Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə2/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   2   3   4   5   6   7   8   9   ...   214

Telman Huseynov 

 

Dünya  maliyyə  böhranı  Azərbaycanın  da  inkişaf  səmtlərindən  yan 



keçməsədə  onu  ümumi  qəbul  edilmiş  kursundan  çıxara  bilməmişdir. 

Böhran Azərbaycanın iqtisadi inkişafına neqativ planda təsir etməyə bil-

məz, heç olmasa ona görə ki, ölkə iqtisadiyyatı 140-dan çox ölkələrlə – 

biri ilə az, biri ilə çox – bağlandığı iqtisadi əlaqələrlə dünya iqtisadiy-

yatına inteqrasiya olmuşdur. Ona görə də, dünya iqtisadiyyatında baş 

verən hər hansı bir proses iqtisadi əlaqələri olan o biri öləkələrin də 

iqtisadiyyatına  təsir  edir.  Lakin  bu  təsir  iqtisadi  sarsıntı  səviyyəsinə 

qalxa  bilməz,  çünki  yuxarıda  haqqında  bəhs  edilən  strateji  inkişaf 

proqramı ölkə prezidenti  lham Əliyev tərəfindən inamla realizə olu-

nur. 


Təsərrüfatçılığın bazar formalarına keçidi genişləndikcə və dərin-

ləşdikcə,  iqtisadi  proseslər  haqqında  prinsipcə  yeni,  əvvəlki  iqtisadi 

sistemdən fərqli biliklər, metodlar, postulatlar, kateqoriya və göstəri-

cilər, məhfumlar və anlayışlar yaranır və məhz onların köməyi ilə bü-

tövlükdə  milli  iqtisadiyyat  və  onun  əsası  olan  firma  və  müəssisələr 

idarə  olunurlar.  Bazar  münasibətləri  şəraitində  iqtisadi  fəaliyyətin 

«ağırlıq mərkəzi» sonunculara keçmişdir. 

Bütünlükdə, milli iqtisadiyyatın və onun əsas tərkib hissələri 

olan  istehsal  firmaları,  sənaye  müəssisələri  və  ev  təsərrüfatları-

nın iqtisadiyyatı və idarə olunması dərin iqtisadi biliklərin vasi-

təsilə, onların gələcək daşıyıcıları olacaq yüksək ixtisaslı iqtisadçı 

kadrların köməyi ilə mümkündür. 

Bazar münasibətlərinə keçidlə bağlı sahibkarlıq fəaliyyəti ön pla-

na keçmiş, onun bir sıra təşkilatı-hüquqi və təşkilati-iqtisadi formala-

rı  yaranmışdır.  Sonuncunun  ən  önəmli  növlərindən  biri  firmalardır, 

xüsusilə istehsal firmalarıdır. 

stehsal  firmaları  iqtisadiyyatın  özülündə  dayanmaqla  –  mənfəət 

əldə  etmək  məqsədilə  –  həm  cəmiyyətə  və  həm  də  onun  üzvlərinə 

zəruri olan məhsul istehsal edir, sənaye xarakterli xidmətlər göstərir, 

işlər görür və onların satışını həyata keçirirlər. Bütün bunlar firmalar-

da  fəaliyyət  göstərən  yüksək  təhsil  senzinə  malik  kadrların,  tətbiq 

olunan qabaqcıl texnika və texnologiyanın və istifadə edilən keyfiy-

yətli xammal və materialların vasitəsilə həyata keçirilir. Hər üç isteh-

sal resursunun iqtisadiyyatı və bunun nəticələrinin satışı məcmu ha-

lında  firmanın  iqtisadiyyatını,  bunların  haqqındakı  sistemləşdirilmiş 




Müqəddimə 

 

nəzəri və empirik biliklər isə «Firmanın iqtisadiyyatı» elmini forma-



laşdırmışdır. 

Təsadüfü  deyildir  ki,  son  vaxtlar  bazar  münasibətlərinə  keçidlə 

bağlı firmanın iqtisadiyyatı məslələrinin tədqiqinə xüsusi diqqət yeti-

rilir, iqtisad elminin bu sahəsinin daha ətraflı öyrənilməsi məqsədilə 

iqtisad profilli universitetlərin hazırladığı ayrı-ayrı ixtisasların tədris 

planlarına salınır, dərsliklər və dərs vəsaitlər yazılır və s. Məsələn, şimal 

qonşumuz  olan  Rusiya  Fedarasiyasında  hələ  1998-ci  ildə  «Firmanın 

iqtisadiyyatı və statistikası» adlı dərsliyin 3-cü nəşri çap olunmuşdur; 

2003  və  2007-ci  illərdə  isə  müxtəlif  müəlliflər  kollektivi  tərəfindən 

«Firmanın iqtisadiyyatı» adlı dərslik yazılmış və müxtəlif nəşriyyatlar-

da çap olunmuş və tələbələrin istifadəsinə verilmişdir. Bunlardan əla-

və son illər həmin ölkədə nəşr olunan « qtisadiyyat» (Moskva, 2008-ci 

il), «Müəssisənin iqtisadiyyatı» (Moskva, 2007-ci il, IV nəşr), « qtisadi 

nəzəriyyə kursu» (Moskva, 2001-ci il, II nəşr) və s. kimi dərsliklərdə 

də firmanın iqtisadiyyatının ayrı-ayrı məsələlərinə bölmə və ya fəsil ki-

mi yer verilmiş və şərh olunmuşlar. Bir sözlə, «Firmanın iqtisadiyyatı» 

kursu formalaşmış və o, «Müəssisənin iqtisadiyyatı» fənni ilə paralel 

olaraq  iqtisad  profilli  ali  məktəblərdə  ayrı-ayrı  ixtisaslarda  paralel 

şəkildə tədris olunurlar. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası başqa sferalar-

da  olduğu  kimi  Baloniya  prosesinə  qoşulmaqla  Avropa  təhsil  siste-

minə  inteqrasiya  olmaqdadır.  Hazırda  Avropanın  bütün  ölkələrinin 

ali  təhsil  məktəbləri  vahid  tədris  planları  əsasında  yüksək  ixtisaslı 

mütəxəsislər  hazırlayırlar  –  məzunlara  verilən  diplomların  qarşılıqlı 

tanınmasının əsas şərtinə riayət edirlər. Bu istiqamətdə başqa bir təd-

bir isə elmin istiqamətləri üzrə hazırlanacaq ixtisasların məzmununa 

və səviyyəsinə qoyulan tələbləri əks etdirən Dövlət Təhsil Standart-

larının  yenidən  işlənməsidir.  Azərbaycan  Respublikası  Nazirlər  Ka-

binetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə «Ali təhsilin 

bakalavr  pilləsi  ixtisaslarının  (proqramlarının)  siyahısı»nın  təsdiq 

olunması bu işin başlanğıcıdır. Yeri gəlmişkən, təhsil ixtisasları qrupu-

nun  « qtisadiyyat və idarəetmə» bölməsində  «Sənayenin iqtisadiyyatı 

və  idarə  edilməsi»  ixtisasına  da  yer  verilmişdir.  Bu  qrupun  tərkibində 

« stehsal firmasının iqtisadiyyatı»  ixtisasından bakalavrların hazırlan-

ması da planlaşdırılır; başqa ixtisaslarda isə «Firmanın (müəssisənin) 



Telman Huseynov 

 

iqtisadiyyatı» fənninin tədrisi nəzərdə tutulur. Həm bütün bunlara gö-



rə  və  həm  də  bazar  iqtisadiyyatının  tələbləri  baxımından  «Firmanın 

iqtisadiyyatı» dərsliyinin yazılması çox vacibdir. Göstərmək lazımdır 



ki, oxuculara təqdim olunan «Firmanın iqtisadiyyatı» adlı dərslik 

Azərbaycan dilində yazılmış ilk dərslikdir. Bu kitabda firmanın iq-

tisadiyyatına  dair  bir  çox  məsələlər  dərslik  mövzusu  kimi  birinci 

dəfədir ki, oxucuların nəzərinə çatdırılır. 

Öz-özlüyündə aydındır ki, istehsal firmalarının iqtisadiyyatı müəs-

sisə iqtisadiyyatına aid  müddəalar,  fikir  və mülahizələrsiz keçinə  bil-

məz. Müəllif bu dərsliyi yazarkən özünün 2005-ci ildə nəşr edilmiş və 

oxucular tərəfindən rəğbətlə qarşılanmış «Müəssisənin iqtisadiyyatı» 

dərsliyindən istifadə  etmişdir.  Lakin istifadə olunan bütün mövzula-

rın məzmununa  yenidən baxılmış, əlavələr edilmiş, müasir tədris təc-

rübəsi nəzərə alınmaqla yeni dərsliyə daxil olunmuşdur. Elə buna görə 

də,  bu  dərsliyin  vasitəsilə  –  müəyyən  istisnalarla  –  «Müəssisənin 

iqtisadiyyatı» fənnini də tədris etmək olar. 

Müəllif, dərsliyin yazılmasında xeyli zəhmətləri olan Az D U-nun 

«Müəssisənin iqtisadiyyatı» kafedrasının əməkdaşları iqtisad elmləri 

namizədi Lalə Həmidova və Səadət Məcidovaya öz təşəkkürünü bil-

dirir. 


Müəllif həmçinin bu fikirdədir ki, dərslik nöqsansız deyil. Həmin 

nöqsanları və dərslik haqqında öz mülahizələrini müəllifə çatdıracaq 

hər  bir  oxucuya  müəllif  əvvəlcədən  minnətdarlığını  bildirir;  ünvan: 

Bakı,  stiqlaliyyət küçəsi 6., Azərbaycan Dövlət  qtisad Universiteti, 

«Müəssisənin iqtisadiyyatı» kafedrası. 

 

  



 

 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə