 

saylı qərarı ilə kiçik müəssisələrə işçilərinin sayı və illik dövriyyəsi-

nin  həcminə  görə  yenidən  baxmış  və  qruplaşmanı  aşağıdakı  kimi 

müəyyən etmişdir: sənaye – işçilərin sayı 40 nəfər, illik dövriyyənin 

həcmi 200 min manat; kənd təsərrüfatı – işçilərin sayı 15 nəfər, illik 

dövriyyənin  həcmi  100  min  manat;  tikinti  –  işçilərin  sayı  40  nəfər, 

illik dövriyyənin həcmi 200 min manat; topdansatış ticarət – işçilərin 

sayı 10 nəfər, illik dövriyyənin həcmi 300 min manat; sair müəssisə-

Sahə mənsubiyyətinə görə 

müəssisələrin növləri 

şçilərin sayına görə qruplaşdırma 

kiçik 

orta 


iri 

Sənaye 


50 

51-300 


300-dən çox 

Nəqliyyat 

15 

16-75 


75-dən çox 

Tikinti 


25 

26-150 


150-dən çox 

Ticarət 


10 

11-50 


50-dən çox 

Xidmət sahələri 

10 

11-50 


50-dən çox 


Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

35



lər – işçilərin sayı 5 nəfər, illik dövriyyənin həcmi 100 min manata 

qədər. 


Qeyd  etmək  lazımdır  ki,  bir  çox  inkişaf  etmiş  ölkələrdə  orta  və 

kiçik firmaların milli iqtisadiyyatın inkişafında, əhalinin sənaye məh-

sullarına və istehsal xarakterli xidmətlərə ehtiyaclarının ödənilməsin-

də rol və  əhəmiyyətləri  çox önəmli miqyas  almışdır. Məsələn, ABŞ 

və Yaponiyada orta və kiçik firmaların ölkənin ÜDM istehsalındakı 

payları 50 faizdən çoxdur. Yaxud məşğul olanların sayında  taliyanın 

orta və kiçik firmalarının payı 73 faiz, Yaponiyada 78 faizdir və s. 

Sosial  və  iqtisad  inkişafın  sürətləndirilməsində  kiçik  və  orta  fir-

maların imkanları bunu göstərir ki, bu qəbildən olan sahibkarlıq gələ-

cək dövrlərdə də inkişaf etdirilməlidir.  



xtisaslaşdırılma  dərəcəsinə  görə  firmalar  ixtisaslaşdırılmış, 

universal və qarışıq firmalara ayrılır.  xtisaslaşdırılmış firmalarda ha-

zırlanma texnologiyasına görə oxşar, konstruktiv quruluşuna görə ey-

ni və istehsalı mütəmadi olaraq təkrarlanan məmulatlar hazırlanırsa, 

universal firmalarda bir neçə adda məmulatlar istehsal olunur və on-

lar  çox  hallarda  təkrarlanmır  və  ya  vaxtaşırı  təkrarlanır.  Qarışıq  fir-

malar isə hər iki növün əlamətlərini özündə əks etdirir. 

stehsal  mərhələsini  əhatə  etməsinə  görə  sənaye  müəssisələri 

üç qrupa ayrılırlar:  

a)  məhsulun  hazırlanmasının  bir  mərhələsini  əhatə  edən  sənaye 

müəssisələri; belə müəssisələrə misal olaraq metaləritmə, porşen, şin, 

diyircəkli yastıq, reduktor, karbürator və s. bu kimi məmulatlar isteh-

sal edən zavodları göstərmək olar;  

b) məhsulun hazırlanmasının iki və ya daha çox mərhələsini əhatə 

edən  sənaye  müəssisələri;  bu  növ  müəssisələrə  əyirmə,  toxuma  və 

bəzəkvurma sexləri olan toxuculuq fabriklərini misal gətirmək olar;  

 c)  məhsulun  hazırlanmasının  bütün  mərhələlərini  əhatə  edən 

sənaye müəssisələri; belə müəssisələrə misal olaraq avtomobil, trak-

tor,  soyuducu  və  s.  bu  kimi  tamamlanmış  məhsullar  istehsal  edən 

müəssisələri göstərmək olar.  

stehsalın  təşkili  tipinə  görə  sənaye  müəssisələrinin  üç  tipi: 

kütləvi, seriyalı və fərdi tipləri olur:  

–  kütləvi  istehsal  tipli  müəssisələrdə  həcmcə  böyük,  lakin  həm-

cins və istehsalı daima təkrarlanan məhsullar istehsal edilir;  




Telman Huseynov 

 

36



 – seriyalı istehsal tipli müəssisələrdə məhsullar seriyalarla bura-

xılır və onlar müəyyən dövrlərdən bir təkrarlanır; 

– fərdi istehsal tipli sənaye müəssisələrində geniş nomenklaturada 

və çox hallarda istehsalı təkrarlanmayan məhsullar istehsal edilir. 

stehsalın  təşkili  üsuluna  görə  fərdi,  dəstəli  və  axınlı  istehsal 

üsuluna malik olan sənaye müəssisələri fərqləndirilir.  

Axınlı istehsal üsulu istehsalın təşkilinin ən mütərəqqi üsulların-

dan biridir. Axınlı üsulla təşkil edilmiş müəssisələrə misal olaraq ma-

şınqayırma  zavodlarını,  metallurgiya  və  kimya  kombinatlarını  və  s. 

göstərmək olar. 

stehsalın  təşkilinin  dəstəli  üsulu  məmulatların  istehsala  partiya-

larla  buraxılması,  bir  iş  yerinə  bir  neçə  əməliyyatın  təhkim  edilməsi, 

ixtisaslaşdırılmış  avadanlıqla  yanaşı  universal  avadanlıqdan  da  geniş 

istifadə olunması və s. əlamətlərlə xarakterizə olunur. Müəssisədə dəstə-

li istehsal üsulundan seriyalı və kiçik seriyalı istehsallarda istifadə edilir.  

stehsalın  təşkilinin  fərdi  üsulu  məhsulun  vahid  nümunəsinin  və 

ya kiçik partiya halında istehsalını nəzərdə tutur. O, mürəkkəb, uni-

kal (nadir) avadanlığın, xüsusi ləvazimatın və s. istehsalında istifadə 

olunur.  



Mexanikləşdirilməsi  və  avtomatlaşdırılması  dərəcəsinə  görə 

sənaye müəssisələri üç növə: qismən mexanikləşdirilmiş sənaye müəs-

sisələri;  kompleks  mexanikləşdirilmiş  sənaye  müəssisələri  və  avto-

matlaşdırılmış sənaye müəssisələrinə bölünürlər.  



Mülkiyyət mənsubiyyətinə görə sənaye müəssisələri dörd qrupa: 

dövlət, xüsusi, kollektiv və qarışıq mülkiyyətə əsaslanan sənaye müəs-

sisələrinə bölünürlər. 

Bazar  iqtisadiyyatı  şəraitində  iqtisadi  fəaliyyətin  idarə  olunması, 

əsasən, firma və müəssisələrdə qəbul edilən fərdi qərarların köməyi 

ilə həyata keçirilir. Firma və müəssisədə – qarşıya qoyulmuş məqsəd-

lərə və mövcud şəraitə uyğun olaraq – məhdud istehsal resurslarından 

optimal  istifadə  olunmaq  yolu  ilə  cəmiyyətin  tələbatlarının  ödənil-

məsinin iqtisadi, sosial, maliyyə, texniki və s. məsələləri həll edilir. 

Əvvəllər qeyd olunduğu kimi, istehsal firması ölkə iqtisadiyyatı-

nın  əsası  və  bazarın  subyekti  olub,  müəyyən  mülkiyyət  formasına, 

fərdi  və  ya  kollektiv  əməyə  əsaslanan,  ictimai  tələbatı  ödəmək  və 

mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən və satan istehsal-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə