Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə5/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   2   3   4   5   6   7   8   9   ...   214

Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

 

13



deyil, firma təsərrüfat subyekti kimi çıxış edir, qiymət siyasətini hə-

yata keçirir, rəqabət mübarizəsi aparır, mənfəətin bölgüsündə iştirak 

edir, inkişaf tempini və elmi-texniki tərəqqinin istiqamətlərini müəy-

yən edir.

 Buradan aydın olur ki, müəssisə yalnız istehsalla məşğul olursa, 



firma  istehsalla  yanaşı,  öz  məhsullarının  satışı  məqsədilə,  həm  də 

kommersiya fəaliyyəti ilə və bununla bağlı olan digər məsələlərlə də 

məşğul olur. 

Bazar iqtisadiyyatının «klassik» ölkələrində müəssisələr öz məh-

sullarını 2 kanalla realizə edə bilirlər, istehlakçılara çatdırırlar: 

a) dolayısı ilə və b) birbaşa  

Göstərmək  lazımdır  ki,  müəssisələr  öz  məhsullarını  dolayı  yolla 

realizə edərkən məhsulun hərəkətinin aşağıdakı 2 sxemindən istifadə 

edirlər. 

I. «Müəssisə – topdansatış ticarət təşkilatı – pərakəndə satış ticarət 

təşkilatı – istehlakçılar»; 

II. «Müəssisə – pərakəndə satış ticarəti – istehlakçılar». 

1.

Birbaşa  yolla  məhsulun  realizə  olunmasında  –  öz-özlüyündə 



aydındır  ki  –  nə  topdan  satış  və  nə  də  pərakəndə  satış  təşkilatları 

iştirak  etmirlər;  burada  məhsulun  müəssisədən  istehlakçıya  hərəkəti 

sadələşir  –  bir  qütbdə  müəssisənin  özü  və  digərində  isə  bilavasitə 

onun məhsulunun istehlakçısı dayanır. 

Buna misal olaraq Almaniyanın kosmetika məhsulları istehsal edən 

məhşur  «Avon»  firmasını  (Myunxen  şəhəri)  göstərmək  olar.  Həmin 

firma məhsullarını bazara özü çıxarmaqla yanaşı, hətta, öz əmtəələrini 

istehlakçıların ev ünvanlarına da öz agentləri vasitəsilə çatdırır. 

qtisadi  baxımdan  məhsul  satışının  bir  başa  forması  sərfəlidir, 

çünki istehsalçı müəssisənin məhsulunun qiymətinə birinci sxemdə 2 

ticarət təşkilatının (topdansatış və pərakəndə satış) ikinci sxemdə isə 

topdansatış  ticarətinin  «ticarət  əlavələri»  əlavə  olunmurlar.  Lakin 

bununla  yanaşı  məhsul  istehsal  edən  müəssisə  hər  iki  ticarət  təşki-

latlarının  xidmətlərindən  istifadə  etmir,  əhəmiyyət  kəsb  edən  cəhəti 

isə budur ki, onun (müəssisənin) öz əsas işindən «yayınmasının» qar-

şısı alınır. Yeri gəlmişkən,bazar iqtisadiyyatı şəraitində işləyən ölkə-

                                           

9

 Волков О.Й., Склйаренко Б.К. Экономика предприятия. М., ИНФРА, 2002, с. 




Telman Huseynov 

 

14



lərin  sənaye  müəssisələri  yuxarıda  göstərilən  satış  kanallarının  – 

konkret  səlait  nəzərə  alınmaqla  –  hər  3-ündən  eyni  vaxtda,  paralel 

olaraq istifadə edə bilirlər. 

Burada  bir  sual  yaranır:  öz  məhsulunu  dolayı  yolla  realizə  edən 

müəssisə ilə bir başa realizə edən müəssisə arasında iqtisadi, təşkilati 

və sosial baxımdan fərq  yoxdurmu? Fərq  orasındadır  ki,  öz  məh-



sulunu son istehlakçıya özü satan müəssisə həm müəssisədir, hə

də firma. Çünki o eyni zamanda həm istehsal və həmdə komersi-

ya  fəaliyyəti  ilə  məşğul  olur.  Ticarət  təşkilatlarından istifadə  et-

məklə məhsullarını istehlakçılara çatdıran müəssisələr isə yalnız 

əssisədir.  Deməli,  bütün  istehsal  firmaları  həm  də  müəssisə-

lərdir, lakin bütün müəssisələr firma olmaya da bilərlər. 

Bütün  yuxarıda qeyd olunanlardan belə nəticəyə  gəlmək olar ki, 

istehsal-texniki və şəxsi istehlak təyinatlı məhsullar istehsal edən fir-

ma ilə müəssisə arasındakı fərq birincinin öz məhsullarını istehlakçı-

lara özü tərəfindən, ikincinin isə vaçitəçilərlə (ticarət təşkilatları ilə) 

çatdırmağındadır. 

stehsal-texniki və şəxsi istehlak-təyinatlı məhsullar istehsal edən 

firma  və  müəssisələrin  oxşar  cəhətləri  hər  ikisinin  maddi  istehsalla 

məşğul olmalarıdır. Başqa sözlə, firma ilə müəssisənin fərqi istehsal-

da deyil, istehsaldan kənarda axtarılmalıdır. Təkrar olsada: müəssisə 

yalnız 1 fəaliyyət növülə – istehsalla –məşğul olduğu halda, firma 2 

fəaliyyət növülə – istehsal və kommersiya ilə məşğul olur. 

Beləliklə,  firma  sahibkar  və  ya  sahibkarlar  tərəfindən  yaradılmış 

məhsul  istehsal  edən,  iş  görən  və  xidmət  göstərən  və  məqsədi  onları 

satmaqla mənfəət əldə etmək olan müstəqil təsərrüfatçılıq subyektidir. 

Firmanın həm istehsal və həm də kommersiya ilə məşğul olması, 

daha  doğrusu  özünün  istehsalı  olan  məhsulunu  özü  satması  onun 

fəaliyyətinin səmərəliliyini – müəssisə ilə müqaisə də – daha da yük-

səldir.  stehlakçı ilə bir başa təmas quran firma istehsal etdiyi məhsul 

üçün  yarana  bilən  iradları  dolayısı  ilə  deyil  (vasitəçilər  vasitəsi  ilə 

deyil)  bir  başa  istehlakçıdan  öyrənir  və  onları  nəzərə  alır.  Bu  halda 

mübahisələrin həllində yalnız 2 tərəf – istehsalçı və istehlakçı – işti-

rak  edir  və  problemin  həlli  sürətlənir.  Çünki  hər  hansı  mübahisənin 

həllində  tərəflərin  çoxluğu  problemin  çözülməsi  işini  çətinləşdirir. 

Sırf  nəzəri  baxımdan  isə  istehsalçının  öz  məhsulunu  bazara  özünün 



Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

 

15



çıxarması təklif tərəflə tələb tərəfi birbaşa «üzləşdirir». Bu halda ba-

zarı idarə edən təklif və tələb qanunlarının prinsiplərini – tələblə tək-

lifinin tarazlığını – daha asan nəzərə almaq olur. 

Bütün  yuxarıda  qeyd  edilənləri  nəzərə  almaqla  müəssisə  və  fir-

maya necə tərif vermək olar? 

Müəssisə,  iqtisadiyyatın  əsası  olmaqla  mənfəət  əldə  etmək  məq-

sədilə məhsul istehsal edən, iş görən və xidmətlər göstərən, texniki-

texnoloji,  təşkilati  və  iqtisadi  vəhdətə  malik  olan,  hüquqi  şəxs  sta-

tuslu istehsal vahididir. 

stehsal  firması  –  məqsədi  mənfəət  əldə  etmək,  bir  və  ya  bir 

neçə  müəssisədən  ibarət  olan,  məhsul  istehsal  edən,  sənaye  xa-

rakterli iş görən və xidmətlər göstərən,  məhsulunun satışını özü 

həyata  keçirən,  innovasiya  fəaliyyətini  və  qiymət  siyasətini,  ba-

zarda  rəqabət  mübarizəsini  özü  aparan,  mənfəətin  bölgüsündə 

iştirak  edən  hüquqi  şəxs  statuslu  bazar  iqtisadiyyatının  ilkin 

təsərrüfat subyektidir. 

2. «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmeti 

nsan  fəaliyyətinin  sferalarından  biri  kimi,  elmin  funksiyası  həqi-

qətlər haqqında obyektiv nəzəri biliklərin işlənməsi və onların sistem-

ləşdirilməsindən ibarətdir. XX əsrin ortalarından elm məhsuldar qüv-

vələrin  ünsürlərindən  birinə  çevrilmişdir.  «Dördüncü»  ünsür  statusu 

alan  elm  «muxtariyyət»də  olmayıb,  məhsuldar  qüvvələrin  «klassik» 

ünsürlərinin – əmək vasitəsi, əmək predmeti və iş qüvvəsinin substan-

siyasına daxil olmuş və onlara yeni keyfiyyət, inqilabi vüsət vermişdir. 

Elm  –  həqiqətlərin,  hadisə  və  proseslərin  praktiki  cəhətdən  dərk 

edilmə üsullarının ayrılmaz tərkib hissəsi olmaqla o, həm də biliklər 

istehsalçısı kimi insan fəaliyyətinin spesifik formalarındandır.  

Əgər maddi istehsalın həm miqyasca (kəmiyyətcə) genişləndiril-

məsində  və  həm  də  səmərəliliyinin  (keyfiyyətcə)  yüksəldilməsində 

biliklər bir vasitə kimi istifadə edilirsə, bunlara nail olmaq üçün mütə-

rəqqi texnoloji proseslərin, maşın və avadanlıqların layihələndirilmə-

si,  istehsalın  mükəmməl  təşkili  sxeminin  nəzəri  cəhətdən  əsaslandı-

rılması isə elmin bilavasitə məqsədidir. 

Elm bütövlükdəşərti olaraq, 3 böyük qrupa – təbiət, ictimai 

və  texniki  –  bölünür.  ctimai  elmin  mühüm  sahələrindən  biri  də, 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə