Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə7/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   2   3   4   5   6   7   8   9   10   ...   214

Telman Huseynov 

 

18



Bundan sonra, təmsilçi müəssisənin (firmanın) iqtisadi göstərici-

ləri qalan bütün təsərrüfat subyektlərinə də şamil edilir və ölkə iqtisa-

diyyatının  ümumi  göstəricilərindəki  (məhsul  istehsalı,  qiymətin  sə-

viyyəsi və s.) dəyişiliklər aşkar olunur, mühüm istehsal amilləri ara-

sındakı qarşılıqlı təsir və asılılıq müəyyənləşdirilir. Bu, makroiqtisa-

diyyatın əsas tədqiqat metodudur. Dövlət isə təhlildən alınmış nəticə-

lər əsasında iqtisadiyyatın tənzimlənməsi məqsədilə tədbirlər işləyib 

hazırlayır, özünün iqtisadi siyasətində təshihlər aparır. 

Makroiqtisadiyyat elmi ölkə miqyasında baş verən iqtisadi meyl-

ləri tədqiq edərkən müəssisə, firma və regionların çoxsaylı məlumat-

larına əsaslanaraq ümumi göstəricilərin hesablanmasına nail ola bilir. 

Bu qəbildən olan göstəricilərdən biri milli gəlir və onun hesablanma-

sıdır.  Makroiqtisadi  tədqiqatlarda  ölkə  iqtisadiyyatında  «milli  gəlir» 

göstəricisinin  köməyi  ilə  məhsulun  ümumi  buraxılışı,  gəlir,  yığım, 

investisiyanın həcmi və s. haqqında mötəbər məlumatlar əldə etmək 

mümkün  olur.  Milli  gəlirin  hesablanması  «texnologiya»sını  düzgün 

dərk etmək isə metodoloji aspektdə «Makroiqtisadiyyat» elminin tə-

məl prinsiplərindən biridir. 



Mikroiqtisadiyyat elmi isə iqtisadiyyatın istehsal sahələri, müx-

təlif müəssisə və ya istehsal firmaları, əmtəə və maliyyə bazarları, 

bankları, ev təsərrüfatı kimi iqtisadi strukturları və onların ünsür-

lərinin fəaliyyətini tədqiq edir. Lakin Mikroiqtisadiyyat üçün, bunlar-

dan heç birinin əhəmiyyətini azaltmadan, ölkə iqtisadiyyatının inkişa-

fında  istehsal  firmalarının  və  ev  təsərrüfatının  əhəmiyyəti  çox  önəm-

lidir, bu, şəksiz belədir. Çünki istehsal firmalarının və ev təsərrüfatının 

iqtisadi  inkişafı  makroiqtisadiyyatın  bütün  göstəricilərinə  –  tələb  və 

təklif,  milli  gəlir,  məşğulluq,  qiymət,  inflyasiya,  xarici  ticarət  və  s.  – 

müsbət planda təsir göstərir və onların dinamikasında baş verən dəyi-

şikliklərdə həlledici rol oynayırlar. Beləliklə, müəyyən şərtilik daxilin-

də mikroiqtisadiyyatın tərkibini qarşılıqlı əlaqə və asılılıqda olan 2 mü-

hüm sektora bölmək olar: istehsal firması (müəssisə) və ev təsərrüfatı.  

Ev  təsərrüfatı  insanların  fəaliyyət  göstərdikləri  3  iqtisadi  sub-

yektdən – dövlət, firma (müəssisə), ev təsrrüfatı - biridir. 

Ev  təsərrüfatı  –  iqtisadi  fəaliyyətin  əsas  sferalarından  biri  olub, 

iqtisadiyyatı istehsal resursları ilə, xüsusilə, iş qüvvəsi ilə təmin edən 

və  bunun  müqabilində  əldə  olunan  pul  vəsaiti  ilə  əmtəə  və  istehsal 



Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

 

19



xarakterli  xidmətləri  satın  almaqla  insanların  maddi  təlabatlarının 

ödənilməsinə sərf edən iqtisadi subyektdir. 

Miqyasının  məhdudluğu  baxımından,  daha  doğrusu,  sözün  dar 

mənasında  «ev  təsərrüfatı»  özünə  məhsul  istehsal  edən  və  müxtəlif 

sayda insanlardan ibarət olan ailənin təsərrüfatı deməkdir. Bu bir ne-

çə nəsli birləşdirən və birgə yaşayan, müəyyən iqtisadi resurslara ma-

lik olan və habelə müəyyən mülkiyyət sahibi olub təsərrüfatla məşğul 

olan bir nəfərdən də ibarət ola bilər. 

Miqyasının  genişliyi  mənasında  ev  təsərrüfatı  milli  iqtisadiyyatın 

tərkib hissəsi və eyni zamanda onun fəaliyyətinin aparıcı qüvvələrindən 

biri olub məhsul istehsal etmək, xidmətlər göstərmək üçün ictimai isteh-

salın (ölkə iqtisadiyyatının) iş qüvvəsi  və digər  resurslarla təminatçısı-

dır. Digər resurslar dedikdə, məsələn, buraya hər bir şəxsən dövlət büd-

cəsinə  özünün  gəliri  müqabilində  ödədiyi  vergi,  aldığı  əmək  haqqının 

müxtəlif əmtəələrin alınmasına xərcləməklə dövlətin maliyyə resursları-

nın  formalaşmasını  və  s.  göstərmək  olar.  Dövlət  isə  öz  tərəfindən  ev 

təsərrüfatının – üzvlərini tələbəni təqaüdlə təmin edir, şagirdin təmənna-

sız təhsil almasına qərar verir, yaşlılara pensiyaların verilməsinə zamin 

durur  –  bu  kimi  qayğıları  öz  üzərinə  götürür.  Belə  qarşılıqlı  əlaqələr, 

nəticə etibarilə, milli iqtisadiyyatın əsasını təşkil edən subyektlərdən biri 

kimi ev təsərrüfatının heyyətinin rifahının yaxşılaşdırılması üçün şərait 

yaratmaqda dövlətin rolu təkzib olunmazdır və həlledicidir.  

stehsal firmaları (müəssisələr) ilə ev təsərrüfatının qarşılıqlı əlaqələ-

rinə gəldikdə isə, göstərmək lazımdır ki, ev təsərrüfatı, mülkiyyətçisi ol-

duğu kapital, torpaq və təkrar istehsalı ilə məşğul olduğu iş qüvvəsi kimi 

resursları  firmalara  satmaqla  əvəzində  onlardan  müxtəlif  əmtəələr  və 

xidmətlər  alırlar.  Firmalar  isə  özünün  satdığı  əmtəə  və  xidmətlər  mü-

qabilində əldə etdiyi pulu ev təsərrüfatlarından istehsal resursları almağa 

sərf edirlər. Beləliklə «nə istehlak olunmalı» və «nə istehsal edilməlidir» 

məsələlərini məhz ev təsərrüfatı həll edir. Ev təsərrüfatının təklif etdiyi 

resursların həcmi firmaların istehsal proqramını, investisiya fəaliyyətini 

müəyyən edir, onları əsaslandırmaq üçün həlledici şərt olur. Əgər firma 

nə istehsal edəcəyini özü nizama salırsa, ev təsərrüfatı isə nələri istehlak 

edəcəklərini  əvvəlcədən  planlaşdırırlar.  Bir  sözlə,  ev  təsərrüfatı  ilə  fir-

malar birlikdə istehsal resursları ilə yaradılan məhsulların hərəkətini tə-

min edir, uzlaşdırır və bu proseslər fasiləsiz olaraq təkrarlanır. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə