Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə4/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   2   3   4   5   6   7   8   9   ...   214

Telman Huseynov 

 

10



Xronoloji  ardıcıllığı  gözləməklə  «firma»nın  iqtisadi  məzmununa 

dair  bir  neçə  mənbələrə,  bəzi  iqtisadçıların  fikir  və  mülahizələrinə 

müraciət edək: 

Firma – müvafiq formada hüquqi qeydiyatdan keçmiş müasir bazar 

tipli təsərrüfat vahididir.

1

 «Firma» – hər hansı hüquqi şəxsin – müəssisə, 



şirkət, korporasiya və s.-in kommersiya fəaliyyətini müəyyən etmək 

üçün istifadə olunan termindir.

2

 Firma – ölçüsündən, təşkilati forma-



sından  və  mülküyətinin  xarakterindən  asılı  olmayaraq,  hər  hansı 

istehsal sahibkarlığı özəyinin ümumi adıdır.

3

 

Firma  –  sənaye,  ticarət,  tikinti,  nəqliyyatda  hüquqi  şəxs  kimi 



kommersiya  məqsədi  güdən,  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən 

hər  hansı  təşkilati-təsərrüfat  vahididir.

4

 Firma  –  mənfəət  əldə  etmək 



məqsədilə kommersiya fəaliyyətini həyata keçirən, hüquqi şəxs olan, 

şəxsi  adı  olan  və  qanunvericiliyə  uyğun  olaraq  səlahiyyətli  dövlət 

orqanlarında qeydiyatdan keçmiş müəssisədir, təşkilatdır.

5

 



Firmaya  yuxarıda verilən əksər təriflərdə ümumi və səciyəvi  cə-

hət  onların  (firmaların)  hər  hansı  «kommersiya  təşkilatı»  olmasıdır. 

Firmanı  ticarət,  sənaye  müəssisəsinin  adı  hesab  edən,  kommersiya 

təşkilatının sinonimi kimi istifadə edən müəlliflər də vardır. Lakin bu 

təriflərin  heç  birində  firmanın  tərkibinin  neçə  müəssisədən  ibarət 

olması  şərt  kimi  irəli  sürülmür.  Əsas  şərt  –  firmanın  sahibkarlıq, 

kommersiya təşkilatı olmasıdır, firmaya daxil olan müəssisənin sayı 

isə önəmli, müəyyənedici şərt deyil.  

Firmanın  iqtisadi  mahiyyəti  haqqındakı  fikirlər  yuxarıda  gətirdi-

yimiz iqtibaslarla bitmir. Daha bir neçə iqtisadi ədəbiyyata, mənbəyə 

müraciət edək. 

«Bazar  iqtisadiyyatına  dair  lügət-arayış»  kitabında  «firma»  məf-

humu aşağıdakı kimi izah edilir: Firma – hüquqi şəxs olan və kom-

mersiya məqsədilə fəaliyyət göstərən istehsal, ticarət, nəqliyyat, bank 

və digər sahə və sferalara mənsub müəssisə, şirkət və təşkilatlardır.

6

  



                                           

1

 Неприпцева Е. Фирма в рыночной экономике. РЭЖ, 1993, № 2 с. 178 



2

 Правовой словарь предпринимателя М., 1993, с.46  

3

 Пашкус Ю.В., Мисько О.Н. Введение в бизнес. Л., 1991, с. 9 



4

 Гречикова И.М., Менеджмент М., 1998, с. 45 

5

 Экономика и статистика фирм., М., 2000, с. 6



 

6

 Словарь – справочник по рыночной экономике. М., 1992., с. 30 




Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

 

11



Göründüyü  kimi,  firmalar  yalnız  istehsal  sahəsində  deyil,  digər 

maddi və qeyri-maddi sferalarda da yaradıla və fəaliyyət göstərə bilər-

lər.  Lakin,  oxucuya təqdim olunan bu tədris vəsaitində  yalnız sənaye 

istehsalındakı firmaların iqtisadiyyatından bəhs ediləcəkdir. Buna sə-

bəb əvala, dərsliyin təyinatıdır – onun köməyilə hazırlanacaq iqtisadçı-

nın ixtisas profilidir; ikincisi, ayrı-ayrı sahə və sferalarda fəaliyyət gös-

tərən firmaların tədqiqat obyektləri və predmetlərinin biri-birindən cid-

di şəkildə fərqlənməsidir. 

1980-ci  ildə  –  sabiq  SSR   dönəmində  –  nəşr  olunmuş  « qtisadi 

ensiklopediya»nın 4-cü cildində isə «Firma» məhfumuna xeyli yer ay-

rılmış və göstərilmişdir ki, firma kapitalist istehsalının ilkin təsərrüfat 

həlqəsidir. Burada qəribə görünən başqa bir fikirə də rast gəlinir: firma 

kimi ayrı-ayrı kapitalist sahibkar (yəni 1 kapitalist sahibkar – kursiv – 

T.H.) və habelə 2 və daha çox kapitalist sahibkarlar çıxış edə bilər.

7

  



Gətirilən  iqtibasdan  aydın  olur  ki,  müəssisənin  firma  olması  fir-

madaxili  müəssisənin  sayca  1-dən  çox  olması  ilə  əlaqədar  deyildir. 

Lakin  bu  məsələdə  də  iqtisadçılar  arasındakı  fikir  ayrılığı  bu  gündə 

mövcuddur. 

Bəs firma ilə müəssisə arasında nə kimi oxşarlıq və fərqlər vardır? 

lk öncə göstərmək lazımdır ki, müəssisə – əmək bölgüsünə əsas-

lanan,  kooperasiya  vasitəsilə  təşkil  olunan,  daxili  texnoloji  əlaqələri 

koordinasiya edilən mürəkkəb bir təsərrüfatçılıq subyektidir.  

«Firma»  məhfumunun  mahiyyətini  açıqlayan  bir  sıra  iqtisadçılar 

onun  (firmanın)  müəssisə  olduğunu  göstərməklə  yanaşı,  artıq  qeyd 

edildiyi  kimi,  onun  müəssisədən  fərqli  2  cəhətini  də  göstərirlər:  a) 

firma 2 və daha çox müəssisədən ibarət olur. b) firma istehsalla yana-

şı, həm də kommersiya fəaliyyəti ilə də məşğul olur. Müəssisəyə aid 

qalan nə əlamətlər vardırsa, onların hamısı firma üçün səciyəvidir. 

Bəzi müəlliflər firma ilə müəssisəni müqaisə edəndə – onların fərqli 

cəhətlərini göstərmək istəyəndə – yanlışlığa yol verir, özləri öz fikirləri-

ni inkar edirlər. Məsələn, prof. O.Y.Volkov və B.Q.Sklyarenkonun re-

daktəsi altında nəşr olunmuş  «Firmanın iqtisadiyyatı»  adlı dərslikdə 

göstərilir ki, müasir firmalar, adətən, bir neçə müəssisəni (yəni 2 və 

daha çox; kursiv – T.H.) özündə birləşdirir. Əgər firma bir müəssi-

                                           

7

 Экономическая энциклопедия. М., 1980, с. 305-306



 


Telman Huseynov 

 

12



sədən  ibarətdirsə,  hər  iki  məhfum  mənaca  biri-birinə  uyğun  gəlir, 

başqa  sözlə,  bu  halda  müəssisə  və  firma  eyni  bir  iqtisadi  fəaliyyəti 

əks etdirirlər.

8

 Deməli, müəlliflərə görə, tərkibi 1 müəssisədən ibarət 



olan firma həm də müəssisədir. Daha dəqiq desək müəssisənin firma 

olması  üçün,  artıq  qeyd  edildiyi  kimi,  müəssisənin  sayı  şərt  deyil. 



Bundan əlavə buradan prinsipal bir məsələ aydın olmur. Əgər 1 

əssisə  firma  ola  bilməzsə,  2  (və  daha  çox)  müəssisənin  firma 

olmasına səbəb nədir? Firmanın tərkibində bir müəssisə ilə iki və 

daha çox müəssisənin olması məsələnin kəmiyyət tərəfidir. Müəs-

sisənin  firmaya  çevrilməsinin  keyfiyyət  tərəfləri  necə  izah  olun-

malıdır? Burada müəssisənin fəaliyyətinə daha nələəlavə olun-

duqda o, «müəssisəlikdən» çıxıb firmaya çevrilə bilər? Bir sözlə, 

müəssisənin 2 və daha çox olması, firma da ola bilər, birlik də. Bura-

dan belə bir nəticəyə gəlmək olar ki,  «firma bir müəssisədən ibarət-

dirsə,  hər  iki  məhfum  («müəssisə»,  «firma»)  mənaca  uyğun  gəlir» 



(kursiv – T.H.) tezisi düzgün deyil, qeyri-elmidir, məntiqə söykənmir. 

Bu qəbildən olan daha bir maraqlı misal, M.V. Lomonosov adına 

MDU –nun 2001-ci ildə nəşr etdirdiyi « qtisadi nəzəriyyə kursu» adlı 

dərsliyin 544-cü səhifəsində «… hər bir müəssisə firmadır, lakin hər fir-

ma müəssisə ola bilməz» fikri cəmi 1 səhifə sonra – 545-ci səhifədə – 

göstərilir ki, müəssisənin firmaya transformatsiya edilməsi üçün zəruri 

şərtlər – onun kommersiyalaşdırılması və yenidən strukturlaşdırılması-

dır.  Bu  fikir  əvvəlki  tezisi  tamamilə  inkar  edir.  Çünki,  əgər  «hər  bir 

müəssisə firmadır»sa, öz mahiyyətinə görə çox mürəkkəb olan həmin 

«əməliyyatlara» (kommersiyalaşdırma, yenidən strukturlaşdırma) ehti-

yac varmı? Yaxud, firmanı yenidən firmaya çevirməyin nə mənası? 

Bundan əlavə, firmaya yuxarıda verilən təriflərin mütləq əksəriy-

yətində  mülküyyət  məsələsinə  toxunulmur.  Bu  o  deməkdir  ki,  mül-

küyyətin forması da firma və ya müəssisənin mahiyyəti üçün heç bir 

rol oynamır. Elə bu səbəbdəndir ki, O.Volkov və B.Sklyarenko müəl-

lifləri  olduqları  «Müəssisənin  iqtisadiyyatı»  adlı  özlərinin  kitabında 

və redaktə etdikləri «Firmanın iqtisadiyyatı» dərsliyində firmanın iq-

tisadi məzmunu haqqında deyilənləri olduğu kimi təkrar edir və bəzi 

əlavə  fikirlərdə  söyləyirlər:  onlar  göstərirlər  ki,  bazarda  müəssisə 

                                           

8

 Экономика фирмы М., 2001., с.3 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə