Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   10   11   12   13   14   15   16   17   ...   97

31 
 
Çin ənənəvi rəngkarlığı da Çin teatrından heç də az şərti deyildi. Təsviri sənətin 
vasitələri  ilə  diqqət  hər  şeydən  əvvəl  ümumi,  tam  mücərrəd  ideyaların  verilməsinə 
yönəldilirdi.  Ona  görə  də  həm  bütövlükdə  rəsm,  həm  də  onun  ayrı-ayrı  hissələri  öz 
mənalandırılmalarına  malik  idi.  Rəngkarlığın  bu  prinsipi  «ideyanı  təsvir  etmək» 
adlanırdı.  Çinin  ənənəvi  rəngkarlığının  əsas  janrlarına  portreti,  peyzajı,  heyvanların, 
çiçəklərin  və  quşların  təsvirini  aid  etmək  olar.  Portretdə  sifətin  fərdi  xüsusiyyətləri 
insanın  təbiətinin  xassələrini  əks  etdirən  cəhətlərə  qurban  verilir.  Peyzaj 
rəngkarlığında Çin rəssamları təbiətin mənzərəsini vahid üzvi bütövlük kimi verməyə 
çalışırdılar.  Çin  rəngkarlığında  peyzajın  əsas  elementləri  su,  daş,  ağac  idi.  Su  bu 
rəsmlərdə çay, kiçik çay, gölməcələr, şəlalələr, bulaqlar formasında çıxış edirdi. Daş 
müxtəlif konfiqurasiyada olan dağlar və ayrıca iri daş parçası şəklində verilirdi. Ağac, 
müxtəlif simvolik əhəmiyyətlərə maik idi. Belə ki, Çin mədəniyyətində şam – qüvvə, 
dözümlülük  və  uzunömürlülük  simvolu  idi.  Ona  görə  də  şam  ağacının,  xüsusən 
qurumuş  budaqları  və  torpaq  üstünə  çıxmış  kökləri  ilə  dağ  şamlarının  təsviri  həyat 
dözümlülüyünün  təcəssümü  olmaqla,  Çin  rəssamlarının  əsərlərində  tez-tez  rast 
gəlinirdi.  Şamın  əksinə  olaraq  söyüd  qadınlığı,  sadəliyi,  incəliyi  və  zəifliyi 
rəmzləndirirdi.  
Çin  rəngkarlığı  güllərin  və  quşların  təsvirində  insan  dünyası  ilə  müəyyən 
əlaqələr  axtarır.  Məsələn,  orxideya  sadəliyin,  təmizliyin  və  daxili  nəcibliyin 
təcəssümü kimi çıxış edir. Ona görə də orxideyanı təsvir edən əsərlər eyni zamanda 
nəcib  insanı  təsvir  edir  və  şərəfləndirirdi.  Yabanı  gavalının  çiçəkləri  təmizliyi, 
dözümlülüyü, sarsılmazlığı simvolizə edirdi, bu vaxt belə bir cəhət əsas götürülürdü 
ki,  yabanı  gavalıdan  axan  canlı  şirə  hətta  şaxta  vaxtı  da  məhv  olmur.  Xrizantema 
gözəldir, sadədir, bakirədir, ən yaxşı qadın ləyaqətlərini təcəssüm etdirir. Bambuk  – 
ağıl  və  könül  təmizliyini,  feniks  –  sərvəti  və  nəcibliyi,  vəhşi  qaz  isə  –  tənhalıq  və 
istirahəti simvolizə edir.  
Bütün  teatr  hərəkətinin  əsasını  Çin  musiqi  teatrının  vacib  komponenti  kimi 
aktyorların nitqini müşayiət edən musiqi təşkil edir. Komik personaldan başqa, digər 
bütün  personajlar  öz  rollarını  ya  reçiçativ  formasında,  yaxud  da  musiqi  melodiyası 
altındakı  ariya  formasında  tələffüz  edirlər.  Musiqi  sədaları  alında  aktyorların  bütün 
hərəkətləri icra edilir. Hətta gözlərin və ya barmaqların kiçik hərəkətləri də baraban 
və ya qonq zərbəsi ilə müşayiət edilir.  
Çinin  ən  böyük  mədəni  dəyərləri,  onun  tarixi  arxitektura  abidələridir.  Yeganə 
və  təkrarolunmaz  qala  arxitektura  abidəsi  –  Böyük  Səddir  və  ya  çinlilərin  özünün 
adlandırdığı kimi Uzun Səddir. Bu tikinti bütün Şimali Çini keçməklə 4 min km-dən 
də çox uzanır. Səddin tikintisi b.e.ə. IV-III əsrlərdə başlanmışdı. Bu vaxt ayrı-ayrı Çin 


32 
 
dövlətləri  Mərkəzi  Asiyanın  köçəri  xalqlarının  basqınlarından  qorunmaq  üçün 
müdafiə  tikintiləri  yaratmağa  məcbur  idilər.  B.e.ə.  221-ci  ildə  Çin  Tsin  sülaləsinin 
hakimiyyəti  altında  birləşdirildikdən  sonra  imperator  Şi  Huandi  bir  sıra  müdafiə 
xətlərinin  vahid  səddə  birləşdirməyi  əmr  etdi.  Sonrakı  sülalə  olan  Han  dövründə  də 
Böyük Səddə aparılan tikinti işləri davam etdirildi və b.e. III əsrində başa çatdırıldı. 
Hazırda  özünün  qərb  hissəsində  Böyük  Sədd  ilkin  formasını  saxlamışdır.  Səddin 
qorunub saxlanmış hissələrində ölçüləri, əsasında eni 9 metrə, yuxarısında isə 6 metrə 
qədərdir,  divarın  hündürlüyü  isə  10  metrə  çatır.  Hər  200  metrdən  bir  dördbucaqlı 
gözətçi qüllələri vardır. Divarın arasındakı yüksək düz yer müdafiə olunan geniş yol 
olmaqla, hərbi hissələrin və arabaların sürətli hərəkətinə şərait yaradırdı.  
Çinə  buddizmin  nüfuz  etməsi  Çin  arxitekturasının  yeni  sahəsinin  –  buddizm 
ibadət  binalarının  və  mağara  məbədlərinin  tikilməsinin  yaranmasına  səbəb  oldu.  Bu 
tikinti Hindistan arxitekturasının güclü təsiri altında idi. Sitayiş təyinatlı ən görkəmli 
tikintilərə paqodalar – çoxmərtəbəli qüllələr daxildir. Buddizm panteonunun ali ilahi 
qüvvələrinin şərəfinə və ya hansısa mühüm hadisənin xatirəsi kimi tikilən bu binalar 
görünüş  üçün  ən  uyğun  gələn  yerdə  –  təpənin  üstündə,  alçaq  dağ  üstündə 
ucaldıldığından,  beləliklə,  onu  əhatə  edən  yerin  zəruri  detalına  çevrilirdi.  Çində  1,5 
min  il  əvvəl  tikilmiş  və  yaxşı  qalmış  çox  sayda  paqodanı  görmək  olar.  Xristian 
kilsələrindən və müsəlman məscidlərindən fərqli olaraq paqodaların içərisində ibadət 
yeri yoxdur.  
Qayalardan  yonulmuş  məbəd  kompleksləri  də  çox  maraqlıdır.  Dünyada  çox 
məşhur  olan  Çin  ənənəvi  göy  kultu  üçün  olan  məbəd  kompleksi  –  Pekindəki  Səma 
məbədidir.  Bu  məbəd  Min  sülaləsi  vaxtı  tikilmişdir.  Burada  Çin  imperatorları  öz 
əcdadlarının ruhuna qurban verir və göylərə məhsul göndərməsi barədə dua edirdilər. 
Kompleks  məhsul  barədə  dua  məbədindən,  əcdadların  məbədindən  və  Səma 
mehrabından  ibarət  idi.  Bu  üç  bina  xiyabanlarla  birləşirlər.  Məbəd  kompleksinin 
divarı  elə  akustik  xassəyə  malikdir  ki,  divarın  yanında  dayanan  adamın  səsini  geniş 
həyətin hər tərəfində dayanan hər bir kəs eşidə bilir.  
Çin  arxitektorları  memarlıq  ansambllarını  yaradarkən  onların  ətraf  mühitə 
uyğun gəlməsinə xüsusi fikir verirdilər, ona görə də arxitektura tikintilərinin ətrafında 
çox  vaxt  bağ-park  ansamblı  yaradılırdı.  Çin  dövlətləri  hökmdarlarının  saraylarının 
həyətindəki  parklar  və  bağlar  barədəki  ilk  məlumatlar  b.e.ə.  I  minilliyin  ortalarına 
aiddir. Qərbi Han sülaləsinin paytaxtındakı saray həyətində Çin bağ-park sənəti kimi 
tarixdə  ilk  dəfə  göllə  birlikdə  park  yaradıldı.  Həmin  vaxtdan  göllər  (istər  təbii,  istər 
süni  olsun)  adacıqlarla  birlikdə  Çində  bağ-park  ansamblının  ayrılmaz  hissəsinə 
çevridi.  Bağ-park  komplekslərinin  tikintisində  Çin  arxitektorları  parkın  məhdud 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə