Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə9/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   5   6   7   8   9   10   11   12   ...   214

Telman Huseynov 

 

22



əhəmiyyəti  vardır.  Firmanın  iqtisadiyyatı  məsələlərini  dərindən  və 

hərtərəfli mənimsəməyən – iqtisadiyyat sahələrindən hansında işlə-

məsindən  asılı  olmayaraq  –  maliyyəçi,  marketoloq,  menecer,  mü-

hasib, statistik və s. öz ixtisaslarını lazımınca dərk edə bilməzlər. 

qtisadiyyat, artıq qeyd edildiyi kimi, insanların maddi tələbatları-

nın ödənilməsinə xidmət edən, insanların böyük əksəriyyətinin birba-

şa və ya dolayı fəaliyyət sferasıdır və bütün iqtisad elmlərinin tədqi-

qat obyektidir.  

Hər bir firma öz fəaliyyətini bazar münasibətləri əsasında qurmaqla 

iqtisadiyyatını daha da inkişaf etdirmək və mənfəət əldə etmək məqsədi-

lə daim axtarışda olmalıdır: xərcləri ilə fəaliyyətinin nəticələrini optimal 

nisbətdə  uzlaşdırmalı,  investisiyanın  yeni  formalarını  tapmalı,  məhsul-

ların istehlakçılara çatdırılmasının səmərəli yollarını müəyyənləşdirməli, 

düzgün maliyyə, sərfəli qiymət siyasəti işləyib hazırlamalıdır və s.  

Yuxarıda sadalananlara nail olmağın ilkin şərti isə firmanın öz da-

xili resurslarını səfərbər edə bilmək qabiliyyətindən birbaşa asılı olur. 

Firmanın  daxili  resurslarını,  məzmunu  və  təyinatı  baxımından 

aşağıdakı kimi qruplaşdırmaq olur:  

1.  stehsalın resurs təminatını müəyyən edən amillər. Bunlara 

istehsal amilləri – istehsal əsas fondları (binalar, qurğular, iş maşınla-

rı  və  avadanlıqları,  alətlər  və  s.),  dövriyyə  fondları  (xammal,  mate-

rial, yanacaq və s.), iş qüvvəsi, torpaq və s. aid edilir. Bunlarsız bu və 

ya digər əmtəənin istehsalını, istehsal prosesinin baş tutmasını təsəv-

vür etmək, ümumiyyətlə, qeyri-mümkündür. 



2. Firmanın iqtisadi və texniki səviyyəsini müəyyən edən amil-

lər. Bunlara elmi-texniki tərəqqi, istehsalın və əməyin təşkili, istehsal 

heyətinin ixtisas səviyyəsi, innovasiya fəaliyyəti, investisiya siyasəti 

və s. aid olunur. 

3. Firmanın istehsal-kommersiya fəaliyyətinin səmərəli reallaş-

dırılması amilləri. Bu amillərə səriştəli marketinq konsepsiyası, maddi-

texniki təminat, idarəetmə və s. amillər aid edilir. 

Firmanın yuxarıda sadalanan daxili resurslarının, istehsalın iqti-

sadiyyatına  təsirləri  müxtəlif  olsalar  da  onlarsız  keçinmək  qeyri-

mümkündür.  

Yuxarıda göstərilən amillərin hər birinin ayrı-ayrılıqda iqtisadiy-

yatı  (onlardan  qənaətlə  istifadə),  nəticə  etibari  ilə,  firmanın  iqtisa-



Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

 

23



diyyatını  formalaşdırır,  onun  inkişaf  səviyyəsini  və  səmərəliliyini 

müəyyən edir. 

Bazar  münasibətləri  şəraitində  iqtisadi  fəaliyyətin  əsas  mərkəzi 

iqtisadiyyatın  mühüm  həlqəsi  olan  firmalara  keçir.  Çünki  firma  – 



mülkiyyət  formasından  asılı  olmayaraq  –  ictimai  tələbatın  ödə-

nilməsi  və  mənfəət  alınması  məqsədi  ilə  məhsul  istehsal  edən  və 

satan,  xidmətlər  göstərən  hüquqi  şəxs  kimi  müstəqil  təsərrüfat 

subyektidir.  Məhz  firmalarda,  artıq  qeyd  olunduğu  kimi,  cəmiyyət 

üçün zəruri olan məhsullar istehsal edilir, xidmətlər göstərilir. 

Qeyd etmək lazımdır ki, firma və müəssisələr ölkə iqtisadiyyatının 

istehsal və təşkilati strukturunu əmələ gətirir və məhz burada əsas iqtisa-

di proseslər baş verir, istehsalın texnologiyası və keyfiyyəti problemləri 

kəsişir, iqtisadi və sosial münasibətlər formalaşır, ictimai və xüsusi mə-

nafelər mövcud olur.  stehsal firmaları müəyyən maddi nemətlər isteh-

salı məqsədilə müvafiq formada təşkil olunan və istiqamətləndirilən is-

tehsal resurslarının – maddi və əmək resurslarının – mürəkkəb birliyini, 

qarşılıqlı əlaqə və asılılığını və habelə kəmiyyət asılılığını əks etdirirlər. 



«Firmanın  iqtisadiyyatı»  kursunun  tədqiqat  obyekti,  əlbəttə 

firmalardır, daha doğrusu, onların təsərrüfat fəaliyyətidir. Başqa 

sözlə, kursun tədqiqat obyekti bazar iqtisadiyyatının ilkin həlqəsi 

və  müstəqil  təsərrüfatçılıq  subyekti  olan,  öz  istehsal  fəaliyyətini 

kommersiya  əsasında  quran,  maddi  istehsalın  sənaye  sahələrin-

dəki firmalar, müəssisələrdir. 

Mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisa-

di  qanunların  firmanın  təsərrüfat  –  kommersiya  fəaliyyətindəki 

təzahür  formaları,  mövcud  olan  ümumi  qanunauyğunluqlar,  is-

tehsal və qeyri-istehsal amilləri, məhsul istehsalı və xidmətlər gös-

tərilməsinin  iqtisadiyyatı  və  idarə  edilməsi  məsələləri  «Firmanın 

iqtisadiyyatı» kursunun predmetidir. «Firmanın iqtisadiyyatı» təd-

ris kursunun predmeti – daha geniş mənada – bazarın rəqabət mühi-

tində firmanın təşkilati-hüquqi və təşkilati-iqtisadi növlərinin forma-

laşması  problemlərini,  məhsulun  və  xidmətlərin  həcmcə  artırılması, 

istehsal xərclərinin azaldılması, rentabelliyin yüksəldilməsi, perspek-

tiv üçün strateji inkişaf məqsədi ilə səmərəli təsərrüfatçılıq metodla-

rının aşkar olunması və istifadə edilməsi haqqındakı biliklərin öyrə-

nilməsi və öyrədilməsidir. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə