Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə3/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   2   3   4   5   6   7   8   9   ...   214

 

 

7



 

 

 

 

 

 

BÖLMƏ I 

«F RMANIN  QT SAD YYATI» KURSUNUN TƏDQ QAT 

OBYEKT , PREDMET  VƏ MƏZMUNU 

 

Fəsil 1. «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti, 

predmeti və məzmunu  

1. Müəssisə və firma: oxşar cəhətləri və fərqləri 

2. «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmeti 

3. Kursun tədqiqat metodları və iqtisad kursları sistemində yeri 

4. Kursun vəzifələri və məzmunu  

1. Müəssisə və firma: oxşar cəhətləri və fərqlər

Bir qayda olaraq, hər hansı kursun tədrisi onun tədqiqat obyekti və 

predmetinin tələbələrə aydınlaşdırılmasından başlayır. Elə ilk dərsdə 

kursun predmeti, onun öyrəndiyi və öyrətdiyi məsələlər müəllim tərəfin-

dən tələbələrə izah olunmalıdır. Biz, əksəriyyət tərəfindən qəbul olun-

muş  bu  qaydaya  bilərəkdən  riayət  etməyib,  «Firmanın  iqtisadiyyatı» 

kursunun tədqiqat obyekti və predmetinin şərhindən əvvəl «firma»nın 

iqtisadi mahiyyətini, «müəssisə» ilə onun oxşar cəhətləri və fərqlərini 

tələbələr üçün aydınlaşdırmağı lazım bildik. Çünki, belə bir metodiki 

yanaşmanın  kursun  məzmunun  tələbələr  tərəfindən  mənimsənilmə-

sində çox önəmli elmi-nəzəri, metodoloji və praktiki əhəmiyyəti var-

dır. Lakin buna nail olmağa yardımçı bir məqam kimi «müəssisə» və 

«firma» məhfumlarının vəhdəti, başqa sözlə, bunların analoji (oxşar) 

tərəfləri  və  onların  biri-birinə  bənzəməyən  cəhətlərinin  izahı  da  az 

əhəmiyyət kəsb etmir. 

Qədim yunan alimlərinin terminlərin (məhfumların) məzmunları-

nın aydınlaşdırılması haqqında belə bir kəlamı olmuşdur: «terminlərə 

görə mübahisə etməzlər, razılığa gələrlər». Bu fikrin deyilişi nə qədər 




Telman Huseynov 

 

8



cazibədar olsada onun – bütün hallarda – birmənalı qəbulu mümkün 

deyildir. Belə ki, hər bir termin əşya, hadisə, proses və s.-nin mahiy-

yətini,  başqa  sözlə,  onun  kəmiyyət  və  keyfiyyət  tərəfini,  daxili  əla-

qələrini,  daha  dəqiq  aça,  səciyyələndirə  bilməlidir.  Başqa  sözlə,  ha-

disə və proseslərin idarə olunmasında, kəmiyyət və keyfiyyətcə qiy-

mətləndirilməsində onların mahiyyətini (məzmununu) bu və ya digər 

dərəcədə özündə əks etdirən məhfumlar (terminlər), kateqoriya və gös-

təricilərdən istifadə olunur. Belə olmadıqda əşya, hadisə və proses haq-

qında  yanlış  mülahizələr  söylənər,  oxşar  olanların  fərqini  (fərqlərini) 

müəyyən  etməkdə,  fərqli  olanların  isə  oxşar  cəhətini  (cəhətlərini)  aş-

karlamaqda çətinlik yarana bilər. Lakin indinin özündə də, başqa elm-

lərdə olduğu kimi, iqtisad elmində də mənası tam və dəqiq açılmamış, 

mübahisə  doğuran  terminlər  mövcuddur.  Belə  terminlərdən  biri  də 

«firma»dır. Hər şeydən öncə, qeyd etmək lazımdır ki, «firma» italyan 

sözü olub, azərbaycan dilində «imza», «nişan» sözlərinə uyğun gəlir.  

lk öncə firma haqqında iqtisadi nəzəriyyə elminin nümayəndələri-

nin işləmiş olduqları müxtəlif konsepsiyaların səciyyəvi cəhətlərini – 

qısada olsa – şərh etmək lazımdır. 

Həmin konsepsiyalar aşağıdakılardır: 

a) firma haqqında neoklassik nəzəriyyə; 

b) firma haqqında institutsional nəzəriyyə; 

c) firma haqqında davranma (bixevioriya) nəzəriyyəsi 



Neoklassik nəzəriyyəyə görə firma, istehsal (texnoloji) vahidi 

olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mən-

fəəəldə etmək kimi şərtləndirilir. Həmin nəzəriyyə, istehsal resurs-

larının ən optimal nisbətini tapmaqla, minimum istehsal xərclərinə nail 

olmağı firmanın əsas vəzifəsi hesab edir. Lakin bu nəzəriyyənin firma-

daxili idarəetməni, firmanın təşkilat quruluşunun xüsusiyyətlərini nə-

zərə almaması və habelə verilən qərarların alternativsiz, seçimsiz ol-

ması onu praktiki vəzifələrin həlli işi üçün o qədərdə yararlı etmirdi. 



nstitutsional  nəzəriyyəyə  görə  firma,  bazar  qeyri-müəyyənliyi 

şə

raitində  fəaliyyət  göstərən  mürəkkəb  ierarxiya  qurluşlu  təşki-



latdır. Bu nəzəriyyəyə görə, resursların nəqdsiz bölgüsünə əsaslanan 

firma  onların  (resursların)  bazar  mexanizmi  prinsiplərinə  görə  pulla 

bölgüsünə alternativ olmaqla bölgü prosesinin idarə edilməsi xərclə-

rinə – transaksiya (sövdələşmə) xərclərinə – qənaət məqsədini güdür; 




Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

 

9



burada  firma  həmdə  özünün  daxili  –  onun  özünü  təşkiletməsi  ilə 

bağlı – xərclərə nəzarət işinidə həyata keçirir. Burada əsas vəzifə fir-

manın bahalı və həmdə natamam məlumatlar mühitində davranışı izah 

edilir;  firmanın  çoxnövlülüyünün  səbəbləri  şərh  olunur  və  onların  in-

kişafına xüsusi diqqət yetirilir, ön plana çəkilir. 

Beləliklə, instisional nəzəriyyəyə görə firma sövdələşmə (transaksi-

ya) xərclərinə qənaət və resurs sahiblərinin təsərrüfat qərarlarının koor-

dinasiyası ilə əlaqədar olan xərclərin nisbətini ortimallaşdıran təşkilatdır. 

Nəzəriyyənin digər ilkin şərti kimi, firma cəlb edilmiş resurs sa-

hibləri  arasında  münasibətlər  məcmusu  olan  mürəkkəb  irearxiyalı 

təşkilatdır. 

Nəhayət, davranma nəzəriyyəsinə görə, firma mütəhərrik ba-

zar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davra-

şı  ilə  mövcud  olan  mühiti  özünə  uyğunlaşdırmağı  bacarmalı-

dır; bu – firmanın sahibkarlıq (təşəbbüskarlıq) konsepsiyasıdır.  Bu-

rada firma habelə müxtəlif səviyyələrdə baş verən sahibkarlıq funksi-

yalarının qarşılıqlı fəaliyyəti sistem kimi səciyyələndirilir. Belə halda 

əsas vəzifə həmin funksiyaların uzlaşdırılmasına nail olmaqdır, çünki 

firmanın  davranışı  müxtəlif  səviyyələrə  məxsus  sahibkarlığın  qarşı-

lıqlı fəaliyyəti ilə qiymətləndirilir. 

Firmanın iqtisadi, sosial və texniki-təşkilatı təbiəti haqqında nəzəriy-

yədən gələn  yuxardakı müxtəliflikliklər tətbiqi iqtisad elmlərindən  yan 

keçməmişdir. Elə bu səbəbdən də konkret iqtisad elmlərinin nümayən-

dələri arasında da firma haqqındakı fikir ayrılığı indi də mövcuddur. 

qtisadi ədəbiyyatda, bir çox hallarda, «firma» termini «müəssisə» 

termini ilə sinonim kimi qəbul edilir – eyniləşdirilir, bəzən qarışdırı-

lır, bəzən də fərqləndirilir. Nəticə etibarilə iqtisadçılar qədim yunan-

ların termin haqqında «mübahisə etməzlər, razılığa gələrlər» tövsiyə-

sini qəbul etmirlər. Başqa sözlə, «müəssisə» və «firma» terminlərinin 

oxşar cəhətləri və fərqləri haqqında iqtisadçılar arasında  yekdil fikir 

indi də yoxdur. 

«Firma»  məhfumunun  məzmununu  açıqlayan  iqtisadçıları  2 

qrupa bölmək olar: 

a)  firma  kommersiya  fəaliyyəti  ilə  məşğul  olan  müəssisədir, 

təşkilatdır; 

b) firmanın tərkibi bir deyil, bir neçə müəssisədən ibarətdir. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə