Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   2   3   4   5   6   7   8   9   ...   97


 
tam  nəzarətə  malik  olurdu.  Mərkəzi  hökumət  öz  təsirini  genişləndirməyə  qadir 
olmadığından yalnız üç güclü sülalə – Han (bizim eradan əvvəl 206-cı, bizim eranın 
220-ci illəri), Tan (b.e. 618-907-ci illəri) və Tsin (1644-1911-ci illər) regiona nəzarət 
etmək gücündə idi.  
Çinin üç başlıca regionuna şərq, şimali-qərb və cənubi-qərb zonaları daxil idi. 
Şərq zonası çayların əhatə etdiyi region idi, şimali-qərb dəmyə zonası olmaqla, külək 
eroziyasına  məruz  qalırdı.  Cənubi-qərb  soyuq,  yüksəklik  və  dağlıq  regionu  olmaqla 
dağlar arası yaylalara və daxili göllərə malik idi. Şimali-şərq düzənliyi ölkədə ən iri 
düzənlik  olmaqla  əvvəllər  Mancuriya  kimi  tanınan  regionda  yerləşirdi.  Zonanın  çox 
hissəsi  eroziyaya  məruz  qalsa  da,  dərin  torpaq  qatına  malikdir.  Onun  torpaqları 
münbit  və  qara  torpaqdır,  bura  məşhur  əkinçilik  regionudur.  Daşqın  mövsümündə 
çaylar sahildən çıxıb, geniş əraziləri basır. Şimali Çin düzənliyi ölkənin ikinci böyük 
düzənliyidir. Huan  Ho  və  Huay  Ho  çayları  Lyoss  yaylasından buraya çox  miqdarda 
çökən  torpaq  qatı  gətirir.  Bu,  Çindəki  bütün  regionlara  nisbətən  torpağın  daha  çox 
hissəsinin əkin üçün istifadə edilməsinə imkan verir.  
Lyoss yaylası lyoss təpələrdən ibarətdir, şərqdə Şimali Çin düzənliyi ilə, qərbdə 
isə səhralarla əhatə olunur. Yaylanın çox hissəsi qalınlığı 150 futla 600 fut arasında 
olan qalın lyoss qatı ilə örtülmüşdür. Lyoss, təbəqələşməmiş, bircinsli xırda dənəvər 
olmaqla,  əhəng  daşı  qalıqları  çöküntüsündən  ibarət  olan  açıq-sarı  rəngli  dağ 
süxurudur.  Şaquli  yamacları  saxlamağa  qadirdir  və  rütubət  qəbul  etdikdə  çöküntü 
verir.  Su  qovşaqlarındakı  vadilərdə  və  yamaclarda  torpaq  təbəqəsi  bir  neçə  metrdən 
100-200  metrə  çatır.  Ona  görə  də  lyossda  münbit  torpaq  əmələ  gəlir.  Çində  lyoss 
küləyin Asiya səhralarından gətirdiyi və dağlara, təpələrə yayılan qum qatıdır.  
Lyoss  torpaqlar  xüsusən  daha  çox  su  eroziyasına  məruz  qalır.  Ölkənin  bütün 
ərazisinin  1/6-i  eroziyadan  əziyyət  çəkir.  Lakin  əsas  torpağı  lyoss  olan  Huan  Ho 
çayının  orta  axınındakı  rayonlarda  bu  proses  daha  güclüdür.  Çin  xalqı  torpaq 
eroziyasına  qarşı  böyük  təcrübəyə  malikdir.  Bunlardan  biri  yamacların  süni 
terraslaşdırılmasıdır.  
Orta  və  Aşağı  Yantszı  düzənlikləri  həmin  çay  boyunca  uzanır.  Düzənlik 
allivual  (su  axınının  çöküntülərindən  yaranmaqla  çay  terraslarını  əmələ  gətirir) 
torpaqlara malikdir. Çaylar, kanallar və göllər  su yollarının geniş şəbəkəsini yaradır. 
Düzənliyin səthi isə artıq hamar terraslar sisteminə çevrilmişdir.  
Tarim  hövzəsindəki  Təklə-Məkan  səhrası  dünyanın  ən  qeyri-münbit,  məhsul 
verməyən səhralarından biridir.  
Çinin  üç  başlıca  çayı  qərbdən  şərqə  axmaqla  ətraf  dənizlərə  tökülür,  bunlar 
Huan Ho və ya Sarı çay, Yantszı və Hsi Çian çaylarıdır.  



 
Bir  vaxtlar  Çinin  ərazisinin  yarısı  meşələrlə  örtülmüşdü,  lakin  indi  ölkənin 
ərazisinin yalnız 7 %-ini meşələr təşkil edir. Mərkəzi və Cənubi Çində geniş meşələr 
əkinçilik  üçün  qırılıb,  təmizlənmişdir.  Əkinçilər  eroziyaya  görə,  nəticədə  divarlarla 
möhkəmləndirilən səth terrasları yaratmışlar, bununla düyü tarlaları üçün suyun geri 
axmasından ötəri səmərəli qaydada eroziyaya nəzarət edirlər. Təpə və dağ yamaclarını 
nazik qurşaq lenti şəklində kəsib keçən süni terraslardan ibarət bu antropogen relyef 
əhalinin böyük sıxlığına görə yaradılmışdır və çox qədim dövrlərdən terrasları tikən 
Çin  kəndlisinin  əkinçilik  məharətinə  borcludur.  Terraslar  tikilən  yerdə  eroziya  yoxa 
çıxmışdır.  Ölkədə  mövcud  terraslar  kənd  mənzərəsinin  xarakterik  bir  xüsusiyyətinə 
çevrilmişdir.  
Təbii  bitkilərin  növləri  olduqca  müxtəlifdir.  Çində  30  min  növdə  toxumlu 
bitkilər vardır, onlardan 200-dən çoxu endemik olmaqla Çin ərazisi ilə məhdudlaşır. 
Burada 2,5 minə yaxın meşə ağacı vardır, onlardan çoxu iqtisadi əhəmiyyətə malikdir.  
Çində yağış mövsümü iyunun sonunda, iyulun əvvəlində başlanır və sentyabra 
qədər  davam  edir.  Yağış  əvvəlcə  Huan  Ho  hövzəsində  yağır,  sonra  şimala  tərəf 
istiqamət götürür, tədricən Böyük Çin düzənliyinin bütün ərazisinə yayılır.  
Yay yağışları ilə çaylarda su tədricən artır, daşqın əmələ gəlir. Yalnız qışda və 
erkən yazda bu çayların suyu nisbətən şəffafdır, qalan bütün vaxtlarda isə onlar sarı 
rəngə  boyanırlar,  buradan  da  «sarı  çay»  kimi  Huan  Honun  adı  meydana  gəlmişdir. 
Güclü  daşqınlar  olanda  çayda  çöküntülər  suyun  ümumi  çəkisinin  40%-dən  çoxunu 
təşkil edə bilir. Dörd min il ərzində Huan Ho bəndləri dəfələrlə dağıtmış və 1,5 min 
dəfə  aşağı  axınında  sahilləri  basmış,  həm  də  bu  daşqınlar  vaxtı  20  dəfədən  çox  öz 
məhvərini də dəyişmişdir.  
Çin  subtropikləri  bəzi  hallarda  güclü  şaxtalara  məruz  qalır,  onlar  subtropik 
bitkilərin  qışlamasına  məhvedici  təsir  göstərir.  Bu  subtropiklər  həm  də  rütubətlilik 
rejiminə görə fərqlənirlər. 1100 mm-dən 2000 mm-ə qədər olan yağışın əsas kütləsi 
yay vaxtına düşüb, izafi rütubətlilik əmələ gətirir.  
 
Əhalinin sıxlığı və tərkibi 
 
Hələ  27  il  əvvəl  keçirilən  siyahıya  alınmaya  görə  Çində  əhalinin  sıxlığı  1 
kv.km-də 107 nəfər adama bərabər idi. Çin dünyanın ən sıx əhalisi olan ölkələrindən 
biridir,  lakin  əhali  ərazi  cəhətdən  qeyri-bərabər  şəkildə  bölünmüşdür.  ÇXR-in 
mövcudluğunun ilk 33 ilində əhalinin sayı 542 milyondan 1 milyarda çatmışdır. Çin 
çoxmillətli dövlətdir, onun ərazisində 56 xalq yaşayır. Çinlilər (hanlar) əhalinin 93%-
ni təşkil edir və ölkənin bütün ərazisində yaşayırlar. Çinin hüdudlarından kənarda 30 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə