Telman Huseynov
572
sənəddir; müqavilənin məhsulgöndərmə, alqı-satqı, sığorta və s. kimi
növləri vardır.
MÜQAV LƏ Q YMƏT – əmtəənin istehsalçısı və istehlakçısı
arasında müqavilə şərtləri əsasında müəyyən olunur.
N
N
ZAMNAMƏ KAP TALI (FONDU) – müəssisə, firma və ya
cəmiyyətin nizamnaməsində qeyd olunmuş ilkin kapitalın məbləği-
dir; o, təsisçilərin öz səhmlərin satışından əldə olunan pul vəsaitləri
hesabına formalaşır.
«NOU-HAU» – bu və ya digər istehsalın təşkili üçün zəruri olan,
lakin patentləşdirilməmiş elmi-texniki, istehsal-texnoloji, maliyyə-
iqtisadi, idarəetmə və kommersiya əhəmiyyətli biliklərin, vərdiş və
təcrübələrin məcmusudur.
O
OL QOPOL YA – az sayda iri firmaların məhsul istehsalında və
bazarda hökmran mövqeyə malik olmasıdır.
Ö
ÖZƏLLƏŞD RMƏ – əmlakın, yaşayış evlərinin, mənzillərin,
torpağın, təbii resursların, istehsal vasitələrinin dövlətin mülkiyyətin-
dən ayrı-ayrı şəxslərin, firma və müəssisələrin səhmdar cəmiyyətlə-
rin mülkiyyətinə – qanunvericiliklə müəyyən olunmuş qaydada – ve-
rilməsi prosesidir.
ÖZ XƏRC N ÖDƏMƏ – bütün xərclərin xüsusi gəlirlər he-
sabına ödənilməsi mümkünlüyüdür; müəssisələrin əsas təsərrüfatçılıq
prinsipindən biridir.
ÖZÜÖDƏ MƏ QAB L YYƏ T – müəssisə və firmanın təsərrü-
fatçılıq prinsiplərindən biri olub, müəssisənin öz xərclərini öz gəlirləri
ilə örtə (ödəyə) bilmək qabiliyyətini səciyyələndirən göstəricisidir.
P
PATENT – ixtiraçıya dövlətin müvafiq orqanı tərəfindən onun
müəllifliyini təsdiq edən və öz ixtirasından yalnız özünün istifadəsinə
hüquq verən rəsmi sənəddir, şəadətnamədir.
“Firmanın iqtisadiyyatı”na dair məfhum və anlayışların izahlı lüğəti
573
PENYA – öz öhdəliklərini yerinə yetirməyən tərəfi, borclu tərəfi
borcunu ödəməsi üçün tətbiq olunan sanksiyadır, cərimədir.
PƏ RAKƏ NDƏ SATIŞ Q YMƏ T – ticarət şəbəkələri, sahib-
karlar tərəfindən əmtəələrin əhaliyə satıldığı qiymətdir; o, əmtəənin
topdan satış qiymətinə ticarət təşkilatlarının mənfəətini (onlara edilən
güzəşti) əlavə etmək yolu ilə müəyyən olunur.
PLAN – proqramda göstərilmiş vəzifələrin rəvan, bir qaydada ye-
rinə yetirilməsi üçün işlənib hazırlanmış konkret tədbirlər sistemidir.
PROQNOZ – perspektiv dövr üçün iqtisadi inkişafın əsas prob-
lemlərinin həlli yollarına, prioritet sahələrin inkişaf istiqamətlərinə,
strateji məqsədlərə nail olmaq üçün zəruri olan vəzifələrin yerinə
yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə
və tövsiyyələrdir.
PROQRAMA – dövlət, firma, müəssisə, təşkilat tərəfindən
müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə
məqsəd və vəzifələrin məcmusudur.
R
REEKSPORT – bir ölkənin kömrük ərazisinə daxil olan xarici mə-
mulatların yenidən emal etmədən digər xarici ölkəyə təkrar ixracıdır.
RE NVEST S YALAŞ DIRMA – gəlir kimi əldə olunmuş vəsaitin
(məsələn, dividendin) investisiya qoyuluşuna yönəldilməsidir; müəs-
sisənin öz mənfəətini istehsalın genişləndirilməsinə xərcləməsidir.
REKLAM – müəssisə və firmaların öz məhsullarının istehlak
xüsusiyyətləri və qiymətləri haqqında – onlara olan təlabatı çoxaltmaq
və onların satışını tezləşdirmək məqsədilə – məlumatlar yaymasıdır.
REKLAMAS YA – keyfiyyətsiz məhsul və ya öz öhdəliklərini
tərəflərdən birinin lazımınca yerinə yetirməməsi səbəbindən digər tə-
rəfin ona əsaslandırılmış etiraz və iddiası haqqında təqdim olunan
kommersiya sənədidir; istehsalçıya ünvanlanan reklamasiya məhsu-
lun keyfiyyəti və kəmiyyətindəki çatışmazlıq, ödəniş qaydalarının
pozulması, onların çatdırılması müddətinə riayət olunmaması səbəb-
lərindən irəli gəlir.
RENOVAS YA – müəssisədə fiziki və mənəvi cəhətdən köhnəl-
miş, istifadəsi iqtisadi cəhətdən sərfəli olmayan əsas fondların yeni-
lərilə əvəz edilməsi prosesidir.
Telman Huseynov
574
RENTABELL K – müəssisənin və sahibkarlıq fəaliyyətinin sə-
mərəliliyini, gəlirliliyini xarakterizə edən göstəricidir; o, mənfəətin
əsas fondların orta illik dəyərilə normalaşdırılan dövriyyə fondların
dəyərinin cəminə bölünməsi yolu ilə hesablanılır.
RƏ QABƏ T – məhsul istehsalçıları arasında daha yüksək nəticə-
lər uğrunda, bazar subyektləri arasında bəhsləşmədir; yüksək mən-
fəət əldə etmək məqsədi ilə satış bazarı uğrunda mübarizədir.
ROYYALT – lisenziya razılaşması kontaktı – əsasında xaricdə
olan aktivləri, məsələn, kəşflər, firma nişanları, patentlər, «nou-hau»,
müəllif hüquqları və digərlərindən istifadəyə görə vaxtaşrı və ödəni-
lən lisenziya haqqıdır.
S
SAH BKARLIQ – insanların təşəbbüskar, sərbəst, qanunverici-
lik əsasında cəmiyyətin maddi nemət və xidmətlərə ehtiyaclarını ödə-
mək üçün ixtisaslaşan, məqsədi mənfəət əldə etmək olan təsərrüfatçı-
lıq fəaliyyətidir.
SANAS YA – müəssisə və firmaların müflisləşməsinin qarşısını
almaq və ya onların rəqabətqabiliyyətinin yaxşılaşdırılması üçün həya-
ta keçirilən maliyyə-iqtisadi və texniki-təşkilati tədbirlər sistemidir.
SATICI BAZARI – bazarda tələbin təklifə nisbətən üstünlük təş-
kil etdiyi situasiyadır; belə bir vəziyyət istehsalçı müəssisə və firma-
ların öz istehsallarını genişləndirmək üçün obyektiv stimul yaradır.
SƏHMDAR CƏM YYƏT – özünün təsərrüfat fəaliyyətini hə-
yata keçirmək və mənfəət əldə etmək məqsədilə Nizamnamə fondu-
nu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) hüquqi
şəxslərin könüllü sazişi əsasında təsis olunan müəssisədir.
SƏ MƏ RƏ – hər hansı təsərrüfat tədbirinin nəticələrinin həyata
keçirilməsi ilə əlaqədar çəkilmiş xərclərin səbəb olduğu nəticədir; o,
mütləq kəmiyyətdir və onun vasitəsilə iqtisadi səmərəliliyi – xərclə-
rin miqyası haqqında təsəvvür yarada bilmədiyindən – qiymətləndir-
mək mümkün deyil.
SƏMƏRƏL L K MEYARI – təsərrüfat fəaliyyətinin verdiyi nə-
ticələrdən eləsidir ki, o, onun (fəaliyyətin) iqtisadi əhəmiyyətini di-
gərləri ilə müqaisədə daha ətraflı və dolğun qiymətləndirməyə imkan
verir.
Dostları ilə paylaş: |