Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə196/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   192   193   194   195   196   197   198   199   ...   214

Telman Huseynov 

 

526



sulları  –  özünə  nisbətən  –  digər  ölkədə  ucuz  başa  gələn  məhsullarla 

mübadilə edə bilsin. Lakin, onu da qeyd etmək lazımdır ki, bu, həmin 

ölkənin iqtisadi imkanlarının tamamilə istifadə edildiyi şəraitdə müm-

kündür.  Yəni  əgər  ölkədə  işsizliyin  səviyyəsi  yüksəkdirsə,  təsərrüfat 

dövriyyəsinə cəlb olunmamış resurslar mövcuddursa, onda, bir sıra is-

tehsallar nisbətən səmərəsiz olsa da, bunların inkişaf etdirilməsi iqtisa-

di və sosial-siyasi baxımdan məqsədəuyğundur.  

Xarici iqtisadi fəaliyyət iki və daha çox ölkə arasında aparılan 

istənilən təsərrüfat əlaqələridir. Firmanın xarici iqtisadi əlaqələri isə, 

onun (firmanın) xarici ölkələrlə ticarət-iqtisadi, istehsal və elmi-texniki 

əməkdaşlığının, valyuta-maliyyə və kredit münasibətlərinin formalaş-

masına  istiqamətlənmiş  fəaliyyətini  nəzərdə  tutur.  Firmalar  özlərinin 

xarici  iqtisadi  məqsədlərinə  nail  olmaq  üçün  bəzən  ölkə  daxilində 

istifadə etdikləri təsərrüfatçılıq formalarından fərqlənən xarici iqtisadi 

əməliyyatların  aparılması  formalarını  seçməli  olurlar.  Bu  formaların 

seçilməsinə yalnız qarşıya qoyulmuş məqsədlər deyil, həm də firmanın 

fəaliyyət göstərəcəyi xarici mühit də xeyli dərəcədə təsir göstərir. 

Firmanın  xarici  iqtisadi  fəaliyyətdə  əsas  kimi  qəbul  etdiyi 

məqsədləri üç qrupa bölmək olar: satışın artırılması, resursların 

ə

ldə olunması, təchizat və satış mənbələrinin diversifikasiyası. 

Satış bazarı firmanın məhsul və xidmətlərinə maraqlı olan alıcıla-

rın sayı və onların alıcılıq qabiliyyəti ilə məhdudlaşır və ya müəyyən 

olunur. Lakin bu məsələyə ayrıca bir ölkə çərçivəsində deyil, beynəl-

xalq miqyasda baxılmalıdır. Belə olan halda məhsulların satılmasın-

da  maraqlı  insanların  sayı  və  onların  alıcılıq  qabiliyyətlərinin  məc-

musu da artar. Nəticə etibarilə bu o deməkdir ki, firma məhsulun da-

ha  böyük  həcmli  satışını  və  daha  yüksək  mənfəət  səviyyəsini  özü 

üçün təmin edə bilər. 

Müəssisə  və  firmalar,  bəzən,  öz  ölkələrinin  daxili  bazarındakı 

tələbdən yüksək istehsal gücünə malik olurlar. Bu, həm ölkənin öz 

tələbatlarından artıq olan kəşf edilmiş təbii ehtiyatların həcmi ilə, 

həm də müəyyən məhsul üzrə konkret istehsal güclərinin miqyası 

ilə  əlaqədar  ola  bilər.  Xüsusən,  kiçik  dövlətlər  böyük  dövlətlərə 

nisbətən  xarici  ticarətə  daha  çox  meyilli  olurlar.  Bunun  səbəblə-

rindən  biri  firmanın  optimal  ölçüsü  ilə  bağlıdır.  Belə  ki,  bir  sıra 

məhsullar üzrə firma o zaman rentabelli olur ki, o, böyük həcmdə 




Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

527



məhsul istehsal etsin, lakin kiçik ölkədə bu istehsalın həcminin da-

xili  tələb məhdud  olduğundan,  onların  inkişaf  imkanları xarici ti-

carətlə bilavasitə əlaqədar olur. 

Təcrübə  göstərir  ki,  firmada  istehsalın  həcmini  müəyyən  həddə 

qədər hər dəfə artırdıqca istehsal vərdişlərinin toplanması və məhsul 

vahidinə düşən şərti sabit xərclərin azalması hesabına onun vahidinə 

düşən  xərclər  20-30  faiz  azalır.  Kiçik  ölkələrdə  bunu,  əsasən,  öz 

məhsullarını xarici bazarlara çıxmaqla satışın həcmini artırmaq yolu 

ilə təmin etmək mümkündür.  

Firma  və  ya  müəssisə  xarici  ölkəyə  məhsul  ixrac  etməklə  öz 

mənfəətini artıra bilər. Lakin bu, həmin ölkədə rəqabət mühitinin 

səviyyəsi ilə bilavasitə bağlı olur. Belə ki, istehsal olunan məhsul öz 

ölkəsi üçün  texniki və iqtisadi baxımdan  məqbul  məhsul olsa da, 

digər ölkə üçün yeni ola bilər.  stehsalçı müəssisə öz məhsulunun sa-

tış  coğrafiyasını  genişləndirmək  və  habelə  məhsulun  həyat  tsiklinin 

müxtəlif  mərhələlərinə  uyğun  ölkələr  üzrə  reallaşdırmaq  işini  həyata 

keçirilməklə öz mənfəətini artıra bilir. 

Beləliklə, firmanın və ya müəssisənin xarici iqtisadi fəaliyyətinin 

əsas motivi məhsul satışının miqyasını genişləndirməsidir. 

stehsalçı  müəssisələr  və  distribyutorlar  (bölüşdürücülər)  kifayət 

qədər tez-tez zəruri məmulat və xidmətləri, yarımfabrikat və dəstləş-

dirici  məmulatları  və  habelə  son  məhsulları  xarici  ölkələrdən  əldə 

edirlər. Bu addım firmaya, bəzi hallarda xərcləri aşağı salmağa, bəzi 

hallarda isə öz ölkəsində istehsal olunmayan məhsulları xarici ölkə-

lərdən əldə etməyə imkan yaradır.  

Adətən  firma  və  müəssisələr  özlərinin  satış  və  mənfəətlərinin 

səviyyəsində böyük kənarlaşmaların yaranmasına imkan verməməyə 

çalışır və bu məqsədlə satış və tədarük üçün münasib xarici bazarlar 

axtarırlar, onların müxtəlif ölkələrdəki iqtisadi inkişaf tsikllərinin uy-

ğun gəlməməsindən istifadə etməyə cəhd göstərirlər. Başqa sözlə, bir 

ölkədə iqtisadi fəallığın aşağı düşməsi nəticəsində satışın həcmi aza-

lırsa, iqtisadi yüksəliş mərhələsində olan digər ölkədə isə satışın həc-

mi artır. Nəticədə müəssisə və  ya firma, eyni məhsulun bir neçə öl-

kədə satış bazarına malik olmaqla, hansısa bir ölkədə qiymətin dəyiş-

məsindən  və  ya  tələbin  azalmasından  yaranan  itkiləri  ixtisara  sala 

bilir. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə