Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə8/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   4   5   6   7   8   9   10   11   ...   214

Telman Huseynov 

 

20



Onu da qeyd etmək vacibdir ki, mikroiqtisadiyyatla makroiqtisa-

diyyat arasında qarşılıqlı təsir və asılılıq vardır. Beləki, makroiqtisadi 

sabitlik mikroiqtisadiyyatın inkişafı üçün həlledici şərtlərdən biridir. 

Mikroiqtisadiyyatın inkişafı isə, artıq qeyd edildiyi kimi, makro-

iqtisadiyyatın  işsizlik  (məşgulluq),  infilyasiya,  beynəlxalq  ticarət, 

iqtisadi artım kimi problemlərinə müsbət planda təsir göstərir. 

Makroiqtisadi tədqiqat və təhlil işi ya bütünlükdə milli iqtisadiy-

yat  üzrə,  ya  da  onun  sahələrinin  –  sənaye,  kənd  təsərrüfatı,  tikinti, 

nəqliyyat, rabitə və s.-nin həm ayrılıqda və həm də onların qarşılıqlı 

təsir və əlaqələri vəziyyətində aparılır. 

Göstərmək lazımdır ki, makro – və mikroiqtisadiyyat arasında də-

qiq müəyyən edilmiş sərhəd yoxdur. Onlardan hər birində baş verən 

bir  sıra  iqtisadi  hadisə  və  proseslər  miqyas  və  kəmiyyətcə  müxtəlif 

olsalar da, məzmun və keyfiyyətinə görə fərqlənmirlər. Elə buna gö-

rədir ki, bəzi iqtisadi kateqoriya və göstəricilərdən hər iki səviyyənin 

iqtisadi təhlili və qiymətləndirilməsində istifadə olunur.  

Əvvəllər qeyd olunduğu kimi, iqtisadiyyatın digər tərkib hissələri 

«Mezo» - və «Meqoiqtisadiyyat»dır. 



Mezoiqtisadiyyat  –  biri-birilə  təsərrüfat  əlaqələri  üzrə  bağlı 

olan  sahə  komplekslərinin  iqtisadiyyatıdır,  makroiqtisadiyyatın 

yarımsistemləridir. 

Mezoiqtisadiyyata misal olaraq, nüvəsində kənd təsərrüfatı, «solun-

da»  onu  (kənd  təsərrüfatını)  istehsal  vasitələrilə  (traktor,  kombayn, 

gübrə və s.) təchiz edən, «sağında» isə onun (kənd təsərrüfatının) məh-

sullarını emal edən yüngül və yeyinti sənaye müəssisələrindən ibarət 

olan aqrar-sənaye kompleksini göstərmək olar. 

Yanacaq-energetika,  metallurgiya,  maşınqayırma  və  hərbi  kom-

plekslər  də  mezoiqtisadiyyatın  subyektləridirlər  (sonuncu  az  sayda 

ölkələrə aiddir). 

Meqoiqtisadiyyata gəlincə bu, bütünlükdə dünya iqtisadiyyatı, 

başqa sözlə, beynəlxalq iqtisadiyyat deməkdir. Dünya ölkələrinin 

iqtisadi  inteqrasiyası  genişləndikcə,  azad  iqtisadi  zonalar  sayca  ço-

xaldıqca  və  xüsusilə  qloballaşma  dərinləşdikcə  meqoiqtisadiyyatın 

tədqiqat obyekti də əhatə baxımından miqyasca artacaqdır. Elə buna 

görə də, meqoiqtisadiyyatın « qtisadi nəzəriyyə» elmindəki mövqeyi 

dəyişəcək, «xüsusi çəkisi» çoxalacaqdır. 




Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

 

21



qtisad elmi müəssisə və iqtisadiyyatın sahələri (sənaye, kənd tə-

sərrüfatı, tikinti, nəqliyyat və s.) və onlardan hər birinin inkişaf qanu-

nauyğunluqlarını  mövcud  istehsal  münasibətləri  sistemində  tədqiq 

edir  və  öyrənir.  Lakin  bununla  bərabər,  istər  ayrı-ayrı  maddi  istehsal 

sahələrinin və istərsə də onların müəssisələrinin iqtisadi inkişaf qanu-

nauyğunluqları  bir-birindən  fərqlənirlər.  Fərqləri  doğuran  səbəb  isə 

həmin sahələrin müəssisələri tərəfindən tətbiq olunan texnoloji isteh-

sal üsullarındakı prinsipial bənzərsizlikdir. 

Ayrı-ayrı sənaye sahələrinə mənsub olan firmaların istifadə etdik-

ləri  texnologiyalardakı  müxtəliflik  burada  işləyən  istehsal  heyətinin 

peşə tərkibindəki fərqlərə səbəb olur – iki müxtəlif sahənin və, uyğun 

olaraq,  onların  firmalarında  çalışan  fəhlələrin  peşə-ixtisas  tərkibləri 

eyni  olmur.  Buraya  habelə  müxtəlif  sahə  müəssisələrinin  istehlak  et-

dikləri xammalın və materialların texniki xarakteristikalarındakı fərq-

ləri də (fiziki, kimyəvi və s.) əlavə etsək, onda hər bir sahəyə mənsub 

olan  firmanın  başqa  bir  sahə  firmasının  iqtisadi  məsələlərindəki  – 

həm prinsipial və həm də prinsipial olmayan – fərqlərin mövcudluğu 

heç bir şübhə doğura bilməz. Başqa sözlə, bu o deməkdir ki,  firma 



və onun mənsub olduğu sahənin iqtisadiyyatı məsələlərinin ümu-

mi oxşarlığı ilə yanaşı, onlar arasında çox fərqli cəhətlər də möv-

cuddur.  Sahə  və  istehsal  firmasının  iqtisadiyyatı  bəzi  hallarda  key-

fiyyətcə  eyni  kateqoriya,  anlayış  və  göstəricilərlə  səciyyələndirilirsə 

də,  onların  (sahə  və  firmanın)  miqyaslarındakı  fərq  bunların  kəmiy-

yətcə müxtəlif məzmun daşımalarına səbəb olur. Bütün bunları doğu-

ran əsas səbəb isə istehsal prosesinin və, deməli, məhsul istehsalının 

sahədə deyil, bilavasitə müəssisələrdə həyata keçirilməsidir. Firma və 

sahə  iqtisadiyyatının  tədqiqat  obyektlərini  və  predmetlərini  də  fərq-

ləndirən  də  elə  budur.  «Firmanın  iqtisadiyyatı»  elmi  müstəqil  və 



habelə konkret elm sahəsi olsa da bütövlükdə sənaye, onun mü-

vafiq sahələri və habelə, ümumiyyətlə, iqtisad elmi ilə sıx bağlılığı 

və qarşılıqlı əlaqələri mövcuddur. 

Firmalar iqtisadiyyatın ilkin həlqələri olmaqla, həm də onlar, iqti-

sadiyyatın təməlində dayanan, inkişaf və səmərəliliyinin yüksəlməsin-

də  müstəsna  rolu  olan  təsərrüfat  subyektləridir.  Məhz  buna  görə  də, 

«Firmanın iqtisadiyyatı» elminin müddəalarının öyrənilməsinin iqtisa-

diyyat sahələrinin bütün ixtisasdan olan iqtisadçıları üçün çox önəmli 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə