Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə72/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   68   69   70   71   72   73   74   75   ...   214

Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 

195



tərkib  hissəsindən  biri  ayrı-ayrı  sexlərin  istehsal  gücləri  arasındakı 

proporsionallığın təmin edilməsidir. Bu, bir sex tərəfindən ahəngdar 

şəkildə  məhsul  istehsalı,  digəri  tərəfindən  isə  tam  və  fasiləsiz 

şəkildə bu məhsulun istehlakı imkanını təmin edir. Məhdud imkanlı 

sahə, sex və avadanlıq qruplarının olması, yəni buraxılış qabiliyyəti 

aparıcı  istehsal  sexlərinin  gücünə  uyğun  gəlməyən  sexlər,  sahələr, 

avadanlıq  qrupları  müəssisənin  istehsal  gücünün  azaldılması  üçün 

əsas ola bilməz. Müəssisədə belə yerləri aradan qaldırmaq üçün tex-

niki-təşkilati tədbirlər işləyib hazırlanmalı və həyata keçirilməlidir.  

Qeyd  etmək  lazımdır  ki,  iqtisadi  ədəbiyyatda  3  növ  istehsal 

gücünü biri-birindən fərqləndirirlər: 

a)  layihə  gücü  –  tikinti  layihəsinin  texniki  sənədlərində  göstə-

rilən istehsal gücü; 

b) cari istehsal gücü – mənimsənilmiş istehsal gücü; 

c) ehtiyat istehsal gücü 

Sonuncu işin ən qızğın vaxtında istifadə edilir. Adətən o layihə 

gücündən  az,  cari  istehsal  gücündən  isə  çox  olur.  Ehtiyat  istehsal 

gücünə ehtiyat avadanlıqların işə buraxılması ilə nail olunur.  

stehsal  gücü  müəyyən  olunarkən  müəssisənin  ehtiyat  və  təcrübə-

sınaq  sahələrinin  avadanlıqları  da  hesablamaya  daxil  edilir.  Ehtiyatda 

olan avadanlıqlar istehsalın vaxtlı-vaxtında hazırlığını və yeni növ məh-

sul buraxılışının mənimsənilməsini asanlaşdırır, istehsalın çevikliyini ar-

tırır,  planın  yerinə  yetirilməsi  gedişində  meydana  çıxan  disproporsiya-

ların aradan qaldırılması problemini həll edə bilir. 



Fasiləsiz  istehsal  prosesi  əsasında  işləyən  müəssisələr  üçün 

istehsal gücü - ildəki təqvim günlərinin sayı və günün uzunluğ

ə

sasında hesablanır. Əsas sexləri iki və ya bundan az növbədə iş-

ləyən müəssisələr üçün istehsal gücü – avadanlığın ikinövbəli, bəzi 

müəssisələr üçün isə üçnövbəli iş rejimi əsasında müəyyən edilir. 

Bazar  iqtisadiyyatı  şəraitində  istehsal  proqramının  formalaşması, 

onun müxtəlif resurslarla əsaslandırılması və qəbul olunmuş sifarişlərin 

yerinə yetirilməsi istehsal gücünün düzgün müəyyən edilməsindən asılı-

dır.  Müəssisədə  məhsul  satışı  imkanları  qəbul  olunmuş  sifarişlərlə 

müəyyən edilirsə, istehsal imkanları istehsal gücü vasitəsilə aşkarlanır. 

Bu baxımdan tələb və təklifin tarazlığının təmin olunması zəruriliyi ilə 

əlaqədar olaraq müəssisədə istehsal gücü düzgün müəyyən edilməlidir. 



Telman Huseynov 

 

196



stehsal  gücü  (onun  ölçüsü)  bir  qrup  müəyyənedici,  təsiredici 

və həlledici amillərdən asılıdır. Bu amillərə istehsalın ictimai təşkili 

formaları (təmərküzləşmə, kombinələşmə, ixtisaslaşma, kooperativləş-

mə), istehsal avadanlıqlarının sayı və texniki mükəmməllik səviyyəsi, 

tətbiq edilən texnoloji istehsal üsulunun mütərəqqilik dərəcəsi və s. aid 

olunur.  Lakin  istehsal  gücünü  hesablayarkən  yalnız  onun  həcminə 

təsiredici deyil, müəyyənedici və həlledici rol oynayan amillər nəzərə 

alınır. Həmin amillər aşağıdakılardır: 

1. l  ərzində,  istismara  daxil  edilən  və  istehsaldan  götürülənləri 

nəzərə almaqla, qurulmuş avadanlıqların sayı; 

2. l  ərzindəki  dəyişikliklər  nəzərə  alınmaqla,  istehsal  meydança-

larının sahəsi; 

3.Avadanlığın vaxt fondu; 

4.Avadanlığın qabaqcıl, texniki cəhətdən əsaslandırılmış məhsul-

darlıq norması və məhsulun əməktutumluğu. 

stehsal  proqramının  əsaslandırılması  üçün  istehsal  gücünü 

müəyyən edən avadanlıq qrupları və onların sayının düzgün nəzərə 

alınması əsas şərtlərdən biridir. Burada söhbət bütün avadanlıqların 

deyil, sex və ya istehsal sahələrinin aparıcı hesab olunan avadanlıq 

qrupları və onların saylarından gedir. O sex, sahə və ya avadanlıqlar 

qrupu aparıcı hesab edilir ki, əvvəla, onlar əsas texnoloji əməliyyat-

ları  yerinə  yetirirlər,  ikincisi,  onlarda  müəssisənin  əsas  fondunun 

aktiv  hissəsinin  və  habelə  əsas  peşədən  olan  fəhlələrin  böyük  bir 

qismi təmərküzləşmiş və üçüncüsü, istehsal edilən məhsulun əmək-

tutumunun xeyli hissəsi burada formalaşmış olsun. 

Firmanın  istehsal  gücü  hesablanarkən  metodik  baxımdan  çox  da 

mürəkkəb olmayan bir qaydaya riayət edilir: əvvəlcə aparıcı avadan-

lıqların  istehsal  gücü,  sonra  bunun  vasitəsilə  aparıcı  istehsal  sahəsi-

nin  və  nəhayət,  sonuncunun  köməyilə  aparıcı  sexin  istehsal  gücü 

müəyyən edilir. Aparıcı sexin istehsal gücü isə istehsal firmasının is-

tehsal gücü kimi qəbul olunur. 

Firmanın  istehsal  gücünün  bu  qayda  ilə  hesablanması  onun  (is-

tehsal gücünün) aparıcı (qabaqcıl) avadanlığa görə hesablanma meto-

du adlanır. 

Aparıcı  avadanlıq  vahidinin  istehsal  gücü  (A

v.i.g


)  aşağıdakı 

düsturun köməyilə hesablanılır. 




Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 

197



A

v.i.g 


= M

v

 x V



f

 

Burada M



v

 – avadanlıq vahidinin məhsuldarlığı; 

              V

f

 – avadanlıq vahidinin vaxt fondudur. 



Bundan sonra aparıcı istehsal sahəsinin istehsal gücü hesablanılır. 

Aparıcı  istehsal  sahəsinin  istehsal  gücü  ( S

i.g.


)  aşağıdakı  düstur 

əsasında müəyyən edilir:  

S

i.g


 = n x A

v.i.g 


yaxud

 

S



i.g

 = n x M


v

 x V


f

 

Burada,  n  –  aparıcı  istehsal  sahəsində  quraşdırılmış  aparıcı  ava-



danlıqların sayıdır. 

Əgər  qabaqcıl  sexdə  yalnız  bir  növ  məhsul  istehsal  olunursa  bu 

halda  sexin  istehsal  gücü  (TS

i.g


.)  aparıcı  istehsal  sahəsinin  gücünə 

bərabər kimi qəbul olunur; başqa sözlə, 



TS

i.g.

 =  S

i.g.

 hesab edilir. 

Əgər  müəssisədə  yalnız  bir  növ  məhsul  istehsal  olunursa  onda 



əssisənin  istehsal  gücü  (M

i.g.


)  aparıcı  sexin  istehsal  gücünə  bə-

rabər sayılır: 

M

i.g 


=  S

i.g.


 

Nəhayət, əgər qabaqcıl sexdə bir deyil, bir neçə növdə məhsul is-

tehsal olunursa onun istehsal gücü hər bir növ məhsul üzrə ayrılıqda 

hesablanır. Bu qaydadan müəssisənin də istehsal gücü hesablanarkən 

istifadə olunur. 

Dünya  təcrübəsində  istehsal  gücünün  hesablanmasının  daha 

başqa 2 metodundan da istifadə edilir: 

1)  Texnoloji  avadanlıqları  hərəkətə  gətirən  elektrik  mühər-

riklərinin gücü əsasında istehsal gücünün hesablanması. 

Bunun üçün aşağıda göstərilən düsturdan istifadə olunur: 

E

m

 = E



m.t.g.

 x V


f

 x Ə


ç

 

Burada, E



m

 – elektrik mühərikklərinin gücü əsasında hesablanmış 

istehsal gücü; 

 E

m.t.g. 



– texnoloji avadanlıqları hərəkətə gətirən elektrik mü-

hərriklərinin texniki gücü; 

V

f

 – avadanlıqların iş vaxtı fondu; 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə