Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
  1   2   3   4   5   6   7   8   9   ...   97



 
 
 
 
Telman Orucov 
 
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi 
 
Çin  zəngin  tarixə  və  unikal  mədəniyyətə  malik  olan  bir  ölkədir.  Dünyaya 
Konfutsi  kimi  dahini  vermiş  bu  ölkə  təəccüb  doğuran  kontrastlara,  göz  oxşayan 
landşafta  malik  olmaqla,  həm  də  göydələnlərin  bəzədiyi  müasir  şəhərləri  ilə  seçilir. 
Şimala uzanan Qobi səhrasının həyatdan xali olan düzənliyi cənubdakı cənnətə bənzər 
tropik zonalarla əkslik təşkil edir.  
Çin qədim qüdrətli sivilizasiyanın beşiyi olmaqla, dünyaya özünün ixtira etdiyi 
ipəyi, farforu, barıtı, kağızı və digər faydalı əmtəələri bəxş etdi. Çinin tarixi abidələri 
möcüzələr  hesab  olunur.  Ölkənin  bir  çox  təbiət  mənzərələri  öz  füsunkarlığı  ilə 
adamları heyran edir.  
Çinlilərin  yaradıcılıq  istedadına  qibtə  etmək  olar.  Böyük  Çin  Səddi  qədimdən 
bu  ölkənin  zamana  tabe  olmayan  qiymətli  simvolu  hesab  olunur.  Dünyadakı  bu  ən 
böyük  və məharətlə  yaradılmış  divarın tikintisi  Şimali  Çində  5  min  kilometrə  qədər 
uzanmaqla  Yer  üzündə  kosmosdan  müşahidə  edilən  yeganə  bir  abidədir.  Onun 
tikintisinin tarixi bizim eradan əvvəlki əsrlərə təsadüf edir.  



 
Çin təkcə qədim tarixi ilə deyil, həm də müasir dünyada ən sürətlə inkişaf edən 
bir  ölkə  kimi  diqqəti  cəlb  edir.  Son  üç  onillikdə  bu  inkişaf  dünyanın  bütün  başqa 
böyük ölkələrindən fərqli olaraq fasilə vermədən, təəccüb doğuran sürətlə davam edir. 
Ümumi  daxili  məhsul  (ÜDM)  istehsalına  görə,  XX  əsrin  birinci  yarısında  geridə 
qalmaqla  işğallara  məruz  qalan,  yoxsulluğu  ilə  seçilən  yarımfeodal  Çin  indi  dünya 
iqtisadiyyatında, yeganə fövqəldövlət sayılan ABŞ-dan sonra ikinci yeri tutur.  
Çin dünyanı paltar və ayaqqabı ilə təmin etməkdə nəhəng bir kainat fabrikinə 
çevrilmişdir. Planetin sakinlərinin az qala üçdə birini məhz Çinin yüngül sənayesinin 
istehsalı  geyindirir.  Dünya  iqtisadiyyatının  əslində  yeni  arxitekturasını  yaradan  bu 
ölkə  ilə,  ABŞ  istisna  olmaqla,  heç  bir  dövlət  müqayisə  oluna  bilməz.  Çinin  istehsal 
sahəsindəki  artım  sürəti  də  son  illərdə  hamını  geridə  qoymuşdur.  2014-cü  ildə  bu 
artım  7,4  %  olmuşdur,  bu  isə  son  25  ildəki  ən  aşağı  göstəricidir.  Dünyanın  iri 
dövlətləri iqtisadi böhranla üzləşdikdə Çin Xalq Respublikasının iqtisadiyyatı Herakl 
igidliyi  nümayiş  etdirilməklə  bəşəriyyəti  təəccübləndirməkdə  davam  edir.  Son 
onillikdə  həmin  dövlətlər  böhranın  Stsillası  və  Xaribdasının  ağuşunda  çabaladığı 
halda, Çin belə monstrlara əslində məhəl qoymamaq cəsarəti və qabiliyyəti göstərir. 
Çin  son  illərdə    İpək  Yolu  ideyasını  gerçəkləşdirmək  üçün  praktiki  addımlar 
atır.  2015-ci  ilin  martında  həm  də  dünya  maliyyə  bazarında  çox  böyük  hadisə  baş 
vermişdir.  Çində  keçirilən  konfransda    ÇXR-in  başçılığı  altında  Asiya 
infrastrukturalar investisiyaları bankının (AİİB) təsis edilməsi elan edilmişdir. Həmin 
bank  digər  məsələlərlə  yanaşı  İpək  Yolunun  maliyyələşdirilməsinə  də  xidmət 
edəcəkdir.  Bundan  əlavə  Çində  İpək  Yolu  fondu  yaradılır.  Yeni  AİİB-in  fəaliyyəti 
qlobal  xarakter  daşıyacaqdır,  əslində  Beynəlxalq  Valyuta  Fondunun  və  Dünya 
Bankının ağalığına son qoymaqla, bu sahədə də ABŞ-ın inhisarını ləğv edəcəkdir.  
 
Ərazi və təbii sərvətlər  
 
Çin dünyanın ən iri ölkələrindən biri olmaqla 9,6 milyon kv.km ərazini tutur ki, 
bu  da  Yer  kürəsinin  quru  hissəsinin  6,5  %-ni  təşkil  edir.  Öz  ərazisinə  görə  Çin 
dünyada üçüncü yeri tutur, onun sahəsi 40-dan artıq ölkənin yerləşdiyi Avropanınkına 
təqribən  bərabərdir.  Onun  ərazisinin  qərbdən  şərqə  uzunluğu  5200  km-ə,  şimaldan 
cənuba  isə  təqribən  5500  km-ə  bərabərdir.  Ölkənin  dəniz  məkanı  da  çox  genişdir, 
onun şərqdəki və cənubi-şərqdəki sahillərini üç dənizin suları yuyur.  
Çin Avrasiya materikinin -  dünyanın ən böyük quru hissəsinin şərq hissəsində, 
Sakit okeanın qərb sahilində yerləşir, 14 dövlətlə həmsərhəddir. 



 
Ölkənin  sifətinə  böyüklük  və  təbii  landşaftların  kontrastlılığı  xasdır.  Yer 
üzündə ən geniş və ən hündür Tibet dağlığı, Böyük Qobi səhrası, dünyadakı ən güclü 
lyoss qatı olan Lyoss yaylası, münbit torpağı və sıx əhalisi olan Böyük Çin düzənliyi 
bu ölkədədir. İqlim  də öz kontastlılığı ilə seçilir  – Şərqdə  musson yağışları, Qərbdə 
kəskin  kontinental  və  quru  hava.  Çinin  ərazisindən  cənubi və  cənubi-şərqi  Asiyanın 
ən iri çayları öz mənşəyini götürür, öz ərazisini isə Yantszı və Huan ho çayları kəsib 
keçir.  Çin həm də müxtəlif təbii sərvətlərlə zəngindir. Ölkənin bir çox rayonlarında 
yerin təki müxtəlif mineral sərvətlərin ehtiyatlarının bolluğu ilə fərqlənir.  
Çin dünyada ən çox əhalisi olan dövlətdir, burada təqribən 1,3 milyarddan çox 
əhali yaşayır, bu da planetin əhalisinin beşdə birinə yaxındır. Ancaq bu əhali kütləsi 
ölkə  ərazisində  müstəsna  dərəcədə  qeyri-bərabər  yerləşmişdir.  Elə  əyalətlər  var  ki, 
orada  orta  hesabla  hər  kv.km-ə 400-dən artıq,  elələri  də  var  ki,  orada  yalnız  1  adam 
düşür. Bütövlükdə ölkənin şərqi sıx əhalilidirsə, qərbi isə az məskunlaşmış məkandır.  
Çinlilər  (hanlar)  ölkə  əhalisinin  əsas  kütləsini  təşkil  etməklə,  onların  böyük 
hissəsi şərq vilayətlərində yaşayır. Çinin 50-dən çox digər (han olmayan) xalqları isə 
(onlar bir neçə dil ailələrinə mənsubdurlar) ölkənin qərbinin, cənub-qərbinin və şimali 
qərbinin geniş ərazilərində yaşayırlar.  
Çinin  relyefinin  ən  əlamətdar  xüsusiyyəti  dağ  silsilələrinin  böyük  ərazini 
tutmasıdır.  Dağlar  ölkənin  siyasi,  iqtisadi  və  mədəni  inkişafına  nəhəng  təsir 
göstərmişdir.  Təqribi  hesablamalara  görə  Çinin  ümumi  ərazisinin  1/3-nə  yaxınını 
dağlar təşkil edir. Çin dünyanın ən yüksək dağlarına və çox iri yaylalarına malikdir. 
Beş  başlıca  torpaq  forması  –  dağ,  yayla,  təpə,  düzənlik  və  su  hövzəsi  burada  yaxşı 
təmsil  olunmuşdur.  Mürəkkəb  təbii  mühit  və  ölkənin  zəngin  təbii  sərvətləri  relyefin 
müxtəlifliyi  ilə  sıx  bağlıdır.  Turfan  çökəkliyi  dəniz  səviyyəsindən  154  metr 
aşağıdadır.  Uca  dağların  ölkənin  torpaq  ərazisinin  1/5-ni  tutması  iqlim  və  torpaq 
şəraitinə,  həm  də  torpaqdan  istifadəyə,  birbaşa  olmasa  da,  öz  təsirini  göstərməmiş 
qalmır.  
Relyef  bir  sıra  cəhətlərinə  görə  Çinin  inkişaf  prosesini  diqtə  etmişdir.  Çin 
sivilizasiyası  öz  başlanğıcını  Lyoss  yaylasının  cənub  hissəsindən  götürür.  Cənubda 
Tibet  yaylası,  şimalda  isə  Qobi  səhrası  təbii  sərhəd  rolunu  oynayırdı.  Nəticədə,  Çin 
sivilizasiyası  onların  arasındakı  dəhlizdə  yayılırdı və  burada  əkinçilik suvarma  suyu 
ilə  təmin  edilirdi.  Dəhlizin  qərbə  tərəf  genişlənməsi  qədimdə  Şərq  və  Qərbin 
görüşdüyü yerə çevrilmişdi.  
Çinin  qədim  siyasi  mərkəzi  uzun  müddət  ərzində  Huan  Honun  (Sarı  çayın) 
aşağılarına qədər uzanmaqla, onun sahilində yerləşirdi. Sərhədlər mərkəzi hakimiyyət 
üçün çətinlik törədirdi, olduqca az rast gəlinən qüvvətli sülalələr bütün ölkə üzərində 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə