Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə201/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   197   198   199   200   201   202   203   204   ...   214

Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

537



Sərhədyanı  ticarət,  müstəsna  olaraq,  müvafiq  sərhədyanı  ərazi 

çərçivəsində istehsal olunan, eləcə də müvafiq sərhədyanı ərazi miq-

yasında istehlakı nəzərdə tutulan məhsullara yerli ehtiyacların ödənil-

məsi üçün ölkənin sərhədyanı bölgəsində məskunlaşmış bütün şəxs-

lər  tərəfindən,  ölkə  ilə  sərhəd  dövlətləri  arasında  bağlanmış  beynəl-

xalq  müqavilələrdə  müəyyən  olunmuş  müvafiq  sərhədyanı  ərazidə 

əcnəbi vətəndaşlarla həyata keçirilə bilər. 

Azərbaycan Respublikasında məhsulların ixracı, bir qayda olaraq, 

onların  haqlarının  qabaqcadan  ödənilməsi,  yaxud  geri  çağrılmayan 

akkreditiv  açılması  yolu  ilə  və  birinci  dərəcəli  bankların  zəmanəti 

əsasında həyata keçirilir. Bankların birinci dərəcəlilik əlamətləri bey-

nəlxalq  reytinq  agentliklərinin  təminatlarına  əsasən  Mərkəzi  Bank 

tərəfindən  müəyyən  edilir.  Müəssisə  öz  məhsullarını  ixrac  etmək 

üçün  onların  haqqının  əvvəlcədən  ödənilməsi,  akkreditivin  açılması 

və  ya  zəmanətin  verilməsini  təsdiq  edən  müvafiq  sənədləri  gömrük 

orqanlarına təqdim etməlidir. 

Firmanın  idxal  əməliyyatlarına  nəzarəti  isə  ona  xidmət  göstərən 

müvəkkil bank həyata keçirir. 



Firma  ixrac  əməliyyatlarını  həyata  keçirərkən  gömrük  or-

qanlarına aşağıdakı sənədləri təqdim edir: 

–  hüquqi  şəxsin  Dövlət  Statistika  Komitəsi  tərəfindən  müəyyən 

edilmiş kodu; 

– xarici şəxslərlə bağlanmış müqavilə; 

– ixrac olunan məhsulların mənşəyi haqqında sənəd; 

– ixrac olunan məhsulların haqqının əvvəlcədən ödənilməsi və ya 

akkreditivin açılması barədə müvəkkil bankın sənədi; 

– gömrük yük bəyamnaməsi. 



 Firma  idxal  əməliyyatlarını  həyata  keçirərkən  gömrük  or-

qanlarına aşağıdakı sənədləri təqdim edir: 

– bağlanmış müqavilə; 

– gömrük yük bəyannaməsi; 

– idxal olunan məhsulların əmtəə dəyərini müəyyən edən sənəd; 

– yol-nəqliyyat sənədləri; 

– əmtəənin mənşəyini təsdiq edən sənəd; 

– əmtəənin keyfiyyət sertifikatı; 

– əmtəənin uyğunluq sertifikatı. 




Telman Huseynov 

 

538



Firma  idxal-ixrac  əməliyyatlarını  həyata  keçirməzdən  qabaq 

tərəfdaşı  ilə  özü  arasında  qarşılıqlı  münasibətləri  tənzimləyə

geniş əhatəli alqı-satqı müqaviləsi bağlayır.  

Xarici ticarət müqaviləsində idxalçı və ixracatçı arasında alqı-satqı-

nın bütün şərtləri ətraflı və tam dəqiqliklə öz əksini tapmalıdır. 

Müqavilənin  mətni,  tərəflərin  hüquqi  adları,  bağlandığı  vaxt  və 

yerini göstərməklə tərtib edilir. 

Müqavilə aşağıdakı bölmələrdən ibarət olur: 

Bölmə I. «Müqavilənin predmeti». 

Burada xarici ticarətin növü, məhsul göndərmənin təməl şərtləri – 

əmtəənin adı, miqdarı, kəmiyyəti və mənşəyi – göstərilir. 

Bölmə II. «Əmtəənin keyfiyyəti». 

Müqavilənin  bu  bölməsində  əmtəənin  keyfiyyət  xarakteristikası, 

onun  keyfiyyətini  təsdiq  edən  sənəd  göstərilir  və  həmin  əmtəənin 

keyfiyyətinin müəyyən olunması qaydası öz əksini tapır.  

Bölmə III. «Müqavilənin qiyməti və ümumi məbləği». 

Bu  bölmədə  müqavilənin  valyuta  qiyməti  qeyd  edilir,  başqa 

sözlə, tərəflərin təmsil etdikləri ölkələrin valyutaları və bunlardan 

əlavə  üçüncü  bir  ölkənin  valyutası  göstərilir.  Burada  habelə  alqı-

satqı  aktının  predmeti  olan  əmtəənin  bir  ədədinin  (litr,  metr,  ton) 

qiyməti  göstərilməklə  müqavilənin  ümumi  məbləği  müəyyən  edi-

lir.  


Bölmə IV. «Məhsulgöndərmə vaxtı». 

Xarici ticarət üzrə bağlanan müqavilənin bu bölməsində əmtəəni 

satıcı  müəssisənin  alıcı  müəssisəyə  öz  əmtəəsini  neçə  təqvim  günü 

ərzində  göndəriləcəyi  göstərilir,  onun  satıcıdan  alıcıya  çatdırılması-

nın vaxt intervalı qeyd olunur. Bundan əlavə bu  bölmədə məhsulun 

yola salınma vaxtı ayrıca göstərilir. 

Bölmə V. «Məhsulgöndərmənin şərtləri».  

Müqavilənin  bu  bölməsində  tərəflərin  hesablaşmaları  hansı 

valyuta ilə həyata keçirilmələri göstərilməlidir. Bundan əlavə burada 

habelə ödənişin yeri, vaxtı və usuluda qeyd olunur. 

Bölmə VI. «Təhvilalma, təhvilvermə». 

Burada  əmtəələrin  müqavilədə  nəzərdə  tutulmuş  kəmiyyətdə  və 

keyfiyyətdə təhvilalma və təhvilvermə vaxtları qeyd olunur. 

Bölmə VII. «Əmtəənin qablaşdırılması və nişanələnməsi». 




Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

539



Bu bölmədə əmtəələrin qablaşdırılması ilə əlaqədar tələbləri haq-

qında – əmtəənin qablaşdırılması qarşısında qoyulan tələblər, qablaş-

dırmanın növləri, qablaşdırma şərtləri və s. – tərəflərin razılaşmaları 

öz əksini tapır.  

Bölmə VIII. «Sanksiyalar». 

Müqavilənin bu bölməsində müqavilə öhdəliklərinə düzgün əməl 

etməyən tərəflər üçün müxtəlif sanksiyalar nəzərdə tutulur. 

Hansı  sanksiyaların  tətbiqi  üçün  hansı  sənədlərin  zəruriliyi  də 

müqavilənin bu bölməsində mütləq qeyd olunur. 

Bölmə IX. «Arbitraj». 

 Tərəflər  arasında  yarana  biləcək  mübahisələrin  həlli  yolları 

müqavilənin bu bölməsində öz əksini tapır. 

 Mübahisələrin yaranması ilə əlaqədar onların (mübahisələrin) həl-

linin arbitraja veriləcəyi haqqında tərəflərin razılaşması və arbitrajın 

qərarının qətiliyi də öz əksini məhz bu bölmədə tapır. 

 Bölmə X. «Fors–major». 

Baş verəcəyi əvvəlcədən məlum olmayan fövqəladə hadisələrdən – 

təbii fəlakətlər (yanğın, zəlzələ, tufan, və s.), müharibə, blokada, epi-

demiya, tətil və.s.-dən – hansının tərəfləri öz öhdəliklərini yerinə ye-

tirə bilməyəcəkləri bu bölmədə qeyd olunur. 

Bölmə XI. «Sair şərtlər». 

Müqavilənin  əsas  şərtlərindən  əlavə  tərəflər  arasındakı  razı-

laşmalar  əsasında  onlar  özlərinin  qarşılıqlı  hüquq  və  vəzifələri  haq-

qında gəldikləri qərar bu bölmədə göstərilir. 

Bölmə XII. «Tərəflərin hüquqi ünvanları». 

Xarici  ticarət  müqaviləsinin  bölmələrinin  sonuncusu  olan  bu 

bölməsində tərəflərin hüquqi ünvanları - tam məxsusi adı, yerləşdiyi 

konkret coğrafi məkan, poçt rekvizitləri və s. göstərilir. 

Firma və müəssisələrin xarici-iqtisadi əlaqələrindən biri olan əc-

nəbi ölkəyə əmtəə ixracı üzrə bağladığı müqavilə onun bu istiqamət 

üzrə fəaliyyətini nizamlayan mühüm hüquqi sənəddir. 

Xarici  ticarət  üzrə  kontrakt  bağlayarkən  tərəflər  məhsulun  isteh-

salçıdan istehlakçıya çatdırılması zamanı üzərlərinə düşən vəzifələri 

dəqiq şəkildə müəyyən etməlidirlər. Bu zaman müxtəlif frankolardan 

istifadə olunur. "Franko" italiyan sözü olub əmtəənin satışı (kommer-

siya) şərtləri mənasında işlənir. Daha doğrusu, burada söhbət əmtəə-




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə